Category: Şou Biznes

  • Eminin motosiklet kolleksiyası – VİDEO

    Xalq artisti Emin Ağalarov motosiklet kolleksiyasını nümayiş etdirib. 

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni ən sevimli motosikletini də göstərib.

    O bildirib ki, həmin motosikleti özü təmir edib. İfaçı
    “Zabıt tebya” klipinə də həmin minik vasitəsi ilə çəkildiyini bildirib.

  • Qızı Puqaçovanın arzusunu açıqladı

    “Mənim, uşaqlarımın və anamın ən böyük arzusu Moskvadakı evimizdə yenidən bir araya gəlməkdir”.

    Median.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Alla Puqaçovanın qızı Kristina Orbakayte deyib.

    O, vətənindən və ailəsindən uzaq qaldığı üçün kədərləndiyini bildirib:

    “Həyat və tale bizi o qədər fərqli yerlərə səpələyib ki, biz yenidən vətənimizdəki evimizdə bir araya gələ biləcəyimizə inana bilmirik” deyə o, bildirib.

    Xatırladaq ki, Alla Puqaçova və həyat yoldaşı Maksim Qalkin xarici agent kimi tanınaraq ölkəni tərk ediblər. Onlar bir müddət İzraildə yaşasa da hazırda ölkə-ölkə gəzməyə üstünlük verirlər. Uşaqlarının psixologiyası və təhsil hüququnun pozulması əsas gətirilərək cütlüyün valideynlik hüququndan məhrum edilməsi tələbi ilə bağlı yeni xəbələr yayılıb. Müğənninin qızı Kristina Orbakayte isə Amerikada yaşayır.
    //azxeber.com

  • Müğənni Kərimin Bakıda toyda döyülmə səbəbi BİLİNDİ (YENİLƏNİB)

    “Müğənni Kərim toyda döyülməsi ilə bağlı təhqiqat araşdırması başlanılıb”.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı oxu.az-a açıqlamasında bildirib.

    “Sentyabrın 10-da axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş vermiş insidentlə bağlı qarşılıqlı şikayətlər əsasında ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb. Tərəflərin ərizə və izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırma davam etdirilir”, – deyə açıqlamada qeyd olunub.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, müğənni Kərim Abbasovun fonaqram ifa etməsi məclis sahibinin narazılığına səbəb olub və bundan sonra tərəflər arasında mübahisə baş verib.

    * * * * *

    Müğənni Kərim toyda döyülüb.

    Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş verib. Sənətçi qatıldığı toy şənliyində döyülüb.

    Ancaq hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

    Toyda baş verən insidentdə iştirak edən bir neçə nəfəri polis saxlayıb.

    Faktla bağlı araşdırma gedir.

  • Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

    Keçirdiyi yol-nəqliyyat hadisəsindən sonra televiziyaya redaktor kimi qayıdan tanınmış aparıcı Aytən Səfərovanın əvvəlki vəzifəsinə geri dönəcəyi deyilir.

    Bu barədə yenisabah.az-a Aytən Səfərovanın keçmiş iş yoldaşı və rəfiqəsi məlumat verib.

    Mənbə deyib ki, istintaq davam etdiyi üçün ötən mövsüm efirə çıxması məqbul sayılmayan aparıcı bu mövsüm yenidən efirə qayıdacaq.

    O, bir neçə gün sonra Xəzər TV-nin “Xəbər ertəsi” verilişində yenidən aparıcılığa başlayacaq. Sözügedən telekanalın rəhbəri Murad Dadaşov bununla bağlı qərarını açıqlayıb.

    Xatırladaq ki, ötən mövsümün sonuna qədər Aytən Səfərovanı jurnalist həmkarı Ruzana Kərimli əvəz edib.

    Qeyd edək ki, aprelin 17-də saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub.

    Nəticədə İsmayıl Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

  • Hüseyn Həsənov 145 milyon ödədi, evini və lüks avtomobillərini xilas etdi

    Moskva Arbitraj Məhkəməsi Federal Vergi Xidmətinin (FTS) bloger Hüseyn Həsənova qarşı iddiası üzrə icraata xitam verib.

    Qaynarinfo xəbər verir ki, bu barədə “Life SHOT” məlumat yayıb.

