Category: Şou Biznes

  • Rihannanın brendi Paris Olimpiadasına sponsorluq edəcək

    Rihannanın gözəllik brendi Paris Olimpiadasına sponsorluq edir.

    Median.Az “Habertürk”ə istinadən xəbər verir ki, 2024-cü il Paris Olimpiadasına milyard dollarlıq kosmetika brendi ilə sponsorluq edən Rihanna bu barədə sosial şəbəkədə bildirib.

    Sənətçi iyulun 26-da başlayacaq 2024-cü il Paris Olimpiadası ərəfəsində gözəllik brendi ilə bu günə qədər ən prestijli müqavilələrdən birini imzalayıb.

    Belə ki, Rihannanın kosmetika brendi Paris Yay Olimpiya Oyunlarının rəsmi sponsoru olub.

    Rihanna, gözəllik markasının bir ay davam edəcək Olimpiadalar zamanı “rəsmi premium tərəfdaş” kimi xidmət edəcəyini söyləyib.

    İfaçı vaxtının çox hissəsini Paris Moda Həftəsi tədbirlərinə qatılaraq keçirsə də, onun həmin müddət ərzində olimpiya biznes komandası ilə müqavilənin detaları ilə bağlı danışıqlar apardığı güman edilir.

    Qeyd edək ki, Rihanna gözəllik brendi məhsullarını 2017-ci ildə satışa çıxarıb. Məşhur müğənninin reklam etdiyi məhsullar qısa zamanda məşhurlaşıb.

  • Teymur Əmrah: “Qurum 100 min qazandı, mən isə evə pulsuz getdim”

    Əməkdar artist Teymur Əmrah solo konsert verməməsinin səbəbini açıqlayıb.

    Axşam.az xəbər verir ki, müğənni verilişlərin birində bir neçə il əvvəl verdiyi solo konsertindən gəlir əldə etmədiyini deyib:

    “2020-ci ildə Heydər Əliyev Sarayında konsertim oldu. Səkkiz günə biletlər satıldı. Fərhad Babayev mediaya dedi ki, 40 ildir buradayam, hələ belə satış olmamışdı. Bir qurum var, adını açıqlamayacağam. İki dövlət idarəsində işləyirəm. Orada iclas oldu, dedi ki, buradan maaş alırsınız, filan konserti verməlisiniz. Heydər Əliyev Sarayı əvvəl 2000, indi 1800 tamaşaçı tutur. Bilet 25 manatdan 100 manata qədər idi. Həmin qurum biletdən 90, 100 min manata yaxın pul götürdü, mənə isə 5 min manat verdilər. Hamısını musiqiçilərə verdim, evə pulsuz getdim”.

    T.Əmrah bildirib ki, konsert salonlarındakı avadanlıqlar onu qane etmədiyi üçün konsert vermir:

    “İndi saraylar, restoranlar var ki konsert təklif edir, razılaşmıram. Dünyada bütün səs rejissorları konservatoriya bitirir ki, səsə düzgün rəng versinlər. Bizdəkilər isə yox. Mən 32 ildir sənətdəyəm, bunu ona qurban verə bilmərəm. Konsertdə fonoqram oxumaq olmaz”.

  • Emin Ağalarovdan məkanı ilə bağlı yayılan videoya AÇIQLAMA – VİDEO

    Xalq artisti Emin Ağalarov sosial şəbəkədə sahibi olduğu istirahət mərkəzi ilə bağlı yayılan videoya aydınlıq gətirib.

    Median.Az lent.az-a istinadən xəbər verir ki, o, bu barədə öz instaqram hesabında paylaşım edib.

