Category: Şou Biznes

  • Röya ilə Aygün Bəylərin məhkəməsi başladı – 50 min TƏLƏB EDİR

    Əməkdar artist Röya Ayxanın həmkarı, əməkdar artist Aygün Bəylərə qarşı iddiası əsasında məhkəmə başlayıb.

    Lent.az-ın məlumatına görə, Səbail rayon Məhkəməsində hakim Zaur Əliyevin sədrliyi ilə keçirilən prosesdə A.Bəylər və nümayəndəsinin məhkəməyə gəlmədiyi elan məlum olub. Hazırlıq iclasında anket məlumatlar dəqiqləşdirilib.Məhkəmə qeyri müəyyən vaxtda davam edəcək.

    R.Ayxan iddia ərizəsində yazıb ki, A.Bəylər ARB televiziyasına müsahibəsində onun şərəf və ləyaqətini təhqir edib. Buna görə də o, həmkarından mənəvi ziyana görə 50 min manat təzminat və mətbuat vasitəsilə səsləndirdiyi fikrilərin yalan olması barədə açıqlama verməsini tələb edir.

    A.Bəylər ARB televiziyasının “Səhər-səhər” verilişində R.Ayxanın sənəti ilə bağlı sərt ifadələr səsləndirib.

  • Oksananı döyən Xosenin məhkəməsi başlayır

    Bu gün Binəqədi rayon Məhkəməsində keçmiş həyat yoldaşı, rəqqasə Oskana Rəsulovanı döyərək xəsarət yetirməkdə təqdirləndirilən məşhur reper Elşad Xosenin cinayət işi üzrə məhkəmə prosesi başlayır.

    Median.Az xəbər verir ki, məhkəmədən “Qafqazinfo”ya verilən məlumata görə, bu gün ilkin hazırlıq iclası keçiriləcək. E.Xose Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddədi ilə ittiham olunur. O.Rəsulova məhkəmədə zərərçəkmiş şəxs qismində çıxış edir.

    Bu maddə ilə təqsirləndirilən şəxsin cinayəti törətdiyi sübuta yetirilərsə, onu pul cəzası, islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

    Qeyd edək ki, 2017-ci il oktyabr ayında Binəqədi rayon Polis İdarəsinə müraciət edən O.Rəsulova keçmiş əri E.Xose tərəfindən döyüldüyünü bildirib. Həmin zaman Xose saxlanılaraq ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

  • Faiq Ağayev Nazı biabır etdi – Kimdir bunun valideynləri?

    Xəbər verdiyimiz kimi, Türkiyədə evlilik verişinə qatılaraq məşhurlaşan Naz Mila 20 yanvar tarixində Türkiyədə gecə klublarının birində konsert verəcək.
     
    Nazın bu addımı xalq artisti Faiq Ağayevi hiddətləndirib. O Nazın fotosunu paylaşıb və yazıb:
     
    “Hansı mühitdə böyüyüb bu şəxs? Nə yeyib? Nə içib? Kimdir onun valideynləri, müəllimləri, əhatəsi? Necə axı vicdan yol verir belə manqurtluğa? Biri məşqə tələsir, biri də belə … 20 yanvar dəhşətini formal qəbul etməyə başlayıblar. Elə bil heç bu zülm olmayıb.”
     
    Qeyd edək ki, Nazın bu hərəkəti sosial şəbəkədə hər kəs tərəfindən tənqid və təhqirlə qarşılanıb.//azxeber.com
     

  • Oğlu Brilliantı özündən çıxardı – “Tərbiyəsiz…”

    Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyevin İnstaqram-da paylaşdığı video müzakirələrə səbəb olub.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, motosiklet sürməyini lentə alaraq rəsmi səhifəsində paylaşıb. 
     
    Cahad təhlükəli görüntülərinə “Zolaqlı xətlərlə oynamaq” rəyini yazıb. Cahadın bu paylaşımına anası B.Dadaşova da reaksiya verib və əsəbiləşdiyini bildirib:
     
    “Tərbiyəsiz, sən mənə söz vermişdin. Gəlib o motosikleti yox edərəm. Məni qara siyahıya atsan, təyyarəyə minib ora gələcəm. Başıma ağrı girdi, sənə göstərəcəm. Telefonlarıma cavab ver, yoxsa hər şeyi burada yazacam”.
     
    Hacıyev isə anasına telefondan istifadə qaydalarını öyrətdiyinə görə peşman olduğunu bildirib. 

  • “Bir qələtdi eləmişəm, utanıram” – Əməkdar artist – VİDEO

    18 kq kökəlmişəm. Bakı ərazisinin adamları xəmir yeməkləri çox sevirlər. Camaatın arıqlayan, mədəsini kiçildən vaxtı mən kökəlirəm. Hər gün səhərlər piti yeyirik. 10 günə 4 kilo arıqlamışam. Artıq efirlərdən qaçıram. Utanıram.

    Bu sözləri açıqlamasında ARB TV-nin “Günə son” verilişinə telefon bağlantısı ilə qoşulan əməkdar artist Gülbahar Şükürlü deyib.

