Category: Şou Biznes

  • “Eurovision-2025” keçirilməyə bilər – İsveçrə müsabiqədən imtina edir

    “Eurovision 2024″ün qalibi olan İsveçrə rəhbərliyi müsabiqəni ləğv etmək istəyir.

    Qaynarinfo RTS-yə istinadən xəbər verir ki, yerli siyasi partiyaların təklifləri ilə ölkə musiqi müsabiqələrini qəbul etməyə bilər.

    Federal Demokratik İttifaq müsabiqə üçün vəsait ayrılmasının əleyhinədir. “Eurovision”dan çıxmaq qərarı yaxın vaxtlarda verilə bilər.

    Siyasətçilər müsabiqənin, xüsusən də 2024-cü ildə “antisemit hadisələri və şeytani töhfələrlə müşayiət olunduğunu” əsas gətirirlər. Bildiyiniz kimi, bu il şou İsveçin Malmö şəhərində keçirilib. Final günü şəhərin küçələrində etiraz aksiyaları baş tutub. İnsanlar Qəzzadakı müharibəyə görə İsrail təmsilçisi Eden Qolanın müsabiqədən çıxarılmasını tələb ediblər.

    “Son vaxtlar antisemit hadisələr tez-tez baş verir. Bu il israilli müğənniyə qarşı etirazlar İsveçrədə Eurovision Mahnı Müsabiqəsinin keçirilməsi ilə bağlı narahatlıq doğurur və bu, ölkənin təhlükəsizliyinə ciddi təhlükə yarada bilər, biz bunu da unutmuruq. Satanizmi və okkultizmi tərənnüm edən tətbiqlərin sayı getdikcə artır, buna misal olaraq “Bambie Thug”u (İrlandiya nümayəndələri) göstərə bilərik”, deyə bəyanatda bildirilir.

    Buna görə də federal birlik öz ölkəsinin vətəndaşları üçün narahatlığını ifadə edib. Onlar təhlükəsizlikdən narahatdırlar, çünki hesab edirlər ki, “Eurovision” müsabiqəsi zamanı toqquşmalar baş verə bilər.

    Yeri gəlmişkən, İsveçrə yarışa 20 milyon frankdan çox pul ayırmaq istəyirdi. Lakin siyasətçilər pul ayrılması qərarına etiraz etmək və şou keçirmək üçün imza toplanması təşkil etmək istəyirlər.

  • Gənc yaşda vəfat edən meyxanaçılar: Onlar niyə uzun yaşamırlar?

    Məşhur meyxanaçı Elnur Valehin gənc yaşda vəfat etməsi xəbəri böyük kədər hissi ilə qarşılanıb. Uzun zamandır şəkərli diabet və böyrək çatışmazlığından əziyyət çəkən söz ustası bir neçə gün öncə toydan çıxarkən halı pisləşərək komaya düşmüşdü. Aldığı bütün müalicələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Ailəli olan meyxanaçıdan bir azyaşlı qız övladı yadigar qalıb.

    Azxeber.com gənc yaşda vəfat edən meyxanaçılar haqqında icmalı təqdim edir.

    Kəbir Azəri – İlk dəfə meyxana deməyə 12 yaşında başlayan Kəbir Azərinin meyхanalarının əsas mövzusu canlı həyat hadisələrinin təsviri, insan təbiətindəki nöqsanları ifşa, vətənə məhəbbət, qələbəyə inam hissi оlub. O, 1997-ci ilin yanvarın 19-da meyxanaçı Nizami Rəmzi ilə birgə qəzada həlak olub. Bu zaman onun 37 yaşı var idi.

    Mirsadıx Maştağalı da qəzada həyatını itirən meyxanaçılardandır. 2010-cu ildə avtomobili “Kamaz”la toqquşan Mirsadıx 3 gün koma vəziyyətində qalıb və 31 yaşında vəfat edib.

    Elçin Maştağalı (Atakişiyev) ən yaxın dostu tərəfindən söyüş söydüyünə görə bıçaqlanaraq qətlə yetirilib. Xəstəxanaya gec çatdırıldığı üçün güclü qanaxmadan dünyasını dəyişib. Onun şəxsi vikipediyasında yer alan məlumatlara görə, Elçini 11 fevral 1994-cü ildə ən yaxın dostu və həmkarı Məşədibaba bıçaqlayaraq öldürüb. Yüngül yaralanan 26 yaşlı meyxanaçı xəstəxanaya gec çatdırıldığına görə qanaxmadan ölüb. Nəticədə, aralarından su keçməyən iki dostdan biri digərinin qatilinə çevrilir.

    Məşədibaba – 1994-cü ildə yaxın dostunu qətlə yetirdiyi üçün 6 il müddətinə həbs olunur. Şahidlərin sözlərinə görə 2000-ci ildə həbsdən çıxan şairin ilk getdiyi yer Elçinin məzarı olur. Habsdən çıxandan sonra içki aludəçisi olan Məşədibaba ailəsini itirir, xanımı oğlu Mircəlal ilə birlikdə atası evinə geri ayıdır. Xanımını evə qaytarmaq üçün onun evinə gedən 39 yaşlı meyxanaçı rədd cavabı aldığı üçün üstünə benzin tökərək özünü yandırır. 95 faiz yanıqla xəstəxanaya çatdırılan Məşədibaba orada can verir.

