Category: Şou Biznes

  • Riki Martin Bakıdakı konsertində ana dilimizdə DANIŞDI – VİDEO

    Latın Amerikası musiqisinin dünyaca tanınmış ulduzlarından olan Riki Martin Bakıda ilk dəfə konsert proqramı ilə çıxış edib.

    Ulduz “Sea Breeze”də reallaşan gecədə azərbaycanca danışaraq dinləyiciləri salamlayıb.

    Riki “Salam, necəsiniz?” dedikdən sonra ingilis dilində çıxışına davam edib:

    “Çox sağ olun. Burada olmaqdan çox məmnunam. Düşünürəm ki, sizin enerjiniz sayəsində gözəl bir axşam olacaq. Bu gecə mənim hekayəmdir. Musiqi vasitəsilə mənim hekayəm yazılacaq. Mən yaxşı vaxt keçirmək üçün buradayam”.

    Sonda isə dünya ulduzu ana dilimizdə “Çox sağ olun” deyib.

    Həmin görüntüləri təqdim edirik:
    //oxu.az

  • “Nikosayağı” instaqram hesabını bu şəxsə satıb? – FOTO

    Xəbər verdiyimiz kimi, “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirli rəsmi instaqram hesabında hər şeyi silib.
     
    Bloger bunu ötən ilin avqustunda keçirdiyi qəzadan sonra ilk dəfə edib. O, yayımladığı bütün videoları, profil şəklini silib və izlədiyi şəxsləri izləmədən çıxarıb.
     
    Bu gün həmin hesabın profil şəklində başqa bir şəxsin fotosu əks olunub. Məhz bu baxımdan Nicat Şakirlinin hesabını başqasına satdığı təxmin edilir. Ancaq səhifənin adı olduğu kimi qalıb.
     
    Qeyd edək ki, N.Şakirli ötən ilin avqustunda idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına (TIR) çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ qolu dirsəkdən amputasiya olunub.
     
    O, Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma – Ölümə səbəb olduqda) maddəsi ilə təqsirləndirilib və çıxarılan hökmlə 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib./Sfera.az

  • Azərin avtomobilini təpikləyib, açarla cızıblar – Video

    Aparıcı Azər Zahidin avtomobilini təpikləyib, açarla cızıblar. Axşam.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib. Aparıcı həmin şəxsin görüntülərinin onda olduğunu söyləyib.
     
    “Kişinin həyatda düşməni olar. Əzəldən cəngavərlərin, şahların, sərkərdələrin hər zaman düşməni olub. İndi də var, amma mədəni düşmənçilik. Maşını təpikləyiblər. Gecə görüntüləri var. Açarla da cızıqlar atıblar. Çəkiclə təkərin diskinə vurublar” deyə, Azər bildirib.

  • Azərbaycanda gənc müğənni faciəvi şəkildə öldü – VİDEO

    Azərbaycanda gənc müğənni faciəvi şəkildə ölüb.

    Lent.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl paytaxt Bakıda baş verib. 24 yaşlı Tağıyeva Həmidə Elşən qızı yanıq xəsarətləri alaraq, dünyasını dəyişib.

    Onun ölümü ilə bağlı sosial şəbəkələrdə bir sıra iddialar səsləndirilir. İlkin versiyaya görə, onu qəsdən yandırıb öldürüblər. Digər iddia isə xanım müğənninin intihar etməsidir. Başqa bir versiyaya görə isə o, ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. Bunlarla yanaşı mərhumun avtoqəza zamanı yanaraq ölməsi barədə də fikirlər bildirilir.

    Məlumata görə, mərhum müğənni Bərdə rayon sakini olub. O, Mingəçevir şəhərində təhsil alıb. İllər öncə Bakıya köçərək, kafe və restoranlarda müğənnilik edib.

  • “Nikosayağı”dan gözlənilməz addım – FOTO

    “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şükürlü sosial media hesabında hər şeyi silib.

    Blogerin keçən ilin avqustunda keçirdiyi qəzadan sonra fəaliyyətsiz qalan “Instagram” səhifəsində dəyişiklik edilib. Belə ki, səhifədə yayımlanan foto və videolar profil şəkli daxil olmaqla silinib. O, izlədiyi şəxsləri də izləmədən çıxarıb.
    Qeyd edək ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. Hadisə günü N. Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov yerindəcə vəfat edib. N. Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib. Nicat Şükürlü cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.

    //metbuat.az

  • Emin Ağalarov nənəsi ilə birlikdə – FOTO

    Xalq artisti Emin Ağalarov öz sosial şəbəkə hesabında nənəsi Tamara Fyodorovna ilə görüntülərini paylaşaraq, “Mənim ən yaxşı nənəm” şərhini yazıb.

    Tamara Fyodorovna Emin Ağalarovun təşkil etdiyi musiqi festivalına qonaq gəlib və jurnalistlərə nəvəsi ilə bağlı maraqlı bir xatirəsini danışıb.


    O, Eminin elə uşaqlıqdan qurub-yaratmağa həvəsli olduğunu vurğulayıb.