    Əməkdar artist daha sonra bundan peşman olduğunu bildirib:

    “3 aya 18 kilo aldım. Yeməyi xoşalayanam. Bəziləri yazdı ki, Gülbahar ağır xəstəliyə tutulub. Məndən soruşmamış çox şey danışdılar. Mən botoks etdirmişdim bir dəfə. Sonra gördüm ki, mənə yaraşmır. Bir yaxın rəfiqəm dedi ki, çox dəyişmisən. Dedim ki, bir qələtdi eləmişəm, daha eləməyəcəm. Kilo almışam deyə üzüm dartılıb, onlar da elə bilir botoks etdirmişəm”.

  • “Müğənni ilə ailə qurmaq ağıllı addımdır” – Cavanşir Məmmədov

    Əməkdar artist Cavanşir Məmmədov “5/5” verilişinin qonağı olub.

    İfaçı müğənni ilə ailə quranları qınayanlara münasibət bildirib:

    “Əslində müğənni ilə ailə qurmaq ağıllı addımdır. Çünki müğənni studiyadan çıxandan sonra özünə qarşı o qədər diqqətli olur ki… Ayağı büdrəyən kimi hamı bilir və saytlar yazır. Tanınmamış adam hara gedir, hardan gəlir heç kim bilmir. İnsan özü düzgün olandan sonra yüz adam içinə girsə də, kişi kimi girib, kişi kimi çıxacaq”.
    ///Axşam.az

  • Zeynəb Dostəliyeva canlı efirdə: “Maral Tahirqızı dəlidir, başı çatmır onun..” (VİDEO)

    ATV kanalında yayımlan “Bizimləsən” verlişində müğənni Zeynəb Dostaliyeva Maral Tahirqızını biabır edib. 

    Baku.ws-in məlumatına görə, aparıcının Maral Tahirqızını müğənni kimi qələmə verməsi Zeynəb xanımın xoşuna gəlməyib. İfaçı onu heç vaxt müğənni kimi qəbul etmədiyini deyib. 

    “Maral Tahirqızının yeri dəlixanadır, səhnə deyil! Onun başı çatmır. Elə oxumaq olar?! O, geyimini, danışığını və oturuşunu bilmir. Onu necə müğənni adlandırmaq olar?! Əgər o müğənnidirsə mən müğənniliyin daşını atıram”.

    Daha sonra Z. Dostaliyeva indiki müğənniləri qınayıb. Onun sözlərinə görə, o vaxtı müğənnilər qastrola gedəndə pis vəziyyətdə olan qonaq evlərinə aparırdılar. Hazırki müğənniləri isə otelə aparırlar.

  • Sevil-Sevinc bacıları canlı yayımda onlara elçi düşən oğlanın ailəsi haqda ŞOK FAKTLARI açıqladı (VİDEO, FOTO)

    Ötən gün Xəzər TV-də yayımlanan “5-də 5” verilişində müğənnilər Sevil və Sevinc Səfərovalar onlara elçi düşən oğlana cavab veriblər. 

    Baku.ws-in məlumatına görə, Həzrət adlı oğlan Sevil Səfərova ilə ailə qurmaq istədiyini bir neçə həftə əvvəl canlı yayımda bəyan edib. 

    Lakin Sevil və Sevinc Səfərovalar onlara vaxt verilməsini istəyiblər. 

    Bu müddət ərzində müğənnilər elçi düşən Həzrət və onun ailəsi haqqında məlumat toplamağa başlayıb. 

    Dünən isə əkiz bacılar canlı yayımda Həzrətə cavabını məktub formasında verib. Müğənnilər deyib ki, məktubda hər şey yazılıb, əgər Həzrət istəyərsə, yazılanları efirdə oxuya bilər. 

    Həzrət məktubu oxuduqdan sonra aparıcı Zaur bildirib ki, bəzi məsələləri müzakirəyə çıxarmağa ehtiyac var. 

    Belə ki, Sevil və Sevinc Səfərovaların araşdırmaları nəticəsində məlum olub ki, Həzrət əvvəllər nişanlı olub. Halbuki, Həzrətin anası oğlunun nişanlı olmadığını bildirmişdi. 

    Sevincə elçi getmək istəyən Həzrətin qardaşı isə evli olub və övladı da var. 

    Ana övladları ilə bağlı geniş açıqlamalar verib və həqiqəti söyləyib. 

    Verilişdən həmin hissəni təqdim edirik. 





  • Nadir Qafarzadə Maykl Ceksonun fanatlarını ələ saldı – FOTO

    Azərbaycanlı müğənni Nadir Qafarzadə dünyaca məşhur mərhum müğənni Maykl Ceksonun obrazını oxşadan şəxslə şəkil çəkdirib.

    Baku.ws-in məlumatına görə, ifaçı fotonu sosial şəbəkədə paylaşıb. 

    “Mən deyəndə ki, Maykl Cekson ölməyib, inanmırdız! Budur, kişinin oğlu!” 

    İfaçı Maykl Ceksonun fanatlarını həm də ələ salıb. Belə ki, mərhum müğənnin bir çox fanatları ifaçının ölümünə inanmırlar.

    Qeyd edək ki, Maykl Cekson 2009-cu ildə dünyasını dəyişib.

  • Fədayə Laçının şikayəti təmin edilmədi – AÇIQLAMA

    Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçının həbs müddətinin 3 ay əlavə olaraq uzadılması ilə bağlı məhkəmə qərarından verilən apelyasiya şikayətinə baxılıb.

    Bu barədə oxu.az-a ifaçının vəkili Türkel Süleymanlı məlumat verib.

    Onun sözlərinə görə, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.
    Qeyd edək ki, bu il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib, daha sonra isə 3 ay artırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.