    Vüqar Biləcəri – Təxəllüsünün “Biləcəri” olmasına baxmayaraq, əslən Bakının Hökməli kəndindəndir. İlk dəfə “De, gəlsin” yarışmasına qatılan Vüqar münsiflərin səsverməsi ilə 2-ci yerə qədər yüksəlib. Deyilənə görə, 25 yaşına qədər tütün məmulatlarından istifadə etməyən meyxanaçı, bir həmkarının ucbatından narkotik aludəçisinə çevrilir. Vüqar dünyasını dəyişməsindən bir ay əvvəl xəstəxanaya yerləşdirilib. 20 gündən artıq xəstəxanada müalicə alıb. Təəssüf ki, artıq bədəni olduqca zəiflədiyindən müalicənin də ona xüsusi təsiri olmayıb. O, 32 yaşında vəfat edib.

    Aydın Xırdalanlı – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Bədii yaradıcılıq fakültəsinin kütləvi tamaşalar rejissorluğu ixtisasında təhsil alıb. Məhz şəxsi istedadı və ustaddan aldığı dərs sayəsində dini ehkamları və qəzəliyyatı yaxşı bilirdi. 1995-ci ildən meyxana deməyə başlayıb. Aydın Xırdalanlı 2001-ci ildə ANS telekanalının təşkil etdiyi “De, gəlsin” yarışmasının qalibi olub. Alkoqol və narkotikdən asılı vəziyyətə düşən meyxanaçı sağlamlığı ilə bağlı ciddi problemlərlə üzləşib. Sənətkar həyatının son dövründə depressiyada idi. 2018-ci ildə özəl xəstəxanaların birinə aparılan Aydın Xırdalanlıda müayinə zamanı qaraciyər serrozu aşkarlanıb. O, 42 yaşında dünyasını dəyişib.

    Elçin Alatavalı – vaxtilə ən hazırcavab meyxanaçı kimi tanınıb. Lakin o, sonralar efirlərə çıxmaqdan imtina edib. Elçin uzun sürən xəstəlikdən sonra ötən il dünyasını dəyişib.

    Vüqar Coratlı – 37 yaşlı meyxanaçı səhhətində yaranan problemə görə qəfil dünyasını dəyişib. O, ANS-də yayımlanan məşhur “De, Gəlsin” meyxana yarışmasının iştirakçılarından olub. Corat qəbiristanlığında dəfn edilib.

    Nizami Rəmzi – Azərbaycanda ilk musiqili meyxananın yaradıcısı kimi bilinən məhz Nizami Rəmzidir. Nizami Rəmzi meyxananı daha da təsirli, maraqlı, sevilən edərək özünü novator kimi təsdiq edə bilib. Onun sayəsində meyxana janrı Bakı-Abşeron mühitindən çıxaraq Azərbaycanın bütün bölgələrində populyarlıq qazandı və o, ilk dəfə müğənni ilə duet ifa edən meyxanaçı olaraq tarixə düşdü. 50 yaşlı meyxanaçı 1997-ci il yanvarın 19-da meyxana ustası Kəbir Azəri ilə birgə keçirdiyi avtomobil qəzasında həlak olub.

  • Hüseyn Həsənovun Rusiyadan qaçdığı iddia olunub

    Məşhur Azərbaycanəsilli blogger Hüseyn Həsənov Rusiyadan qaçıb.

    Median.Az “Qazeta.ru”ya istinadən xəbər verir ki, belə bir iddia ilə Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulina teleqram kanalında bildirib.

    Mizulina vergi idarəsinin məhkəməyə müraciət etdiyini, onun bir sıra şirkətlərinin dövlətə olan borclarına görə bağlandığını, özünün isə qaçdığını bildirib.

    Xatırladaq ki, iyunun 15-də Hüseyn Həsənovun vergilərlə bağlı proseslərə cəlb oluna biləcəyi barədə məlumat yayılıb. Moskva Vergi Müfəttişliyi müvafiq iddia qaldırıb. Adamın Federal Vergi Xidmətinə 144 milyon rubl məbləğində borcu yığılıb. Hazırda bloggerin özü başqa dövlətin ərazisindədir.
    //baku.ws

  • Eddi Mörfi “Shrek 5″in çəkildiyini açıqladı

    Dünyaca məşhur aktyor Eddi Mörfi “Şrek 5” filminin çəkildiyini açıqlayıb.

    O, müsahibəsində “Şrek və Eşşək geri döndü” sözləri ilə pərəstişkarlara ilk müjdəni verib.

    Hər kəs Mörfidən polislərin həyatından bəhs edən filmin xəbərini gözləyərkən, “Şrek filmi yoldadır. Biz 6 ay əvvəl “Şrek”in çəkilişlərinə başlamışdıq. “Şrek” geri qayıdır. Dörd hissədə “Şrek”in sadiq dostu olan eşşək 2001-ci ildən “Şrek” ilə bu layihəyə başlayıb, “Şrek 5″ də də olacaq” deyə bildirib.

