Category: Siyasət

  • XİN: Paşinyanın idmanı siyasiləşdirməsi daxili problemləri pərdələmək cəhdidir

    Ermənistan Baş naziri Nikol Paşinyan Arsenal futbol klubunun oyunçusu H.Mxitaryanla telefon söhbəti edərək, onun UEFA Avropa Liqasının final oyununda Bakının irqçi mövqeyinə görə iştirak edə bilmədiyini vurğulayıb.

    Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Paşinyanın bu iddiasına cavab verib:

    “Ermənistan Baş nazirinin özünə aid olmayan məsələlərə qarışaraq, idmanı siyasiləşdirməsi görünür onun üzləşdiyi daxili problemləri bu kimi addımlarla pərdələmək cəhdlərindən irəli gəlir.

    Ermənistan kimi monoetnik dövlətin və qonşu Azərbaycanın ərazilərini güc tətbiq etməklə işğal edərək bu ərazilərdə zorakı etnik təmizləmə həyata keçirən, Xocalıda qanlı soyqırımı törədən bir ölkənin rəhbərinin iqrçilikdən danışmağa heç bir haqqı yoxdur. Bu hər hansı əxlaqa sığmır.

    Ermənistan baş nazirinə xatırladırıq ki, torpaqlarımızın erməni silahlı qüvvələrinin işğalı altında olmasına rəğmən Azərbaycanda bu gün on minlərlə erməni yaşayır və ümumiyyətlə, ölkəmizdə müxtəlif dinlərin və millətlərin nümayəndələri hər zaman sülh və əmin-amanlıq şəraitində birgə yaşayıblar və yaşayırlar.

    Onu da qeyd edim ki, Ermənistanın böyük qısqanclıqla izlədiyi və hər vəchlə əsassız şəkildə gündəmə gətirdiyi Avropa Liqasının Bakıdakı final oyunu zamanı Azərbaycana səfər edən çoxsaylı əcnəbi pərəstişkarlar ölkədəki vəziyyətlə öz gözləri ilə tanış olublar. Necə deyərlər, yalan ayaq tutar, ancaq yeriməz!”.

  • XİN-dən əsgərimizin şəhid olması ilə bağlı – BƏYANAT

    ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə səfəri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu qanlı əməl təxribat xarakteri daşıyır.

    Bu barədə Xarici İşlər Nazirliyinin bu gün cəbhə xəttində Azərbaycan Ordusunun hərbi zabitinin şəhid olması ilə bağlı bəyanatında deyilir.

    “Bu gün Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinin Ağdam rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi kobud şəkildə pozulub və snayperdən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub.

    Xüsusilə qeyd etmək istərdik ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə səfəri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu qanlı əməl təxribat xarakteri daşıyır və münaqişənin həlli üzrə aparılan danışıqları pozmaq məqsədinə xidmət edir”, – məlumatda deyilir.

    Nazirlikdın bildirilib ki, işğalçı Ermənistan rəhbərliyinin sözdə münaqişənin həlli üzrə sülh şəraitinin yaradılması bəyanatlarının real və praktiki addımlarla müşayiət olunmur, əksinə, Ermənistanın təxribatçı fəaliyyəti ilə sülh danışıqlarına xələl gətirmək niyyətini açıq şəkildə nümayiş etdirən bu qanlı əməl qəti qəbuledilməzdir və danışıqlar prosesinə zərbə vurur:

    “Törədilmiş qanlı cinayətin bütün mümkün mənfi nəticələrinə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərindədir”.

  • Bu qurum Vergilər Nazirliyinin tərkibinə verildi – SƏRƏNCAM

    Prezident İlham Əliyev Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

    Müvafiq sənədi AZƏRTAC dərc edib.

    Sərəncama əsasən, Vergilər Nazirliyi Maliyyə Monitorinqi Xidmətinin həmin Nazirliyin tərkibində fəaliyyət göstərməsinin təmin edilməsi məqsədilə müvafiq normativ hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

    Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində beynəlxalq standartlara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərə riayət olunması təmin edilməlidir.

    Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının müvafiq qurumlarının üzv olduğu beynəlxalq təşkilatlar bu sahədə idarəetmənin təkmilləşdirilməsi məqsədilə görülən tədbirlər barədə məlumatlandırılmalıdır.

  • Prezidentdən onunla “selfie” çəkmək istəyən gəncə maraqlı jest – VİDEO

    Prezident selfie çəkən gəncə yaxınlaşdı

    Median.Az xəbər verir ki, dünən Bakı Olimpiya Stadionunda baş tutan “Çelsi”-“Arsenal” matçını izləyənlər arasında prezident İlham Əliyev və xanımı da olub.

    Prezident oyun başlamadan öncə onunla selfie çəkmək istəyən gənci görüb və ona yaxınlaşıb. Prezident gəncin daha rahat şəkildə foto çəkməsinə yardımçı olub.

