Category: Siyasət

  • Putin Mehriban Əliyevanı təltif etdi

    Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif edib.

    “RİA Novosti” xəbər verir ki, Mehriban Əliyeva Rusiya-Azərbaycan münasibətlərinin inkişafında və möhkəmləndirilməsində xidmətlərinə görə bu ordenə layiq görülüb.

    Bununla bağlı müvafiq qərar Rusiya prezidentinin rəsmi internet portalında dərc olunub.

  • Rusiya, Azərbaycan və İran prezidentlərinin görüşü başqa vaxta keçirilib

    Rusiya, Azərbaycan və İran prezidentləri Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani arasında yüksək səviyyəli görüş başqa vaxta keçirilib.

    Median.Az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

    “Rusiya, Azərbaycan və İran prezidentlərinin bu həftəyə planlaşdırılmış Sammiti texniki səbəblərə görə başqa vaxta keçirilir”, – deyə D.Peskov bildirib.

  • ABŞ səfirliyi Azərbaycan xalqını təbrik etdi

    ABŞ səfirliyi Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

    Təbrikdə deyilir:

    “Amerika Birləşmiş Ştatlarının səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edir. Bu bayram müsəlmanlar üçün ibadətin və fədakarlığın önəmliliyini qiymətləndirmək üçün gözəl vaxtdır. Milyonlarla amerikalı müsəlman bu bayramı ailə üzvləri ilə birgə ehtiyacı olanlara yardım əlini uzadaraq qeyd edir. Sizi bir daha bu gözəl bayram münasibətilə təbrik edirik”.

  • Mehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə qurban payları çatdırılır – FOTO

    Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları çatdırılır.

    Fonddan verilən məlumata görə, ətlik cins heyvanlar xüsusi ət kəsimi yerlərində kəsilərək hər bir ailə üçün ayrı-ayrılıqda qablaşdırılıb.

    Heydər Əliyev Fondunun əməkdaşları və Fondun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri respublika üzrə ünvanlı sosial yardım alan, eləcə də aztəminatlı ailələlərə bayram sovqatları çatdırıb.

    Bayram sovqatlarının paylanılması avqustun 13-dək davam edəcək.

    Ümumilikdə 70 minə yaxın ailənin bayramı təbrik edilərək onlara Qurban bayramı münasibətilə qurban payları çatdırılacaq.

    Qeyd edək ki, Heydər Əliyev Fondunun nümayəndələri mütəmadi olaraq müxtəlif bayramlarda aztəminatlı ailələrə baş çəkərək onlara Fondun adından sovqatlar təqdim edir.

    Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə aztəminatlı ailələr üzrə dövlət siyasətinə töhfə vermək məqsədi daşıyır.
















  • “Dövlət satınalmaları haqqında” qanunu pozanlar barəsində yeni cərimələr müəyyən edilib

    Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət satınalmaları haqqında” qanuna dəyişikliklər edilməsi ilə bağlı sərəncam imzalayıb.

    AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, “Dövlət satınalmaları haqqında” qanunun 445-1.1.2-ci maddəsinə “açıq tender üsulu ilə” sözlərindən sonra “və ya açıq tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə” sözləri və “metodlarından” sözündən sonra “(vasitəsindən)” sözü əlavə edilib.

    Bundan əlavə, qanuna aşağıdakı məzmunda 445-1.6-cı maddə əlavə edilib:

    “445-1.6. Satınalan təşkilat tərəfindən malların (işlərin və xidmətlərin) satın alınmasının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə həyata keçirilməli olduğu halda, digər sahibkarlıq subyektlərinin iştirakı ilə həyata keçirilməsinə görə –

    vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir”.

    Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    – Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;

    – Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

    – Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

    – Həmin Qanundan irəli gələn digər məsələləri həll etməlidir.

    Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

  • “Dövlət satınalmaları haqqında” qanunu pozanlar barəsində yeni cərimələr müəyyən edilib

    Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət satınalmaları haqqında” qanuna dəyişikliklər edilməsi ilə bağlı sərəncam imzalayıb.

    AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, “Dövlət satınalmaları haqqında” qanunun 445-1.1.2-ci maddəsinə “açıq tender üsulu ilə” sözlərindən sonra “və ya açıq tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə” sözləri və “metodlarından” sözündən sonra “(vasitəsindən)” sözü əlavə edilib.

    Bunan əlavə, qanuna aşağıdakı məzmunda 445-1.6-cı maddə əlavə edilib:

    “445-1.6. Satınalan təşkilat tərəfindən malların (işlərin və xidmətlərin) satın alınmasının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə həyata keçirilməli olduğu halda, digər sahibkarlıq subyektlərinin iştirakı ilə həyata keçirilməsinə görə –

    vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir”.

    Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    – Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;

    – Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

    – Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

    – Həmin Qanundan irəli gələn digər məsələləri həll etməlidir.

    Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

  • Prezidentdən yeni təyinat – FOTO

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin İdarə Heyətinə sədr və İdarə Heyətinin üzvləri təyin edilib.

