Category: Siyasət

  • İlham Əliyev görüş keçirib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Mehriban Əliyevadan Milli Musiqi günü paylaşımı – FOTO

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Milli Musiqi günü münasibətilə sosial şəbəkədə paylaşım edib.

    Paylaşımda deyilir:

    “Bu gün Milli Musiqi günüdür. 1885-ci il sentyabrın 18-də Azərbaycan bəstəkarlıq məktəbinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəyli anadan olmuşdur. Onunla eyni ildə və eyni gündə Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar Müslüm Maqomayev dünyaya gəlmişdir. Hər iki dahi şəxsiyyətimizin xatirəsini dərin ehtiramla yad edirik”.

  • Rektor: Pontifik Şərq İnstitutu Azərbaycanla əməkdaşlıqda maraqlıdır – FOTO

    Nazir Elmar Məmmədyarov Müqəddəs Tax-Taca rəsmi səfəri çərçivəsində bu ölkənin Pontifik Şərq İnstitutunun rektoru David Nazar ilə görüşüb.

    Azərbaycan Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, görüş zamanı rektor David Nazar təmsil etdiyi institutun yaranma tarixi və fəaliyyəti haqqında məlumat verib. Daha sonra D.Nazar institutun Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək, bu əməkdaşlığın Azərbaycan ilə Vatikan arasında mövcud olan əlaqələrin inkişaf etdirilməsinə xidmət edəcəyini vurğulayıb.

    Nazir E.Məmmədyarov səmimi qarşılanmaya görə təşəkkürünü bildirərək, ölkəmizin sözügedən institutla əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb. Nazir qarşı tərəfə Heydər Əliyev Fondu tərəfindən Vatikanda həyata keçirilmiş layihələr haqqında məlumat verib.

    Görüş zamanı XİN-in Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) ilə Pontifik Şərq İnstitutu (POI) arasında Anlaşma Memorandumu imzalanıb.

  • Elmar Məmmədyarov Pontifik Şərq İnstitutunun rektoru ilə görüşüb

    Xarici İşlər naziri Nazir Elmar Məmmədyarov Müqəddəs Tax Taca rəsmi səfəri çərçivəsində bu ölkənin Pontifik Şərq İnstitutunun rektoru David Nazar ilə görüşüb.

    Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, görüş zamanı rektor David Nazar təmsil etdiyi institutun yaranma tarixi və fəaliyyəti haqqında məlumat verib. Daha sonra D.Nazar institutun Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək, bu əməkdaşlığın Azərbaycan ilə Vatikan arasında mövcud olan əlaqələrin inkişaf etdirilməsinə xidmət edəcəyini vurğulayıb.

    Nazir Elmar Məmmədyarov səmimi qarşılanmaya görə təşəkkürünü bildirərək, ölkəmizin sözügedən institutla əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb. Nazir Heydər Əliyev Fondu tərəfindən Vatikanda həyata keçirilmiş layihələri haqqında məlumat verib.
    Görüş zamanı XİN-in Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) ilə Pontifik Şərq Institutu(POI) arasında Anlaşma Memorandumu imzalanıb.

  • İlham Əliyev onları “Tərəqqi” medalı ilə təltif etdi – SİYAHI

    Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxsləri “Tərəqqi” medalı ilə təltif edib:

    Dadaşova Natalya Konstantinovna

    Hüseynova Sevda Əli qızı

    Məmmədov Nüsrət Cəfər oğlu

    Məmmədova Aliyə Tariyel qızı

    Zahid Azad Vasif oğlu.

  • Prezident bir qrup mədəniyyət xadiminə fəxri adlar verdi

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev musiqi mədəniyyətimizin inkişafında xidmətlərinə görə bir sıra şəxslərə fəxri adların verilməsi barədə sərəncam imzalayıb.

    Sərəncama əsasən, Vasif Allahverdiyev və Sərdar Fərəcov “Xalq artisti”, Fəttah Xalıqzadə və Oqtay Rəcəbov “Əməkdar incəsənət xadimi”, İqor Butenko və Nikolay Pyatkin “Əməkdar artist”, Səidə Göyçayskaya, Rüxsarə Hüseynova və Nazilə Yaqubova “Əməkdar müəllim” adına layiq görülüblər.

