Category: Şou Biznes

  • Məşhur reper silah saxladığına görə həbs edildi

    Reper Lil Baby (əsl adı Dominik Cons) qanunsuz silah saxlamaqda şübhəli bilinərək Las-Veqasda həbs edilib.

    Qaynarinfo bu barədə “İndependent” qəzetinə istinadən xəbər verir.

    İfaçı avqustun 26-da səhər saat 05.00 radələrində nəzarətə götürülüb. Cons daha sonra 5000 dollar girov müqabilində azadlığa buraxılıb və musiqiçinin indi oktyabrın 1-də məhkəmə qarşısına çıxması planlaşdırılır.

    Lil Baby-nin vəkilləri 29 yaşlı reperin niyə həbs edildiyini “aktiv şəkildə araşdırdıqlarını” bildiriblər. Baxmayaraq ki, reperin Corciada silah saxlama icazəsi var. “Independent” əlavə edir ki, Corcia ştatında əldə edilmiş sənəd Nevada ştatında tanınmır. Digər təfərrüatlar məlum deyil.

    Lil Baby narkotik alverinə görə artıq iki il həbsdə yatıb. Musiqiçi 2019-cu ildə polisə tabe olmamaq və təhlükəli avtomobil idarə etdiyinə görə də həbs edilib. 2021-ci ildə sənətçi Kanye Uestlə birlikdə Parisdə narkotik ittihamı ilə həbs olunub, lakin sonra sərbəst buraxılıb.

    Lil Baby karyerasına 2017-ci ildə başlayıb. 2018-ci ilin may ayında o, “Harder Than Ever” adlı debüt studiya albomunu buraxıb. O, “Freestyle”, “Yes Indeed” və “Drip Too Hard” mahnıları ilə tanınır.

  • Elmirin qızı Amerikada ərə getdi – FOTO

    Keçmiş “Dəyirman” qrupunun üzvlərindən olan Elmir Teymurun qızı Amerikada ailə qurub.

    Axşam.az xəbər verir ki, ifaçı qızı Mariyanın nikah şəkillərini sosial şəbəkə hesabında paylaşıb.

    Elmir fotolara “Ailəmiz böyüyür, təbrik edirəm. İndi qayınata rolunda” şərhini yazıb.

    İfaçının xanımı Diana da fotolar yayımlayaraq cütlüyü təbrik edib.

    Mariya Denis adlı bəylə nikah masasına oturub.

    Qeyd edək ki, Elmir 2018-ci ildə “Greencard” qazanaraq Amerikaya köçüb.






  • İzzət Bağırov aparıcılıq edəcək

    Müğənni İzzət Bağırov yenidən aparıcılıq fəaliyyətinə başlayır.

    “Olay” xəbər verir ki, müğənni yeni sezondan ARB TV-nin efirində olacaq.

    Bağırov “İzzət şou” adlanan layihəsini sözügedən kanalda gerçəkləşdirəcək.

  • Məşhur aktyor azərbaycanlı sevgilisindən ayrıldı – FOTO

    Türk müğənni və aktyor Cem Belevi sevgilisi, azərbaycanlı model Nərgiz Nəsrullayevadan ayrılıb.

    OLAY-ın əldə etdiyi məlumata görə, onlar bir-birilərini instaqramda izləmədən çıxarıblar. Həmçinin, Nərgiz Cemlə olan paylaşımlarını silib.

    Qeyd edək ki, Cem Nərgizlə münasibətə müğənni İrem Derici ilə sevgili olduğu vaxtlarda başlamışdı.

    Hətta İrem xəyanətə məruz qaldığını açıqlamışdı. C. Belevi bu iddiaları yalanlasa da, onun N. Nəsrullayeva ilə münasibətinin davam etdiyi bildirilmişdi.



  • Laçında böyük konsert olacaq: “İki-üç mahnı oxuyacam”

    “Bu gün Laçının şəhər günüdür. Bu münasibətlə Laçında böyük bir konsert düzənlənəcək”.

    Bunu Qaynarinfo-ya Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan deyib.

    Müğənni bildirib ki, konsertin təşkilatçısı Mədəniyyət Nazirliyidir:

    “Burada Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı, rəqs kollektivləri, Xalça muzeyinin əməkdaşları, Azərbaycan televiziyasının solistləri iştirak edir. Mənim bir mahnım var – “Laçınımın dağları”. Bu mahnının klipi çəkilməlidir. Tədbirin görüntülərdən istifadə edərək həmin klipin tez ərsəyə gəlməsinə çalışacam. Gecədə 2-3 mahnı ifa edəcəm”.

    Elza Seyidcahan Laçın şəhərinin gözəlliyindən də söz açıb:

    “Laçın çox gözəldir. Şəhidlərimizin qarşısında baş əyirəm, qazilərimizə Allahdan rəhmət diləyirəm, şəhid analarının əlindən öpürəm və Prezidentin qarşısına baş əyirəm. Bu gün həm də birinci vitse-prezidentimiz Mehriban Əliyevanın ad günüdür. Mehriban Əliyeva bizim dünənimiz, bu günümüz və sabahımızdır. Bura doğrudan da möcüzədir. Laçında elə gözəliklər yaradılıb ki, sanki bu insanın deyil, mələklərin işidir”.

  • Bakılı milyarderə qarşı 100 səhifəlik iddia: Mənzillər, bağ evləri, avtomobillər, şirkətlər…

    Müğənni Alsu təxminən 10 milyard rubl dəyərində ailə əmlakından bəhs edən Yan Abramova qarşı yeni iddia qaldırıb.

    Bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.

