Category: Siyasət

  • Prezidentdən Azad Rəhimovla bağlı – SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimovu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

    Bu barədə AZƏRTAC məlumat verir.

    Azərbaycanda gənclərlə iş və idman sahəsində çalışan şəxslərin təltif edilməsi haqqında sərəncam əsasən, nazir müavinləri İntiqam Babayev və İsmayıl İsmayılov isə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunublar.

  • İlham Əliyev onları təltif etdi – SİYAHI

    Prezident İlham Əliyev Azərbaycan Respublikasında gənclərlə iş və idman sahəsində çalışan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Azərbaycanda gənclərlə iş sahəsində səmərəli fəaliyyətlərinə, bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

    1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Rəhimov Azad Arif oğlu

    2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Babayev İntiqam Vaqif oğlu

    İsmayılov İsmayıl Sultan oğlu

    3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Hacıyev Fərhad Məcid oğlu

    Həsənov Rüfət Elman oğlu

    “Tərəqqi” medalı ilə

    Abbasov Raqif Arif oğlu

    Əhmədov Vüqar Fərman oğlu

    Muxtarov Ramiz Məcid oğlu

    Tağıyeva Gülgəz Əbülfəz qızı

    “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

    Bağırov Anar Qurban oğlu

    Eyvazov Tofiq Baba oğlu

    Nəcəfova Afaq Sabir qızı

    Əfəndiyeva – Xəlilova Aysu Elçin qızı

    Əliməmmədov Süleyman Xalid oğlu

    Gözəlov Azad Mikayıl oğlu

    Hüseynov Fikrət Akif oğlu

    İbrahimov Taleh Məmməd oğlu

    Quliyev Azər Əli oğlu

    Quliyev Nadir Tahir oğlu

    Quliyev Sənan Səfər oğlu

    Nuxbalayev Mustafa Ədalət oğlu

    Manafov Camal Zülfüqar oğlu

    Məmmədov Nadir Əmrulla oğlu

    Məmmədova Mətanət Tahir qızı

    Mirzəyev Əliniyaz Nüsrət oğlu

    Mühəmmədova Kamila Eldar qızı

    Rəcəbova Fidan Mübariz qızı

    Səfərov İlham İlyas oğlu

    Soltanov Fəxri Elxan oğlu

    Surtayeva Larisa Petrovna

    Tağıyeva Cəmilə Allahverdi qızı

    Vəliyev Gündüz Əli oğlu.

  • İlham Əliyev görüş keçirib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 24-də Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Jan-İv Lö Qalı qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Hakimlərin maaşı artırıldı – Prezident qanunu təsdiq etdi

    Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2019-cu il 12 iyul tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Qanunun 106-cı maddəsinə (hakimlərin maddi təminatı) dəyişiklikdə qeyd olunur ki, hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir:

    – Ali Məhkəmə sədrinə Milli Məclis sədrinin aylıq vəzifə maaşı həcmində, yəni 2475 manat;

    – Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Apellyasiya məhkəmələrinin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində;

    – Ağır Cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər məhkəməsinin, Hərbi məhkəmələrin və İnzibati-iqtisadi məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində;

    – Digər məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində;

    – Bütün məhkəmələrin sədr müavinlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində;

    – Ali Məhkəmənin, Naxçıvan MR Ali Məhkəməsinin və Apellyasiya məhkəmələrinin kollegiya sədrlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 85 faizi həcmində;

    – Bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilir.

    107-ci maddənin birinci hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilir və həmin hissəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilir:

    “Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Məzuniyyət haqqının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir”.

    Bu qanun 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

  • İlham Əliyev yeni səfirləri qəbul etdi – FOTO

    Azərbaycan Prezidenti İlham Əliyev iyulun 23-də Kolumbiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Kardenasın etimadnaməsini qəbul edib.

    Bu barədə AZƏRTAC məlumat verir.

    Dövlət başçısı, həmçinin Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yubazlan Bin Yusof, İsveçrə Konfederasiyasının səfiri xanım Muriel Peneveyre, Almaniya Federativ Respublikasının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq və Çin Xalq Respublikasının səfiri xanım Qo Mini qəbul edib.

    Səfirlər etimadnamələrini Prezident İlham Əliyevə təqdim ediblər.





  • “Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair Dövlət Proqramı” qəbul edilib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam imzalayıb.

    AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” təsdiq edilib.

    Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramının həyata keçirilməsinə nəzarət və onun icrası zamanı işlərin müvafiq orqanlarla əlaqələndirilməsi Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına həvalə edilib.

    Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramının icrası sahəsində görülən işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim edilməlidir.

    Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

  • “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edildi – SƏRƏNCAM

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb.

    AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

    Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

    Həmçinin, həmin Qanundan irəli gələn digər məsələləri həll etməlidir.

    Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

  • Prezident İlham Əliyev Misirin dövlət başçısını təbrik edib

    Prezident İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Zati-aliləri cənab Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb.

    Median.Az xəbər verir ki, təbrik mətnində deyilir:

    “Hörmətli cənab Prezident,

    Ölkənizin milli bayramı – İnqilab Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

    İnanıram ki, Azərbaycan-Misir əlaqələri, ənənəvi dostluq və əməkdaşlıq münasibətlərimiz xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

    Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Misir xalqına sülh və firavanlıq arzulayıram”.

  • Qəzetlərə 1 milyon manat ayrıldı – SƏRƏNCAM

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımının ayrılması haqqında” sərəncam imzalayıb.

    Sərəncamla Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) 1 milyon manat ayrılıb.

    Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

  • Prezidentdən Milli Mətbuat Günü ilə bağlı paylaşım – FOTO

    Prezident İlham Əliyev “Facebook” hesabında 22 iyul – Milli Mətbuat Günü münasibətilə paylaşım edib.

    Paylaşımda bu fikirlər yer alıb:

    “Bünövrəsi “Əkinçi” ilə qoyulmuş milli mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidir”.

    Qeyd edək ki, bu gün Azərbaycan milli mətbuatının 144 yaşı tamam olur.