Category: Siyasət

  • Mehriban Əliyevanın doğum günüdür

    Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür.

    Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ömrünün 55-ci baharına qədəm qoyur.

    Mehriban Arif qızı Əliyeva 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub.

    1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.

    1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.

    1988-1992 illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.

    1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub.

    1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan – İrs” jurnalını təsis edib.

    O, 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. 2004-cü il mayın 10-da fəaliyyətə başlayan Heydər Əliyev Fondunun prezidentidir.

    2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

    2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

    2005-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb. 2005-ci il noyabrın 6-da Milli Məclisə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Əzizbəyov (indiki Xəzər) ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva 92.12 faiz (23 106 səs) səs toplayaraq deputat seçilib.


    Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük dəstəyinə görə Mehriban Əliyeva 2006-cı il noyabrın 24-də ISESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 may 2009-cu il tarixli sərəncamı ilə Mehriban Əliyeva ölkənin ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Mükafatına layiq görülüb.

    2010-cu il noyabrın 7-də Milli Məclisə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva 94,49 faiz (31 797 səs) səs toplayaraq deputat seçilib.

    2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyası 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edib. Birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirmək məqsədilə 2013-cü il yanvarın 17-də Təşkilat Komitəsi yaradılıb və Mehriban Əliyeva komitənin sədri təyin olunub.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 29 iyun tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və Birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.


    2015-ci il noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva 96,7 faiz (38 029 səs) səs toplayaraq deputat seçilib.

    2016-cı ilin iyununda Mehriban Əliyeva Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü seçilib.

    2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.

    O, 24 iyun 2019-cu ildə ölkəmizdə rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatına layiq görülüb.


    Mehriban Əliyeva 1983-cü ildə İlham Əliyevlə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı və beş nəvəsi var.

  • İlham Əliyev İƏT-in Baş katibini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymini qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • İndoneziya səfiri: “Dağlıq Qarabağ məsələsində Azərbaycanı həmişə dəstəkləmişik”

    “İndoneziya və Azərbaycan xalqları ayrılmazdır. Hər iki xalq arasında isti münasibətlər mövcuddur”.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, bunu media nümayəndələri ilə görüşdə İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fənani deyib.

    Səfir qeyd edib ki, hazırda ölkələr arasında mövcud olan əlaqələr uzun illər ərzində formalaşıb: “İndoneziya Azərbaycanı bütün məsələlərdə dəstəkləyir. Biz hər zaman Azərbaycanı Dağlıq Qarabağ məsələsində dəstəkləmişik və dəstəkləyəcəyik. İndoneziya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və məsələnin sülh yolu ilə həllini istəyir. İndoneziya hər zaman bu məsələdə Azərbaycanın yanında olacaq”.

    Səfir xatırladıb ki, Azərbaycan 2006-cı ildə İndoneziyada səfirlik açıb. İndoneziyanın Azərbaycandakı səfirliyi isə 2010-cu ildə fəaliyyətə başlayıb.

  • MN: İrana hücum üçün İsrail dronlarının Azərbaycana daşınması xəbəri yalandır

    Bəzi xarici internet media resurslarında ABŞ tərəfindən İsrail dronlarının Azərbaycana gətirilərək İraq və İrana hücum edilməsi barədə verilən məlumatın heç bir əsası yoxdur, yalandır və dezinformasiya məqsədilə ilə yayılıb.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, bu barədə “Report”un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

    Qeyd edək ki, “Haşdi Şaabi” silahlı qruplaşmasının komandiri Əbu Mehdi Əl-Mohandis ABŞ-ı İsrail dronlarını İraq və İrana hədəf almaq üçün Azərbaycana yeritməkdə günahlandırıb.

  • İlham Əliyev Zelenskini təbrik etdi

    Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenskiyə təbrik məktubu ünvanlayıb.

    Təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

    İnanıram ki, Azərbaycan-Ukrayna əlaqələri, ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın qarşılıqlı mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

    Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Ukrayna xalqına sülh və firavanlıq diləyirəm”.

  • Leyla Abdullayeva: İşğal olunmuş ərazilərdə “seçkilər”ə vəsait ayıran Ermənistan Dağlıq Qarabağa nəzarəti həyata keçirdiyini etiraf etmiş olur

    Ermənistan KİV-in yaydığı məlumata görə, avqustun 22-də bu ölkənin hökuməti “tanınmamış Qarabağda seçkiləri izləmək üçün ilk dəfə olaraq xarici QHT-lərə vəsait ayırdı”. Üstəlik, bu “görünməmiş bir qərar” kimi qələmə verilir. Onların təbirincə, “Ermənistan hökuməti həmişə demokratiya üçün pul istəmək rolunda olubsa, indi donor rolunda çıxış edir”.

    Erməni mediasının yaydığı bu məlumatlarla bağlı Trend-ə açıqlamasında Xarici İşlər Nazirliyinin məıtbuat katibi Leyla Abdullayeva bildirib ki, Azərbaycan ərazilərini işğal edən Ermənistan ilk dəfə deyil ki, bu ərazilərdə “seçkilər” və ya “referendum” adlandırdığı müxtəlif tamaşalar keçirir.