    Avqustun 16-da azərbaycanlı bloger Federal Vergi Xidmətinə demək olar ki, 145 milyon rubl (təxminən 2 milyon 813 manat) məbləğində bütün borclarını ödəyib. Bundan əvvəl vergi orqanları blogerin dörd bankdakı hesablarını bloklayıb, həmçinin məhkəmə yolu ilə Moskva şəhərinin hündürmərtəbəli binalarından birində, dəyəri 150 milyon rubl olan Neva Towersdəki mənzillərini əlindən almağa çalışıb.

    Federal Vergi Xidməti həmçinin Həsənovdan iki avtomobili – 2020-ci il istehsalı olan “Rolls-Royce Cullinan” və 2022-ci il istehsalı olan “Chevrolet Tahoe” avtomobillərini müsadirə etmək niyyətində idi.

    “Telegram” kanalı vurğulayır ki, bütün borclarını ödəyən Həsənov evini və lüks avtomobillərini xilas edə bilib. Borc ödənilən gün onun bank hesabları blokdan çıxarılıb.

    Hazırda Hüseynin xaricdə olduğu deyilir. Onun vəkili kanala bildirib ki, Həsənov xarici agentləri qarşısında bütün öhdəliklərini yerinə yetirən kimi Moskvaya qayıdacaq.

  • Afaq Gəncəli “Xəzər” TV-dən ayrıldı

    Aparıcı Afaq Gəncəli bir müddətdir çalışdığı “Xəzər” TV-dən ayrılıb.

    “Olay” xəbər verir ki, Afaq ərizə yazaraq kanalla yollarını ayırıb.

    Onun bir müddətdir efirə şou proqramı ilə qayıdacağı gözlənilsə də, qəfil media qurumu ilə əməkdaşlığını bitirib.

  • “Özünüzü qoruyun, dərmanı yoxdur”

    “Yaradıcılıq gözəldir, amma istedad varsa”.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibi sosial şəbəkə hesabında yazıb. Sənətdən danışan ifaçı bunları əlavə edib:

    “Yoxdursa, bunu özlüyündə etiraf edib, qəbul edəcək qədər dürüst olmalıdır insan, məncə. Bəzən musiqi ilə guya məşğul olub, özlərini əsl musiqiçilərlə bir görə bilərlər, amma bu, musiqimizə zərərdən başqa bir şey deyil. Hər kəsin öz işi var və olmalıdır da. Heç olmasa ulduzluq xəstəliyindən qoruyun özünüzü. Çünki dərmanı yoxdur”.

  • Ancelina Coli imicini dəyişdi – FOTO

    Ancelina Coli Venesiya Film Festivalının əsas ulduzlarından birinə çevrilib.

    Median.Az championat.com-a istinadən xəbər verir ki, o, İtaliyada baş rolu ifa etdiyi müğənni Mariya Kallas haqqında “Mariya” filmini təqdim edib.

    49 yaşlı Hollivud divası gözlənilməz bir görünüşlə bütün diqqətləri üzərinə cəlb edib. Adətən qaraşın saçları ilə tanınan Coli, bu dəfə kül sarışın rənginə üstünlük verərək saçlarını boyayıb.

    Bir neçə il əvvəl aktrisa oxşar rəngdə saçlar boyasa da, tezliklə təbii saç rənginə qayıdıb.

    Qeyd edək ki, Ancelina nadir hallarda görünüşü ilə təcrübələr aparır. Colinin dediyinə görə, yalnız yaşlandıqca o, özünü həqiqətən sevməyi və olduğu kimi qəbul etməyi öyrənib.

    //oxu.az

  • Avroviziyanın keçiriləcəyi şəhər bəlli oldu

    Avroviziyanın 2025-ci ildə keçiriləcəyi şəhər bəlli olub.

    Bununla bağlı müsabiqənin rəsmi internet səhifəsində məlumat verilib.

    Verilən məlumata görə yarışma İsveçrənin Bazel şəhərində baş tutacacaq.

  • Məşhur meyxanaçının halı pisləşdi

    Meyxanaçı Xəyyam Əhmədlinin səhhəti pisləşib.

    Bu barədə aktyor Elcan Rəsulov məlumat yayıb.

    Xəyyamın təcili yardım maşınından görüntülərini paylaşan Elcan onun maddi vəsaitə ehtiyacı olduğunu vurğulayıb:

    “Xəyyamın vəziyyəti yenə ağırlaşıb. Bu dəfə heç əməliyyat da etmək olmaz. Oqtay Kamil dedi ki, aparata qoşulmalıdır. O da 150 min dollardır. Xəbəri dostlarla paylaşın, görək nə baş verir. Allah köməyi olsun”.

    Meyxanaçının ağır ürək problemləri olduğu bildirilir.