Category: Siyasət

  • İlham Əliyev görüş keçirdi – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Fransa Respublikası Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri və Azərbaycan üzrə sədr müavini Alen Uperin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Vilayət Eyvazov generalı vəzifəsindən azad etdi

    Bakı Səhər Baş Polis İdarəsinin rəis muavini, general-mayor Elxan Həsənov yaş həddi ilə əlaqədar vəzifəsindən azad edilib.

    Median.Az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə əmri Daxili İşlər naziri Vilayət Eyvazov bu gun imzalayıb.

    Nazirin digər əmrilə onu özünə müşavir təyin etdiyi bildirilir.

  • Mehriban Əliyevaya həsr olunmuş miniatür kitabın təqdimatı keçirilib – FOTO

    Sentyabrın 27-də İçərişəhərdəki Miniatür Kitab Muzeyində “Mexriban Aliyeva. Missiya dobra vıpolnima” (“Mehriban Əliyeva. Xeyirxahlıq yerinə yetirilən missiyadır”) miniatür kitabının təqdimatı keçirilib. Kitabın müəllifi Milli Məclisin deputatı, Azərbaycanın Xalq yazıçısı Elmira Axundovadır.

    AZƏRTAC xəbər verir ki, mərasimdə Miniatür Kitab Muzeyinin təsisçisi və yaradıcısı, Əməkdar Mədəniyyət işçisi Zərifə Salahova, Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, Milli Məclisin deputatları Səməd Seyidov, Asim Mollazadə, Rauf Əliyev, Jalə Əliyeva, tanınmış yazıçı, PEN-klubun prezidenti, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Yazıçılar Birliyi və Kinematoqrafçılar İttifaqının üzvü, Əməkdar İncəsənət xadimi, Xalq yazıçısı Natiq Rəsulzadə, yaradıcı ziyalıların nümayəndələri, alimlər, jurnalistlər, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

    Miniatür Kitab Muzeyinin təsisçisi və yaradıcısı Zərifə Salahova mərasimi açaraq deyib ki, 1988-ci ildən bugünədək onun tərəfindən 238 miniatür kitab buraxılıb, lakin bu nəşr görkəmli şəxsiyyət – Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya həsr olunmuş ilk kitabdır.

    Sonra Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundova kitab haqqında müfəssəl məlumat verib. Diqqətə çatdırıb ki, nəşrdə Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti barədə Azərbaycan və xarici KİV-lərdə nəşr etdirdiyi məqalələri toplanıb.

    Elmira Axundova deyib ki, bu kitabdakı bütün məqalələrin ana xəttini sadə vətəndaşların etimadını qazanmış, kömək üçün ona müraciət edən hər kəsin probleminə qayğı ilə yanaşan, həssaslığı və insanpərvərliyi ilə seçilən Mehriban Əliyevaya ümumxalq sevgisi təşkil edir.

    Məqalələrdə Mehriban xanımın UNESCO və İSESCO-nun xoşməramlı səfiri kimi Azərbaycanın, xalqımızın mədəniyyətinin və incəsənətinin dünyada tanıdılmasında böyük xidmətlərindən, onun rəhbərliyi ilə ölkədə qlobal miqyaslı idman və mədəniyyət tədbirlərinin uğurla keçirilməsindən, dinlərarası və sivilizasiyalararası dialoqa verdiyi töhfələrdən bəhs olunur.

    Qeyd olunub ki, “Mexriban Aliyeva. Missiya dobra vıpolnima” miniatür kitabı 2019-cu ildə “Indiqo” nəşriyyatı tərəfindən 100 nüsxədə çap edilib. 60×70 mm ölçüdə, 412 səhifədən ibarət miniatür kitab 105 rəngli fotoşəkillə illüstrasiya olunub. Fotoşəkillər müəllifə AZƏRTAC tərəfindən təqdim edilib.

