Category: Siyasət

  • Bakıda yeni park istifadəyə verilib – YENİLƏNİB

    Oktyabrın 1-də Bakının Nəsimi rayonunda 28 May, Dilarə Əliyeva və Fikrət Əmirov küçələrinin kəsişməsində yeni park istifadəyə verilib.

    Median.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva parkda yaradılan şəraitlə tanış olublar.

    Dövlətimizin başçısının tapşırığı ilə salınan yeni parkda sakinlərin və turistlərin istirahəti üçün hərtərəfli şərait yaradılıb.

    Müasir üslubda, orijinal dizaynda qurulan bu cür istirahət mərkəzlərinin istifadəyə verilməsi ilə paytaxtın gəzməli yerlərinə daha bir neçə ünvan əlavə olundu. Belə layihələrin icrası bir daha sübut edir ki, paytaxtımızın abadlaşdırılması istiqamətində görülən işlər davamlıdır və yüksək keyfiyyətlə yerinə yetirilir. Bütün bunlar isə sosial layihə olmaqla yanaşı, həm də ümumilikdə, ölkəmizin iqtisadi qüdrətini nümayiş etdirir.

    ***

    Oktyabrın 1-də Bakının Nəsimi rayonunda 28 May, Dilarə Əliyeva və Fikrət Əmirov küçələrinin kəsişməsində yeni park istifadəyə verilib.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva parkda yaradılan şəraitlə tanış olublar.



  • Ильхам Алиев наградил ряд лиц за заслуги в развитии нефтехимической науки

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycanda neft-kimya elminin inkişafındakı xidmətlərinə görə aşağıda adları çəkilən şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

    Əliyeva Leylufər İmran qızı

    Hacıyev Arif Şahmalı oğlu

    Məmmədbəyli Eldar Hüseynqulu oğlu

    Səidova Adilə Atakişi qızı

    Süleymanov Samir Süleyman oğlu.

  • Azərbaycanda yeni səfirlik açıldı

    XİN-in Dövlət Protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Slovakiya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş müvəqqəti işlər vəkili Elçin Qasımovu qəbul edib.

    XİN-dən verilən məlumata görə, görüşdə Elçin Qasımovu Slovakiyanın Xarici və Avropa İşləri üzrə Nazirliyi tərəfindən ünvanlanmış notanı Pərvin Mirzəzadəyə təqdim edib.

    Notada verilmiş məlumata əsasən, 2019-cu ilin 1 oktyabr tarixindən etibarən Slovakiya Respublikasının Azərbaycan Respublikasında Səfirliyi fəaliyyətə başlayır.

    Səfir Pərvin Mirzəzadə Slovakiyanın Azərbaycanda səfirliyinin açılmasının iki ölkə arasında əməkdaşlığın və dostluğun daha da genişləndirilməsi və irəlilədilməsinə təkan verəcəyini bildirib.

  • İlham Əliyev siyahıyaalınma və sorğu vərəqələrinin suallarını cavablandırıb

    Oktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə həyata keçirilən növbəti siyahıyaalınmada iştirak edərək siyahıyaalınma və sorğu vərəqələrinin suallarını cavablandırıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • İlham Əliyev və xanımı Atatürk prospektindəki parkda – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 1-də Bakının Nərimanov rayonundakı Atatürk prospektində yerləşən parkda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

    Bu barədə məlumatı AZƏRTAC dərc edib.






















  • Bakı şəhər Baş Polis İdarəsinə rəis müavini təyin edilib

    Daxili işlər orqanlarında yeni təyinat olub.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə Mingəçevir şəhər Polis İdarəsinin rəisi Teymur Hacıyev tutduğu vəzifədən azad edilərək Bakı şəhər Baş Polis İdarəsinə əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

    Qeyd edək həmin vəzifədə çalışan Elxan Həsənov iki gün əvvəl tutduğu vəzifədən azad edilib.

