Category: Şou Biznes

  • Ağadadaş Ağayevin “Medera Hospital”a qarşı iddiası əsasında məhkəmə başlayıb

    Xalq artisti Ağadadaş Ağayevin “Medera Hospital”a qarşı iddiası əsasında məhkəmə başlayıb.

    Apa xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Etibar Mustafayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmənin baxış iclası oktyabrın 23-nə təyin olunub.
    Qeyd edək ki, bu ilin iyul ayında xalq artisti Ağadadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib.Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb.

    Ağadadaş Ağayev “Medera Hospital”ı Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr – mənəvi zərərin ödənilməsi üçün məhkəməyə verib.

    Öz növbəsində, “Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldıracaqlarını bildirmişdi.

  • Qarmon ifaçısından aparıcılara sərt İTTİHAM: “Söz tapmırlar danışmağa”

    Əməkdar artist Gövhər Rzayeva teleaparıcılarla bağlı gileyini açıqlayıb.

    Lent.az-ın xəbərinə görə, o, yaradıcılığından yox, şəxsi həyatından bəhs edilməsindən bezdiyini deyib.

    “Söz tapmırlar danışmağa. Mənə aparıcılar verilişdə sual verirlər, cavab verirəm. Dəfələrlə deyirəm ki, bu barədə başqa verilişlərdə danışmışam, amma deyirlər ki, yenə danış. Bundan narazıyam. Eyni şey haqqında nə qədər danışmaq olar? Bezirəm. Deyirlər ki, aşığın sözü qurtaranda, “yarım-yarım” deyir. O aparıcılar da elədirlər”.

  • Ədalət Şükürov: “AYNA-dan narazıyam, bacarmırlarsa, məni çağırsınlar, başa salım” (VİDEO)

    “Bizim yollardan çox narazıyam. Həddindən artıq. Avtobus zolağı bir, velosiped zolağı iki, balaca yolu bölürlər. Tıxaclar da artdıqca artır. Buna da səbəb həmin balaca yolu zolaqlara ayırmalarıdır. Ola bilsin, o da lazımdır. Amma onu böyük yolda edərlər. Yol salanda bütün bunları nəzərə alıb enli etmək lazımdır. Yoxsa ki, hazır balaca yoldan kəsib nəsə edib tıxac yaradırlar. Tıxacların 80 faizi elə həmin zolaqlara görə yolların balacalaşmasından yaranıb”.

    Bu sözləri Əməkdar artist Ədalət Şükürov APA TV-nin “Ekstra müsahibə” layihəsində qonaq olarkən deyib.

    O, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyətindən narazı olduğunu bildirib:

    “AYNA-dan çox narazıyam. Orada peşəkarlar işləməlidirlər. Peşəkarlar dəvət etmək lazımdır. Yoxsa ki, biri maşını qoydu, tez onu çəkdilər, cərimə etdilər. Bu nə qədər düzgündür? Yaxşı qazanc yeri tapıblar. Narazıyam, buradan da deyirəm, əgər bu işi bacarmırlarsa, xarici ölkələrdə şirkətlər var, onları dəvət etsinlər. Amerikada, İngiltərədə yolları idarəetmə şirkətləri mövcuddur. Gəlib yarım il ölkədə yaşayıb yolun səmtini dəyişirlər. Bacarmırlarsa, məni çağırsınlar, başa salım. Bizdə bir çox yollar dalandır, onları açın da. Bir-ikisi açılıb, hərəkət var. Niyə o yolları açmırlar? İmkan da var. Nəinki mən, 99 faiz avtomobil idarə edənlər narazıdırlar”.

  • Uitni Hyustonun anası vəfat edib

    Məşhur ABŞ-li müğənni Uitni Hyustonun 91 yaşlı anası Sissi Hyuston vəfat edib.

    Median.Az bu barədə “Associated Press”ə istinadən xəbər verib.

    Qeyd olunub ki, Sissi Hyuston uzun müddət altsheymer xəstəliyindən əziyyət çəkib.

    Məlumat üçün əlavə edək ki, Sissi Hyuston 1960-cı illərdə oxuduğu mahnılarla məşhurluq qazanıb.

    Sənətçi iki dəfə Amerika Səsyazma Akademiyasının əsas mükafatı olan “Qremmi” mükafatını qazanıb.