    Aktyor filmin yayım tarixini açılamayaraq pərəstişkarları intizarda saxlayıb.
    //azxeber.com

  • Könül Xasıyeva əməliyyat olundu – FOTO

    Xalq artisti Könül Xasıyeva ürəyindən əməliyyat olunub.

    Bu barədə sənətçi “Instagram” hesabında paylaşım edərək “Evdəyəm. Hər şey əladır. Allahdan hər birinizə möhkəm can sağlığı arzulayıram. Amin”, – sözlərini yazıb.

    Qeyd edək ki, sənətçinin ürək damarlarına stent qoyulub.


  • Röya qardaşları ilə bir yerdə

    Xalq artisti Röya Ayxan ailəsi ilə bağlı diqqət çəkən paylaşım edib.

    Müğənni öz sosial şəbəkə hesabında qardaşları Ayxan, İsmayıl və onun həyat yoldaşı Cansu ilə çəkilən fotosunu paylaşıb.

    Röyanın qardaşı İsmayıl Nəcəfov iki il əvvəl Türkiyə vətəndaşı Cansu adlı xanımla ailə qurub və İstanbulda yaşayır.
    //lent.az

  • Kianu Rivz xəyal etdiyi roldan danışdı

    Hollivudun ən sirli və sadə insanlarına yaxın aktyoru Kianu Rivz ilk dəfə arzusu olan roldan danışıb.

    O, məşhur komikslərin qaranlıq personajını canlandırmağın ən böyük xəyalı olduğunu deyib.

    Hər bir aktyorun teatr və kino səhnəsində canlandırmaq istədiyi sevimli rolu var. Kianu Rivzddə də var, o da artıq romantik ampludan tutmuş aksiyonlu filmlərə və psixoloji trillerlərə qədər çoxlu sayda fiolmlərə çəkilib.

    Lakin Kianu, uzun müddətdir arzuladığı xəyalını həyata keçirən Robert Pattinsona həsəd aparır.

    Göründüyü kimi, Rivz uzun müddətdir Batman rolunu oynamaq istəyirdi. Bu onun ən böyük arzusu idi. Lakin, təəssüf ki, o, yalnız “DC Superhero League” cizgi filmində bu xarakterin səslənməsini bacarıb.

    “Bu, həmişə mənim arzum olub, amma Robert Pattinson artıq Batman rolunu oynayıb və o, bunu çox yaxşı bacarıb. Bəlkə də gələcəkdə. Bəlkə də onlara köhnə Batman lazım olduqda mən bu rolu oyanaya bilərəm”- deyə, Kianu etiraf edib.
    //Baku.ws

  • Hüseyn Həsənovun şirkəti məhkəməyə verilib

    Rusiyanın Volqodonsk şəhərindən olan sahibkar azərbaycanəsilli bloqer və iş adamı Hüseyn Həsənovun şirkətinə qarşı məhkəmə iddiası qaldırıb.

    Bu barədə Rusiya mətbuatı xəbər yayıb.

    Qeyd olunur ki, Yuliya adlı qadın altı ay əvvəl 10 milyon rubl (193 min manat) xərcləyərək satış öyrədən şirkətdə kurs keçib.

    Kurs Hüseyn Həsənovun “Banda” MMC şirkəti ilə biznes məsləhətçisi Yelena Arikova tərəfindən yaradılıb.

    Sahibkar Yuliyanın dediyinə görə, bahalı kurslardan alınan məlumatların faydasız olduğu ortaya çıxıb və o, indi xərclədiyi pulun qaytarılmasını tələb edir.

    Mənbə: “Shot”

  • Aysel Teymurzadə boşanır – İDDİA

    Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadənin həyat yoldaşı müğənni Aysel Teymurzadə ilə boşandığı barədə xəbər yayılıb.

    Demokrat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Aysel Teymurzadənin boşanma ərizəsi ilə mediasiyaya müraciət etdiyi iddia olunur.

    Məlumata görə, bir neçə müddətdir ki, Aysel Teymurzadə Murad Adıgözəlzadə ilə ayrı yaşayır.

    Məsələ ilə bağlı Murad Adıgözəlzadə telefon zənglərinə cavab verməyib, Aysel Teymurzadə isə suala cavab verməkdən imtina edərək dəstəyi asıb.

  • Rəşad Dağlının övladlarının təhsilhaqqını o ödəyibmiş

    Hazırda həbsdə olan meyxana ustadı Rəşad Dağlının övladlarının təhsilhaqqını Anar Əlizadə adlı şəxs ödəyib.

    Bu barədə meyxanaçının övladları Yusif və Bətül sosial şəbəkədə qeyd ediblər:

    “Keçən il təhsilhaqqımızı ödəyən anonim şəxs bu ilin də ödənişini edib. Təşəkkür edirəm. Həmin şəxsin kim olduğunu öyrəndim. İstəmir ki, kim olduğunu hamı bilsin. Amma adı Anar Əlizadədir. O, adam üçün dua edirik. Deyib ki, təhsilimizdə nə problem olsa, bizə kömək edəcək”.