    Görüntülərdə məkandan Xəzər dənizinə nəsə axıdıldığı əks olunub. Müğənni, iş adamı abunəçilərini yalnız təsdiqlənmiş faktlara etibar etməyə çağırıb:
    “Bu səhər internetdə məkan ərazisində bir boru vasitəsilə dənizə nəyinsə atıldığını göstərən videoya rast gəldim. Drenaj maşını necə işləyir? O, birbaşa marinadan su və qum vurur və müvafiq olaraq, onu dərinləşdirmək üçün böyük yaxtaların girə bilməsi üçün üç metr dərinliyə nail olmaq lazımdır.

    Qumdan başqa gah gil, gah qumun qəhvəyi, gah da qara rənginə rast gəlirsən. Amma bu, bizim buradan bura köçürdüyümüz sudur. Burada heç bir qoxu yoxdur, bizim Xəzər dənizimiz burada tamamilə təmizdir. Biz sadəcə onunla işləyirik”.

  • Aktrisa ittiham etdi, Hikmət Rəhimov cavab verdi

    Aktyor Hikmət Rəhimov rejissorluğunu etdiyi “Apatiya” filminin ikinci hissəsinin çəkilişlərində qalmaqal yaranıb.

    Bu barədə ekran işində rol alan aktrisa Sanura Cəfərova sosial media hesabında yazıb. Sanura H.Rəhimovu onun və digər işçilərin qonorarını ödəməməkdə ittiham edib:

    “Rejissor” Hikmət Rəhimov, məni hər yerdən blok etdiyin üçün səni buraya işarələyə bilmirəm. Amma əminəm ki, sənə çatdıracaqlar. Buradan demək istəyirəm. Sənə yalnız bir həftə vaxt verirəm (yəni, 22 iyula qədər). Əgər sənin “Apatiya 2″ filmi zamanı mənə və komandanın digər üzvlərinə etdiyin haqsızlıq və əxlaqsızlıqla bağlı məsələlərin qabarmasını istəmirsənsə, çəkiliş meydançasındakı insanların haqqını ver! vaxt getdi”.

    Hikmət Rəhimov Sanura Cəfərovanın onun haqqında yazdığı qalmaqallı fikirlərə cavab verib. Bu barədə sənətçi OLAY-a danışıb.

    O bildirib ki, aktrisa və komandasının ödənişinin gecikməsinə səbəb sponsordur:

    “Sponsor ödəniş eləməlidir. Bir az gecikmə var. Bunu hamı bilir. Qayda və qanun mövcuddur”.

  • 10 gündür trenddə birincidir – FOTO / VİDEO

    Xalq artisti Aygün Kazımovanın bir neçə gün əvvəl işıq üzü görən “S.O.S” adlı mahnı və klipi trendləri alt-üst edib.

    Pop-kraliçanın klipi yutubda 3 milyondan çox izlənilib və 10 gündür Azərbaycan üzrə trenddə 1-ci yerdədir.

    “S.O.S”, həmçinin “Apple Music” və “Yandex Music” musiqi platformalarında yüklənmə sayına görə ölkə üzrə birinci pillədədir.

    Mahnı TikTok-da da trendə düşüb, ona 50 mindən çox video çəkilib.

    Qeyd edək ki, sözləri Orxan Qarabasma, musiqisi Kazımcana aid olan bəstənin ekran həlli məşhur türkiyəli rejissor Selim Akara həvalə edilib. Aygün Kazımova ekran işində “Vogue” rəqs tərzinə müraciət edən ilk azərbaycanlı ulduzdur.






    //qafqazinfo.az

  • 28 kilo arıqlayan Elzanın son halı – FOTO

    Əməkdar artist Elza Seyidcahan 28 kiloqram arıqlayıb.

    “Xəzər axşamı” verilişində qonaq olan Elza Seyidcahan yeni layihələri üçün bu addımı atdığını bildirib:
    “Arıqlamağım səhhətimə pis təsir etməyib. Deyirlər ki, bir az da arıqlamalıyam. Çox çəki itirməmişəm, 28 kiloqram. İstəyirdim ki, 15 kiloqram arıqlayım, 28 oldu. Amma daha arıqlamayacağam”.


