Category: Şou Biznes

  • Mətanət küsülü olduğu Elzanı hədələdi: “Səni öldürərəm”

    Əməkdar artist Elza Seyidcahan Mətanət İsgəndərlidən küsüb.

    İsgəndərli bu haqda “ATV maqazin onlarla”da deyib. Elzanın küsməsinə səbəb Mətanətin qızı Ülkərin toyunda ona diqqət göstərməməsi olub.

    M.İsgəndərli buna görə Elzanı qınayıb:

    “Hiss edirdim ki, məclislərdə qarşılaşanda məndən uzaq gəzir. Səbəbi də demir. Əgər bir adam toyda səndən inciyirsə, demək, çox istəmir. Qızımın toyunda elə yorğun idim ki… Tək adam ora-bura qaç. Toy edənlər bunu bilirlər. Heç vaxt toya gedib, ev sahibindən incimərəm”.

    Qeyd edək ki, Elza bundan əvvəl də Mətanətdən küsmüşdü. Buna səbəb isə İsgəndərlinin aylardı Seyidcahandan aldığı mahnını oxumamasıdır. Bəstəsinin oxunmadığını görən Elza onu İradə İbrahimovaya təklif edib.

    Bunu eşidən Mətanət onu hədələyib:

    “Elza, səni öldürərəm. Mahnını oxuyacam”.

    ///axşam.az

  • Anar Nağılbaz efirə sərxoş gəldi – VIDEO

    Space TV-də yayımlanan “Qarşı-qarşıya” verilişinin bu dəfəki qonaqlarından biri qalmaqallı reper Anar Nağılbaz olub.

    Reper efirə içkili vəziyyətdə gəlib. Bu haqda verilişin aparıcısı proqramın anonsunda məlumat verib. “Qarşı-qarşıya” verilişi bu gün 13:00-da yayımlanacaq.


  • Üzeyir Türkiyədə izdihamla qarşılandı – VİDEO

    Müğənni Üzeyir Mehdizadə Türkiyədə konsert proqramı ilə çıxış edib.

    Konsert zamanı izdihamla qarşılanan ifaçını polislər qoruyub.

    Konsertdən sonra isə fanatlar Üzeyirlə şəkil çəkdirmək üçün sıraya düzülüb.

    Konsertin görüntüləri sosial şəbəkələrdə yayılıb./oxu.az

  • Konçita QİÇS xəstəsi olduğunu etiraf etdi

    Daha çox Konçita Vörst kimi tanınan avstriyalı müğənni Tom Noyvirt QİÇS xəstəsi olduğunu bəyan edib.

    Müğənni bu barədə öz “Instagram” səhifəsində yazıb.

    Konçitanın sözlərinə əsasən, o, bu diaqnozla artıq bir neçə ildir ki yaşayır. Noyvirt qeyd edib ki, bu barədə açıqlama vermək istəməyib, lakin keçmiş sevgilisi onu təhdid etdikdən sonra məcbur qalıb:

    “Mən heç kimə həyatıma təsir etməyə və məni qorxutmağa icazə vermərəm”, – müğənni qeyd edib.

    O, dəstəyə görə öz ailəsinə, dostlarına və pərəstişkarlarına təşəkkür edib./oxu.az

  • Azərbaycanlı aparıcı alt paltarsız efirə çıxdı – Geyimi onu pis vəziyyətdə qoydu – FOTO

    “Yarasa” gecə şousu ilə canlı yayımda tamaşaçıların qarşısına çıxan aparıcı Könül Yusif qızı iki gün öncəki “pünyar” geyimini kölgədə qoyacaq paltarda efirə çıxıb.

    Könülün kətandan olan dekolteli paltarı aparıcının büstqalter geyinmədiyini aşkara çıxarıb. Bunun fərqində olmadığı hiss olunan aparıcı, studiyada sərbəst hərəkətləri ilə diqqət çəkib.