    Mərasimdə çıxış edənlər Birinci vitse-prezident Mehriban Əliyevanın olduqca geniş və çoxşaxəli fəaliyyətindən söz açıblar. Onlar Mehriban Əliyevanın ölkəmizin həyatının bütün sahələrində müstəsna xidmətlərini, onun hər bir azərbaycanlıya həssas diqqətini və sonsuz qayğısını, Birinci vitse-prezident, UNESCO və İSESCO-nun xoşməramlı səfirinin təşəbbüsü ilə həyata keçirilən və Azərbaycan muğam və xalçaçılıq sənətlərinin qorunması, inkişafı və tanıdılmasına həsr olunmuş möhtəşəm layihələri, onun Azərbaycan qadınlarının lideri və onlara örnək olduğunu, öz ölkəsini dünyanın bütün guşələrində layiqincə təmsil etdiyini vurğulayıblar.

    Çıxışlarda Mehriban xanımın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun uşaq bağçalarının, internatların, ümumtəhsil məktəblərinin, mədəniyyət və sosial obyektlərin tikintisi istiqamətində fəaliyyətindən, şəhid ailələri və məcburi köçkünlərə göstərdiyi yardımlardan bəhs edilib. Vurğulanıb ki, Mehriban xanım Əliyeva bütün fəaliyyət sahələrinə öz töhfəsini verib.

    Müəllif nəfis tərtibatlı kitaba epiqraf kimi Mehriban Əliyevanın bu sözlərini sitat gətirib:

    “Hər bir insan öz taleyinin yaradıcısı ola bilər və olmalıdır. Seçim həmişə var. Mən nə sırf təsadüfə inanıram, nə də dünyanın əvvəlcədən dəqiq müəyyən olunması fikrinə. Mən Allaha və insanın imkanlarına inanıram”.

    Kitab Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il fevralın 21-də Təhlükəsizlik Şurasının iclasındakı nitqi ilə açılır. Dövlətimizin başçısı bu çıxışında Mehriban xanım Əliyevanın həyatın bir çox sahələrində çoxşaxəli və uğurlu fəaliyyətini qeyd edir. Məhz bu fəaliyyətin nəticəsində onun Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması barədə qərar qəbul edilib.

    Müəllif yazır:

    “Həm öz xanımının çiyninə dövlət məsuliyyətinin ağır yükünü qoymuş Prezidentin, həm də birinci xanımın özünün cəsarətinə heyran qalmamaq mümkün deyil. Axı o, vəzifəsinə ölkə üçün çox da yaxşı olmayan vaxtda başlayır – gözlənilmədən gələn postneft dövrü Prezident komandasından yeni, qeyri-standart qərarlar, təşəbbüslər və bütün dövlət mexanizminin dərin islahatını tələb edir”.

    Xalq yazıçısı qeyd edir ki, Mehriban Əliyevanın özü üçün prioritetlər son dərəcə aydındır, axı o, əvvəllər də onları rəhbər tutub:

    “Onun fikrincə, bu prioritetlər ilk növbədə humanizm prinsipləri, insanlarla təmasda olmaq bacarığı, onları dinləmək və fikirlərini öyrənmək məharəti, insanpərvərlik, şəfqət və qarşılıqlı hörmətdir”.








  • Prezident Elman Rüstəmovu təltif etdi

    Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Bankın sədri Elman Rüstəmovu təltif edib.

    AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətlərinə görə Rüstəmov Elman Sirac oğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

    Xatırladaq ki, E.Rüstəmov 2010 və 2015-ci illərdə beş il müddətinə Azərbaycan Respublikası Mərkəzi Bankın Sədri vəzifəsinə təyin edilib.