  • Murad Dadaşov həyat yoldaşı ilə – FOTO

    Xəzər Media Mərkəzinin Baş direktoru, Xalq artisti Murad Dadaşovun həyat yoldaşı Aytən xanımla fotosu yayılıb.

    Axşam.az xəbır verir ki, cütlük böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən “Tağıyev: Neft” bədii filminin premyerasına qatılıb.

    Qeyd edək ki, M.Dadaşovun Kamal, Ziya və Əli adlı 3 oğlu var.

  • Ağadadaş Ağayev ölkədən çıxıb? – VİDEO

    Xuliqanlıqda ittiham olunan Xalq artisti Ağadadaş Ağayevin xarici ölkəyə getməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

    Median.Az qafqazinfo-ya istinadla xəbər verir ki, müğənninin Qırğızıstanda çəkildiyi deyilən videosu onun istintaqı davam etdiyi halda ölkədən necə çıxması barədə müzakirələrə səbəb olub.

    Müğənninin vəkili Asim Abbasov saytımıza açıqlamasında iddialara aydınlıq gətirib. Vəkilin dediyinə görə, yayılmış görüntülər köhnə kadrlardır: “Ağadadaş Ağayev ölkəni tərk etməyib, Bakıdakı evindədir. Öz sənəti ilə məşğuldur”, – vəkil bildirib.

    Qeyd edək ki, hadisə bu ilin iyul ayında baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. Balta isə klinikada çalışan qadın N.Paşayevaya dəyərək xəsarət yetirib.

    Hadisəyə görə Ağadadaş Ağayev və mühafizəçi barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Barələrində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

    Hazırda ibtidai istintaq davam edir.

  • Mustafa Sandalı Bakıya gətirən SƏBƏB: Dəbdəbəli toydan GÖRÜNTÜLƏR (VİDEO)

    Türkiyənin pop ulduzu Mustafa Sandal Bakıya gəlib.

    “Olay” xəbər verir ki, sənətçinin şəhərimizə gəlməsinin səbəbi toyda çıxış etməsi olub.

    Dəbdəbəli restoranlardan birində keçirilən məclisdə Sandal hit və sevilən mahnılarını səsləndirərək ailə quran cütlüyü və qonaqları əyləndirib.

    Sözügedən gecədə Mustafa Sandal ilə yanaşı, Xalq artisti Alim Qasımov, Aygün Kazımova və Əməkdar artist Xəyyam Nisanov da iştirak ediblər.

    Toyda iştirak edən qonaqlar çəkilən görüntüləri sosial şəbəkələrdə paylaşıblar.

    Həmin görüntüləri təqdim edirik:

  • Bakıdan qayıdan Uspenskayanın oğurlanan qızı haqda yeni detallar

    Rusiyalı müğənni Lyubov Uspenskayanın qızı Tatyana Plaksina Bakıdan qayıtdıqdan sonra itkin düşüb. Bildirilmişdi ki, Tatyana qondarma Donetsk və Luqansk Xalq Respublikalarına (DXR və LPR) səfərlərdən sonra oğurlana bilər.

    Publika.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumatına görə, məsələ ilə bağlı yeni nüanslar ortaya çıxıb. Müğənninin vəkili qızın yoxa çıxmasında ukraynalı izinin olduğunu açıqlayıb. Vəkil Yelena Senina Plaksinanın narkomaniyaya meylli olduğunu bildirib və onun hazırda qapalı və yaxud bağlı vəziyyətdə ola biləcəyini deyib.

    “Lyubov Uspenskaya qastrol səfərində olarkən, Ukraynadan olan təxribatçılar Tatyanaya yaxınlaşaraq onu narkotikə aludə edib, başqa ölkəyə bilet alıb onu çıxarıblar”, – deyə vəkil bildirib.

    Onun sözlərinə görə, başqa ölkədə ukraynalılar narkotikdən istifadə edərək müğənninin qızını diktə ilə müsahibə verməyə məcbur ediblər. Senina qeyd edib ki, bu müsahibələr hələ yayımlanmayıb, lakin çox güman ki, tezliklə yayımlanacaq.

    Vəkil iddia edir ki, ukraynalı fırıldaqçıların əsas hədəfi müğənninin qızı deyil, onun anasıdır, “çünki o, Kiyevdə doğulub və Rusiyanın Ukrayna ilə bağlı siyasətini açıq şəkildə dəstəkləyir”.

