Category: Şou Biznes

  • “Avroviziya-2021” onlayn davam edəcək

    “Avroviziya-2021”-in rəsmi “YouTube” kanalında musiqi şousunun davamı ilə bağlı anons yerləşdirilib.

    Qeyd edilir ki, “Avroviziya” onlayn davam edəcək.

    Təşkilatçılar koronavirus səbəbiylə məhdudiyyətlər olduğu təqdirdə iştirakçıların yarışma üçün əvvəlcədən hazırlanan çıxışlarının videolarını göstərəcəklərini vəd ediblər. Yarımfinalçılarla videoçarxlar 28 mayda Bakı vaxtı ilə saat 23:00-da, finalçılarla isə 29 mayda eyni vaxtda nümayiş olunacaq.

    “Hər bir iştirakçı ölkənin canlı ifanın ehtiyat qeydləri üzərində işinə hörmət əlaməti olaraq (iştirakçıların Rotterdama getməməsi halında) iki xüsusi şou yaratdıq”, – deyə məlumat verilir.

    Xatırladaq ki, yarışmanın finalı mayın 22-də baş tutub. İtaliya təmsilçisi birinci yerə çıxıb.

  • “Çalıkuşu”nun Fəridəsi yeni fotosu ilə illərə meydan oxudu – FOTO

    “Çalıkuşu” filmindəki Fəridə obrazı ilə yadda qalan türkiyəli aktirsa Ayden Şener son paylaşımı ilə illərə meydan oxuyub.

    Onun “Instagram”da paylaşdığı fotosu müzakirə mövzusu olub.

    İzləyiciləri 58 yaşlı Şenerin fotosuna “hələ də eyni qədər gözəldir”, “gənc qızlara meydan oxuyan gözəllik” kimi şərhlər yazıblar.

    Qeyd edək ki, A.Şener 1981-ci ildə “Türkiyə gözəli” seçilib.

    O podyumlardan və kameralardan uzaq qalsa da, teatr sahəsində karyerasını davam etdirir.

  • Özündən yaşca kiçik kişiyə ərə gedən azərbaycanlı məşhurlar – SİYAHI

    Kişilərin özlərindən yaşca kiçik xanımlarla ailə qurması normal qarşılansa da, qadınların özlərindən kiçik kişi ilə ailə həyatı qurması bir mənalı qarşılanmır.

    Median.Az metbuat.az-a istinadən özündən kiçik kişi ilə ailə həyatı quran məşhur qadınları təqdim edir:

    Müğənni Natavan Həbibi yaxın günlər də özündən 7 yaş kiçik reper Dado ilə nişanlanıb.

    Müğənni Təranə Qumral da həyat yoldaşı və duet ortağı Musa Musayevdən yaşca böyükdür.

    Müğənni Nazənin öz həyat yoldaşından yaşca böyük olan xanımlar arasındadır.

    Əməkdar artist Tünzalə Əliyeva həyat yoldaşı Röyaldan yaşca böyükdür.

    Aktrisa Xuraman Əlizadə yoldaşından yaşca böyükdür

    Müğənni Səbinə Babayeva da həyat yoldaşından bir neçə yaş böyükdür.

    Məhrum xalq artisti Nəsibə Zeynalova həyat yoldaşı, mərhum muğam ifaçısı Mütəllim Novruzovdan yaşca böyük olub.

  • “Avroviziya”nın qalibi narkotest etdirəcək

    “Avroviziya” mahnı müsabiqəsinin builki qalibi olan İtaliyanın “Maneskin” qrupunun solisti David Damiano orqanizmində narkotik maddələrin olmadığını sübut etmək üçün xüsusi testdən keçəcək.

    Bu barədə Avropa Yayım İttifaqı məlumat yayıb.

    Qeyd edək ki, yarışma zamanı “yaşıl otaqda”dan yayılan videogörüntülər şayiələrə səbəb olub. Görüntülərdə Damianonun masa üzərinə əyildiyi və müəmmalı hərəkətlər etdiyi əks olunub. Bəziləri ifaçının kokain qəbul etdiyi iddiasını irəli sürüblər. O özü isə masadakı şuşə stəkanın qırıldığını və şüşə qırıntıları üfürərək təmizləmək istədiyini, heç vaxt kokain qəbul etmədiyini, ittihamlardan şoka düşdüyünü bildirib.

    Avropa Yayım İttifaqı da otaqda şüşə qırıntılarının aşkar olunduğunu təsdiqləyib və ifaçının şayiələrə son qoymaq üçün könüllü test etdirəcəyini bəyan edib.

  • Bu gün “Eurovision-2021”in qalibi seçiləcək – VİDEO

    May ayının 22-də “Eurovision-2021” mahnı müsabiqəsinin finalı baş tutacaq.

    Yarışmanın finalı Niderlandın Rotterdam şəhərində “Ahoy Arena”da keçiriləcək.

    Müsabiqədə ölkəmizi təmsil edən Samirə Əfəndi birinci yarımfinal mərhələsində səhnəyə 14-cü çıxaraq “Mata Hari” mahnısını ifa edib.

    Səsvermənin nəticələrinə əsasən, Azərbaycan final mərhələsinə vəsiqə qazanıb.

    Mahnı müsabiqəsi saat 23:00-da İctimai Televiziyanın efiri ilə canlı yayımlanacaq.

  • “Avroviziya”nın bütün finalçıları bəlli oldu

    Bu gün Rotterdamın “Ahoy” arenasında “Avroviziya” mahnı yarışmasının ikinci yarımfinalı keçirilib.

    Bu mərhələdə iştirak edən 17 ölkə təmsilçisindən yalnız Albaniya, Moldova, Serbiya, Bolqarıstan, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanstan və Finlandiya təmsilçiləri final konsertinə vəsiqə qazanıblar.

