Türkiyədə qatıldığı evlilik proqramı ilə məşhurlaşan azərbaycanlı Naz Mila izləyicilərini coşdurmaqda davam edir.
O, bu dəfə “instagram”da açıq-saçıq geyimi, ehtiraslı rəqsi ilə gündəmə gəlib.
Sözügedən videonu təqdim edirik:
/yenicag.az

Tanınmış prodüser Tarix Əliyevin (Tolik) videosu yayılıb.
Sosial şəbəkələrin gündəmini bir gecəyə zəbt edən videoda Tolik söyüş söyür, işçi heyətini təhqir edir. Üstəlik bu söyüşlər zamanı studiyada azyaşlı uşaqlar da var.
Efirə getməyən bu görüntülərin mətbuata sızması isə təsadüfi deyil. Tolikin aparacısı olduğu verilişi uzun müddət Sevil və Sevinc bacıları idarə edirdi. Onlar Toliklə hazırda davalıdırlar. İddia edilir ki, bacılar telekanalda çalışanlardan bu görüntüləri alıb və intiqam almaq üçün mediaya ötürüblər./minval.info

Uzun illərdir ABŞ-da yaşayan əslən azərbaycanlı model Stefano Suaros yenidən ABŞ-da özünün “S&D Magazine” jurnalını təqdim edib.
Nyu-Yorkun mərkəzi hotellərinin birində baş tutan təqdimatda iştirak edənlər arasında tanınmış biznesmenlər, dizaynerlər və top modellər olub.
“Bu gün çox xoşbəxtəm. Nəhayət ki, uzun zamandır üzərində çalışdığım “S&D Magazine” dərgisini təqdim etdim. Çox yüksək keyfiyyətdə hazırlanan dərgimiz həm qiymət, həm də dizayn baxımından bir çox jurnallardan fərqlənir.
Dərgidə dünyanın bir çox brend markaları, dizaynerləri və məhşur modelləri, eyni zamanda, həmyerlimiz müğənni İlhamə Qasımova da yer alıb. Jurnal Azərbaycan da daxil olmaqla, dünyanın 11 ölkəsində satışa çıxarılıb və qürur duyuram ki ABŞ-da yüksək kefiyyətdə moda dərgisinə sahib olan ilk müsəlman və azərbaycanlı mənəm”, – deyə Stefano Suaros bildirib./oxu.az





Əməkdar artist Murad Dadaşov “Maşın” şousunun başlayacağı tarixi açıqlayıb.
O bildirib ki, şou mayın 28-də yayımlanacaq:
“İştirakçıların hamısı bəlli deyil, amma bir qisim hazırdır. 1 aydan çox vaxt var. Gözləmədiyim insanlar olacaq şouda. Çox maraqlı iştirakçılarımız var”.
M.Dadaşov “Davam ya tamam” şousunun yayımının təxirə salındığını deyib:
“İstəyirdik yazda başlayaq, amma qaldı. Yeni televiziya mövsümündən olacaq və hər gün yayımlanacaq. Uduş məbləği isə 50 minə çatacaq”.
Şoumen verilişlərin keyfiyyətindən narazılıq edib və aparıcılara öz tövsiyələrini verib:
“Televiziyadakı verilişlərin əksəriyyətindən razı deyiləm. Etdiyim layihələr reytinq qazanır. Elə başa düşülməsin ki, mən hamıdan yaxşıyam, başqaları yox. Sadəcə, işə bir az məsuliyyətlə yanaşmaq lazımdır”./axsam.az

“Əvvəl toya getmirdim, bir ildir yenidən başlamışam. Bu yaxınlarda verilişdə toy qiymətimi açıqladım. Ondan sonra təkliflər daha çox gəlməyə başlayıb. İnsanlar elə bilirdilər ya getmirəm, ya da çox qonorar istəyirəm. Elə qiymət deyirəm ki, ondan vaz keçmək olmur. Çox adam heç bilmirdi ki, bütov toy aparıram. Çünki statusu olan müğənnilərin əksəriyyəti yarım saatdan artıq getmir”.
Median.Az-in məlumatına görə, bu sözləri Axşam.az-a açıqlamasında müğənni Roza Zərgərli deyib. Sənətçi plastik əməliyyat etdirməsi ilə bağlı xəbərlərə münasibət bildirib:
“Liposaksiya etdirmişəm. Neçə ildir omba sümüyündən əziyyət çəkirəm. Yeriməyimdə problem yaradırdı. Canım çox ağrıyır. Əməliyyat etdirdim ki, çəkim azalsın. Omba nahiyəsindəki sümüyə düşən ağırlıq azalmalı idi. Həm də pəhriz saxlayıram. Ona görə də formam qabarıq görünür. Bu da vecimə deyil”.
Roza sosial şəbəkədə onu erməni əsilli dünya ulduzu Kim Kardaşyana bənzədənlərə əsəbiləşib:
“Mənə Azərbaycanın Kim Kardaşyanı deyirlər. Ayıb olsun, mənim qədər vətənpərvər yoxdur. Bütün dövlət tədbirlərində necə iştirak edirəm. Məni o erməniyə bənzədirlər. Bunu da sifarişlə yazdırırlar. Dünən ortaya çıxan sıçovullar etdirir. Deyirlər, ay it, kimi tutarsan, deyir, çörək verəni”.
Tanınmış rəqqas İlham Kərimli ilə şoumen-aparıcı Kamran Həsənli arasında qalmaqal başlayıb.
Space TV-də yayımlanan “Onda başladıq” verilişində rəqqas tənqid olunub.
Haqsız tənqiddən qəzəblənən İlham Kərimli açıqlamasında qarşı tərəfə kəskin cavab verib:
“Biabırçılıqdır, veriliş xatirinə ağzına gələni danışırlar. Bu savadsızlıqdan irəli gələn bir şeydir. Verilişin reytinqini qaldırmaq üçün ən ucuz vasitələrə əl atmayın! Sizə Azərbaycan xalqı baxır, düz danışın. Qonaqlar haqqında düzgün məlumat verin. Köməkçi aparıcı adını jurnalist qoyub, çağırdığı qonaq haqqında məlumatı yoxdur. Mənim rəqslərimi tənqid edir. Aparıcı qonağı dəvət edir, özü oxuyur, özü oynayır və ümumiyyətlə bağqa mövzudan danışır. Ən azı cürət edib düz danış, heç olmasa ağı qaradan seçməyi bacar”.
Kamran Həsənli rəqqasın iradlarını yersiz adlandırıb: “Bəzi insanlar haqqı dediyimiz üçün bizi guya tənqid etmək istəyirlər.Biz heç kəsdən çəkinmirik, nə də nəyə görəsə heç kimə yaltaqlanmırıq.Efirlər tamaşaçıları elə həddə çatdırıb ki, artıq millət həqiqəti eşitməkdən belə qorxur, hələ danışmaqdan söz belə gedə bilməz. Səviyyəsiuzlik və zövqsüzlük təəssüf ki, artır. Biz də bu cahillərlə efir vasitəsilə mübarizə aparırıq. Bəziləri düşünürlər ki, biz də o biri efirlər kimi bizim verilişə qonaq gələnləri tərif etmək məcburiyyətindəyik və ya onların geyimlərindən, ayaqqabılarından, alt paltarlarından danışıb yola verməliyik. Aglınız o biri efirlərə getməsin!”/baku.ws

Tanınmış müğənni Nazənin “Instagram” hesabında etdiyi paylaşımla hər kəsi təəccübləndirib.
O, ötən həftə dünyasını dəyişən qardaşının yas mərasimindən video paylaşıb.
Sosial şəbəkə istifadəçiləri rəylərdə Nazəninə təsəlli verib.

Ötən gün paytaxtın məşhur restoranlarının birində “ATV kulis” proqramının aparıcısı Murad Əzimzadənin toy mərasimi keçirilib.
Əzimzadə Müjgan adlı xanımla ailə qurub.
Mərasimə xeyli sayda məşhur qatılıb. Onların arasında Xalq artistiləri Flora Kərimova, Ənvər Sadıqov, Əməkdar artistlər Elza Seyidcahan, Murad Dadaşov, aparıcılar Afaq Gəncəli, Aytən Səfərova, Hacı Nuran, Elgiz Əkbər, Könül Muxtarova, Azər Süleymanlı, Turan İbrahimov, Vüsal Murtuzəliyev, müğənnilər Roza Zərgərli, Rauf, Ayaz Qasımov, Kazımcan, Namiq Qaraçuxurlu və başqaları olub.
Qeyd edək ki, bu, Muradın ikinci evliliyidir./oxu.az

































“Eurovision 2011” müsabiqəsinin qalibi, müğənni Nigar Camalın “Instagram” paylaşımı qalmaqala səbəb olub.
Belə ki, səhifəsində dünya ulduzu Cennifer Lopezin fotosunu paylaşan ifaçı fərqli reaksiyalarla qarşı-qarşıya qalıb.
Bu barədə oxu.az-a açıqlama verən müğənni bu addımı insanların reaksiyasını yoxlamaq üçün etdiyini deyib:
“Mən Cenniferin şəklini zaraftyana paylaşmışdım. Yoxlamaq istəyirdim ki, görüm, kim nə deyəcək. İnsanlar fərqli reaksiyalar verdilər. Az qala məni daş-qalaq edirdilər”.
Qeyd edək ki, istifadəçilər Cenniferlə Nigarı bir-birindən ayırd edə bilməyib, onlar ifaçının alt paltarsız küçəyə çıxdığını zənn ediblər.


Reper Anar Nağılbaz xəstəxanaya yerləşdirilib.
Qardaşı Yenicag.az-a açıqlamasında Anarın halının qəfilətən pisləşdiyini bildirib:
“Qardaşımın halı qəfildən pisləşdi, maşınımla onu xəstəxanaya güclə çatdırdım. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir. Hazırda sistem altındadır, ürəyində ciddi problemlər var”.
Qeyd edək ki, son vaxtlar Anar Nağılbaz keçmiş həyat yoldaşı ilə problemlər yaşayır.