  • İlham Əliyev gürcüstanlı naziri qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri xanım Natiya Turnavanı qəbul edib.

    AZƏRTAC xəbər verir ki, Natiya Turnava Gürcüstanın Baş Naziri Georgi Qaxarianın salamlarını dövlətimizin başçısına çatdırıb.

    Görüşdə Azərbaycanla Gürcüstan arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, iqtisadi sahədə əməkdaşlığın ayrı-ayrı istiqamətlərdə genişlənməsindən məmnunluq ifadə olunub.

    Söhbət zamanı iqtisadiyyatın şaxələndirilməsi hesabına ticarət dövriyyəsinin genişləndirilməsi, tranzit yükdaşımalarının həcminin artırılması məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından istifadə edilməsi məsələləri müzakirə edilib, energetika, sərmayə qoyuluşu, elektroenergetika, turizm sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

    Dövlətimizin başçısı Baş nazir Georgi Qaxarianın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Gürcüstanın Baş Nazirinə çatdırmağı xahiş edib.

  • Prorektor vəzifəsindən gedən sabiq deputatdan AÇIQLAMA

    Keçmiş millət vəkili, Odlar Yurdu Universitetinin prorektoru Ceyhun Osmanlı vəzifəsindən istefa verəndən sonra Avropada fəaliyyət göstərməyə başlayıb.

    Median.Az Baku.ws-ə istinadən məlumatına görə, yeni işi barədə Modern.az-a danışan Ceyhun Osmanlı yenə də təhsil sahəsində çalışdığını söyləyib:

    “Uzun illər Azərbaycanda da təhsil sahəsində çalışmışam. Bu sahə mənə çox doğmadır. Hazırda ölkədən kənarda fəaliyyət göstərsəm də, işim təhsil sahəsi ilə bağlıdır. Bəzi mətbuat səhifələrində Londona köçdüyümü yazdılar. Ancaq təkcə Londonda daimi olaraq qalmıram. Həm Azərbaycanda, həm də Avropada birdən çox universitet və ümumtəhsil məktəblərində birgə layihələrin icrası ilə məşğulam. Bunlarla yanaşı, təhsil eksperti kimi də çıxış edirəm. Hətta iyunda İsveçrədə biznes məktəbin fəxri professoru seçilmişəm”.

    Ceyhun Osmanlı digər işləri barədə də danışıb:

    “Bəzi inşaat və enerji layihələrində məsləhətçi qismində çıxış edirəm. Bütün bu işlərlə bağlı konkret olaraq hansısa ölkəyə köçməmişəm. 7 ay olar ki, Azərbaycandan kənarda iş həyatı qurmuşam. Hətta Azərbaycandan kənarda işlərimi qursam da, tez-tez vətənə gedib-gəlirəm. Ailəm və uşaqlarım Bakıdadır. Azərbaycan bizim daimi vətənimizdir. Ona görə də vətənimizi tam olaraq tərk etmək fikrimiz yoxdur”.

    Xatırladaq ki, Ceyhun Osmanlı iqtisadiyyat üzrə fəlsəfə doktorudur. Deputat olduğu dövrdə (2010-2015-ci illər, 63 saylı Sabirabad birinci seçki dairəsi) Avropa Parlamenti, Avronest, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə sıx əməkdaşlıq edib. Həmçinin, “İrəli” İctimai Birliyinin həmtəsisçisi və sədri olub.

    C.Osmanlı 2017-2019-cu illərdə Odlar Yurdu Universitetində beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində çalışıb.
    Ailəlidir, 3 oğlan övladı var.

  • Prezident İlham Əliyev və Mehriban Əliyeva bədii gimnastika üzrə dünya çempionatının açılış mərasimində iştirak edirlər – YENİLƏNİB

    Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.

    Median.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva və ailə üzvləri açılış mərasiminə baxıblar.

    Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova da açılış mərasimində olub.

