Category: Siyasət

  • Qəbələdə üç ölkənin Müdafiə nazirlərinin görüşü keçirilir – FOTO

    Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilir.

    Görüş Qəbələ şəhərində baş tutub.

    Hər üç ölkənin naziri Qəbələ Şəhidlər Xiyabanını ziyarət edib.

    İlk olaraq Azərbaycan Müdafiə Nazirliyi və Türkiyənin Milli Müdafiə Nazirliyi, Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında, həmçinin, Gürcüstan və Türkiyə Müdafiə Nazirliyi arasında ikitərəfli görüşlər keçirib.

    Görüş çərçivəsində Azərbaycan və Gürcüstanın Müdafiə Nazirliyi arasında hərbi sahədə olan münasibətlər müzakirə olunub.

    Bundan əlavə, hər iki nazirlik arasında 2019-cu il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb.

    Görüş üçtərəfli formatda davam etdiriləcək.








    //oxu.az

  • İlham Əliyev “Yanardağ” qoruğunun açılışında – FOTO

    İyunun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əsaslı şəkildə təmir və bərpa olunan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun açılışında iştirak ediblər.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.


  • Azərbaycan səfirliyinin nümayəndələri Fuad Abbasovla görüşüb

    Jurnalist Fuad Abbasovla bağlı məsələ Azərbaycanın Rusiyadakı Səfirliyinin nəzarətindədir.

    Xarici Işlər Nazirliyindən verilən məlumata görə, iyunun 11-də səfirlik nümayəndəıəri Fuad Abbasovla görüşüb, saxlanma şəraiti ilə tanış olublar.

    Bundan başqa, yaranmış vəziyyəti aydınlaşdırmaq məqsədi ilə Rusiya Xarici Işlər Nazirliyinə nota təqdim edilib və digər aidiyyəti dövlət qurumlarına məktublar ünvanlanıb.

    Xatırladaq ki, Fuad Abbasov mayın 18-də Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.//oxu.az

  • Azərbaycan və Türkiyə Müdafiə naziri Qəbələyə gəlib

    Azərbaycan və Türkiyə Müdafiə nazirləri üçtərəfli görüşdə iştirak etmək üçün Qəbələyə gəliblər.

    Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, iyunun 11-də Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirləri arasında üçtərəfli formatda keçiriləcək görüşdə iştirak etmək üçün Qəbələ şəhərinə gəliblər.

  • İlham Əliyev Putinə məktub ünvanladı

    Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu ünvanlayıb.

    Məktubun mətnini AZƏRTAC dərc edib.

    “Hörmətli Vladimir Vladimiroviç.

    Dövlət bayramınız – Rusiya Günü münasibətilə Sizi və Sizin şəxsinizdə dost Rusiyanın bütün xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

    Azərbaycan ilə Rusiyanı ənənəvi sıx dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətləri bağlayır. Sevindirici haldır ki, xalqlarımızın iradəsini əyani şəkildə ifadə edən bu münasibətlər indi strateji tərəfdaşlıq xarakteri kəsb edir. Ölkələrimizin ən geniş spektrli məsələlər üzrə qarşılıqlı fəaliyyəti xüsusi məmnunluq doğurur.

    Əminəm ki, Azərbaycan ilə Rusiya arasında hərtərəfli və çoxplanlı əməkdaşlıq xalqlarımızın və ölkələrimizin mənafeyi, regionda sülh, təhlükəsizlik və sabitlik naminə bundan sonra da durmadan inkişaf edəcək və möhkəmlənəcək.

    Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, bütün rusiyalılara sülh və firavanlıq arzu edirəm”, – deyə məktubda bildirilir.

  • Azərbaycan Rusiyaya nota verdi – Fuad Abbasova görə

    “Jurnalist Fuad Abbasovun Rusiya Federasiyasından baş tutmayan deportasiyası və Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə qaytarılması ilə əlaqədar bildiririk ki, Səfirliyin konsulluq şöbəsinin əməkdaşları onunla gündəlik əlaqə saxlayırlar”.

    Bu barədə Azərbaycanın bu olkədəki səfirliyindən bildirilib.

    Səfirliyin məlumatında qeyd olunur ki, 11 iyun 2019-cu il tarixində Səfirliyin əməkdaşları Fuad Abbasovla növbəti dəfə görüş keçirib, şəraiti ilə yaxından tanış olublar.

    “Bundan əlavə, yaranmış vəziyyətin aydınlaşdırılması məqsədilə Səfirlik tərəfindən Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə müvafiq Nota göndərilmiş və digər aidiyyəti dövlət qurumlarına məktublar ünvanlanmışdır. Rusiya tərəfinin cavabı daxil olan kimi, mətbuata əlavə məlumat veriləcək. Bir daha ictimaiyyətin diqqətinə çatdırırıq ki, Səfirlik məsələni nəzarəti altında saxlayır və öz səlahiyyətləri çərçivəsində bütün mümkün tədbirləri görür”, – deyə məlumatda vurğulanır.(apa)

  • Şeyxdən erməni katolikosuna cavab: Karyerasında irəliləmək istəyir

    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə son vaxtlar bölgədə baş verən erməni təxribatları ilə bağlı AzərTac-a açıqlama verib.

