Category: Siyasət

  • Məşhur müğənni “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edildi

    Prezident İlham Əliyev UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirak etmiş şəxslərin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, 2019-cu il 30 iyun –10 iyul tarixlərində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində yüksək səviyyədə təşkili və keçirilməsində, həmçinin Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan Sarayının Dünya İrs Siyahısına salınmasında fəal iştirak etmiş bir qrup şəxs “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

    Təltif olunanların siyahısı aşağıdakı kimidir:

    Babazadə Aygün Zeynal qızı

    Bağırlı Araz Fikrət oğlu

    Bayramov Rizvan Mustafa oğlu

    Eyvazzadə Vasif Rasif oğlu

    Əhmədov Əfsun Məzahir oğlu

    Əliyeva Günay Sabir qızı

    Xıdırov Ələkbər Şahmar oğlu

    Pietro Laureano

    Sami Yusuf.

  • İlham Əliyev bir qrup şəxsə orden və medallar verdi – SİYAHI

    Azərbaycan Prezidenti İlham Əliyev UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirak etmiş şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, 2019-cu il 30 iyun-10 iyul tarixlərində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində yüksək səviyyədə təşkili və keçirilməsində, həmçinin Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan Sarayının Dünya İrs Siyahısına salınmasında fəal iştirak etmiş aşağıdakı şəxslər təltif edilirər:

    1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Qarayev Əbülfəs Mürsəl oğlu

    2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Məmmədəliyeva Sevda Yusuf qızı

    3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Kərimov Anar Qabil oğlu

    “Tərəqqi” medalı ilə

    Abbəkirov Ramil Ələkbər oğlu

    Axundov Tamerlan Məmmədbağır oğlu

    Əliyev Rəşad Rahib oğlu

    Həsənov Seymur Qadir oğlu

    İbrahimova Xumar Asif qızı

    Qəmbərova Təranə Əlikram qızı.

  • İlham Əliyev dövlət büdcəsindən 18,7 milyon manat ayırdı

    Prezident İlham Əliyev Ağdaş rayonunun Orta Qəsil-Şordəhnə-Qarağan Şıxlar-Kükəl-Ərəb-İkinci Aral avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncamda qeyd olunur ki, 17 min nəfər əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən Orta Qəsil-Şordəhnə-Qarağan Şıxlar-Kükəl-Ərəb-İkinci Aral avtomobil yolunun tikintisi məqsədilə 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 18,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

    Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

  • Prezident: “Şəhərin mərkəzi işıqlandırılır, ancaq bəzi yerlərdə küçə işıqlandırılması yoxdur” – VİDEO

    “Küçə işıqlandırılması hələ də lazımi səviyyədə deyil. Şəhərin mərkəzi təbii ki, işıqlandırılır, ancaq bəzi yerlərdə küçə işıqlandırılması yoxdur. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”.

    Bunu Prezident İlham Əliyev iyulun 31-də keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib.

    Dövlət başçısı müşavirədə Bakıda icra edilən layihələrdən söz açıb:

    “Bakı şəhərində bir çox layihələr icra edilir, o cümlədən kommunal təsərrüfat yenilənir, 400-dən çox lift alınıb və quraşdırılır, abadlaşdırılan 50-dən çox nümunəvi həyət artıq vətəndaşların sərəncamına verilib. Şəhər nəqliyyatı üçün 300 yeni müasir avtobus gətirilir və bu, doğrudan da böyük irəliləyiş olacaq. Çünki şəhər nəqliyyatının müasirləşməsi bizim üçün çox önəmlidir – vətəndaşların rahatlığı, təhlükəsizlik tədbirləri üçün. Metro vaqonları alınır və metro tikintisi həyata keçirilir. Deyə bilərəm ki, Bakı o şəhərlərdəndir ki, burada metro tikintisi aparılır və postsovet məkanında biz bu sahədə də sayılan şəhərlər arasındayıq.

    Ümumiyyətlə, Bakı şəhərinin abadlaşması, müasirləşməsi, gözəlləşməsi istiqamətində çox böyük işlər görülüb. Bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Ancaq, eyni zamanda, mövcud problemlər də var. Bu problemlərin həlli daim diqqət mərkəzində olmalıdır.

    İndi məişət tullantılarının idarə olunması istiqamətində addımlar atılır. Bir neçə il bundan əvvəl Balaxanıda böyük məişət tullantıları zavodu inşa edilmişdir, poliqon salınmışdır, çeşidləmə aparılır. Biz zəncir yaratmalıyıq. Qapıdan ta məişət tullantıları zavoduna qədər vahid zəncir olmalıdır. Hazırda beynəlxalq məsləhətçilərin iştirakı ilə bu layihə Bakı şəhərində icra edilir. Şəhərətrafı dəmir yolu xəttinin çəkilişi davam edir. Bu da çox önəmli layihədir. Bakıda yeni istirahət zonaları yaradılır. Bakı bu gün parklar, bağlar şəhəridir, istirahət zonaları vətəndaşların sərəncamına verilir və bu, əhali tərəfindən yüksək qiymətləndirilir”.

  • Prezidentdən nağdsız ödənişlərlə bağlı – TAPŞIRIQ

    Azərbaycanda nağdsız ödənişlər hələ də aşağı səviyyədədir.

    Bu fikirləri Prezident İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib.

    Dövlət başçısının sözlərinə görə, bu sahədə çox ciddi addımlar atılmalıdır:

    “Biz çalışmalıyıq ki, nağdsız ödənişlərin həcmi artsın. POS-terminalların sayı da artmalıdır. Ancaq mənə verilən məlumata görə, onların sayı artmır. Bu problem öz həllini tapmalıdır. Çünki nağdsız ödənişlərin aşağı səviyyədə olması, əlbəttə ki, kölgə iqtisadiyyatını qidalandırır. Kölgə iqtisadiyyatı ilə mübarizə bizim üçün indi əsas məsələlərdən biridir. Bu gün burada verilən məlumat bunu göstərir ki, bu istiqamətdə önəmli addımlar atılıb. Yüz mindən çox əmək müqaviləsi bağlanıb. Halbuki bu insanlar əvvəllər kölgə iqtisadiyyatında fəaliyyət göstərirdilər”.

    Prezident bildirib ki, nağdsız ödənişlərin aşağı səviyyədə olması qəbuledilməzdir.

    İlham Əliyev bu məsələnin təhlil edilməsi və ciddi addımlar atılması ilə bağlı tapşırıq verib.

  • İlham Əliyev müşavirə keçirdi _YENİLƏNİB

    İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib.

    AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu ilin əvvəlində qarşıya qoyulan vəzifələrin icra edildiyini, ölkəmizin inamla inkişaf etdiyini, böyük infrastruktur layihələrinin həyata keçirildiyini, ümumi iqtisadi vəziyyətin çox müsbət olduğunu bildirdi. Dövlətimizin başçısı bu ilin altı ayında iqtisadiyyatın, qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrüfatının artdığını vurğuladı.

    Qoyulan investisiyaların, aparılan islahatların, verilən subsidiyaların, kənd təsərrüfatına elmi yanaşmanın öz nəticəsini verdiyini qeyd edən dövlətimizin başçısı bu sahənin gələcəkdə də dayanaqlı inkişaf edəcəyinə əminliyini bildirdi. Altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulduğunu, bunun böyük hissəsinin qeyri-neft sektorunun payına düşdüyünü deyən Prezident İlham Əliyev ilin əvvəlindən böyük sosial paketin təsdiqləndiyini və əhalinin rifahının, yaşayış səviyyəsinin daim diqqət mərkəzində saxlanıldığını bildirdi.

    Bu ilin əvvəlində regionların sosial-iqtisadi inkişafına həsr olunan dördüncü Dövlət Proqramının qəbul olunduğunu vurğulayan dövlətimizin başçısı həm elektrik enerjisi, həm qazlaşdırma, həm də içməli su sahələrində gözəl nəticələrin əldə edildiyini diqqətə çatdırdı. Prezident İlham Əliyev yol infrastrulturu ilə bağlı görülən işlərdən danışdı, büdcə daxilolmalarının, eyni zamanda, valyuta ehtiyatlarının artdığını, manatın məzənnəsinin sabit qaldığını vurğuladı.

    Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, İqtisadiyyat naziri Şahin Mustafayev, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, Vergilər naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov və Kənd Təsərrüfatı naziri İnam Kərimov görülən işlərlə bağlı məruzə etdilər.

    İlin əvvəlindən 60 min yeni iş yerinin yaradıldığını deyən Prezident İlham Əliyev nağdsız ödənişlərin artırılması ilə bağlı tapşırıqlarını verdi, istehlak bazarının daim nəzarətdə saxlanılmasının zəruriliyini qeyd etdi. Dövlətimizin başçısı küçələrin işıqlandırılması, məişət tullantılarının idarə olunması, şəhərətrafı dəmiryolu xəttinin çəkilişi, inşaat sektorunun canlandırılması istiqamətlərində görülməsi vacib işlərdən danışdı, ölkəmizin innovasiyalar, müasir idarətetmə yolu ilə inkişaf etdirilməsinin əhəmiyyətinə toxundu.

    Prezident İlham Əliyev paytaxtda icra edilən layihələrdən danışarkən kommunal təsərrüfatın yeniləndiyini, nümunəvi həyətlərin istifadəyə verildiyini, şəhər nəqliyyatının müasirləşdiyini bildirdi, paytaxtımızın abadlaşması və gözəlləşməsi üçün böyük işlərin görüldüyünü, yeni istirahət zonalarının yaradıldığını vurğuladı. “Azərbaycan dayanıqlı inkişaf yolu ilə gedir və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, – deyən dövlətimizin başçısı ilin sonunadək nəzərdə tutulan bütün vəzifələrin icra ediləcəyinə əminliyini bildirdi.

    16.40

    İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

  • İlham Əliyev iki universitetə rektor təyin etdi

    Prezident İlham Əliyev Azərbaycan Texniki Universitetinə yeni rektor təyin edib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Prezidentin sərəncamına əsasən, bu vəzifəyə Vilayət Məmməd oğlu Vəliyev təyinat alıb.

    Dövlət başçısının digər sərəncamı ilə Şahin Vaqif oğlu Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib.

  • Kino xadimlərinə fəxri adlar verildi – SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycan kino xadimlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycanda kino sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:

    Əlizadə Oqtay Mahmud oğlu

    Rzayev Nazim İsrafil oğlu

    Digər sərəncamla Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı kino xadimlərinə Azərbaycan Respublikasının fəxri adları verilib:

    “Xalq artisti”

    Əliyev Vidadi Hüseyn oğlu

    Həsənov Vidadi İsmail oğlu

    Quliyeva Xalidə Camal qızı

    “Əməkdar incəsənət xadimi”

    Azay Adil Çərkəz oğlu

    “Əməkdar artist”

    Əlilicanzadə Qorxmaz Məmməd oğlu

    Namazov Zilli Yunus oğlu

    “Əməkdar mədəniyyət işçisi”

    Ağayev Nəsir İsmayıl oğlu

    Dadaşova Nelli Hacı qızı

    Hüseynov Nazim Fikrət oğlu

    Quliyev Babək Barat oğlu

    Mahmudova Zəkiyyə Güləmi qızı

    Məmmədov Əli Bala Ənvər oğlu

    Muxtarova Tamilla Muxtar qızı

    Həmçinin Azərbaycan kino sənəti sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:

    Babayeva Zemfira Baba qızı

    Sadıxova Zemfira Emin qızı

    Ağayev Xanlar Ağakərim oğlu, Həsənov Mahir Məhəmməd oğlu, Hüseynov Əlisəfdər Mürsəl oğlu isə Azərbaycanda kino sahəsində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif ediliblər.

  • Avropa Festivalında ən yüksək nəticə göstərənlər mükafatlandırıldı – SƏRƏNCAM

    Prezident İlham Əliyev Bakı şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Bakı şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılsınlar:

    – birinci yeri tutan hər bir idmançı – 10 000 manat, onun şəxsi məşqçisi – 5000 manat;

    – ikinci yeri tutan hər bir idmançı – 7000 manat, onun şəxsi məşqçisi – 3500 manat;

    – üçüncü yeri tutan hər bir idmançı – 5000 manat, onun şəxsi məşqçisi – 2500 manat;

    – komandanın baş məşqçisi – idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).

    Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

    Xatırladaq ki, Avropa Gənclər Olimpiya Festivalında Azərbaycan komandası 23 medal – 10 qızıl, 7 gümüş və 6 bürünc qazanaraq komanda hesabında dördüncü pillədə qərarlaşıb. Medallardan 16-sını güləşçilərimiz qazanıblar. Pəhləvanlarımız 8 qızıl, 5 gümüş və 3 bürünc medala sahib olublar. Medalların sayına görə komandamızda ikinci yerdə cüdoçular qərarlaşıblar. Cüdoçular ölkəmizin aktivinə 2 qızıl, 1 gümüş və 3 bürünc medal yazdırıblar. Komandamız idman gimnastikası yarışında isə 1 gümüş medala sahib olub.

  • İrandan Azərbaycana təşəkkür: Bu addım qardaşlıq simvolu sayılır

    İranın Azərbaycandakı səfirliyi İran dövləti adından Azərbaycan Fövqəladə Hallar Nazirliyi, Hərbi Dəniz Qüvvələri və Dövlət Sərhəd Xidmətinin İranın Xəzər dənizində qəzaya uğramış “Şəbahəng” adlı gəmisinin heyətinə göstərdikləri təxirəsalınmaz və peşəkar yardıma görə minnətdarlığını bildirib.

    Bu barədə İranın Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada vurğulanıb.

    “Bu humanitar addım İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq, dostluq və qardaşlıq simvolu sayılır. Eyni zamanda, Xəzər dənizində fövqəladə və zəruri hallar zamanı əməkdaşlığın daha da genişlənməsinin zəruri olduğunu göstərir.

    İran İslam Respublikasının səfirliyi bir daha belə bir həssas əməliyyatda iştirak etmiş və insan itkisinin qarşısının alınmasında əməyi olmuş hər bir kəsə öz səmimi minnətdarlığını bildirir, iki qonşu və qardaş ölkə arasında səmimi əlaqələrin genişlənməsini arzulayır”, – deyə diplomatik nümayəndəlikdən bildirilib.

    Xatırladaq ki, iyulun 26-da İrana məxsus yük gəmisi Azərbaycanın sərhəd sularında qəzaya uğramışdı. Dövlət Sərhəd Xidməti əməkdaşlarının işə cəlb olunması ilə batan gəminin doqquz nəfərdən ibarət ekipajı tam heyətlə xilas edilib.