    İslandiya rok qrupu “Daði og Gagnamagnið” üzvlərindən birinin koronavirusa yoluxması səbəbindən canlı olaraq səhnədə çıxış etməyib. Əvəzində qrupun 13 may məşqi zamanı çəkilən görüntüləri nümayiş olunub.

    Qeyd edək ki, müsabiqənin finalı mayın 22-də keçiriləcək. Finalda Azərbaycan təmsilçisi Samirə Əfəndi “Mata Hari” mahnısı ilə çıxış edəcək.

  • Xalq artisti: “Məni xəstəxanalıq etdilər”

    Xalq artisti Naibə Allahverdiyeva “Sözbaz” proqramında qonaq olub. O həm həyatı, həm də sənəti ilə bağlı açıqlamalar verib.

    Median.Az sherg.az-a istinadən xəbər verir ki, həmkarlarının ona etdiklərindən söz açıb. Aktrisa sənət yolunda başına gələnlər haqda bunları söyləyib:

    “O vaxt təkcə qadınlar bir-birinə deyil, kişilər də xanımlara quyu qazırdılar. Aktrisa olmaq cəsarət, istedad zəhmət istəyir. Daim göz önündə olursan. Gözəl olmağım məni o dövrdə xilas etmədi. Əksinə oldu. Mənə qarşı qısqanclıq var idi, hətta öz yaxınlarımdan belə. Öz yaxınlarına qısqananlar da olurdu. Gözəllik başıma bəla idi”.

    Aparıcı Zümrüd Bədəlova isə bəzi şəxslərin aktrisanın suyuna kulisdə dərman atdıqlarını, beləliklə onun səhnəyə çıxmasına əngəl olduqlarını deyib. Naibə xanım bu faktı təsdiqləyib:

    “Hətta məni qrim otağından ovublar. Bir aktrisa var idi. Allah rəhmət eləsin, adını çəkməyəcəm. Məni xəstəxanalıq vəziyyətə salıblar. Çox böyük stress keçirmişəm, az qala məni maşın vururdu. Teatrın yubiley tədbirində hamı səhnədə oturmuşdu.

    Getdim, bir kənarda dayandım ki, bəlkə, yer verərlər, amma yer vermədilər. Heç yadımdan çıxmır. Yarım saat altımda stol olmadan oturmuş kimi dayandım”.

  • Samirə Efendinin yarımfinalda ifası çox sayda baxış toplayıb

    “Eurovision 2021” mahnı müsabiqəsindəki təmsilçimiz Samirə Efendinin birinci yarımfinalda oxuduğu “Mata Hari” mahnısına “YouTube”da 2 milyondan çox baxış olub.

    Bu baxımdan müsabiqə iştirakçıları arasında Rusiya və Ukraynadan sonra üçüncü yerdə olan həmin ifa həm də “YouTube”da Azərbaycan trendləri arasında birinci yerdədir.

    Xatırladaq ki, mayın 18-də birinci yarımfinalda müvəffəqiyyətlə ifa etmiş S.Efendi bu ayın 22-də keçiriləcək final konsertində iştirak etmək hüququ qazanıb.

  • İslandiyanın “Avroviziya” təmsilçiləri koronavirusa yoluxub

    İslandiyanı “Avroviziya 2021” mahnı yarışmasında təmsil edən “Da i og Gagnamagni” qrupunun üzvlərindən birinin koronavirus testi müsbət çıxıb.

    Bu barədə TASS müsabiqənin təşkilatçılarına istinadən məlumat yayıb.

    Məlumata əsasən, hələ mayın 16-da nümayəndə heyəti üzvlərindən birində COVID-19 aşkar olunub. Bu gün isə artıq qrup üzvlərindən birinin də yoluxduğu təsdiqlənib.

    Bununla əlaqədar, İslandiya kollektivinin bugünki yarımfinaldakı canlı çıxışı ləğv olunub. Canlı ifa əvəzinə, səhnədə qrupun 13 may məşqi zamanı çəkilmiş videosu nümayiş olunacaq.

    Xatırladaq ki, dünən baş tutmuş ilk yarımfinalda Azərbaycan təmilçisi Samirə Əfəndi müsabiqənin həlledici mərhələsinə vəsiqə qazanıb. “Avroviziya”nın final konserti mayın 22-də keçiriləcək.

  • “Avroviziya-2021”də Azərbaycandan olan səsləri onlar açıqlayacaq

    İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) “Avroviziya-2021” mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxslərin adlarını açıqlayıb.

    İTV-dən verilən məlumata görə, məşhur mahnı müsabiqəsində iştirakçılara ölkəmizdən münsiflər tərəfindən veriləcək səsləri 10 il öncə, 2011-ci ildə 221 xalla birinci olaraq “Avroviziya”nı Azərbaycana gətirən Eldar Qasımov və Nigar Camal elan edəcək.

    Eldar və Nigar yarışmanın qaydalarına əsasən mayın 22-də final gecəsi iştirakçıların taleyini həll edəcək jüri ballarını İctimai Televiziyanın canlı efirində səsləndirəcək. Verilən xallar müsabiqə iştirakçılarının aktivinə əlavə olunacaq.

    Qeyd edək ki, yarımfinal mərhələləri may ayının 18-i və 20-də keçiriləcək mahnı müsabiqəsində təmsilçimiz Samirə Əfəndi “Mata Hari” adlı bəstə ilə birinci yarımfinalda çıxış edəcək.

    Şüarı “Open up!” olan müsabiqənin Azərbaycan üzrə şərhçiləri isə müğənni Murad Arif və aparıcı Hüsniyə Məhərrəmova olacaq. Müsabiqə İctimai Televiziyanın efirində canlı olaraq yayımlanacaq.