    İfaçının sənədində 100 səhifəlik siyahı var. Burada ulduz ailənin bütün mənzilləri, bağ evləri və avtomobilləri, eləcə də şirkətin səhmləri, şirkətlərdəki payları və s. barədə iddia qaldırıb.

    27 may 2024-cü ildə Alsu ərindən boşanmaq üçün məhkəməyə müraciət edib. Bir ay sonra Abramov müğənnidən boşanmaqdan imtina edib. O, həmçinin müğənniyə 2,5 milyard rubl verməyə hazır olduğunu bildirib. İfaçı ərinin şərtləri ilə razılaşmaqdan imtina edib.

    Avqust ayında Alsu Yan Abramova qarşı əmlakın bölünməsi ilə bağlı üç iddia qaldırıb. Savelovski Məhkəməsi işə avqustun 22-də baxıb, Apellyasiya Məhkəməsi isə ayın 26-na təyin edilib.

    Bu yaxınlarda Abramovu məhkəmədə müdafiə edən vəkil Aleksandr Dobrovinski müğənni Alsunun yeni sevgilisinin olduğuna eyham vurmuşdu. Dobrovinskinin sözlərinə görə, məhz “yeni şəxsi həyatı” səbəbindən sənətçi ərinin çoxsaylı xahişlərinə baxmayaraq, barışmaqdan imtina edir.

    Alsu isə bildirib ki, vəkil Aleksandr Dobrovinskinin iddiası onu təəccübləndirib. Müğənni vəkilin dediyi kimi Fransada tətildə olduğunu təsdiqləyib, lakin orada pərəstişkarlarının əhatəsində deyil, uşaqları ilə birlikdə olub: “Mən hələ də evli qadınam, ətrafa baxmıram! Ürək azaddır”.

    Onların ayrılmasına səbəbin Abramovun xəyanətinin olduğu deyilir. Alsu şəxsi bloqunda ərinin model Anastasiya Reşetova ilə münasibəti ilə bağlı şübhələrin doğru olduğuna işarə edib.

    Alsu 2006-cı ildə iş adamı Yan Abramovla evlənib. Elə həmin il ulduz ilk övladını – Safina adlı qızını dünyaya gətirib. 2008-ci ildə sənətçi ikinci qızı Mikellanı dünyaya gətirib. 2016-cı ildə onun Rafael adlı oğlu doğulub.

    Qeyd edək ki, Abramov Bakıda dünyaya gəlib.
    //qaynarinfo

  • Röyanın keçmiş həyat yoldaşı üçüncü xanımından da boşanır – FOTO

    Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı, iş adamı Anar Cəlilov üçüncü həyat yoldaşı Nigar Cəlilovadan da ayrılıb.

    Axsam.az-ın əldə etdiyi məlumata görə, o, artıq boşanmaq üçün məhkəməyə müraciət edib. Məhkəmə sentyabrın 16-da keçiriləcək.

    Qeyd edək ki, Anar və Röya 2014-cü ildə boşanıblar. Elə həmin il də Anar və Nigar ailə qurublar. Onların bu nikahdan iki övladları var. A.Cəlilovun R.Ayxanla nikahından da bir oğul övladı var. İş adamı Röyadan əvvəl də bir dəfə ailəli olub və boşanıb.

  • Reper Dreyk mərcdə yüzminlərlə dollar uduzdu

    Dreyk təxəllüsü ilə tanınan məşhur kanadalı musiqiçi Obri Dreyk Qrem mərcdə böyük məbləğ uduzub.

    Median.Az-ın championat.com-a istinadən verdiyi xəbərə görə, reper Dreykus dü Plessi və İsrail Adesanya arasındakı döyüşə mərc edib.

    Orta çəkidə çempionluq uğrunda keçirilən UFC 305 turnirinin əsas döyüşü Dreyk üçün uğursuz olub. Belə ki, reper mərc etdiyi 450 min dolları itirib.

    Qeyd edək ki, dü Plessi ardıcıl onuncu dəfə qələbə qazanaraq kəmərini qoruyub.

  • Elza Seyidcahan efirə çıxmaq üçün pul ödəməlidir

    Əməkdar artist Elza Seyidcahanın sentyabrın 1-nə qədər efirlərdə görünməsi ödənişlə olacaq.

    Median.Az bildirir ki, olay-ın əldə etdiyi məlumata görə, buna rəvac verən isə onun yenidən millət vəkilliyinə namizəd olmasıdır.

    Belə ki, sənətçi verilişlərə çıxmaq üçün pul ödəməlidir. Çünki istənilən halda onun çıxışı təbliğat kimi qiymətləndirilir.

    Qeyd edək ki, E.Seyidcahan 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizəddir.

  • Burak Özçivit Rusiya filmində ilk roluna hazırlaşır

    Məşhur türkiyəli aktyor Burak Özçivit ilk dəfə Rusiya filmində rol alacaq.

    Bu barədə “Mash” “Telegram” kanalı öz mənbəsinə istinadən məlumat yayıb.

    Bildirilir ki, Özçivit “Slovo patsana. Krov na asfalte” serialının ulduzu Ruzil Minekayev ilə birlikdə layihədə iştirak etməyə razılıq verib.

    Mənbə iddia edir ki, aktyorun səhnələri Almetyevskdə çəkiləcək.

    Məlumata görə, aktyorun adına avqustun 24-də Kazanın hotellərindən birində otaq rezerv edilib.

    Ehtimal olunur ki, aktyorun bir çəkiliş günü 1.5 milyon rubldan 3 milyon rubladək (təxminən 28.1 – 56.3 min manat) məbləğə başa gələ bilər.