    L.Abdullayeva qeyd edib ki, onların nəticələrinə görə, beynəlxalq ictimaiyyət yekdilliklə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək, qanunsuz rejimin, eləcə də onun tərəfindən keçirilən hər hansı bir “seçkilər”in tanınmaması ilə bağlı prinsipial mövqeyini daim bəyan edir:

    “Azərbaycanın işğal olunmuş ərazilərində “seçkilər”in izlənməsi üçün vəsait ayıran Ermənistan hökuməti bir daha ölkəmizin Dağlıq Qarabağ bölgəsinə və ona bitişik inzibati rayonlarına nəzarəti həyata keçirdiyini etiraf etmiş olur və bununla da 2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqovlar və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərarın müvafiq müddəalarının doğru olduğunu təsdiqləyir.

    Nəhayət, Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “yerli idarəetmə orqanlarına seçkiləri” demokratiyanın göstəricisi kimi təqdim etmək cəhdləri heç bir məntiqə sığmır. Dünya birliyi azərbaycanlı əhalinin kütləvi qırğınlarını, etnik təmizlənməsini və yüz minlərlə məcburi köçkünün təməl hüquqlarının pozulmasını pisləyir. Bütün bu beynəlxalq deliktlərə görə cavabdehlik daşıyan Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz.

    Ermənistan hökuməti Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsinə “demokratiya ixracı”nın yalançı görüntüsünü yaratmaq üçün boş yerə cəhdlər etmək əvəzinə, öz vətəndaşlarının aktual problemləri barədə düşünməlidir. Bundan əlavə, bu ölkənin hərəkətləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar prosesinin irəliləməsi məntiqinə zidd olmamalı və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin qanunsuz işğalı əsasında yaranmış status-kvo vəziyyətinin qorunub saxlanılmasına xidmət etməməlidir”.

  • Zakir Həsənov Çinin ölkəmizdəki səfiri ilə görüşdü

    Avqustun 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə yeni təyin olunmuş Çin Xalq Respublikasının fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min ilə görüşüb.

    Müdafiə Nazirliyindən verilən xəbərə görə, ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edən Z.Həsənov səfirə Azərbaycan ilə Çin arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

    Azərbaycan ilə Çin arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayan general-polkovnik Z.Həsənov bunun gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib.

    Ölkəmizdə diplomatik fəaliyyətə başlamasından məmnun olduğunu bildirən səfir Azərbaycan-Çin əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səyini artıracağını qeyd edib.

    Görüşdə, həmçinin ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq, eləcə də mütəxəssislərdən ibarət qrupların qarşılıqlı səfərlərinin təşkili məsələləri müzakirə olunub.

  • Vilayət Eyvazovdan yeni təyinat

    Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, bu barədə müvafiq əmri Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

    Əmrə əsasən, polkovnik-leytenant Afiyyədin Leysanov Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

    O, bu vəzifədən əvvəl idarədə inspektor vəzifəsində çalışıb.

    Qeyd edək ki, bir müddət əvvəl Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini, polkovnik Müşfiq Rəhimov tutduğu vəzifədən azad edilib və sərəncama götürülüb.

  • Prezident XDMX-nin hərbi qulluqçularını və mülki işçilərini təltif etdi

    Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin bir qrupunun təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

    Sərəncamlara əsasən, bir nəfərə “general-leytenant”, bir nəfərə “general-mayor” ali hərbi rütbələri verilib.

    Dövlətimizin başçısının digər bir Sərəncamına əsasən, iki nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 5 nəfər “Vətən uğrunda”, 7 nəfər “İgidliyə görə”, 1 nəfər “Tərəqqi”, 24 nəfər isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif ediliblər.

  • Nazir Türkiyəyə təşəkkür edib – FOTO

    Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin qəzaya uğramış MiQ-29 təyyarəsinin axtarışlarında ölkəmizin müvafiq qurumları ilə birlikdə fəal iştirak edən Türkiyə Respublikası Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupunun üzvləri ilə görüşüb.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, nazir həlak olan pilot polkovnik-leytenant Rəşad Atakişiyevin ailəsinə, yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verərək qəza baş verdiyi andan bu istiqamətdə həyata keçirilən tədbirlərin daim ölkə rəhbərinin nəzarətində olduğunu xüsusi vurğulayıb.

    General-polkovnik Z.Həsənov hadisə baş verən ilk gündən ordumuza dəstək göstərən, xilasetmə əməliyyatlarında iştirak etmək barəsində tərəfimizdən edilən müraciətə dərhal cavab verərək mütəxəssislərdən ibarət qrupu ölkəmizə göndərən Türkiyə Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib.

    Sonda türkiyəli mütəxəssislərin əzmkarlığını və peşəkarlığını yüksək qiymətləndirən Müdafiə naziri onlara fəxri fərman və qiymətli hədiyyələr təqdim edib./Baku.ws