    “Mən, adətən, siyasi mövzulara toxunmamağa üstünlük verirəm, lakin mövzu Vətən, xalq maraqlarıdırsa, ona xələl gətirmək cəhdlərinə biganə qalmaq olmur”, – deyən Şeyxülislam Yaxın Şərqdə yaşayan ermənilərin katolikosu I Aramın Qarabağla bağlı qalmaqallı açıqlamasını şərh edib:

    “Bu yaxınlarda bölgəmiz xaricində yaşayan Kilikiyalı erməni katolikosu I Aramın Qafqaz bölgəsi üçün həssas olan məsələyə dair təhrikedici və qızışdırıcı bəyanat verməsi bölgə xalqlarının hiddətinə səbəb olub. Əfsuslar olsun ki, Uca Yaradanın buyurduqlarına deyil, siyasi liderinin istəklərinə uyğun mövqe sərgiləyən bu din adamı öz ambisiyaları naminə siyasi alətə çevrilib.

    Siyasilərin təhriki ilə hərəkət edən Katolikos I Aramı Qafqaz bölgəsinin taleyi, bəyanatının bölgə xalqları, o cümlədən erməni xalqının özü üçün hansı faciələrə yol aça biləcəyi narahat etmir.
    Bu din xadiminin yeganə istəyi populist bəyanatlarla gündəmə gələrək dini karyerasında irəliləyiş təmin etməkdir.

    Bu yolda dividend yığmaq məqsədilə I Aram işğal olunmuş Qarabağ torpaqlarına dəfələrlə səfər edib. İndi isə yeni liderlərin diktəsi, siyasi dirijorluğu ilə bölgəni çalxalamaq, dini savaşın ideoloqu kimi çıxış etmək niyyətindədir”.

    Şeyx bu hərəkətlərin və məsuliyyətsiz bəyanatların, habelə Njde kimi faşist ideologiyası ardıcıllarının ermənilər tərəfindən qəhrəman səviyyəsinə qaldırılması kimi halların, birmənalı şəkildə, Qafqazda sülhə, sabitliyə zərbə vurduğunu qeyd edib.

    “Münaqişəni yenidən qızışdırmağa, dini zəminə gətirməyə cəhd edən, xristian-müsəlman qarşıdurmasını körükləmək istəyən və beləcə, odla oynayan livanlı erməni katolikosunun məramı aydındır.

    Bütün ermənilərin Katolikosu II Qareginin bu məsələyə niyə susmasının səbəbi isə bəlli deyil. Özü də dəfələrlə Ermənistan rəhbərlərinin Dağlıq Qarabağa səfərlərində iştirak edən, onların önündə getməklə siyasilərin əsiri kimi çıxış etmiş olan II Qaregin zəbt etdikləri Azərbaycan torpaqlarının işğalına mənəvi haqq qazandırmaq istəyir.

    Unudur ki, sülhməramlı görüşlərimizdə imzaladığımız birgə bəyannamələrdə biz xalqlarımızın dinc yanaşı yaşaması naminə yalnız sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində qarşılıqlı qəbul olunan qərarların hazırlanmasına yardım göstərəcəyimizə ümidimizi ifadə etmişik.

    Qətiyyətlə bildiririk ki, bu yöndə hər hansı təxribatlara imkan vermək, belə avantüralara biganə qalmaq olmaz.

    I Aramın məlum havadarlarının tövsiyəsi ilə ölkə xaricində oturub bizim bölgəmizdəki hadisələrə qarışmaq, onları xoşagəlməz məcraya yönləndirmək cəhdlərinin qarşısı qətiyyətlə, birmənalı şəkildə alınmalıdır.

    Zənnimizcə, ilk növbədə, erməni xalqı özü belə təxribatlara münasibət bildirməlidir. Biz, öz növbəmizdə, Qafqaz Müsəlmanları İdarəsi olaraq, Katolikos I Aramdan belə məsuliyyətsiz, qızışdırıcı mahiyyətli bəyanatlarına son verməyi tələb edirik”.

  • Prezident səhiyyə işçilərini təltif etdi – SƏRƏNCAM

    Prezident İlham Əliyev səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

    Müvafiq sənədi AZƏRTAC dərc edib.

    Sərəncama əsasən, Azərbaycan səhiyyəsinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

    “Əməkdar həkim”

    Camalova Təranə Paşa qızı

    Dadaşov Ədalət İmamcan oğlu

    Eybətova Cəmilə Bəylər qızı

    Əhmədov Hüseyn Məcid oğlu

    Hacıyev Məcid Mahmud oğlu

    Həsənova Nəzakət Cabbar qızı

    İbrahimov Elman İsmayıl oğlu

    İbrahimova Gülər Arif qızı

    İsrafilova Mahirə Şahalı qızı

    Məmmədov Azər Bağır oğlu

    Nağıyeva Pəri Haxverdi qızı

    Salmanov Mehrab Məhəmməd oğlu

    “Əməkdar müəllim”

    Hüseynova Nərgiz Mirbağır qızı

    Məmmədova Arifə Cümayıl qızı

    “Əməkdar tibb işçisi”

    Əliyeva Təranə Sabir qızı.

    Dövlət başçısının digər sərəncamı ilə, Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər.

    Cəfərov Rauf Mehralı oğlu

    Əbdülov Sucəddin Cəlil oğlu

    Əliyev Əlövsət Həbib oğlu

    Həsənov Ədalət Bəybala oğlu

    Hüseynov Xəlil Rafiq oğlu

    Musayev Vilayət Novruz oğlu

    Süleymanova Nəzakət Akif qızı

    Şahsuvarov Oruc Müseyib oğlu.

  • İlham Əliyev ATƏT PA-nın prezidentini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tseretelini qəbul edib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

  • Üç ölkənin Müdafiə naziri Azərbaycanda bir araya gələcək

    İyunun 12-də Qəbələ şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçiriləcək.

    Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.