    Mərasimdə əvvəlcə iştirakçı ölkələrin dövlət bayraqları təqdim edildi.

    Açılış mərasimində çıxış edən Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov dedi:

    – Hörmətli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.

    Hörmətli Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyeva.

    Hörmətli Beynəlxalq Gimnastika Federasiyasının prezidenti cənab Morinari Vatanabe.

    Beynəlxalq aləmdə idman tədbirlərinin yüksək səviyyəli təşkilatçısı kimi tanınan Azərbaycanda bu gün daha bir nüfuzlu idman yarışı keçirilir. On dörd ildən sonra Azərbaycan bədii gimnastika üzrə 37-ci dünya çempionatına ev sahibliyi edir.

    2014-cü ildə istifadəyə verilən bu möhtəşəm arena dövlətimizin başçısı İlham Əliyevin ümumilikdə idmana göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

    Gimnastika növləri üzrə Bakıda dünya kubokları, Avropa və dünya çempionatları yüksək səviyyədə keçirilir. Azərbaycan Gimnastika Federasiyası ardıcıl olaraq iki il dünyanın ən yaxşı federasiyası adına layiq görülüb. Təsadüfi deyil ki, Beynəlxalq Gimnastika Federasiyası bu mötəbər yarışın təşkilini məhz ölkəmizə həvalə edib.

    Müasir Azərbaycan gimnastikasında olan bugünkü nailiyyətlər ölkəmizin Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Mehriban xanımın rəhbərlik etdiyi yerli təşkilat komitəsinin hər bir üzvünə, yerli və xarici könüllülərə minnətdarlığımızı bildiririk.

    Sözsüz ki, yarışın Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıması, 61 ölkənin 300-dən çox idmançısının mükafatlar uğrunda mübarizə aparması dünya çempionatının gərgin mübarizə şəraitində keçəcəyinə, maraqlı və unudulmaz olacağına əminlik yaradır. İdmançılara isə yaranmış bu imkandan bəhrələnərək layiqli mübarizə aparmağı və qələbə qazanmalarını arzu edirəm.

    Diqqətinizə görə çox sağ olun.

    Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe çıxış edərək dedi:

    – Beynəlxalq Gimnastika Federasiyasının prezidenti olaraq sizi burada – Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatında salamlamaqdan məmnunluq duyuram. Bu gündən etibarən yeddi gün ərzində dünyanın müxtəlif ölkələrindən olan bədii gimnastlar “Tokio 2020” Olimpiya Oyunlarına lisenziya qazanmaq uğrunda mübarizə aparacaqlar. Onlar həm də gözəllik üçün yarışacaqlar. Mən inanıram ki, bu, tamaşaçılar üçün gözəl musiqi və əsrarəngiz bədii gimnastika çıxışlarının harmoniyasından həzz almaq üçün böyük bir imkandır.

    Azərbaycan Gimnastika Federasiyasına, xüsusilə də federasiyanın prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimova, tədbirin bədii gimnastika üzrə səfiri Yana Batırşinaya, könüllülərə və çempionatı bu cür gözəl səviyyədə təşkil etməkdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm.

    Əziz gimnastlar, əminəm ki, siz bədii gimnastikanın gözəlliyini və mükəmməliyini dünyaya nümayiş etdirəcəksiniz.

    Mərasimdə Beynəlxalq Gimnastika Federasiyasının sentyabrın 13-də vəfat edən, iyirmi il bu quruma rəhbərlik etmiş sabiq prezidenti Bruno Qrandinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

    Sonra Azad Rəhimov, Morinari Vatanabe və dünya çempionatının səfiri, bir neçə dəfə dünya çempionu, Olimpiya Oyunlarının mükafatçısı, rusiyalı gimnast Yana Batırşina çempionatı açıq elan etdilər.

    Tanınmış müğənni və bəstəkar, Əməkdar artist Tünzalə Ağayeva Azərbaycanın dövlət himnini akapella üslubunda ifa etdi.