    O əlavə edib ki, Tatyananın yeri məlumdur və onun itkin düşməsi ilə bağlı Federal Təhlükəsizlik Xidmətinə (FSB) şikayət edilib.

    Öz növbəsində Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin müğənninin qızı Lyubov Uspenskayanın itkin düşməsində Taisiya adlı keçmiş rəfiqəsinin əli ola biləcəyi ilə bağlı məqamı da açıqlayıb. Deyilənə görə, onun guya Plaksinanı narkotikə aludə edən və hətta müğənninin əmlakına yiyələnmək üçün Uspenskayaya qarşı repressiyalar təşkil etmək istəyən, Tatyananı “anasının kürəyindən bıçaqla vurmağa” inandırmaq istədiyi iddia edilir.

    Xatırladaq ki, 2020-ci ilin fevral ayının əvvəlində Plaksina NTV kanalına çıxıb və anasının ona narkotik verdiyini, həmçinin ona qarşı fiziki və ruhi zorakılıq tətbiq etdiyini, onu boğduğunu bildirmişdi. Daha sonra qız sözlərini geri götürüb.

    Uspenskayanın vəkili Plaksinanın hərəkətini onun psixi pozğunluğu ilə izah edib.

  • “Bozbaş” Picturesin Şirini bacısından imtina edibmiş – Bacısı görün kim imiş – FOTO

    Median.Az bizim.media-ya istinadən sizə məhşur aktyorun hec kəs tərəfindən tanınmayan bacısının həyat hekayəsini təqdim edirik.

    Nuridə Qasımovanın dediyində görə onun anası Nurcahan xanım 1993 – cü ildə Rauf Məhərrəmovla aliə həyatı qurub .

    Bu nigahdan onların bir qız övladı dünyaya gəlib. Qiz övladının adını Nuridə qoyublar. Nuridənin 4 yaşı olanda atası ilə anası ayrılıb. Ayrılıqdan sonra Nuridə anası ilə Rusiyanın Sankt-Peterburq şəhərinə köcüb orada yaşayıblar. On iki ildən sonra Bakıya qayıdanda artıq vəziyyətin başqa cür oldugunu soyləyən Nuridə xanım, ata nənəsinin məsləhəti ilə atası Rauf bəyin digər xanımından olan oglu və qızı ilə tanış olduqlarını söyləyir.

    Həmin günləri danışarkən Nuridə xanım qardaşına olan həsrətini gizlədə bilmir, xatirələrini yad etdikcə kövrəlir.

    Bildirib ki, indi Nicat ondan küsüb, yaxına qoymur:

    “Çox peşmanam, üzr istəmişəm, bağışlamağını xahiş etmişəm. Amma Nicat barışmır mənimlə”.

    Nuridə Qasımova yalnızlıqdan yoruldugunu, 7 yaşlı oğlunun isə dayıya ehtiyacı oldugunu, dayısını televizordan izləyərək nə zaman dayısı ilə görüşəcəyini soruşdugunu söyləyir.

  • Əfsanəvi amerikalı müğənni vəfat etdi

    ABŞ-li kantri müğənnisi və aktyoru, “Qremmi” və “Qızıl qlobus” mükafatlarının sahibi Kris Kristofferson 88 yaşında vəfat edib.

    Bu barədə Median.Az BBC.com-a istinadən xəbər verir.

    22 iyun 1936-cı ildə Texasda anadan olan Kristofferson “Sunday Morning Coming Down”, “Me And Bobby McGee”, “Help Me Make It Through The Night” və başqa bu kimi hitləri ilə tanınır.

    O, onilliklər ərzində solo ifa edib, 1980-ci illərin ortalarında isə Conni Keş, Veylon Ceninq və Villi Nelson ilə birlikdə “The Highwaymen” superqrupunu yaradıb.

    Kristofferson, həmçinin, böyük ekranda da görünüb və 1976-cı ildə ekranlara çıxan və 1937-ci ildə çəkilmiş eyniadlı filmin remeyki olan “Ulduz doğuldu” filmində Barbra Streyzandla birlikdə rol alıb. Bu rola görə o, “Qızıl qlobus” mükafatına layiq görülüb.

    Musiqiçi, həmçinin, 1972-ci, 1974-cü və 1975-ci illərdə üç dəfə “Qremmi” mükafatı qazanıb, 2004-cü ildə isə “Country Music Hall of Fame”in (Kantri musiqisinin şöhrət zalı) üzvü olub.