    Həmin videonu təqdim edirik:

    //azxeber.com

  • Prezident tribunada azarkeşlərlə görüşdü – FOTO

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev mayın 29-da Bakıda keçirilən UEFA Avropa Liqasının final qarşılaşmasını Bakı Olimpiya Stadionunda izləyib.

    Xanımı, birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə London derbisini izləyən ölkə başçısı tribunadakı azarkeşlərlə də görüşüb.

    Futbolsevərlər dövlət başçısı ilə foto çəkdiriblər.





  • İlham Əliyev həmsədrləri qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədr İqor Popovu, ABŞ-dan olan həmsədr Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

  • Prezident ailəsi ilə stadionda – Finalı izləyir

    Artıq 15 dəqiqəyə yaxındır ki, “Çelsi” – “Arsenal” matçı başlayıb.

    Median.Az xəbər verir ki, Bakıda baş tutan qarşılaşmanı stadionda izləyənlər arasında dövlət başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva da var.

  • Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunda dəyişiklik edilib

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturu”nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, sərəncamla Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna aşağıdakılar daxildir:

    “1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatı (şöbələr və sektorlar)

    2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti

    3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti

    4. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti

    5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti

    6. Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi

    7. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional orqanları və yerli bölmələri”.

  • Prezidentdən enerji sektorunda islahatlarla bağlı – Sərəncam

    Prezident İlham Əliyev energetika sektorunda islahatların sürətləndirilməsi haqqında sərəncam verib.

    Median.Az xəbər verir ki, sərəncam energetika sektorunda institusional islahatların sürətləndirilməsi, bu sahədəki fəaliyyətin beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, sahənin inkişafına özəl, o cümlədən xarici investisiyaların cəlb edilməsi və rəqabət mühitinin formalaşdırılması məqsədi daşıyır.

    1. Azərbaycan Respublikasının Energetika Nazirliyi qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla:

    1.1. energetika sektorunun inkişafının əsas prioritetləri və hədəfləri müəyyən edilməklə “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın layihəsini on iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    1.2. elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçidlə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    1.3. ölkənin elektroenergetika sisteminin səmərəliliyinin artırılması məqsədi ilə bu sahəyə özəl investisiyaların cəlb edilməsi barədə təkliflərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırmaqla altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    1.4. bərpa olunan enerji mənbələrindən istifadənin təşviq edilməsi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi tədbirlərinə dair təkliflərini hazırlayıb dörd ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    1.5. ölkədə qaz və istilik təchizatı sistemlərinin səmərəliliyini artırmaq, istehlakçıların tələbatının etibarlı şəkildə ödənilməsini təmin etmək üçün bu sahələrdə islahatların aparılması ilə bağlı təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    1.6. bu Sərəncamdan irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədi ilə tanınmış beynəlxalq məsləhətçi şirkətlərin cəlb olunması üçün maliyyə təminatı məsələlərinin həllinə dair təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    2.1. Azərbaycan Respublikası Energetika Nazirliyinin təklifləri əsasında:

    2.1.1. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında”, “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” Azərbaycan Respublikası qanunlarının layihələrini, habelə “Energetika haqqında” və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanunlarının yeni layihələrini hazırlayıb on iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    2.1.2. bu Sərəncamdan irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədi ilə tanınmış beynəlxalq məsləhətçi şirkətlərin cəlb olunması üçün maliyyə təminatı məsələlərini həll etsin;

    2.2. bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

  • İlham Əliyev UEFA nümayəndə heyətini qəbul edib

    Dövlət başçısı Azərbaycan ilə UEFA arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) prezidenti Aleksandr Çeferinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Dövlət başçısı İlham Əliyev Aleksandr Çeferin və UEFA Avropa İcraiyyə Komitəsinin üzvləri ilə əvvəlki görüşünü xatırlayaraq yenidən nümayəndə heyətinin Bakıya səfərindən məmnunluğunu ifadə edib.

    Prezident İlham Əliyev Azərbaycan ilə UEFA arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib.

    Avropa Futbol Assosiasiyaları Birliyinin prezidenti Aleksandr Çeferin Bakıda UEFA Avropa Liqasının final oyununun keçirilməsi üçün yüksək səviyyədə hazırlıq işlərinin görüldüyünü qeyd edib. O, Bakının çox gözəl şəhər olduğunu, müasir inkişafı və tarixi ənənələri özündə birləşdirdiyini vurğulayıb, onların paytaxtımızda özlərini çox rahat hiss etdiklərini deyib. UEFA-nın Prezidenti Aleksandr Çeferin Avropa Futbol Assosiasiyaları Birliyinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə uğurlu əməkdaşlıq həyata keçirdiyini qeyd edərək yaradılmış şəraitə görə minnətdarlığını bildirib.

    Sonda xatirə şəkli çəkdirilib.