Category: Şou Biznes

  • “YouTube” Adel, Bob Dilan və digərlərinin videolarını blokladı

    “YouTube” Avropa Musiqi Bəstəkarlarının Müəllif Hüquqlarını Müdafiəsi Cəmiyyəti (SESAC) ilə hüquqi mübahisəyə görə ABŞ-də Adel, Bob Dilan, “Green Day”, REM, Burna Boy, Rush və digər sənətçilərin videolarını bloklayıb.

    Bu barədə Variety məlumat yayıb.

    “YouTube” nümayəndəsi bildirib ki, rəhbərlik SESAC ilə məhsuldar danışıqlar aparıb, lakin müqavilənin müddəti bitənə qədər ədalətli razılığa gəlmək mümkün olmayıb və bu səbəbdən videolar bloklanıb.

    Bununla belə, videoların müqavilə başa çatmamış yoxa çıxdığı və platformanın bunu məqsədli şəkildə edə biləcəyi qeyd olunur.

  • Silvestr Stallonedən qızlarına 25 milyon dollarlıq hədiyyə

    Hollivud ulduzu Silvestr Stallone qızları üçün 24,95 milyon dollara Şərqi Hemptonda dəbdəbəli malikanə alıb.

    Bu barədə “Sky news” məlumat paylaşıb.

    Məlumata görə, 8 yataq, doqquz vanna otağı olan ev üç mərtəbəlidir.

    Dəniz sahilində yerləşən villanın içində xüsusi lift, həyətində böyük hovuz var.

  • Röyadan təsirli paylaşım: “O barmaqlar daha mənim üçün çalmır” (VİDEO)

    Xalq artisti Röya Ayxan mərhum bəstəkar Nailə Mirməmmədli ilə bağlı paylaşım edib.

    Sənətçi illər əvvəl onunla birlikdə mahnı ifa etdiyi kadrları sosial şəbəkə izləyiciləri ilə bölüşüb.

    Xalq artisti görüntülərə yazdığı sözləri ilə hər kəsi kövrəldib:

    “Əsəri məşq etdik, öyrəndik. Amma lentə almaq qismət olmadı. Çünki o barmaqlar bir daha mənim üçün çalmır. Bir gün balaca Nailə bu pianinonu mənim üçün yenidən açacaq. Buna əminəm!”.

    Xatırladaq ki, bəstəkar, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli 3 il əvvəl, 2021-ci ilin yanvarında vəfat edib.//baku.ws

  • “Comedy Club” bağlanır

    Sentyabrın 20-də Rusiyanın TNT telekanalında yayımlanacaq “Comedy Club” şousunun buraxılışı sonuncu olacaq.

    Bu barədə “Qazprom-media Razvlekatelnoye Televideniye”nin (“Qazprom-media”nın alt holdinqi) mətbuat xidməti məlumat verib.

    Bildirilib ki, proqramın kreativ prodüseri Qarik Xarlamov proqramın əvvəlində “Biz təsdiq edirik ki, “Comedy Club” bağlanır”, – deyə bəyan edəcək.

    Daha əvvəl TNT telekanalının direktoru Tina Kandelaki layihənin yenidən başladılacağına işarə etmişdi. Sentyabrın 3-də özünün “Telegram” kanalında dərc edilmiş videomüraciətdə o bildirmişdi ki, iyulun sonunda “Comedy Club”ın kreativ prodüseri təyin edilmiş Qarik Xarlamov səhnəyə, musiqiyə, məzmuna, köhnə və yeni rezidentlərə, yumorun özünə aid çoxlu sayda yeni ideya təklif edib.

    “Biz bütün kanal, bütün komanda ilə düşündük, vəziyyəti qiymətləndirdik və mən yalnız bir şey deyə bilərəm: “Əlvida, “Comedy”, – deyə Kandelaki yazmışdı.

    Qeyd edək ki, sentyabrın 20-də yayımlanacaq buraxılışın elanı olan bilbordlarda da eyni ifadə – “Əlvida, “Comedy” yer alıb.

  • Məşhur reper ona qarşı irəli sürülən ittihamları təkzib etdi

    Cinsi təcavüzdə günahlandırılan “Diddy” ləqəbli amerikalı aktyor, prodüser və reper Şon Kombs günahsız olduğunu iddia edib.

    Məşhur rep ifaçısı aylardır ki, cinayət işi üzrə istintaqa cəlb olunub.

