Category: Siyasət

  • Vilayət Eyvazovdan daha bir təyinat

    Daxili İşlər orqanlarında yeni təyinat olub.

    Median.Az unikal.org-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis polkovnik-leytenantı Fəxri Aslanov Göyçay rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini təyin olunub.

    Xəbəri Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan təsdiqləyiblər.

  • Mehriban Əliyeva Kamil Musavinin əməliyyat xərclərini öz üzərinə götürdü

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və ayağını itirən kəşfiyyatçı baş leytenant Kamil Musəvinin əməliyyat xərclərini üzərinə götürüb.

    Bu barədə Kamil Musəvinin özü məlumat verib.

    “Əməliyyat xərclərimi qarşıladığı və bizi diqqətdən kənarda qoymadığı üçün Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Sağolsun ki, qayğısını əsirgəmir. Nəzərinizə çatdırım ki, 18.09.2019-cu ildə Bona Dea xəstəxanasında ağır əməliyyat olacam”.

    Qeyd edək ki, Kamil Musavi 2015-ci ilin oktyabr ayında Naftalan, Talış kəndi istiqamətində gedən döyüşlərdə kəşfiyyat qrup komandiri vəzifəsində döyüş tapşırığı yerinə yetirərkən düşmənin minasının partlaması nəticəsində ayağını və gözünü itirmişdir.

  • Mehriban Əliyevanın tapşırığı ilə Gəncədə bu məktəblər təmir edildi – FOTO

    Bilik günü Gəncə şəhərində fəaliyyət göstərən Nizami Aydın adına 18 nömrəli tam orta məktəbin şagirdləri üçün ikiqat bayrama çevrilib. Çünki yeni tədris ilindən onlar təhsillərini müasir məktəb binasında davam etdirəcəklər.

    Xatırladaq ki, ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva fevral ayında Gəncə şəhərinə səfəri zamanı məktəbdə mövcud şəraitlə tanış olmuş, binada yenidənqurma işlərinin aparılmasına dair müvafiq tapşırıq vermişdi.

    AZƏRTAC xəbər verir ki, 1965-ci ildən istismarda olan məktəbin binasında sonuncu təmir işləri 1988-ci ildə aparılmışdı və burada əsaslı yenidənqurma işlərinə ehtiyac yaranmışdı.

    640 şagird yerlik məktəbdə buna qədər 795 şagird təhsil alırdı.

    Görülən işlər çərçivəsində isə məktəbin köhnə binasında əsaslı təmir işləri və mövcud ehtiyac nəzərə alınaraq 280 yerlik yeni korpusun tikintisi həyata keçirilib. Hazırda Azərbaycan və rus bölmələri üzrə fəaliyyət göstərən məktəbdə 1000 şagirdin təhsili üçün şərait yaradılıb.

    Yeni məktəb binasında 51 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları, əmək otağı, hərbi hazırlıq otağı, idman, akt zalları, kitabxana, müəllimlər otağı, eləcə də tibb otağı, mətbəx və yeməkxana var. Məktəb zəruri inventar və avadanlıqlarla təchiz edilib.

    Həmçinin ərazidə süni ot örtüklü idman meydançası inşa edilib. Məktəb daimi istilik və su sistemi ilə təchiz olunub, əraziyə asfalt örtüyü salınıb, yaşıllıq zolağı yaradılıb.

    Yeni tədris ilində məktəbin kollektivi ilk təbriki də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevadan alıb. Birinci vitse-prezidentin təbrikləri və salamları məktəbin kollektivinə çatdırılıb.

    Məktəbin müəllimi Ceyran Məmmədova sevincini bu sözlərlə bölüşüb:

    “Bilik günündə həm müəllim, həm də bir valideyn kimi çox sevincliyəm. Çünki illərdir dərs dediyim məktəbimiz əsaslı təmirdən sonra müəllimlərin və şagirdlərin ixtiyarına verilir. Bu il həm də mənim dörd nəvəm ilk dəfə bu məktəbə qədəm qoyur.

    Əminəm ki, bu cür müasir tədris şəraitinin yaradıldığı məktəbdə həm nəvələrim, həm də bütün şagirdlər yüksək nəticə göstərəcəklər. Çünki məktəbimizdə bunun üçün hər cür şərait yaradılıb. Burada müasir fənn kabinetləri, sinif otaqları, laboratoriyalar, idman zalı var. Yaradılmış bu gözəl şəraitə görə Mehriban xanım Əliyevaya bütün kollektivimiz adından minnətdarlığımızı bildirirəm”.

    Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncədə daha bir məktəb əsaslı təmir olunaraq yeni tədris ilində şagird və müəllimlərin ixtiyarına verilib. Bu, Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbdir.

    1984-cü ildə inşa olunan məktəb binasında bu ilin may ayından əsaslı təmir işləri həyata keçirilib. 640 şagird yerlik məktəbdə zəruri avadanlıqla təchiz edilmiş 36 sinif otağı, laboratoriya, əmək, linqafon otaqları, informatika kabineti, hərbi hazırlıq kabineti, eləcə də, məktəbəqədər sinif otağı fəaliyyət göstərir.

    Məktəbin şagirdi İlhamə Ələsgərova yeni tədris ilində təhsilini bu cür müasir məktəbdə davam etdirməkdən çox şad olduğunu bildirərək deyib:

    “Məktəbimizin əvvəlki binası təmirsiz olduğuna görə keyfiyyətli təhsil ala bilmirdik. Xüsusən də ayrı-ayrı fənlər üzrə kabinetlərimiz olmadığına görə dərslərimizi təcrübi deyil, yalnız nəzəri öyrənirdik. Şəhərimizdəki digər məktəblərdə olduğu kimi, bizim də məktəbimizdə müasir şərait yaradılmasını arzulayırdım.

    Builki tədris ili məktəbimizin müəllim-şagird kollektivi üçün ikiqat sevincli oldu. Artıq bizim də tam müasir məktəbimiz var. İndi biz daha həvəslə oxuyacaq, gələcəkdə ali məktəblərə yüksək balla daxil olmağa çalışacağıq”.

    “Bu gün həm Bilik günü, həm də məktəbimizin əsaslı təmirdən sonra istifadəyə verildiyi gündür. Hər iki əlamətdar gün münasibətilə məktəbimizin kollektivi çox sevinclidir. Hazırda biologiya kabinetində builki tədris ilində ilk dərsimizi keçirik.

    İndi bizim biologiya kabineti, eləcə də digər fənn kabinetləri, laboratoriyalar lazım olan bütün avadanlıqlarla, tədris vasitələri ilə təmin olunub. Məktəbimizin müasir idman meydançası və idman zalı bizim həm sağlamlığımıza, həm də idman növləri ilə daha düzgün məşğul olmağımıza şərait yaradacaq.

    Bizə bu sevinci yaşatdığına, göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya bütün şagirdlər adından təşəkkür edirik.

    Birinci vitse-prezident Mehriban Əliyevanın fevral ayında Gəncəyə səfəri 32 saylı körpələr evi-uşaq bağçasının da həyatında bir dönüş oldu. Məhz həmin vaxt bu uşaq bağçasının yenidən qurulmasına qərar verildi.

    Həmin vaxt Mehriban Əliyevanın diqqətinə çatdırılmışdı ki, 1985-ci ildə inşa edilən binanın əsaslı təmirinə ehtiyac var. Birinci vitse-prezident qısa zamanda bu bağçanın da yenidən qurulmasının, onun maddi-texniki bazasının gücləndirilməsinin vacibliyini vurğulamışdı.

    1985-ci ildən fəaliyyət göstərən körpələr evi-uşaq bağçası üçün hazırda Heydər Əliyev Fondu tərəfindən 280 yerlik yeni bina tikilib, bağça inventar və avadanlıqla təchiz olunub və burada 14 qrup yaradılıb. Bağçada yataq otaqları, eləcə də uşaqların təhsili və istirahəti üçün nəzərdə tutulan digər zəruri otaqlar, musiqi, idman zalları inşa olunub.

    Daimi istilik və su sistemi ilə təchiz olunan bağçanın yerləşdiyi ərazi abadlaşdırılıb, yaşıllıq zonası salınıb. Bu da Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının uğurla icra olunduğunu göstərir.

    Valideyn Zenfira Quliyeva bağçada yaradılmış şəraitdən razılığını bildirərək deyib: “Bu ilin fevral ayında nəvəmi bu bağçaya gətirmişdim. Yaxşı xatırlayıram ki, o zaman bağça bərbad vəziyyətdə idi. Təbii ki, elə bir şəraitdə nəvəmin normal təhsil ala bilməyəcəyi məndə və ailəmizin bütün üzvlərində təəssüf hissi doğururdu. Lakin bu gün çox sevincliyəm. Çünki bağça tamamilə yenidən qurulub.