  • Azərbaycan Mərkəzi Bankının əməkdaşları təltif olundu – SİYAHI

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Mərkəzi Bankının əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətlərinə görə Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı əməkdaşları təltif edilirlər:

    1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Rüstəmov Elman Sirac oğlu

    2-ci dərəcəli “Əmək” ordeni ilə

    Babayev Aftandil Qasım oğlu

    Xubanov Vadim Ələddin oğlu

    Quliyev Alim Səlim oğlu

    3-cü dərəcəli “Əmək” ordeni ilə

    Qurbanlı Vahid Nuhnəbi oğlu

    Məlikova Rəna Ənvər Paşa qızı

    “Tərəqqi” medalı ilə

    Adıgözəlov Şaiq Əli oğlu

    Babayeva Sevil Əlisafa qızı

    Çebuxanova İrina Gennadiyevna

    Ələkbərov Fətullah Əkbər oğlu

    Əliyev Elşən Kərim oğlu

    Əliyeva Heyran Sədaqət qızı

    Əhmədov Əli İsmayıl oğlu

    Heydərov Şakir Vəli oğlu

    Hüseynova Leyla Vəli qızı

    İsmayılov Fəxri Yaşar oğlu

    Qasımov Adışirin Firudin oğlu

    Qasımov Asif İbrahim oğlu

    Quluzadə Mahir Məhərrəm oğlu

    Məmmədov Şakir Kərim oğlu

    Nəbiyeva Leyla Süleyman qızı

    Orucov Rəşad Temraz oğlu

    Osmanov Fərid Tofiq oğlu

    Zəkiyeva Faizə Ramiz qızı.

  • Vilayət Eyvazovdan yeni – TƏYİNAT

    Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

    Median.Az xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, mayor Mehman Həsənov Samux Rayon Polis Şöbəsinin kadrlar şöbəsinə rəis təyin edilib.

    Qeyd edək ki, M.Həsənov bu təyinatdan əvvəl Gəncə şəhəri, Kəpəz Rayon Polis Şöbəsində çalışıb.

  • Elmar Məmmədyarov ECO Xarici İşlər nazirlərinin iclasında iştirak edib

    BMT Baş Assambleyasının 74-cü sessiyası çəçivəsində Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xarici İşlər nazirlərinin iclasında iştirak edib.

    XİN-dən verilən məlumata görə, nazir Elmar Məmmədyarov çıxışında regional və regionlararası təşəbbüslərdə iştirak edən Azərbaycanın hər zaman bölgədə və onun hüdudlarından kənarda müxtəlif iqtisadi əməkdaşlıq səylərini dəstəklədiyini və bu xüsusda ECO çərçivəsində əməkdaşlıq fəaliyyətinə və bu bölgədə ticarət və əməkdaşlığın inkişafına əhəmiyyət verdiyini bildirib. Təşkilatın konkret və nəticəyə yönəlik layihələrə üstünlük verməli olduğunu söyləyən Nazir, bu xüsusda prioritet sahələr qismində ticarət, nəqliyyat, kənd təsərrüfatı, informasiya və kommunikasiya texnologiyaları və turizmi qeyd edib.

    Dənizə çıxışı olmayan ölkə olmasına rəğmən Azərbaycanın tranzit və ticarət potensialı, ölkəmizin nəqliyyat infrastrukturlarını müasirləşdirmək və şaxələndirmək səyləri, həyata keçirilən bağlılıq layihələri barədə iclas iştirakçılarına məlumat verən nazir, sözügedən layihələrin ECO ərazisinin tranzit imkanlarının artmasına xidmət etdiyini bildirib.

    Kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd olunub və bu ilin oktyabr ayında ECO Kənd Təsərrüfatı nazirlərinin Bakıda 6-cı toplantısının keçiriləcəyi səsləndirilib. İnformasiya və kommunikasiya texnologiyaları sahəsi ECO dövlətləri tərəfindən əməkdaşlığın inkişaf etdirilə biləcəyi potensial sahə kimi vurğulanıb.

    Nazir 2017-ci ildə qəbul olunan “ECO Vision 2025” sənədinə istinad edərək, Azərbaycanın ECO-nun daha da inkişaf etdirilməsi imkanlarını təmin edəcək və institutlarının effektivliyini genişləndirəcək islahat prosesini dəstəklədiyini qeyd edib.

