Category: Şou Biznes

  • Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə DANIŞDI – VİDEO

    Xalq artisti Ağadadaş Ağayevin atdığı balta ilə yaralanan xadimə Nəzakət Paşayeva “Xəzər Xəbər”ə açıqlama verib.

    Belə ki, paytaxtın Binəqədi rayonunda yerləşən “MedEra” hospitalında baş verən insident zamanı işçilərdən biri – Nəzakət Paşayeva ayağından yaralanıb.

    Dörd ildir ki, adı çəkilən hospitalda çalışan 55 yaşlı Nəzakət Paşayeva deyir ki, balta atılan zaman təmizlik işi görürmüş.

    Nəzakət Paşayeva baş verən hadisədən sarsıldığını bildirib. Bununla yanaşı, o, Ağadadaş Ağayevdən şikayətçi olmayacağını da qeyd edib.

    Xalq artisti Ağadadaş Ağayevlə mühafizəçi arasında yaşanan insidentin görüntülərinin kim tərəfindən yayılması ilə bağlı məsələyə isə hospitalın direktoru İbrahim Əliyev aydınlıq gətirib.

    Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayev və mühafizəçinin cinayət işi üzrə polis idarəsində istintaq davam edir.

    Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işinin istintaqı çərçivəsində xəsarətlərin dərəcəsinin təyin edilməsi üçün müvafiq ekspertizalar təyin edilib. Hər iki şəxs təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq onlara ittiham verilib.

    Ətralı süjetdə:

  • Bu da Emin Ağalarovun “Sea-Breeze”dəki evi – VİDEO

    Xalq artisti, biznesmen Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri yayılıb.

    Median.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, qazaxıstanlı videoqraf və rejissor, Kyran Talapbek Ağalarovun evində qonaq olub.

    “Bu mənim üçün onun “SeaBreeze”dəki evinə ən eksklüziv baxışdır.

    Evin miqyasına və onun fantaziyasına heyran qaldım. Orada olanların 30%-ni belə göstərməyə bir “Reels” kifayət etmədi. Videonun ikinci hissəsi gəlsin?” , – videoqraf paylaşımda bildirib.

  • Balta ilə hücum edən, dostunu, tanışını və kafedə müştərini bıçaqlayan məşhurlar (SİYAHI)

    Ötən gün Xalq artisti Ağadadaş Ağayevin balta ilə xəstəxana mühafizəçisinə hücum etməsi xəbəri müzakirələrə səbəb odu. Ölkə gündəmini sözün əsl mənasında silkəyən bu hadisə ilə məşhur şəxslərin və şou-biznes nümayəndələrinin keçmişindəki kriminal hadisələri yenidən xatırlamalı olduq.

    Bu dəfə Baku.ws adı cinayət hadisəsində hallanan məşhurları oxuculara təqdim edir:

    Məşhur meyxanaçı Rəşad Dağlının (Rəşad Əmirov) adı gözlənilmədən kriminal aləmdəki tanınmışlar siyahısına düşdü. O 2022-ci il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirdi. Daha sonra R.Əmirov istintaqa cəlb edildi. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçildi. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirildi. Ekspertiza isə müəyyən etdi ki, Rəşad Dağlı İskəndərə ümumilikdə 14 bıçaq zərbəsi vurub.

    Meyxanaçı barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürüldü. Rəşad Dağlıya Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxundu və 9 il 6 ay azadlıqdan məhrum edildi.

    Azərbaycanı “Avroviziya-2008” mahnı müsabiqəsində təmsil edən müğənni Samir Cavadzadə də adı cinayətdə hallanan məşhurlardandır. O, illər əvvəl dostu Elvin Hüseynovu bıçaqlaması faktı ilə əlaqədar saxlanılıb. Hadisə 2011-ci il sentyabrın 20-də baş verib.

    Tanınmmış müğənni Ziba Osmanova bu il mayın 8-də Suraxanı rayonunda törətdiyi yol qəzasında iki azyaşlını vurub. O qəzanı “Changan” markalı avtomobili ilə törədib. Müəyyən xəsarətlər alan uşaqlar dərhal xəstəxanaya yerləşdiriliblər. Vəkillər bildirib ki, əgər uşaqlardan birinin ağır bədən xəsarət aldığı sübut olunarsa, onda sürücü CM-nin 263.1-1 maddəsinə əsasən 3 ilədək həbs oluna bilər. Ancaq bu maddədə cərimə yoxdur, real cəza var. Ola bilsin ki, 2 uşaq xəsarət aldığına görə sürücü həm CM-nin 263.1 və 263.1-1 maddələri ilə ittiham edilsin. Burda bir məqam da var. Əgər piyada yüngül xəsarət alarsa və o sürücüdən şikayətçi olmasa, onda sürücü cəzadan azad ola bilər”.