    Könülün sözügedən geyimini təqdim edirik:

    //milli.az
    Azərbaycanlı aparıcı alt paltarsız efirə çıxdı - Geyimi onu pis vəziyyətdə qoydu - FOTO

    Azərbaycanlı aparıcı alt paltarsız efirə çıxdı - Geyimi onu pis vəziyyətdə qoydu - FOTO

    Azərbaycanlı aparıcı alt paltarsız efirə çıxdı - Geyimi onu pis vəziyyətdə qoydu - FOTO

    Azərbaycanlı aparıcı alt paltarsız efirə çıxdı - Geyimi onu pis vəziyyətdə qoydu - FOTO

  • Qafqaz Müsəlmanları İdarəsindən Flora Kərimovaya CAVAB

    “Azərbaycanın 77 yaşlı xalq artisti Flora Kərimova “V element” proqramında bildirib ki, istəyirəm öləndə məni bağımda dəfn etsinlər: “İstəməzdim uzun ömür yaşayım. İstəyərdim ailə taleyim bütöv olsun. Vəsiyət etmişəm. Hamıya demişəm ki, məni elə basdırın ki, yerimi tapmasınlar. İstəmirəm desinlər, yazıq. İstəyirəm deyim ki, məni öləndə bağımızda dəfn etsinlər”.

    Flora Kərimovanın bu istəyinə İslam dini nə deyir?

    Median.Az xəbər verir ki, məsələ ilə bağlı unikal.org-a açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin sədrinin Cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, Böyük Bazar “Hüseyniyyə” məscidinin və Lənkəranın baş axundu, tanınmış ilahiyyatçı Hacı Sədi (Qəni) Axundzadə bildirib ki, İslam dinində insanının qəbristanlıqdan kənar yerlərdə dəfn olunması haram sayılmır:

    “Qəbristanlıq ümumxalq üçün ayrılan dəfn yerinə deyilir. İstisna hallarda insan həyətində dəfn edilə bilər. Tutaq ki, yaşadığın ərazidə qəbristanlıq yoxdursa, kənar yerdə dəfn oluna bilərsən. Bu da gərək halal və kiminsə şəxsi mülkiyyəti olmasın”.

    Hacı Sədi həmçinin qeyd edib ki, məzarlıqda meyvə ağacının meyvəsindən yemək və su quyusunun suyundan içmək olmaz:

    “Bu gigeyina, epidemologiya və tibbi baxımdan məqbul sayılır. Ona görə qəbristanlıq həyətində olan quyunun suyu məkruhdur, yəni onun içilməsi bəyənilmir. Qəbristanlıqda olan meyvələrdən istifadə edilməsi də bəyənilmir. Hesab edirəm ki, insanların hər biri dünyasını dəyişdikdən sonra qəbristanlıqda dəfn olunması daha məqsədəuyğundur. İnsanlar orada dəfn olunsa fəzilətdir və daha uyğundur. Yoxsa bütün insanlar əhd etsinlər ki, mən öz həyətimdə dəfn olunmaq istəyirəm, bu yolverilməzdir. Hər yeri qəbristanlığa çevirmək olmaz. Təbii ki, torpaqlar, Yer üzündə olan bütün mülklər hamısı Allaha məxsusdur”.

  • Məşhur aktyor qəzaya düşdü

    Hollivud ulduzu Uill Ferrell qəzaya uğrayıb.

    Hadisə ABŞın Kaliforniya ştatında yaşanıb. Belə ki, aktyorun idarə etdiyi “cip” digər maşınla toqquşub. Zərbənin təsirindən Ferrelin avtomobili aşıb.

    Aktyor yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. Qəzada daha 3 nəfərin xəsarət aldığı bildirilir.

    Faktla bağlı araşdırma başlanıb.

  • Elza Seyidcahan: “Elçin Əlibəyli onu-bunu it kimi qapışdırmaqla gündəmdə qalır”

    Teleaparıcı, sənətşünas Elçin Əlibəyli redaksiyamızın qonağı olarkən əməkdar artist, bəstəkar-ifaçı Elza Seyidcahanın kitab təqdimatına getmədiyini bildirib. Elçin Əlibəyli sərt ifadələr səsləndirərək özünə hörmət etdiyi üçün həmin təqdimata getmədiyini deyib: “Özüm-özümə hörmət elədiyim üçün getmədim. Onun şeirlərini niyə oxumalıyam ki? Yazar deyil axı bu adam. Mən də özümə deyə bilərəm ki, Allaham, inanacaqsınız mənə? Bilirsiniz, o yaxşı bəstəkar və ya yaxşı ifaçı ola bilər, amma poeziya, şairlik başqa bir şeydir. Mən Posternakı oxumuşam, ondan sonra Elza Seyidcahanı oxuyacam?”

