Category: Siyasət

  • Polşa Prezidenti Andjey Dudanın Azərbaycana rəsmi səfəri başa çatıb

    Polşa Respublikasının Prezidenti Andjey Dudanın Azərbaycan Respublikasına rəsmi səfəri mayın 31-də başa çatıb.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Polşa Prezidenti Andjey Dudanı hava limanında Azərbaycanın Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər yola saldılar.

  • Deputat A.Mirzəzadə təkzib edir: “Mən Paşinyanı öldürməyə çağırmamışam”

    Milli Məclisin deputatı Aydın Mirzəzadə təcili bəyanatla çıxış edib.

    Milli.Az bildirir ki, millət vəkilinin rəsmi bəyanatı virtualaz.org-un redaksiyasına daxil olub. “Mən parlamentin iclasında Paşinyanın aradan götürülməsinə çağırış etməmişəm. Təəssüf ki, KİV sözlərimi təhrif edib”, – bəyanatda deyilir.

    Xatırladaq ki, bu gün modern.az saytı Aydın Mirzəzadənin çıxışını yayıb və bildirib ki, guya həmin çıxışında deputat Azərbaycan ordusunun batalyon komandiri, mayor Aqil Ömərovun qətlinə qisas olaraq snayperləri baş nazir N.Paşinyanı və müdafiə naziri D.Tonoyanı aradan götürməyə çağırıb.

    “Mən cəbhə zonasında yerləşən Ermənistan və Azərbaycan silahlı qüvvələrinin snayperlərini nəzarətə götürməyə çağırmışam. Demişəm ki, snayperlər hara gəldi atəş açmamalıdırlar. Elə vəziyyət yarana bilər ki, cəbhə zonasına dövlət başçıları və hökumət üzvləri gələ bilərlər. Misal üçün, qoşunların təmas xəttinə Paşinyan gələ bilər. Birdən snayperlər atəş açar. Bu, faciəyə gətirib çıxara bilər. Eyni şey Azərbaycan nümayəndələrinə də aiddir. Bir daha təəssüf edirəm ki, mənim sözlərim düzgün qəbul edilməyib və təhrif olunub”, – deputat bildirib.

  • Polşa Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

    Mayın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Polşa Respublikasının Prezidenti Andjey Dudanın şərəfinə rəsmi ziyafət verilib.

    AZƏRTAC xəbər verir ki, dövlət başçıları rəsmi ziyafətdə çıxış ediblər.

  • Aydın Mirzəzadə: “Parlamentdəki çıxışımın radikal çağırış kimi qəbul edilməməsini xahiş edirəm”

    Mayın 30-da Ermənistan-Azərbaycan cəbhə xəttində Ermənistan silahlı qüvvələrinin snayperlərinin açdığı atəş nəticəsində Azərbaycan Milli Ordusunun zabiti mayor Aqil Omarovun şəhid olması mənə çox pis təsir etdi.

    Median.Az xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, bu bəyanatla millət vəkili Aydın Mirzəzadə çıxış edib.

    Deputat deyib: “Aqil Omarovu şəxsən tanıyırdım və onun itkisini ağır qəbul etdim. Bu hisslərin təsiri altında bu gün Milli Məclisin iclasında çıxış edərkən bu hadisəni pislədim və emosional şəkildə çağırış etdim.

    Azərbaycan dövlətinin vətəndaşı kimi həmişə terrorun əleyhinə olmuşam və parlamentdəki çıxışımın radikal çağırış kimi qəbul edilməməsini xahiş edirəm.

    Dövlətimizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş prinsipial siyasətini dəstəkləyirəm və onu dövrün tələblərinə cavab verən ən düzgün siyasət hesab edirəm”.

  • “Elektrik enerjisinə qoyulan limit aradan qaldırılmalıdır” – Milli Məclisdə TƏKLİF

    “Elektrik enerjisinə qoyulan limit aradan qaldırılmalıdır”.

    Bu sözləri millət vəkili Fazil Mustafa Milli Məclisin bugünki iclasında səsləndirib.