  • Eminem dörd il sonra ilk albomunu buraxdı

    Rep sənətçisi Eminem dörd il sonra “The Death of Slim Shady” adlı ilk musiqi albomunu buraxıb.

    Median.Az kommersant.ru-ya istinadən xəbər verir ki, bu, musiqiçinin diskoqrafiyasında 12-ci albom olub.

    Albomda ümumilikdə 19 trek var.

    Eminemin sözlərinə görə, albom konseptual xarakter daşıyır, ona görə də albomu əvvəldən axıra kimi dinləməlisiniz.

    Albom “Renaissance” adlı mahnı ilə açılır və “Somebody Save Me” mahnısı ilə bitir.

  • Hüseynin 153 milyon borcu var? -FOTO (AÇIQLAMA)

    Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı bloger və iş adamı Hüseyn Həsənov sosial şəbəkə istifadəçilərinin suallarını cavablandırıb.

    Hüseyn son günlər Rusiya vergi orqanlarına 153 milyon rubl borcu olması ilə bağlı haqqında çıxan xəbərlərə münasibət bildirib.

    Belə ki, izləyicisinin “Səni xəbərlərdə izləyirik. Danışacaqsan?” sualına Həsənovun cavabı belə olub:

    “Əgər kimsə nəsə danışır və ya yazırsa, bu hər zaman düzgün olduğuna dəlalət etmir. Hər şey yaxşıdır”. “Nəyə görə Azərbaycana köçdünüz?” sualına Hüseyn belə cavab verib:

    “Mən heç yerə köçməmişəm. İstədiyim yerdə və istədiyim vaxt yaşayıram. Mən Bakıdakı tətildən və buradakı həyatdan həzz alıram. Hər zaman səyahət edirəm və mən dünya adamıyam. Mənim üç əsas yaşadığım şəhər var: Bakı, Moskva və Dubay. Hər yerdə də bütün işlərim düz yoldadır”.

    Bloger qadın düşkünü olması ilə bağlı izləyicisindən gələn suala belə münasibət bildirib:

    “Hələki subayam. Yəni mən nə evli, nə də ki, hansısa bir xanımla münasibətdəyəm. Kimlə istəsəm, istədiyim vaxt və istədiyim qədər ünsiyyət qururam. İstənilən yerdə də tanış oluram. Məni necə istəyirsinizsə elə də adlandırın. Heç vecimə də deyil. Yeri gəlmişkən, mən aldatmağa qəti şəkildə qarşı olan kişilərin kiçik faizinə aidəm. Mən heç vaxt adamımı aldatmayacağam. Mən yalnız bir insanı sevə bilirəm”. //Bizim.Media



  • Aygün Kazımovanın dəniz kənarında istirahəti – VİDEO

    Xalq artisti Aygün Kazımovanın istirahət videosu yayılıb. Axşam.az xəbər verir ki, görüntüləri Pop kraliça özü paylaşıb.

    Videoda Kazımovanın səhər saatlarında dənizkənarında gəzməsi, idman etməsi və iti ilə oynaması əks olunub.

    Qeyd edək ki, Kazımova açıqlamasında hər gün səhər erkən saatlarda dənizkənarına yollanıb günə orada başlayır.

  • Hollivud ulduzunun oğlu anasına silahlı hücum etdi

    Hollivud ulduzunun oğlu Nikolas Keycin oğlu Los-Ancelesdə həbs edilib.

    Nikolas Keycin oğlu Veston anasına silahlı etdiyi üçün saxlanılıb.

    Los-Anceles Polis Departamentinin məlumatına görə, aktyorun oğlu psixoloji problemlərdən əziyyət çəkir, o anası Kristina Fultona hücum edib və onu döyüb.Onun əlində odlu silah olub.

    Nikolas Keyc 150 min dollar girov müqabilində oğlunu azad edib.

    Bu, Veston Keycin anasına qarşı ilk zorakılığı deyil.
    //lent.az