    Onun səsləndirdiyi bu sözlərlə bağlı Elza Seyidcahan fikirlərini Yeniavaz.com saytı ilə bölüşüb və qarşı tərəf haqqında sərt ifadələr səsləndirib. Əməkdar artistin Elçin Əlibəyliyə cavab olaraq verdiyi geniş açıqlamanı təqdim edirik: “Əvvəla, mən Elçin Əlibəylini kitabımın təqdimatına dəvət etməmişdim. Bəlkə də etmişdim, dəqiq bilmirəm, edə də bilərdim. Elçin Əlibəyli məni görəndə şeirlərimin fanatı olduğunu deyir. Mən çox xoşbəxtəm ki, hələ də çox yerlərdə kitabımın müzakirəsi gedir. Bu da mənim necə deyərlər, şansımdır.

    Elçin Əlibəyli deyir ki, “Elzanın kitabının təqdimatına getmərəm, çünki özümə hörmət edən adamam”. Əslində isə mən özümə hörmət edən adamam, gündə 10 dəfə zəng vururlar, amma Elçin Əlibəylinin verilişinə çıxmıram. Özünüz bilirsiniz orada nələr baş verir. Mənim kitabımın təqdimatında ondan qat-qat səviyyəli insanlar var idi – alimlər, tanınmış şairlər, tənqidçilər, musiqiçilər, aktyorlar, generallar…

    Təqdimatın Muzey Mərkəzində keçirilməsi bəs edir. Elçin Əlibəyli məni verilişinə çağırıb özünü reklam edə bilmir, ona görə belə deyir. Mən qınamıram, ola bilsin yaradıcılığım onlara gəlib toxunmayıb. Heç mənə lazım da deyil onun hiss etməsi. Narahat da deyiləm, çox rahat insanam. Bir söz var – “uşağı dünyaya gətirmişəm, göbəyini kəsmişəm, pulumu da qazanıram”.

    Elçin Əlibəyli onu-bunu it kimi qapışdırmaqla gündəmdə qalır. Getsin sənəti ilə məşğul olsun.

    Psixasofdu, çoxa-çoxdu,

    Soxa-soxdu!

    Elzanın belə bir şeiri var, kitabda oxusun. Elçin televiziyadan, ekranlardan camaatın evinə tərbiyəsiz danışıqları, münasibətləri soxuşdurur. Mən elə verilişlərə baxmıram, maraqlanmıram. Dəfərlərlə zəng ediblər o verilişlərə gedim, getmirəm. Çünki özümə çox hörmət edirəm”.

    “Utanıram Elçinin yerinə, bəsit-bəsit danışır”

    Müğənni bildirib ki, Elçin Əlibəyli öz verilişində qonaqların Elza Seyidcahandan danışmasını istəyir: “Ora gələn insanlara da çox vaxt deyirlər ki, mövzumuzu Elza Seyidcahan edəcəyik, ay filankəs, sən Elzanı bir az pislə, sən bir az təriflə, sən neytral qal, bizim verilişimiz gündəmi partlatsın. Ona görə də qoy mənim kölgəmdən, nəfəsimdən, adımdan da istifadə edib özlərini gündəmdə saxlasınlar, amma özlərinə bir balaca hörmət etsinlər.

    Elza şair deyil, Elza şairdən də yüksək addadır. Əgər mənim yazdığım, dediyim hansısa söz kimlərisə titrədirsə, silkələyirsə, mənim uğurumdur. Amma mən Elçin kimilərdən heç danışmıram, heç yatanda yuxuma da girmirlər. Narahat deyiləm, amma siz bilirsiniz ki, Elza var, Elza olacaq, məni analiz edirsiniz, məni oxuyursunuz və artıq bilirsiniz mən kiməm. Mənə sual versələr ki, onun haqqında nə deyə bilərsən, deyərəm tanımıram. Elçin Əlibəyli inkişaf eləsin, zəmanəyə uyğunlaşsın. Elçin Əlibəyli telefonla mənim ardımca düşən adamdır ki, “siz öz şeirinizi telefonda səsləndirin, onu ilk dəfə mən yayım”. Bu olub, özü də bir neçə dəfə.