    Daha sonra hakimlərin, gimnastların və məşqçilərin adından and içildi. Misir Gimnastika Federasiyasının nümayəndəsi Sarah Qhoneim hakimlər, azərbaycanlı gimnast Zöhrə Ağamirova atletlər, Meksika yığma komandasının məşqçisi Karalina Rangel isə məşqçilər adından təntənəli şəkildə and içdilər. Bu andlar bütün iştirakçılara və tamaşaçılara sağlam rəqabət, ədalətli hakimlik və idmanda ədalət prinsip və ideallarına riayət edilməsinin ən yüksək prioritetə sahib olduğunu bir daha xatırlatdı.

    Dünya çempionatının ulduz səfiri, Azərbaycanın sevilən müğənnisi, Əməkdar artist Miri Yusif məhz bu yarış üçün xüsusi yazılmış “Birinci ol” mahnısını ifa etdi.

    Mərasimdə Şərq motivləri əsasında səhnələşdirilmiş “Şərq nağılı” şousu təqdim olundu. Şouda gimnastikanın müxtəlif növləri üzrə 200-ə yaxın gimnast və onların məşqçiləri iştirak etdilər. Bu şouda səhnəyə çıxan ən kiçik gimnastın doqquz yaşı var.

    Şoudan sonra məşhur müğənni, Xalq artisti, hit mahnıların ifaçısı Emin Ağalarov sevilən mahnıları ilə tamaşaçıların qəlbini fəth etdi.

    Beləliklə, Azərbaycan daha bir unudulmaz açılış mərasimi ilə adını dünya gimnastika yarışlarının tarixinə yazdı.

    Qeyd edək ki, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda 61 ölkədən 300 gimnast 9 dəst medal uğrunda mübarizə aparır.

    “Nağıllar gerçəkləşək” devizi ilə təşkil olunan dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

    Sentyabrın 22-dək davam edəcək çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) Tokio Olimpiadasına lisenziya əldə edəcəklər. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.

    ***

    Sentyabrın 16-da Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının təntənəli açılış mərasimi keçirilir.

    Median.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva və ailə üzvləri açılış mərasiminə baxırlar.

    Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova da açılış mərasimini izləyir.

    Mərasimdə əvvəlcə iştirakçı ölkələrin dövlət bayraqları təqdim olunub.

    Sonra Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov, Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe çıxış ediblər.

    Mərasimdə Beynəlxalq Gimnastika Federasiyasının ötən həftə vəfat edən sabiq prezidenti Bruno Qrandinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Sonra Azad Rəhimov, Morinari Vatanabe və dünya çempionatının səfiri, bir neçə dəfə dünya çempionu, Olimpiya Oyunlarının mükafatçısı, rusiyalı gimnast Yana Batırşina çempionatı açıq elan ediblər.

    Tanınmış Azərbaycan müğənnisi və bəstəkarı, Əməkdar artist Tünzalə Ağayeva Azərbaycanın dövlət himnini akapella üslubunda ifa edib.

    Daha sonra hakimlərin, gimnastların və məşqçilərin adından and içilib.

    Dünya çempionatının ulduz səfiri, Azərbaycanın sevilən müğənnisi, Əməkdar artist Miri Yusif məhz bu yarış üçün xüsusi yazılmış “Birinci ol” mahnısını ifa edib.

    Mərasimdə Şərq motivləri əsasında səhnələşdirilmiş “Şərq nağılı” şousu təqdim olunub. Şouda gimnastikanın müxtəlif növləri üzrə 200-ə yaxın gimnast və onların məşqçiləri iştirak ediblər. Bu şouda səhnəyə çıxan ən kiçik gimnastın doqquz yaşı var.

    Qeyd edək ki, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda 61 ölkədən 300 gimnast 9 dəst medal uğrunda mübarizə aparır.

    “Nağıllar gerçəkləşək” devizi ilə təşkil olunan dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

    Sentyabrın 22-dək davam edəcək çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə edəcəklər. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.

  • Türkiyə Vitse-prezidentinin Bakıya səfəri başa çatdı

    Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın Azərbaycan Respublikasına rəsmi səfəri sentyabrın 16-da başa çatıb.

    AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Vitse-prezident Fuat Oktayı Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənov, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola salıblar.