    “Mən onu bağçadan tez götürəndə inciyirdi. Sən demə hamı gedəndən sonra Emin oradakı plasmas daşlardan evlər tikirmiş. Bir dəfə evə gəldi və qaş-qabağını salladı. Mən ondan niyə küsdüyünü soruşdum. Cavab verdi ki, sən məni bağçadan tez götürdün. O, inanılmaz gözəl uşaq idi” deyə, Tamara Fyodorovna bildirib.
    //lent.az

  • Ələkbər Yasamallının evi qarət edildi: Özü isə hədələnir

    Meyxanaçı Ələkbər Yasamallının evini talayıblar.

    Bu barədə “Qaynarinfo”ya onun özü məlumat verib.

    Meyxanaçı bildirib ki, onun evinə gecə vaxtı bir dəstə adam daxil olub və bütün əşyalarını aparıblar:

    “45 yaşım var, bundan sonra mənə torpağın üstü deyil, altı maraqlıdır. Burada söhbət konkret cinayət əməlindən gedir. 2005-ci ildə tikdiyim evin qarşısı yola açılır. Alverçi olmadığımdan həmin sahə ilə maraqlanmamışam. İndi bir dəstə adam gəlib mənə həmin ərazi üçün külli miqdarda pul təklif edib. Razı olmadım. Dedim ki, burada bir neçə adamın haqqı var, gedin onlarla razılaşın. Heç kəs razılaşmadı. Gördülər ki, razı olmadıq, zora əl atdılar. Evimi talayıblar, içərisində nə varsa, aparıblar. Hadisənin video görüntüləri var”.

    Meyxanaçı evinin talanmasında qazi Mirmövsüm Eynalovu ittiham edib:

    “Məhəlləni əlimizdən alıb meyvə dükanı açmaq istəyirlər. Evin ustasını, gözətçisini hədələyirlər. Elə vəzifəli adamların adlarını çəkirlər ki, adamı vahimə basır. Mirmövsüm Eynalov hər gün gəlir, evdən çıxmağımızı tələb edir. Deyirəm ki, sən mənim evimdə meyvə satmaq istəyirsən, amma sənin əlin-qolun var. Şəhid balası torpağın altındadır. Sən onun torpağına əl qoyursan. Onun ailəsinin öz evində yaşaması daha çox onun haqqıdır. Gəl nə tikirsənsə tik, heç olmasa şəhidin balasının haqqını ver”.

    Ələkbər Yasamallı artıq məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət olunduğunu qeyd edib:

    “Məni qorxudur. Deyir ki, birbaşa yuxarıya çıxışım var. Eynalov qazidir, Şamaxıdandır, dediyinə görə, zavodu var, amma mənim bir tikəmi də əlimdən almaq istəyir. Onların evimə vurduğu ziyanın çəkilişləri var, hamısını hüquq-mühafizə orqanlarına təqdim etdim”.

  • Azərbaycanəsilli bloqer: “Məşhurluq qız tapmağa problem yaradır”

    Rusiyada məşhurlaşan azərbaycanlı bloqer Hüseyn Həsənov uzun müddətdir ailə qurmaq istəsə də, hələ də real gəlin namizədi tapa bilməyib.

    Axşam.az xəbər verir ki, bu barədə bloqer verilişlərin birində danışıb.

    O, jurnalistin “Bu qədər pərəstişkarınız var, amma bir xanım tapa bilmirsiniz” sualına “Hələ tapa bilməmişəm. Bu məsələdə məşhurluq problem yaradır” cavabını verib.

    Qeyd edək ki, bir neçə gün əvvəl bloqer anasını gəlin namizədləri ilə tanış etdiyini, lakin hələ seçim edə bilmədiyini bildirmişdi.

  • Məşhurluq qız tapmağa problem yaradır”

    Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov uzun müddətdir ailə qurmaq istəsə də, hələ də real gəlin namizədi tapa bilməyib.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə bloger “Xəzər axşamı” proqramına müsahibəsində danışıb.

    O, jurnalistin “Bu qədər pərəstişkarınız var, amma bir xanım tapa bilmirsiniz” sualına “Hələ tapa bilməmişəm. Bu məsələdə məşhurluq problem yaradır” cavabını verib.

    Qeyd edək ki, bir neçə gün əvvəl bloger anasını gəlin namizədləri ilə tanış etdiyni, lakin hələ seçim edə bilmədiyini bildirmişdi.

  • Xəzər TV-dən ayrılan Afaq Gəncəli bu telekanalda çalışacaq

    Televiziya kanallarında yaşanan ayrılıq xəbərlərinə daha biri əlavə olunub.

    Azxeber.com-un əldə etdiyi məlumata görə, son olaraq “Xəzər” telekanalında efirə çıxan Afaq Gəncəli kanalla yollarını ayırıb.

    Onun yeni mövsümdən ARB telekanalında veriliş aparacağı gözlənilir.

    Gəncəlinin kanala təqdim etdiyi layihənin rəhbərlik tərəfindən bəyənildiyi və aparıcının bir aydır ki, ARB kanalında işə gəlib-getdiyi yayılan xəbərlər arasındadır.

    Onun hansı formatda veriliş aparacağı haqda isə məlumat yoxdur.