    Bəzi “dayan doldurum” şairlər müsahibə verirlər ki, Elza Seyidcahan şair deyil. Sən get çıxardığın kitabları qoy qarşına, gör Elzanın kitabına çatırmı? Nə sözündə Elzaya çata bilməzsən, nə rəssam tərtibatında, nə dizaynında. Elçin Əlibəylinin bütün kitablarını yığsan, Elza Seyidcahanın kitabına çata bilməz. Əgər kitabı varsa, bilmirəm olub-olmadığını.

    İnsanları bir-birinə it kimi, xoruz kimi qapışdırmaqdan başı açılıb kitab çıxara bilibsə, getsin eləsin.

    Bəziləri poeziyanı elə görürlər ki, Elza ancaq ağ yazmalıdır, qara yazmalıdır, başqa rənglər olmamalıdır. Elza ümumi rəngləri çox sevir, şeirlərimin içində bunlar var, diqqətli olsalar, görəcəklər.

    Kitabda mənim dövlət rəhbərinə, onun xanımına, vətənimizə, aprel şəhidlərimizə, anama, oğluma, nəvəmə həsr olunmuş şeirim var. Mən orada həm analığımı, həm övladlığımı, həm nənəliyimi, həm vətən qızı olmağımı əks etdirən şeirlər yazmışam. Utanıram Elçinin yerinə, bəsit-bəsit danışır. Demək məni yox, mənim kitabımın içindəkiləri də təhqir edir”.

    “Elçinə salam vermişəm, bundan sonra vermərəm, üzümü çevirib gedərəm”

    Elza Seyidcahan onun kitab təqdimatına gəlməyən bəzi insanlardan da danışıb: “Təqdimata gəlməyən bəzi adamlar isə qorxularından gəlməyiblər. Bəzi uğursuz vəzifəli insanlar var ki, dedilər Elzanın tədbirinə getmirik. Nə qədər belə desələr də, Elzanın kitab təqdimatı anşlaqla keçdi, yer olmadı.

    Heç kəsin ixtiyarı yoxdur ki, Elzanın kitabını təhqir eləsin. Elzanın kitabının rəssamı cənab Prezidentimiz tərəfindən “Tərəqqi” medalına layiq görülmüş Əşrəf Heybətovdur, Vatikanda onun əsərlərinin sərgisi keçirilib.

    Danışmasalar yaxşıdır, özlərini biabır eləməsinlər. Heç olmasa yalandan desinlər ki, Elzanın şeirlərini başa düşürük. Onlar Elza fəlsəfəsini başa düşməzlər. Onlar ancaq qapışdırmaqla, xoruz döyüşdürməklə məşğuldurlar. Bunlar ancaq ziyan verməklə, insanların əsəbləri ilə oynamaqla, bir də sponsorları ora yığmaqla məşğuldurlar. Elçinə salam vermişəm, bundan sonra vermərəm, üzümü çevirib gedərəm. Otursunlar yerlərində ailələri ilə, evləri ilə məşğul olsunlar. Elzanın adını ümumiyyətlə hallandırmasınlar. Bəzi şairlər var indiyədək mən heç onları tanımırdım, yaxşı ki, Elza ilə bir layihəyə düşdülər, onları da tanıdılar, saytlara adları düşdü. Kimsə bundan sonra mənim adımı çəksə, onu məhkəməyə verə bilərəm. Mənimlə maraqlansalar, inkişafları artacaq. Girib baxsınlar “Youtube”yə, görsünlər Avropa poeziyası nə deyir. Bircə onu deyirəm:

    Elçin,

    Tikim sənin ağzını,

    Qırxayaq kimi.

    Elçinə və Elçin kimilərə sözümü demişəm, möhürümü də vurmuşam.

    Getsin mənim şeirimi oxusun o kitabda.