    Çıxışının sonunda Nazir Elmar Məmmədyarov ECO iştirakçı ölkələri arasında mövcud olan tarixi bağların Azərbaycan tərəfindən yüksək dəyərləndirildiyini və bu əlaqələrin həmrəylik prinsipləri əsasında inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

    Nazir, siyasi və hərbi təhdidlər, o cümlədən bu ərazilərdəki hərbi işğal və qanunsuz fəaliyyətlər aradan qaldırılmadan, regional iqtisadi əməkdaşlığın inkişafının mümkünsüz olduğunu vurğulayıb. Bu xüsusda, 2017-ci il İslamabad Sammitinin Bəyanatının müddəalarının üzv ölkələrin milli və regional fəaliyyətlərində nəzərə alınmasının önəm kəsb etdiyi qeyd olunub.

  • Deputatın qardaşı bütün pulları götürərək ölkədən gedib — Yeni detallar

    Millət vəkili Rafael Cəbrayılovun külli miqdarda borcunun yaranması qardaşı Elşən Cəbrayılovun Türkiyədə tikinti biznesi qurması ilə bağlıdır.
    Median.Az
    qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə məlumatı Yenisabah.az-a Rafael Cəbrayılovdan şikayətçi olanlardan biri verib. Adının açıqlanmasını istəməyən şikayətçi bildirib ki, Elşən Cəbrayılov Türkiyənin İstanbul şəhərində Bəydüzü adlanan ərazidə hündürmərtəbəli binalar tikir.

    Məlumatda deyilir ki, tikinti biznesinə yatırılan pullar Azərbaycandan ayrı-ayrı vətəndaşlardan alınan borclar və banklardan götürülən kreditlərdir. Elşən Cəbrayılovun Türkiyədə işlərinin necə getdiyi barədə dəqiq məlumat yoxdur. Lakin iddialara görə, Rafael Cəbrayılov borclularla danışarkən qardaşını ittiham edirmiş. Bildirimiş ki, bu oyunları onun başına qardaşı açıb.
    Xatırladaq ki, Rafael Cəbrayılov ayrı-ayrı vətəndaşlardan toplam 840 min ABŞ dolları (Təranə Fətəliyeva 300 min, Xatirə Nəcəfova 300 min, Yusif Orucov 240 min) məbləğində pul alıb. Bu pullar deputata Binəqədidə inşa etdiyi binalardan mənzil alınması üçün verilib. Lakin indiyə həmin şəxslərə nə mənzil verilib, nə də pulları geri qaytarılıb. Rafael Cəbrayılovu ictimai hədəfə gətirən təkcə külli miqdarda borcu olması deyil. Məsələ burasındadır ki, o, bu pulları qaytaracağına əminlik yaratmaq III və IV çağırış deputat vəsiqələrini girov qoyub.

  • Dövlət başçısı Meksikaya səfir təyin etdi

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ölkəmizin Meksika Birləşmiş Statlarına səfirini təyin edib.

    Dövlət başçısının sərəncamı ilə Məmməd Afiq oğlu Talıbov Meksikada Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

  • İlham Əliyev “Neftçi”nin sabiq prezidentinə fəxri təqaüd ayırdı

    Azərbaycan Respublikasının Prezidenti Aydın Əli oğlu İbrahimova “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” sərəncam imzalayıb.

    A.İbrahimov idmanın inkişafında xidmətlərinə görə bu təqaüdə layiq görülüb.

    Aydın İbrahimov 1938-ci ildə Gəncədə anadan olub. Uşaqlıqdan taleyini idmanla bağlayıb. 1960-cı illərdə güləş növü ilə peşəkar səviyyədə məşğul olub. SSRİ əməkdar idman ustası və əməkdar məşqçisi adına, sərbəst güləş üzrə 57 kq çəki dərəcəsində 1964-cü il Yay Olimpiya Oyunlarının bürünc mükafatına layiq görülüb. Güləş üzrə Dünya və Avropa çempionudur.

    A.İbrahimov “Neftçi” PFK-nın ilk prezidenti (1988-1997) olub.
    Onun fəaliyyəti dövründə klub SSRİ çempionatının Güclülər dəstəsinə vəsiqə qazana bilməsə də, müstəqil Azərbaycanın ilk milli çempionatının qalibi oldu, sonra isə daha iki dəfə ölkənin ən güclüsü adını qazanıb.