    Bloger Səbinə Kətanovanın avtomobillə piyadanı vuraraq hadisə yerindən qaçdığı iddia edilib. Belə ki, bloger özünə aid “Toyota Prado” markalı avtomobillə yolu keçmək istəyən piyada Faiq Quliyevi (şərti) vurub. Hadisə Nərimanov rayonu ərazisində baş verib. Bloger hadisəni törətdikdən sonra ərazidən uzaqlaşıb. Bundan sonra müvafiq kamera görüntüləri araşdırılıb və S.Kətanova barəsində Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

    Müğənni Elçin Məmmədov paytaxtda kafelərdən birində oxuyarkən adam bıçaqlayıb. Hadisə Nərimanovda baş verib. Gecə saat 02.00 radələrində kafeyə gələn 5 müştəri yeyib-içib, onlardan biri müğənniyə atmaca atıb. Müğənni onların kafedən getməsini gözlədiyini, amma müştərilərin danışmaq üçün müğənnini çölə çağırdıqlarını deyib. Qəzəblənən Elçin Məmmədov Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Rəşadət Qasımovun oturduğu avtomobilə yaxınlaşıb və onu bıçaqlayıb. “Dedim düş aşağı, düşən kimi 2 zərbə endirdim” – deyə, sənətçi qeyd edib. Faktla bağlı CM-nin 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub, CM-nin 70-ci (şərti məhkum etmə) maddəsinə əsasən 2 il sınaq müddəti tətbiq olunmaqla cəzası şərti hesab edilib və o məhkəmə zalından azadlığa buraxılıb.

  • Ağadadaş Ağayevin “balta insidenti” ilə bağlı YENİ MƏQAMLAR: “Qulağına 6 tikiş qoyulub…”

    Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev “Medera” klinikasının mühafizəçisi ilə əlbəyaxa olub. Hadisə nəticəsində Ağadadaş Ağayevin mühafizəçiyə atdığı balta klinikada çalışan xadiməni yaralayıb.

    Musavat.com xəbər verir ki, hadisə ilə bağlı jurnalist Məhəmmədəli Qəribli sosial şəbəkədə yeni detallar paylaşıb.

    O bildirib ki, hadisə bu gün yox, dünən – 22 iyulda səhər saatlarında baş verib:

    “Sadəcə, xəbər bu gün “partladı”. Hadisənin gecəsi isə Ağadadaş Ağayev məhz “Medera”da əməliyyat olunub. Ağadadaş Ağayev “Medera” ilə çox yaxın məsafədə yerləşən, özünə məxsus olan “Büsat” şadlıq evinin həyətində ikimərtəbəli ev tikib, orada yaşayır.

    Hadisənin baş verdiyi günün gecəsi Xalq artisti içkili vəziyyətdə öz evində yıxılır və qulağını zədələyir. Onu gətirirlər “Medera”ya və gecə qulağına 6 tikiş qoyurlar. Hətta MRT olunur. Əməliyyatı da əslən Masallıdan olan bir həkim edib. Bildirilir ki, bütün bunların müqabilində Ağadadaş Ağayev “Medera”ya 1000 manat pul ödəyir. Səhər baxır ki, qulağında ağrı var, mühafizəçidən xahiş edir ki, evə bir tibb bacısı göndərsin. Nəticədə kobud cavab alır.

    Sonrasını da gördünüz”.

  • “Ağadadaş mədəni adamdır, onu hövsələdən çıxarıb” – Nadir Qafarzadə

    “Ağadadaş müəllimin görüntülərini gördüm. Heç istəməzdim belə bir şey olsun. Çünki hər zaman tərbiyəli, yerini bilən və ixtisasca müəllimdir. İllərdir sənətdədir və yaşı 70-ə yaxınlaşır. Xəstədir, illərdi Türkiyədə müalicə alıb. Onun özünü böyük kimi aparmasını görmüşəm. Valideynlərimiz deyib ki, böyüklərin hörmətini saxlayın. Səhvi olsa belə, ona hörmət edin. Sakit adamdı, onu necə hövsələdən çıxarıblarsa, bu vəziyyətə düşüb”.

    Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə Xalq artisti Ağadadaş Ağayevin dava edərkən yayılan videosuna münasibət bildirərkən deyib. Sənətçi A.Ağayevin xəstə olduğunu, onun əsəblərinin yerində olmadığını bildirib:

    “Hətta günah Ağadadaş müəlimdədirsə belə ona nazik davranmaq lazımdır. Hamımız yaşlanacağıq. İnsan hövsələdən çıxıb. Xəstəlikdən sonra travma qala, əsəbləri yerində olmaya bilər. İnsan yavaş-yavaş yaşlanır. Deməyin, balta çəkir. Onu görmədim. Ağadadaş mədəni adamdır, onu hövsələdən çıxarıb. Hörmət edib, ağsaqqala əl qaldırmaq olmaz. İndi müasirlikdir, deyirlər ağsaqqalı da, ağbirçəyi də döymək lazımdır. İndi avtobusda da böyüyə yer vermirlər”.