    Əliağa Vahidin bir şeiri var:

    Tutalım əsrimizin Həzrəti İsası mənəm

    Bu soxa-soxda nə möcüzə icad eliyim?

    Mən də Elçinə deyirəm:

    Tutaq ki, əsrimizin Həzrəti İsası mənəm

    Bu soxa-soxda Elçinə nə icad eləyim?

    Muzey Mərkəzində keçirilən musiqili-ədəbi mötəbər tədbiri o dərəcədə təhqir etməsin, özünə hörmət eləsin. Mən birinci bəstəkaram, sonra müğənniyəm, şairəliyim isə uşaqlıqdan var.

    Bəzən məni elə yerə dəvət edirlər ki, gedib görürəm ora mənim yerim deyil, etika xətrinə sözümü deyib çıxıram. Yəni mənim heç kəsi təhqir etmək haqqım yoxdur.

    Sən özünə hörmət eləsən, Elçin Əlibəyli, insanları neçə illərdi bir-biri ilə savaşdırmazsan.

    Elçin Əlibəyli bu sözü deməklə kitabımın təqdimatıma gələn generalları, alimləri, ziyalıları, görkəmli şəxsiyyətləri təhqir etmiş olub. Onun haqqında bundan artıq sözlər deyə bilərdim, amma ailəsinə hörmət edirəm, məhkəməyə də verə bilərəm. Təqdimata Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun əsərləri ilə, kamera musiqisi ilə açılış etmişik. Orada “Xəzər” universitetinin kamera orkestri çıxış edib, Rasimə Seyidcahan gözəl, vokal əsərlər ifa edib. Belə bir insanın mənim tədbirimi təhqir etməsinə qətiyyən imkan vermərəm. Elçin Əlibəyli həmişə insanları bir tədbirə çağıranda hədə-qorxu ilə çağırıb, çünki vəzifəsi olub, ondan istifadə edib, deyib ki, gəlib oturmalısınız. İndi də özünə bir qruplaşma yaradıb, otuzdurur orada, bir-biri ilə dalaşdırır. Onu yıxıb sürüyərdim, hörmət edirəm ailəsinə – anasına, atasına, bir də Dilarə xanımın ailəsinə, Oqtay müəllimə.

    Qapışdırsın, tayını tapsın.

    Bir məclisdə durub mənə dedi ki, Elza xanım, sizin xəbəriniz yoxdur, mən şeirlərinizin fanatıyam, oxuyuram, izləyirəm, sizi başa düşmək üçün səviyyə lazımdır.

    Mən əsrimizin Elza Seyidcahanıyam, mənim yaradıcılığım bəşəriyyət üçündür.

    Nəsimi deyirdi:

    Zahidin bir barmağın kəssən dönüb Haqdan qaçar,

    Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz.

    Bax, Elçin Əlibəyli kimilər günümüzün zahidləridilər…

    Deyirlər bir insanın cənnətə getməsi dəvənin iynənin deşiyindən keçməsi qədər çətindir. Elçin Əlibəylinin də mənim də şeirimi, musiqimi anlaması dəvənin iynənin deşiyindən keçməsi qədər çətindir. Özünü inkişaf etdirməlidir”.

  • Röya Aygünün birini yüksəldib, digərini “endirdi”

    Əməkdar artisti Röya Ayxan dünən gecə “Instagram”ın canlı yayımında bir sıra etiraflar edib.

    İzləyicilərin suallarını cavablandıran müğənni Xalq artisti Aygün Kazımova ilə olan münasibətlərindən danışıb:

    “Aygün Kazımova bir əfsanədir, çevrilişdir, ölməzdir. Amma mənə qarşı çox böyük kompleksi var. Aramızda anlaşılmazlıqlar olub, ona qarşı pis hərəkətlər etmişəm. Bu yaxınlarda guya mənə qarşı jest etdi. Mənim 15-16 yaşımda olarkən, burnu yekə, eybəcər kadrlarımı paylaşıb.