    “Büdcə elə məsələdir ki, mütləq vətəndaşın həyatında necə əks olunması ilə dəyər verilməlidir.

    Biz Milli Məclisdə əhalinin qaz limitinin yarıbayarı artırılması məsələsini qaldırmışdıq. Bu istiqamətdə ölkə prezidentinin göstərişi ilə 50 manat civarında artırıldı. “Mən hesab edirəm ki, elektrik enerjisini istehlak edən əhali qrupunun da vəziyyəti yaxşı deyil. Xüsusilə də isti aylarda kondisionerdən istifadə etmək və soyuq havalarda qaz olmayanda yenə elektrik enerjisinə üz tuturlar. Burada da istehlakçılar üçün limit aradan qaldırılmalıdır”.
    //Baku.ws

  • Prezidentin azarkeşlərlə daha bir maraqlı VİDEOSU

    Xəbər verdiyimiz kimi, Londonun “Arsenal” və “Çelsi” komandaları arasında baş tutan final oyununa prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də baxıblar.

    Dövlət başçısının azarkeşlərlə çəkilən daha bir maraqlı videosu yayılıb. Belə ki, prezident gənclərin əyləşdiyi tribunaya yaxınlaşıb, onlarla foto çəkdirib. Prezidentin bu jestinə cavab olaraq gənclər “Azərbaycan” sədaları səsləndiriblər.

    Daha sonra İlham Əliyev tribunada əyləşən və onunla görüşmək istəyən azyaşlını salamlayıb.

    ///Unikal.org

  • İlham Əliyev Polşa prezidenti ilə danışıqlarda – YENİLƏNİB + FOTO

    Mayın 31-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Andjey Dudanın təkbətək görüşü olub.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    * * * * *

    Azərbaycan Respublikasına rəsmi səfərə gələn Polşa Respublikasının Prezidenti Andjey Dudanın mayın 31-də rəsmi qarşılanma mərasimi olub.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Andjey Dudanı qarşılayıb.

    Fəxri qarovul dəstəsinin rəisi Polşa Prezidentinə raport verib.

    Prezident İlham Əliyev və Prezident Andjey Duda fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

    Polşa Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

    Polşanın və Azərbaycanın dövlət himnləri səslənib.

    Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Andjey Dudaya, Polşa nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

    Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Andjey Dudanın qarşısından keçib.

    Prezidentlər rəsmi foto çəkdiriblər.
















  • Mehriban Əliyeva Ramiz Əzizbəyliyə avtomobil hədiyyə etdi – FOTO

    Heydər Əliyev Fondunun nümayəndələri tanınmış aktyor və rejissor Ramiz Əzizbəylinin evində olub, Xalq artistinin səhhəti ilə maraqlanıblar.

    Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Ramiz Əzizbəylinin rahat hərəkətini təşkil etmək məqsədilə Heydər Əliyev Fondu tərəfindən Xalq artistinə avtomobil hədiyyə olunub.

    Avtomobil aktyorun qızı Cəlalə Əzizbəyliyə təqdim edilib. Heydər Əliyev Fondu eyni zamanda aktyorun yaşadığı mənzilin təmir işlərini öz üzərinə götürüb və bu yaxınlarda mənzildə təmir işlərinə başlanılacaq.

    Ramiz Əzizbəyli ona göstərilən diqqətə və qayğıya görə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.




  • Polşa prezidenti Azərbaycana gəlib – FOTO

    Polşa Respublikasının prezidenti Andjey Duda mayın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

    AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Polşa Respublikasının Prezidenti Andjey Dudanı hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.

  • Azərbaycan və Ermənistan XİN rəhbərləri tezliklə görüşəcək

    Azərbaycan və Ermənistan xarici işlər nazirləri tezliklə həmsədrlərin himayəsi ilə görüşməyə razılıq veriblər.

    Median.Az-ın ONA-a istinadən məlumatına görə, bu barədə regionda səfərdə olan ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında deyilir.

    Bildirilir ki, görüşün detalları uyğun vaxtda açıqlanacaq.