    Nyu-Yorkda saxlanılan Kombs Manhettendə federal məhkəmədə ona qarşı irəli sürülən bütün ittihamları rədd edib. Məhkəmədən sonra təşkil edilən mətbuat konfransında Nyu York prokuroru Damian Williams:

    “Bu ofis nə qədər güclü, zəngin və ya məşhur olmağınızdan asılı olmayaraq, etdiyiniz işlə məşğul olan hər kəsi təhqiq etmək və mühakimə etmək öhdəliyi götürür”, -deyə bildirib.

    İddianamədə Şon Kombs və onun tərəfdaşlarının “qadın qurbanlarını, çox vaxt romantik münasibət bəhanəsi ilə aldadıb, cinsi əlaqəyə girməyə və narkotik istifadə etməyə məcbur etdiyi” iddia edilib.

    Şon Combs-un vəkili Marc Agnifilo, müvəkkilinin qüsurlu bir insan olduğunu, lakin günahkar olmadığını iddia edib.

    Digər tərəfdən, Sean Combs sosial media hesabında:

    “Bəsdir artıq. Asan yolla pul qazanmaq istəyən insanlar tərəfindən mənə qarşı iyrənc ittihamlar irəli sürülüb. Mən iddia edilən dəhşətli şeylərin heç birini etməmişəm. Adım, ailəm və həqiqət üçün mübarizə aparacağam”,-deyə paylaşım edib.

    Qeyd edək ki, onun keçmiş sevgilisi, müğənni Kessi Ventura 2023-cü ilin noyabrında ona qarşı cinsi təcavüz etdiyini iddia edərək, Sean Combs-a qarşı iddia qaldırmışdı.
    //azxeber.com

  • Hip-hop dünyasının əfsanəsi ABŞ-də həbs olundu

    Məşhur amerikalı reper və prodüser P.Diddy (əsl adı – Şon Kombs) Nyu-Yorkda təcavüz və insan alveri ittihamları ilə həbs edilib. Xəbər hip-hop dünyasını sarsıdıb və cəmiyyətdə geniş rezonans doğurub.

    Bu barədə “The New York Times” xəbər yayıb.

    İttihamnamənin detalları hələ açıqlanmır.

    Qeyd edək ki, 2023-cü ilin iyulunda keçmiş porno aktrisası Adria İngliş Kombsu təcavüz və insan alverində ittiham edib.

    Bu, 53 yaşlı ifaçının belə cinayətlərdə günahlandırıldığı ilk hal deyil. Ən səs-küylü iş isə zorakılıq ittihamı ilə keçmiş sevgilisi – müğənni Kessi (Kassandra Ventura) tərəfindən başladılmışdı .

    Sərvəti “Forbes” tərəfindən 2022-ci ildə 1 milyard dollar qiymətləndirilən P.Diddy karyerasına 90-cı illərdə başlayıb və qısa müddətdə populyarlıq qazanıb. Onun ilk albomu “No Way Out” (1997) ona “Grammy” mükafatı və dünya şöhrəti gətirib.

  • Britaniyalı supermodel: Bakı səfərim əla keçdi

    Formula-1 yarışlarını izləmək üçün Azərbaycanı ziyarət edən britaniyalı supermodel Naomi Kempbell səfəri haqqında İnstaqram hesabında paylaşım edib.
     
    Median.Az xəbər verir ki, o, paylaşımında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Prezidentin köməkçisi Anar Ələkbərova, gənclər və idman naziri Fərid Qayıbova, Formula-1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikaliyə və Formula-1-in müşaviri Flavio Briatoreyə təşəkkür edib.
     
    Naomi Kempbell paylaşımında Bakı səfərinin əla keçdiyini və Heydər Əliyev Mərkəzini ziyarət etdiyini bildirib. Model, mərkəzi ziyarət etməyin ilhamverici olduğunu vurğulayıb və məşhur memar, yaxın dostu Zaha Hadid tərəfindən dizayn olunduğunu də əlavə edib.

  • Ağadadaş Ağayevin başı yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

    Xalq artisti Ağadadaş Ağayev yeni qalmaqalla üzləşib və barəsində məhkəmə qərarı çıxarılıb.

    Gününsəsi.info-nun xəbərinə görə, Xalq artisti bu dəfə “DəmirBank”a olan köhnə borclarını ödəmədiyinə görə məhkəməyə verilib.