  • Rafael Cəbrayılov: “Deputat vəsiqələrimi girov qoymamışam” – YENİLƏNİB

    “Deputat vəsiqələrimi girov qoymağım barədə məlumatlar tamamilə yanlışdır və absurddur”.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, bunu deputat Rafael Cəbrayılov keçirdiyi mətbuat konfransında deyib.O bildirib ki, həmin qadına Almaniyaya getmək üçün təminat məktubu verib: “Lakin vəsiqəmi girov qoymamışam. Təranə Fətəliyeva adlı qadın ginekoloqdur, ailəvi yaxınıq. Qardaşım Elşənin tikinti şirkəti pul qoyub. Devalvasiyadan sonra onlar arasında problem yarandı. Mənə zəng elədi, bizə gəldilər. Xanımın əlləri əsirdi, deyirdi ki, Elşən onu təhqir edib. Elşənə zəng elədim, dedi ki, devalvasiyadan sonra məbləği 3 qat qaldırıblar. Mənzil təklif elədik. Qəbul etmədi. Mənimlə bağlı məhkəməyə müraciət elədi”.

    R. Cəbrayılov haqqında yayılan məlumatlardan sonra deputatlıqdan imtina etmək qərarına gəldiyini bildirib: “Bakıda olsaydım, həmin gün mətbuat konfransı keçirərdim. Bu gün Bakıya gəlmişəm. Həyat yoldaşım ikinci ürək əməliyyatı keçirmişdi. Haqqımda yazılanlar dəhşət idi. Türkiyədə qərar gəldim ki, istefa verim. Bakıya gələn kimi istefa məktubunu təqdim etdim. Bəziləri tələsdiyimi dedi. Mən gəlib burda çıxış etməyə utandım. Ona görə birbaşa istefa verdim. Şəxsi qərarımdır. Sizə söz verirəm ki, bütün problemlər həllini tapacaq”.

    O, artıq istirahət etmək istədiyini bildirib.

    O, yenidən parlament seçkilərində iştirak edib-etməcəyini haqda düşündüyü deyib: “Allah Kərimdir. Hələ seçkilərə bir il müddət var”.

  • İlham Əliyev Şamaxıya pul ayırdı

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şamaxı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Şamaxı rayonunda 2500 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 8 kiçik sututarında zəruri təmir-bərpa işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 300,0 (üç yüz) min manat ayrılıb.

  • Prezident icra başçısını vəzifəsindən azad etdi

    Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Qasım oğlu Seyidəliyev vəzifəsindən azad edilib.

    AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

    Prezidentin digər sərəncamı ilə Vahid Heydər oğlu Tağıyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

  • Qazaxıstan Prezidenti Azərbaycana yeni səfir təyin etdi

    Qazaxıstan Azərbaycana yeni səfir təyin edib.

    Bununla bağlı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev fərman imzalayıb.

    Fərmana əsasən, Abdıkerimov Serjan Oralbayeviç Qazaxıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

    Həmçinin, Qazaxıstanın Çexiya və Slovakiyadakı səfiri vəzifəsindən azad olunub.

    S.Abdıkerimov 11 may 1976-cı ildə Karağandı şəhərində anadan olub. 1993-1998-ci illərdə Abay adına Almatı Dövlət Universitetində təhsil alıb.

    Diplomatik fəaliyyətini 1998-ci ildə Üçüncü departamentin Avropa və Amerika idarəsinin referenti qismində başlayıb.

    Bundan öncə o, Qazaxıstanın Cənubi Koreya, Avstriya, Böyük Britaniyadakı səfirliklərində müxtəlif vəzifələrdə çalışıb. Ölkəsinin Bolqarıstandakı müvəqqəti işlər vəkili vəzifəsini icra edib.

    Ailəlidir, üç oğlan və bir qız övladı var. Rus və ingilis dillərində sərbəst danışır.

    Fransız, koreya və indoneziya dillərində passiv şəkildə danışa bilir. Qazaxıstanın “Kurmet” ordeni, ölkənin bir neçə hökumət və yubiley medalları, Ukraynanın “Zəhmət və Şücaət” medalı ilə təltif edilib.
    /oxu.az/