    Ağadadaş müəllim, bu halınıza məyus oldum. Sizi belə görmək istəməzdim.

  • Madonnanın oğlu zibil qutularında çörək axtarır

    Dünya şöhrətli müğənni Madonnanın 18 yaşlı oğlu Devid Banda yemək almağa pulunun olmadığını açıqlayıb.

    Madonna Devid Bandanı 2006-cı ildə 13 aylıq olarkən Malavidəki uşaq evindən övladlığa götürüb.

    18 yaşı tamam olduqdan sonra sevgilisi ilə birlikdə ayrı evə köçən Bandanın çörək almağa belə pulu yoxdur.

    Banda Nyu Yorkun Bronks məhəlləsində ev kirayələyib, Onun sevgilisi 21 yaşlı model Maria Atuestadır. Lakin Madonnanın oğlu düşdüyü vəziyyətdən məmnun görünür. İllərlə var-dövlət içində yaşamış gənc

    “Gecə ac qalmaq və yemək alacaq pulunun olmadığını görüb zibili qarışdırmaq çox gözəldir. Gənc olmaq əyləncəlidir”, – deyib.

    Devid, əlavə pul qazanmaq üçün onlayn gitara dərsləri verdiyini qeyd edib.
    //lent.az

  • 66 yaşlı Şeron Stoun… – Fotolar

    Dünyaşöhrətli amerikalı aktrisa Şeron Stoun Fransanın Kann şəhərində “Knights Of Charity” qala mərasimində iştirak edib.

    “Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, 66 yaşlı ulduz mavi libasda görüntülənib.

    Qırmızı xalçada kamera qarşısına keçən aktrisa qalada fotolar çəkdirib. Stoun libası və tərzi ilə diqqətləri üzərinə çəkib.

    O, geyimini mirvari boyunbağı ilə tamamlayıb.

    Şeron Stounun sözügedən fotolarını təqdim edirik:






  • Ədalət Şükürovun nümayiş etdirdiyi bağ evinin qiyməti neçədir? (VİDEO)

    Əməkdar artist Ədalət Şükürov sosial şəbəkədə Bilgəhdə yerləşən bağ evini nümayiş etdirib.

    İzləyicilərin əksəriyyəti sənətçinin bağ evinin qiyməti ilə maraqlanıb. Amma sənətçi bağının qiyməti ilə bağlı suallara cavab verməyib.

    Qaynarinfo Əməkdar artistin bağ evinin qiyməti ilə bağlı araşdırma aparıb. Əmlak ekspertləri bağ evinin elə də böyük olmadığını bildirib. Bildirilib ki, evin ərazisi təxminən 300-350 kv.metr, torpaq sahəsi isə təxminən 6 sotdur.

    Ekspertlər müğənninin bağ evinin qiymətinin 500-600 min manat arasında olduğunu vurğulayıb.

  • “Adidas” məşhur supermodeldən üzr istədi

    “Adidas” 1972-ci il Olimpiadasının qalmaqallı reklamı ilə bağlı şirkəti məhkəməyə vermək qərarına gələn supermodel Bella Hadiddən üzr istəyib.

    Median.Az gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə idman brendinin sosial şəbəkə səhifəsindən paylaşım edilib.

    Xatırladaq ki, ötən həftə “Adidas” fələstinli Bella Hadidin yer aldığı idman ayaqqabısı reklamına görə ilk dəfə üzr istəyib. Belə ki, reklam kampaniyası 1972-ci ildə Münhen Olimpiadasının şərəfinə hazırlanan idman ayaqqabısı modelinin yeni buraxılışı ilə bağlı olub. Olimpiada zamanı 11 israilli idmançı Fələstinin “Qara sentyabr” terror qruplaşması tərəfindən girov götürülərək öldürülüb.

  • “Xərçəng xəstəsi obrazını oynamaq istədi, özü bu xəstəliyə yoluxdu” – VİDEO

    Oxuduğu mahnıları müzakirə mövzusu olan müğənni Şöhrət Məmmədov açıqlaması ilə diqqət çəkib.

    Median.Az xəbər verir ki, Həmzə Məmmədlinin təqdimatında “Hər Şeydən Bir Az” da klip çəkilişi zamanı başına gələn hadisədən danışıb.

    Belə ki, aktrisa Səhranın xərçəng xəstəsi obrazını oynamasını onun həyatını alt-üst edib.

    Daha ətraflı videoda: