Category: Siyasət

  • Rəsmi Bakıdan Ermənistan XİN-in Paşinyanın Xankəndi səfəri ilə bağlı mövqeyinə cavab

    Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Baş naziri Nikol Paşinyanın Xankəndi şəhərinə qanunsuz səfəri ilə bağlı Ermənistan XİN-in mövqeyinə münasibət bildirib.

    Nazirliyin Mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinə qanunsuz səfəri zamanı səsləndirdiyi təxribatçı fikirlərə münasibətdə rəsmi Bakının qəti mövqeyinin əks olunduğu 6 avqust tarixli bəyanatına Ermənistan Xarici İşlər Nazirliyinin kifayət qədər xaotik və məntiqi izahı olmayan cavabı diqqəti cəlb edib:

    “Hesab edirik ki, Azərbaycana qarşı silahlı təcavüz həyata keçirərək ölkəmizin Dağlıq Qarabağ və ətraf bölgələrini qanunsuz güc tətbiqi ilə işğal edən, bu ərazilərdəki azərbaycanlı əhaliyə qarşı tam etnik təmizləməni həyata keçirən və Xocalı şəhərində soyqırımı aktı törədən Ermənistanın Xarici İşlər Nazirliyi Azərbaycanı sivil normalara və ədəb-ərkana riayət etməməkdə, habelə dözümsüzlükdə ittiham edə biləcək subyektlər sırasında ən sonuncudur.

    Üstəlik, Ermənistan XİN Azərbaycan hökumətini N.Paşinyanın Xankəndidə Ermənistan, Qarabağ və diaspor üçün “birlik, həmrəylik, inkişaf və tərəqqi” mövzusunda etdiyi çıxışının mahiyyətini və məzmununu başa düşməməkdə inandırmağa çalışır”.

    Qeyd olunub ki, bu ölkənin baş nazirinin arxasınca “nəcib niyyətini” oxşar və yöndəmsiz şəkildə izah edən Ermənistan XİN faktiki olaraq, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə münasibətdə rəsmi Ermənistan tərəfindən anneksiya siyasətinin aparıldığını etiraf edir:

    “Ermənistan tərəfinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin məntiqinə xələl gətirən belə bir qeyri-adekvat yanaşmanı nümayiş etdirməsi regional gərginliyə səbəb olur və bunun məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə düşür.

    Ermənistan XİN-in başa düşməkdə çətinlik çəkdiyi, Azərbaycan Xarici İşlər Nazirliyinin 6 avqust tarixli və kifayət qədər aydın yazılmış bəyanatında məhz bu sözlər qeyd edilir”.

  • Tural Gəncəliyev: “Paşinyan Ermənistanın təcavüzkar olduğunu açıq bəyan edib”

    “Ermənistan KİV-də yayılan məlumata əsasən, 5 avqust 2019-cu il tarixində Azərbaycanın işğal edilmiş ərazilərində qondarma “Pan-Ermənistan oyunları”nın “açılış mərasimi” keçirilib. Ermənistan və ölkəmizin ərazilərində fəaliyyət göstərən cinayətkar qurumun iştirakı ilə keçirilmiş “açılış mərasimi”ndə Ermənistan baş naziri Nikol Paşinyan çıxış edərək, təmsil etdiyi ölkənin Azərbaycana qarşı hərbi işğal siyasəti apardığını bir daha nümayiş etdirərək, həyata keçirilən təcavüzü açıq şəkildə səsləndirməkdən belə çəkinməyib və Azərbaycanın beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti tərəfindən tanınan suveren ərazisi-Dağlıq Qarabağın Ermənistana aid olduğunu bəyan edib”.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevin Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən “Pan-Ermənistan oyunları” ilə bağlı bəyanatında bildirilib.
    T. Gəncəliyevin sözlərinə görə Ermənistanda hakimiyyətə gələrkən özünü “demokratik dəyərlərə sadiq” birisi kimi qələmə verməyə çalışan Nikol Paşinyan əvvəlcə müxtəlif ziddiyyətli bəyanatlar verməklə danışıqlar prosesinə maneələr yaradırdısa, sonuncu çıxışı zamanı o, Ermənistanın təcavüzkar olduğunu açıq bəyan edib və əsl sifətini göstərib: “Əslində onun bəyanatı təsdiq edir ki, Ermənistanın əsl niyyəti məhz işğal siyasətidir və Ermənistan və Dağlıq Qarabağdakı cinayətkar rejim tərəfindən indiyə qədər səsləndirilən “öz müqəddəratını müəyyən etmək hüququ” işğal siyasətinin arxasında gizlənməkdən başqa bir şey deyil”.
    Azərbaycanın Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması ölkəmizin işğal edilmiş ərazilərində keçiriləcək sözügedən “idman oyunları” ilə bağlı bəyan edir ki, həmin oyunlar öz torpaqlarından qovulmuş azərbaycanlı icmanın əsas insan hüquqlarının pozulması və etnik təmizləmənin törədildiyi məkanda keçirilir. Belə olan halda, bu oyunların keçirilməsi azərbaycanlılara qarşı diskriminasiya şəraiti yaradır və qəbuledilməzdir.

    “Azərbaycanın beynəlxalq tanınmış sərhədləri bərpa olunduqdan və ölkəmizin işğal olunmuş ərazilərindən qovulmuş yüz minlərlə azərbaycanlı geri döndükdən sonra idman oyunları və digər birgə tədbirlərin həyata keçirilməsi mümkün ola bilər. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması əvvəlki bəyanatlarında artıq vurğulamışdı ki, Ermənistanın hərbi təcavüzündən öncə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları sülh şəraitində idman yarışlarında birgə iştirak edirdilər. Lakin, Ermənistanın hərbi təcavüzü buna son qoyub. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması idman oyunlarının keçirilməsinə qarşı çıxış etmir və oyunların ədalətli sülhə və barışığa xidmət etməli olduğunu vurğulayır.

    Ermənistan və cinayətkar rejimin KİV-də “Pan-Ermənistan oyunları” üçün hətta müvafiq “təhlükəsizlik” tədbirlərinin görüldüyü qeyd edilib. Bəyan etmək istərdik ki, Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla Azərbaycan Respublikası yeganə suveren qismində öz ərazisinin istənilən hissəsində təhlükəsizlik və digər nəzarət tədbirlərini həyata keçirmək hüququna malikdir. Təcavüzkar Ermənistan tərəfindən işğalın nəticələrini “möhkəmləndirmək” üçün atılan istənilən addım Ab initio beynəlxalq hüquqa ziddir və heç bir fayda verməyəcək.

    Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq erməni icmasına səslənirik və onları tez bir zamanda əsarəti altında yaşadıqları qanunsuz cinayətkar rejimin nəzarətindən qurtulmağa və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hər iki icmanın ədalətli və daimi sülh şəraitində birgə yaşaması üçün çağırışımızı qəbul etməyə dəvət edirik”, – deyə bəyanatda bildirilib

  • İlham Əliyev Donald Trampa başsağlığı verdi

    Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa başsağlığı verib.

    AZƏRTAC-ın xəbərinə görə, başsağlığı Texas, Ohayo və İllinoys ştatlarında törədilmiş silahlı hücumlarla bağlıdır.

    “Texas, Ohayo və İllinoys ştatlarında törədilmiş silahlı hücumlar nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim.

    Bu dəhşətli hadisələr ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”, – deyə başsağlığında vurğulanır.

  • Prezident 3 qurumu ləğv etdi

    Prezident İlham Əliyevin 2019-cu il 18 yanvar tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nəzdindəki üç müəssisə əsasında vahid qurum yaradılır.

    Nazirlikdən verilən məlumata görə, DSMF-nin nəzdindəki üç sosial xidmət müəssisəsi – “Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi”, “Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi” və “Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq” ləğv edilib. Onların əsasında DSMF-nin nəzdində olmaqla Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin yaradılmasına başlanılıb.

    Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi qeyd edilən şəxsləri, o cümlədən müəyyən yaşayış yeri olmayan şəxsləri, baxımsız, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanları stasionar şəraitdə sosial xidmətlərlə təmin edəcək. Müəssisə yalnız sığınacaq kimi fəaliyyət göstərməyərək, burada həmin insanların normal həyat tərzinə sahib olmaları, əmək qabiliyyətli olanların əmək bazarına dönüşü, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların bu vəziyyətdən çıxarılmaları, nəticə etibarilə həssas əhali qruplarından olan şəxslərin sosial reabilitasiyası və cəmiyyətə fəal inteqrasiyası və s. üçün aidiyyəti işlər aparacaq.

    Nazirlik Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin Nizamnaməsini, strukturunu və ləğv edilmiş müəssisələrin işçilərinin say həddi daxilində ştat cədvəlini Nazirlər Kabineti ilə razılaşdırmaqla təsdiq edəcək.

  • Prezident Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verdi

    Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verilib.

    Median,Az-ın Baku.ws-ə istinadən məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanda edilən dəyişiklikdə əksini tapıb.

    Dəyişikliyə əsasən, baytarlıq fəaliyyətinin təşkili sahəsində karantin və məhdudiyyət tədbirləri ilə əlaqədar xəstəliklə yoluxma zonasında təcrid rejiminin saxlanılması məqsədilə Daxili İşlər Nazirliyinin iştirakı, Nazirlər Kabinetinin qərarı ilə birgə karantin polis və baytarlıq nəzarəti postları qoyula bilər.

  • Zakir Həsənov Moskvaya getdi

    Avqustun 2-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə yola düşüb.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

    Səfər çərçivəsində Müdafiə naziri avqustun 3-də “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının açılış mərasimində iştirak edəcək və “Tank biatlonu” müsabiqəsində yarışan Azərbaycan tankçılarının birinci mərhələdə çıxışını izləyəcək.

  • İlham Əliyev yeni səfirləri qəbul etdi – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycana yeni təyin olunmuş səfirlərin etimadnamələrini qəbul edib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    İ.Əliyev avqustun 2-də Oman Sultanlığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qasim Mohammad Salim Al Salhinin və Laos Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sivienqpxet Pxetvorasakın etimadnaməsini qəbul edib.

  • Qəbələdə musiqi bayramı başladı: Mehriban Əliyevadan təbrik – FOTO

    Avqustun 1-də Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən XI Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

    AZƏRTAC xəbər verir ki, Qəbələ Mədəniyyət Mərkəzində keçirilən mərasimdə ölkəmizdə musiqi mədəniyyətinin inkişafında və təbliğində müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.

    Məktubda deyilir:

    “Hörmətli festival iştirakçıları. Əziz dostlar.

    Sizi – XI Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçılarını səmimi qəlbdən salamlayır, festivalın işinə uğurlar diləyir, hər birinizə xoş arzularımı çatdırıram.

    Mədəniyyət bütün dövrlərdə xalqlararası ünsiyyətin başlıca vasitəsi və sivilizasiyalar arasında qarşılıqlı əlaqələrin etibarlı körpüsü olub. Bu gün də müasir cəmiyyətin həyatında, dünyada gedən ictimai-siyasi proseslərdə və sivilizasiyalararası dialoqda dünya mədəniyyətlərinin qarşılıqlı münasibətləri mühüm əhəmiyyət kəsb edir. Bu amil nəzərə alınmadan beynəlxalq əlaqələrin, xalqlar arasında əməkdaşlığın səmərəliliyi hiss oluna bilməz.

    Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə, xalqlar arasında olan birliyin daha da gücləndirilməsinə səy göstərib. Beynəlxalq mədəni əlaqələr, qarşılıqlı mədəni inteqrasiya Azərbaycanın dövlətlərarası siyasətinin əsas prioritetlərindən biridir. Təsadüfi deyil ki, ölkəmiz mütəmadi olaraq mühüm beynəlxalq tədbirlərə – forum, konfrans və festivallara ev sahibliyi edir. Azərbaycanın başladığı və mədəniyyətlərarası dialoqun təşviqi üçün əsl qlobal platformaya çevrilmiş “Bakı Prosesi” çərçivəsində bu ilin aprel ayında biz V Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdik. İyun ayında Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirildi. Sessiyanın keçirildiyi tarix bizim üçün əlamətdar hadisə ilə yadda qaldı – Azərbaycanın ən qədim şəhərlərindən olan Şəkidə yerləşən “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi.

    Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Bu münasibətlə payız aylarında təşkil olunacaq Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalına dünyanın bir çox ölkəsindən yüzlərlə iştirakçının qatılacağı gözlənilir. Bu tədbirlər Azərbaycanın təməl prinsiplərinin sülh və humanizm olduğunu bir daha sübut edərək, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq müxtəlif xalqların nümayəndələrini bir araya toplayır. Bütün bunlar, sözsüz ki, xalqlararası mədəni-mənəvi inteqrasiyanın səmərəliliyini artıran layihələrdir və mən də UNESCO-nun xoşməramlı səfiri kimi bu tədbirləri daim dəstəkləyirəm.

    Nüfuzu ildən-ilə artmaqda olan Qəbələ Beynəlxalq Musiqi Festivalı da mədəniyyətlərarası dialoqa böyük töhfə verən əhəmiyyətli bir tədbir kimi tanınmaqdadır. Ayrı-ayrı ölkələrdən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramı yeni istedadların aşkar edilməsinə, bu sahədə bilik və tədqiqatların mübadiləsinə, mədəniyyətlərarası dialoqun təşviqinə xidmət edir.

    Festivalda iştirak edən hər kəsə cansağlığı, bütün yaradıcı insanlara tükənməz nailiyyətlər arzulayıram”.

    Açılış mərasimində çıxış edən Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov deyib:

    “Əsası ulu öndər Heydər Əliyevin adını daşıyan Fond tərəfindən qoyulan bu festival öz əhəmiyyətinə görə artıq dünyanın hər yerində tanınır. Bu festival ölkəmizlə bərabər inkişaf edir. İnkişaf edərək böyüyür, gözəlləşir, əhatə dairəsi genişlənir. Festival təkcə mədəni əlaqələrin deyil, eyni zamanda, insanlar arasında dostluğun, qardaşlığın, dövlətlər arasında yüksək mədəni əlaqələrin yaranmasında çox böyük əhəmiyyət daşıyır. İndi dünyanın ən uzaq ölkələrindən – Çindən, Amerikadan, İngiltərədən, Almaniyadan, Fransadan, Şərq ölkələrindən, Türkiyədən, İrandan bizim festivala qonaqlar gəlir. Bu festivalda dünyanın ən görkəmli sənət adamları iştirak edirlər. Onlar çox istedadlı insanlardır və hər kəs onları görmək, ifalarını dinləmək istəyir. Qəbələ festivalı ölkəmizin həyatında böyük uğurlar qazanan mədəni tədbirlərdən biridir. Biz böyük məmnuniyyətlə bu festivalın ideya rəhbəri, ilk yaranışından bu günə qədər də onun təşkilinə rəvac verən, indicə təbrikini eşitdiyimiz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, bu uğurlarımızın əsas müəllifi olan Mehriban Əliyevaya ürəkdən təşəkkür edirik”.

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti, Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Fərhad Bədəlbəyli çıxışında builki festivalın, eyni zamanda, dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə bağlı yubiley tədbirlərinin keçirildiyi bir dövrə təsadüf etdiyini vurğulayaraq, bu yubileyin Azərbaycanın mədəni həyatında çox böyük hadisə olduğunu bildirib. O, Qəbələ Beynəlxalq Musiqi Festivalına uğurlar arzulayıb.

    Açılış mərasimindən sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri geniş konsert proqramı ilə çıxış edib. Əməkdar incəsənət xadimi, professor Fəxrəddin Kərimovun dirijorluğu ilə gerçəkləşən konsertdə Xalq artistləri Ülviyyə Hacıbəyovanın (piano) və Yeganə Axundovanın (piano) çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

  • Birinci vitse-prezident Mehriban Əliyeva: Beynəlxalq mədəni əlaqələr, qarşılıqlı mədəni inteqrasiya Azərbaycanın dövlətlərarası siyasətinin əsas prioritetlərindən biridir – FOTO

    Avqustun 1-də Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən XI Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

    Median.Az Trend-ə istinadən bildirir ki, Qəbələ Mədəniyyət Mərkəzində keçirilən mərasimdə ölkəmizdə musiqi mədəniyyətinin inkişafında və təbliğində müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və ISESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.

    Məktubda deyilir:

    “Hörmətli festival iştirakçıları. Əziz dostlar.

    Sizi – XI Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçılarını səmimi qəlbdən salamlayır, festivalın işinə uğurlar diləyir, hər birinizə xoş arzularımı çatdırıram.

    Mədəniyyət bütün dövrlərdə xalqlararası ünsiyyətin başlıca vasitəsi və sivilizasiyalar arasında qarşılıqlı əlaqələrin etibarlı körpüsü olub. Bu gün də müasir cəmiyyətin həyatında, dünyada gedən ictimai-siyasi proseslərdə və sivilizasiyalararası dialoqda dünya mədəniyyətlərinin qarşılıqlı münasibətləri mühüm əhəmiyyət kəsb edir. Bu amil nəzərə alınmadan beynəlxalq əlaqələrin, xalqlar arasında əməkdaşlığın səmərəliliyi hiss oluna bilməz.

    Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə, xalqlar arasında olan birliyin daha da gücləndirilməsinə səy göstərib. Beynəlxalq mədəni əlaqələr, qarşılıqlı mədəni inteqrasiya Azərbaycanın dövlətlərarası siyasətinin əsas prioritetlərindən biridir. Təsadüfi deyil ki, ölkəmiz mütəmadi olaraq mühüm beynəlxalq tədbirlərə – forum, konfrans və festivallara ev sahibliyi edir. Azərbaycanın başladığı və mədəniyyətlərarası dialoqun təşviqi üçün əsl qlobal platformaya çevrilmiş “Bakı Prosesi” çərçivəsində bu ilin aprel ayında biz V Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdik. İyun ayında Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirildi. Sessiyanın keçirildiyi tarix bizim üçün əlamətdar hadisə ilə yadda qaldı – Azərbaycanın ən qədim şəhərlərindən olan Şəkidə yerləşən “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edildi.

    Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Bu münasibətlə payız aylarında təşkil olunacaq Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalına dünyanın bir çox ölkəsindən yüzlərlə iştirakçının qatılacağı gözlənilir. Bu tədbirlər Azərbaycanın təməl prinsiplərinin sülh və humanizm olduğunu bir daha sübut edərək, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq müxtəlif xalqların nümayəndələrini bir araya toplayır. Bütün bunlar, sözsüz ki, xalqlararası mədəni-mənəvi inteqrasiyanın səmərəliliyini artıran layihələrdir və mən də UNESKO-nun Xoşməramlı səfiri kimi bu tədbirləri daim dəstəkləyirəm.

    Nüfuzu ildən-ilə artmaqda olan Qəbələ Beynəlxalq Musiqi Festivalı da mədəniyyətlərarası dialoqa böyük töhfə verən əhəmiyyətli bir tədbir kimi tanınmaqdadır. Ayrı-ayrı ölkələrdən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramı yeni istedadların aşkar edilməsinə, bu sahədə bilik və tədqiqatların mübadiləsinə, mədəniyyətlərarası dialoqun təşviqinə xidmət edir.

    Festivalda iştirak edən hər kəsə cansağlığı, bütün yaradıcı insanlara tükənməz nailiyyətlər arzulayıram”.

    Açılış mərasimində çıxış edən Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov deyib: “Əsası ulu öndər Heydər Əliyevin adını daşıyan Fond tərəfindən qoyulan bu festival öz əhəmiyyətinə görə artıq dünyanın hər yerində tanınır. Bu festival ölkəmizlə bərabər inkişaf edir. İnkişaf edərək böyüyür, gözəlləşir, əhatə dairəsi genişlənir. Festival təkcə mədəni əlaqələrin deyil, eyni zamanda, insanlar arasında dostluğun, qardaşlığın, dövlətlər arasında yüksək mədəni əlaqələrin yaranmasında çox böyük əhəmiyyət daşıyır. İndi dünyanın ən ucqar ölkələrindən – uzaq Çindən, Amerikadan, İngiltərədən, Almaniyadan, Fransadan, Şərq ölkələrindən, Türkiyədən, İrandan bizim festivala qonaqlar gəlir. Bu festivalda dünyanın ən görkəmli sənət adamları iştirak edirlər. Onlar çox istedadlı insanlardır və hər kəs onları görmək, ifalarını dinləmək istəyir. Qəbələ festivalı ölkəmizin həyatında böyük uğurlar qazanan mədəni tədbirlərdən biridir. Biz böyük məmnuniyyətlə bu festivalın ideya rəhbəri, ilk yaranışından bu günə qədər də onun təşkilinə rəvac verən, indicə təbrikini eşitdiyimiz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, bu uğurlarımızın əsas müəllifi olan Mehriban Əliyevaya ürəkdən təşəkkür edirik”.

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti, Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Fərhad Bədəlbəyli çıxışında builki festivalın, eyni zamanda, dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə bağlı yubiley tədbirlərinin keçirildiyi bir dövrə təsadüf etdiyini vurğulayaraq, bu yubileyin Azərbaycanın mədəni həyatında çox böyük hadisə olduğunu bildirib. O, Qəbələ Beynəlxalq Musiqi Festivalına uğurlar arzulayıb.

    Açılış mərasimindən sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri geniş konsert proqramı ilə çıxış edib. Əməkdar incəsənət xadimi, professor Fəxrəddin Kərimovun dirijorluğu ilə gerçəkləşən konsertdə Xalq artistləri Ülviyyə Hacıbəyovanın (piano) və Yeganə Axundovanın (piano) çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

  • Hacı Murad Yagizarov “Şərəf” ordeni ilə təltif edilib

    Prezident İlham Əliyev Hacı Murad Yagizarovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Median.Az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Hacı Murad Hacı Əhməd oğlu Yagizarov “Şərəf” ordeni ilə təltif edilib.