    Bu jestdir? Jesti mən edirəm. Tədbirlərdə hər dəfə onu görəndə yaxınlaşıb salam verirəm. “Altın Kelebey”i qazandım, onu paylaşardı, məni təbrik edərdi. Onda deyərdim ki, mənə jest edib. O, gözəl xanımdır, şou qadınıdır. Amma yanındakılara qulaq asmasın. Bundan sonra mənim haqqımda nə danışsa, ona cavab verməyəcəm. Ağıllı davransa, ağıllı davranacam.

    Mənim kimi ağıllı dostu yoxdur. Amma istəsəydi, vaxtında olardım. Aygünün “Ayağıma dəyən daşlar” mahnısı var. Onu çox sevirəm, onu Kazımova kimi oxuyan yoxdur”.

    Daha sonra Aygün Bəylərlə olan məhkəmə prosesindən danışan sənətçi hakimin haqsızlıq etdiyini bildirib:

    “Bu yaxınlarda bir müğənni heç özündə deyildi, çıxıb efirdə ağzına gələni danışdı. Səbail rayon Məhkəməsinin hakimi də (Zaur Əliyev) guya bizim istəyimizi rədd edib. Buradan ona müraciət edirəm. Siz hakim, mənə rədd cavabı necə verə bilərsiniz? 200-300 min təzminat istəməmişəm.

    Hər zaman olan şeyi istəmişəm. Bu təhqirə görə 50 min manat ən yüksək təzminatdır. Mənim anam, atam və ailəm var. O kimdir, efirə çıxıb desin ki, bu sənətə hansı yolla gəldiyini bilirik. Hansı yolla?

    Sən bizi yeməyə çağırdın, gəldik və bizi otaqda qarşıladın, otağa girmədik? Bu yolu nəzərdə tutmusan? İnsanlar düzgünlüyü görməyəndə başqasına düşmən kəsilir. Mən onu bildim deyə düşmən kəsildi. Yoxsa bizdə hər şey yaxşı idi. O, ikiüzlüdür. Biz yemək yeyəndə demişdi ki, sən kişi kimi qızsan. Bəli, mən kişiyəm, amma sən yox. Papağını çıxart, yerə qoy!”

    Röya Xalq artisti Flora Kərimova ilə olan münasibətlərindən də söz açıb:

    “Qızının toyuna getmişdim. Əlimdən və çiynimdən öpürdü. Sonra jurnalist dostlarımızın birinə tədbirdə əl işarəsi ilə zarafat etmişdim. Həmin an fotomu çəkmişdilər. Sonra aparıb Kərimovaya göstərmişdilər ki, Röya bu işarəni sənə göstərib”.

    Müğənni sonda haqqında gəzən şayiələrdən də danışaraq şərabı çox sevdiyini bildirib:

    “Gərək ilk gündən mən də hər şeyi gizləyərdim. Şərabı, siqareti görəndə deyərdim ki, bu nədir? Amma nə oldusa, üzdə oldu. Bir tək şərabı çox sevirəm. Başqa heç nəyin aludəçisi deyiləm. Zamanında nələrsə etmişəm, düzdür. Ancaq indi bunların heç biri yoxdur. Gənclərə tövsiyəm odur ki, sağlamlıqlarını qorusunlar. Boş-boş danışılanlara da inanmasınlar”./oxu.az

  • Gənc müğənni Əli Mirəliyevi lağa qoydu – VIDEO

    Müğənni Əli Mirəliyev efirdə çətin anlar yaşayıb.

    ARB telekanalında yayımlanan “Səhər-Səhər” verilişinin qonağı olan müğənni Elvin Mirzəzadə aparıcı Əli Mirəliyev tərəfindən tənqid olunub. Buna səbəb isə “Youtube” kanalında yerləşdirilən klipinin 10 milyon dəfə izlənildiyini deməsi olub. Əli Mirəliyevin bu açıqlamaya münasibəti sərt olub:

    “Bir ay əvvəl 6 milyon idi, 1 ay sonra da gəlsən, yəqin 30 milyon olar. Ay oğul, o 10 milyon sənə baxmayıb e, sadəcə “knopka”ya basıb”.

    Buna cavab olaraq müğənni Əli Mirəliyevin “Yaraşaydım” mahnısına lağ edib. O, bu mahnının “zəngimcell” koduna bənzədiyini deyib./yenicag.az