    Burada balacaların təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb. Otaqlar hər bir avadanlıqla təmin edilib. Bu cür yüksək şərait fidanları çox sevindirir. Biz valideynlər gələcəyimiz olan uşaqlara yaradılan bu şəraitə görə Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk”, – şagird Elvin Səfərov qeyd edib.












  • İlham Əliyev Türkiyə vitse-prezidenti ilə görüşüb – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktayın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini bildirərək əməkdaşlığımızın bütün sahələri əhatə etdiyini vurğulayıb.

    Prezident İlham Əliyev yüksək səviyyəli siyasi əlaqələrə uyğun olaraq iqtisadi əməkdaşlığımızın da hərtərəfli inkişaf etdiyini deyib. Azərbaycan-Türkiyə tərəfdaşlığının son illərdə daha da möhkəmləndiyini bildirən dövlətimizin başçısı ölkələrimizin həyata keçirdiyi birgə irimiqyaslı layihələrin, xüsusilə, enerji sahəsi ilə bağlı layihələrin bölgə üçün böyük önəm daşıdığını qeyd edib.

    Prezident İlham Əliyev Azərbaycanda Türkiyənin xeyli sayda orta və kiçik müəssisələrinin fəaliyyətinin də iqtisadi əməkdaşlığın genişlənməsi işinə töhfə verdiyi dedi və ticarət dövriyyəsinin 20 faizdən çox artaraq 3 milyard dollardan çox həcmə çatmasından məmnunluğunu ifadə edib.

    Dövlətimizin başçısı Bakıda keçirilən hökumətlərarası komissiyanın səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib və Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın ölkəmizə səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi işinə xidmət edəcəyini deyib.

    Xoş sözlərə görə minnətdarlığını bildirən Vitse-prezident Fuat Oktay, ilk növbədə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Prezident İlham Əliyevə çatdırıb. O, ölkələrimizin dövlət başçıları arasında olan dostluq münasibətlərinin əlaqələrimizin inkişafındakı rolunu xüsusi qeyd edib.

    Vitse-prezident Fuat Oktay Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü münasibətilə təbriklərini çatdırıb və paytaxtımızın daha da gözəlləşdiyini qeyd edərək Azərbaycanın bundan sonra da inkişaf yolunda olacağına əminliyini ifadə edib.

    Türkiyə vətəndaşlarına münasibətdə viza rəsmiləşdirilməsi tələbinin aradan qaldırılmasına görə təşəkkürünü ifadə edən qonaq bunun iki ölkə arasında turizm və biznes sahəsində əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyini bildirib.

    Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Türkiyənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəti və birmənalı mövqeyinin olduğunu xatırladaraq, bu mövqeyin bütün beynəlxalq səviyyələrdə davamlı olaraq ifadə edildiyini diqqətə çatdırıb.

    Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib..

    * * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktayın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.


  • İlham Əliyev və xanımı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 16-da Bakının Binəqədi rayonundakı 300 nömrəli tam orta məktəbin 960 şagird yerlik yeni tədris kompleksinin açılışında iştirak ediblər.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.
















  • Mehriban Əliyeva İsmayıllı rayonuna səfərə gedib

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 14-də Şamaxı rayonuna səfərini başa çatdıraraq İsmayıllı rayonuna gəlib.

    Median.Az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva ulu öndər Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

    Sonra Mehriban Əliyeva burada İsmayıllı ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

  • Şamaxının Muğanlı kəndində zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində yeni ev inşa olunub

    Sentyabrın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Şamaxı rayonunun Muğanlı kənd sakini Zamiq Səfərova məxsus, zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evin yerində Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa olunan evə baxıb.

  • Birinci vitse-prezident Şamaxıda zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə yaradılan şəraitlə tanış olub

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 14-də Şamaxıya səfəri çərçivəsində şəhərin Şirvanşah İbrahim küçəsi 26 ünvanında yaşayan Hicran İsmayılovaya məxsus, zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evin yerində Heydər Əliyev Fondu tərəfindən inşa edilən evdə yaradılan şəraitlə tanış olub.

  • Mehriban Əliyeva Şamaxı Cümə məscidində olub

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva sentyabrın 14-də Şamaxı Cümə məscidində olublar.

  • Şamaxıda Məlikçobanlı kənd tam orta məktəbinin açılışı olub

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva Şamaxı rayonu, Gülağa Ağayev adına Məlikçobanlı kənd tam orta məktəbinin açılışında iştirak ediblər.

    Median.Az xəbər verir ki, Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən inşa edilən məktəbdə yaradılan şəraitlə tanış olub.