    Median.Az bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, Tural Kərimli İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri, Fariz Quliyev və Ayan Kərimova İdarə Heyətinin üzvləri təyin olunub.

    T. Kərimli 1981-ci ildə anadan olub.

    Qafqaz Universitetində beynəlxalq hüquq üzrə bakalavr və magistr təhsili alıb.

    Təhsilini Harvard Universiteti Con Kennedi Dövlət İdarəçilik Məktəbində İnvestisiya qərarları və maliyyə davranış iqtisadiyyatı sahəsi üzrə davam etdirib.

    T. Kərimli 2009-2017-ci illərdə “İSRA” Şirkətlər Qrupuna rəhbərlik edib.

    2018-ci ilin yanvar ayından Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Yüksək Texnologiyalar Parkının direktoru vəzifəsində çalışıb.

    Qeyd edək ki, bundan əvvəl Fariz Quliyev Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Biznes Məktəbində baş müəllim, Ayan Kərimova isə “Yüksək Texnologiyalar Parkı” MMC-nin Layihələrə Dəstək və Biznesin İnkişafı şöbəsinin müdiri vəzifəsində çalışıb.

  • Azərbaycan Bolqarıstana nota verdi

    Bolqarıstan parlamentinin üzvləri Valeri Simeonov və Yordan Apostolovun bu ilin 6-7 avqust tarixlərində ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfəri və burada qondarma separatçı rejimin “nümayəndələri” ilə keçirdikləri görüşlərlə bağlı Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən etiraz notası Bolqarıstan Xarici İşlər Nazirliyində keçirilmiş görüş zamanı qarşı tərəfin diqqətinə çatdırılıb.

    Bununla bağlı oxu.az-a Azərbaycan XİN-dən məlumat verilib.

    Bildirilib ki, ermənipərəst mövqeyi ilə tanınan deputat V.Simeonovun bu, ölkəmizin işğal edilmiş ərazilərinə 3-cü qanunsuz səfəridir, onun adı 2016-cı ildə həyata keçirdiyi icazəsiz səfər nəticəsində “işğal edilmiş ərazilərimizə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşları” siyahısına daxil edilib.

    Deputat Y.Apostolova gəldikdə isə, ölkəmizin işğal olunmuş ərazilərinə icazəsiz səfər edən digər xarici ölkə vətəndaşlarının halında olduğu kimi, onun da bu səfəri eyni hüquqi nəticələri doğuracaq.

  • Dövlət başçısı “Mirvari” parkda sakinlərlə görüşüb (FOTO)

    Avqustun 7-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahı rayonunda yeni inşa olunmuş “Mirvari” Park Kompleksində yaradılan şəraitlə tanış olublar.

    Median.Az xəbər verir ki, beş hektar sahəsi olan kompleksdə uşaqlar üçün mini futbol və iki oyun meydançası, müxtəlif attraksionlar, yelləncəklər, idman qurğuları, söhbətgahlar və fəvvarə quraşdırılıb. Müasir işıqlandırma sistemi ilə təchiz olunan bu istirahət guşəsində, eyni zamanda, müxtəlif tədbirlərin keçirilməsi üçün səhnə də inşa edilib.

    Dövlətimizin başçısı və birinci xanım parkda Qarabağ müharibəsi əlillərinin “ASAN xidmət”in “Ailə Biznesinə Asan Dəstək” proqramı çərçivəsində nümayiş etdirilən rəsm əsərlərindən və müxtəlif səpkidə dekorativ əl işlərindən ibarət sərgiyə baxıblar.

    İstirahət məkanında “Ahılların Günərzi Mərkəzi” də fəaliyyət göstərir. Mərkəz Prezident İlham Əliyevin “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 2019-cu ilin iyun ayında imzaladığı Sərəncama əsasən yaradılıb. Burada hər gün sosial yardıma ehtiyacı olan 50 ahıla növbəlilik əsasında pulsuz xidmət göstəriləcək.

    Sonra dövlət başçısı və birinci xanım “Mirvari” Park Kompleksində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

    Sakinlər və veteranlar göstərilən diqqət və qayğıya görə Prezidentə və xanımına təşəkkür ediblər.

  • İlham Əliyev və Mehriban Əliyeva Pirallahıda – YENİLƏNİB

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 7-də Pirallahı rayonunda “Nərəkənd” balıqyetişdirmə kompleksinin açılışında iştirak ediblər.

    * * * * 

    Pirallahı rayonunda qəzalı binaların sakinləri üçün yeni yaşayış kompleksi inşa olunur.

    Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksdə inşa olunan binalardakı mənzillərdə yaradılan şəraitlə tanış olublar.

    * * * * 

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 7-də Pirallahı rayonunda yeni inşa olunmuş “Mirvari” Park Kompleksinin açılışında iştirak ediblər.

    * * * * 

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 7-də Pirallahı Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak ediblər.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahı rayonunda yeni inşa olunmuş Gənclər Mərkəzinin və YAP Pirallahı Rayon Təşkilatının yeni inzibati binasının açılışlarında iştirak ediblər.