    Belə ki, Əmanətlərin Sığortalanması Fondu müflis elan edilmiş “DəmirBank” ASC qarşısında borc öhdəliyi olan Ağadadaş Ağayevdən banka olan borcunu tələb etsə də, o, bunu ödəməkdən imtina edib. Nəticədə Fond Xalq artistindən Binəqədi Rayon Məhkəməsinə şikayət verib.

    Məhkəmə Ağadadaş Ağayevin illər əvvəl bankdan götürdüyü, amma ödəmədiyi krediti və onun hesablanan faizlərini qaytarması barədə qərar çıxarıb.

    Bu vəsaitin 50 min manata yaxın olduğu bildirilir.

    Xatırladaq ki, Ağadadaş Ağayev bir müddət əvvəl məşhur balta olayı ilə gündəmə gəlib.

    Bu hadisəyə görə də cinayət işi başlanıb və istintaq aparılır.

  • Müğənni Kərim Abbasovun toyda döyülməsi ilə bağlı YENİ DETALLAR

    Müğənni Kərim Abbasovun iştirak etdiyi məclislərin birində döyülməsi ilə bağlı hadisənin yeni təfərrüatı məlum olub. Toyda qeydə alınan insidentdə iştirak edən bir neçə nəfəri polis saxlayıb.

    Yenisabah.az məsələnin detallarını öyrənə bilib.

    Belə ki, toyda iştirak edən qonaqlardan biri baş verən insidentin təfərrüatını danışıb.

    Onun sözlərinə görə, Kərim Abbasov toy boyu canlı oxusa da, məclisin sonuna yaxın sifariş olunan rusca mahnını fonoqram ifa edib:

    “Kərim toy boyu canlı ifa edirdi. Lakin sonradan mahnı sifarişi gəldi, sifariş edilən mahnı rus mahnısı idi. O, sifariş edilən mahnını fonoqram oxuyurdu. Müğənnilər rus mahnılarını çox da yaxşı bilmirlər, amma ev yiyəsindən sifariş gəldikdə onu oxumağa məcburdurlar. Kərim sifarişi oxuduğu vaxtda məclisdə olan qonaqlardan biri səhnəyə yaxınlaşdı ki, mən də səninlə birgə ifa edəcəyəm. Mahnı fonoqram olduğu üçün istər-istəməz qonağa verilən mikrofonun səsi zəif çıxır. Bu zaman qonaq israr etdi ki, Kərim öz mikrofonunu ona versin. Qonaq inadla müğənnidən mikrofonunu istədi, ona oxumağa imkan vermədi. Kərim də əsəbiləşdi ki, bu, mənim şəxsi mikrofonumdur və onu heç kəsə vermirəm.

    İfa bitəndən sonra da qonaq Kərimdən əl çəkmədi, mübahisə yaratdı ki, “sən niyə fonoqram oxudun, mən canlı oxuyacaqdım, mənə imkan vermədin”. Mübahisə belə başladı”.

    Mənbə qeyd edib ki, mübahisə bununla da səngiməyib:

    “Kərim toydan çıxıb Moskvaya başqa toya getməli idi. O, təyyarəyə çatmalı idi, buna görə saat 12-ə işləmiş istədi ki, toyu bitirsin, “Vağzalı” çaldırdı. Gəlinin anası, yaxınları gəlib etiraz etdilər ki, nə vağzalı, toy hələ davam edəcək.

    Ev yiyələri Kərimin toyu bitirməyinə icazə vermədilər. O da bir müddət gözlədi, amma saat 12-nin yarısı getməyə məcbur idi, yavaş-yavaş əşyalarını yığışdırmağa başladı. Məclis sahiblərinə də bildirdi ki, siz özünüz davam edin, mən təyyarəyə çatmalıyam. Kərim yığışıb getmək istəyəndə aşağıda ev yiyələri onu döydülər. Həmin gün təyyarəyə də çata bilmədi”.

  • “Miss Türkiyə” birincisi səfirin qızı imiş

    Ötən gün Türkiyədə keçirilən gözəllik yarışmasının nəticələri ilə bağlı qalmaqallı fikirlər səsləndirilib.

    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sosial mediada geniş müzakirə olunan ilk pillənin sahibi İdil Bilgen ilə bağlı bəzi məlumatlar əldə olunub.

    “Miss Türkiyə” birincisi seçilən İdil Bilgenin Türkiyənin Kiyevdəki səfiri Levent Bilgenin qızı olduğu məlum olub.

    Qeyd edək ki, o, “Miss World” yarışmasında Türkiyəni təmsil edəcək.
    //azxeber.com