Category: Siyasət

  • MM-də qalmaqallı açıqlama: Qarabağı azad etsəniz, işğalçı olacaqsınız

    Rumıniya Ticarət-Sənaye Palatasının üzvü Afanasi Tyudor Qarabağ münaqişəsi ilə bağlı qalmaqallı fikirlər səsləndirib.

    O, Milli Məclisdə (MM) keçirilən “Azərbaycan Avropa məkanında” adlı konfransda Qarabağ problemini “qarışıq məsələ” adlandırıb.

    Tyudor deyib ki, Azərbaycan Qarabağı azad edərsə, işğalçı dövlət olacaq:

    “Siz deyirsiniz ki, Qarabağ sizindir. Amma o ərazilər hazırda Ermənistanın nəzarətindədir. Əgər siz Qarabağı işğaldan azad etsəniz, onda işğalçı kimi tanınacaqsınız, işğalçı kimi qəbul ediləcəksiniz…”
    //oxu.az

  • İlham Əliyev və xanımı Dənizkənarı Milli Parkda gəzintiyə çıxıblar

    Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri paytaxtın Dənizkənarı Milli Parkda gəzintiyə çıxıblar.

    AZƏRTAC xəbər verir ki, gəzinti zamanı dövlətimizin başçısı və birinci xanım yerli sakinlər və şəhərimizin qonaqları ilə görüşüblər.

  • ABŞ səfirliyi Azərbaycan xalqını təbrik edib

    ABŞ-ın Azərbaycandakı səfirliyi xalqımızı Respublika günü münasibətilə təbrik edib.

    Təbrikin mətni səfirliyin “Facebook” səhifəsində yayımlanıb.

    “Əziz dostlar,

    Biz Respublika Günü münasibətilə Azərbaycan xalqına səmimi qəlbdən təbriklərimizi çatdırmaq istəyirik. 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Amerika Birləşmiş Ştatlarının dəyərli tərəfdaşı olub.

    Biz uzunmüddətli əməkdaşlığımızı davam etdirməyi və təhlükəsizlik, enerji və demokratik idarəetmə sahələrində işimizi dərinləşdirməyi və ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsini gözləyirik. Respublika Günün mübarək, Azərbaycan!”, – təbrikdə deyilir.

    Qeyd edək ki, bu gün Azərbaycan Cümhuriyyətinin yaranmasından 101 il ötür.

  • Dövlət başçıları Prezident İlham Əliyevə təbrik məktubları göndərir – YENİLƏNİB-4

    Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Fu Çonq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir:

    “Hörmətli Prezident.

    Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə və bütün Azərbaycan xalqına Vyetnam Hökuməti və xalqı adından ən xoş təbriklərimi çatdırmaq istəyirəm.

    Cənab Prezident, Zati-alinizin rəhbərliyi ilə Azərbaycanın regionda və dünyada rolunun artmasından və mövqeyinin möhkəmlənməsindən, xalqınızın qazandığı böyük sosial-iqtisadi uğurlardan məmnunluq hissi keçiririk.

    Vyetnam xalqlarımızın maraqları naminə ölkələrimizin liderləri və xalqları tərəfindən uzun illər ərzində yaradılmış və inkişaf etdirilmiş səmərəli əlaqələrimizi bütün sahələrdə hər zaman təqdir edərək gücləndirmək niyyətindədir.

    Son zamanlar Vyetnam-Azərbaycan əməkdaşlığının nəticələrini yüksək qiymətləndirirəm. Mən tam əminəm ki, ölkələrimizin liderlərinin güclü siyasi iradəsi və birgə səyləri sayəsində Vyetnamla Azərbaycan arasındakı dostluq münasibətləri və əməkdaşlıq ölkələrimizin inkişafına, bölgədə və dünyada sülhə, sabitliyə və rifaha əhəmiyyətli dərəcədə töhfə verməklə səmərəli şəkildə genişləndiriləcəkdir.

    Mən Azərbaycanın daim firavan olmasını arzulayıram.

    Zati-aliləri, Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar arzulayıram.

    *** 14:48

    Rumıniyanın Prezidenti Klaus Verner İohannis də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir:

    “Hörmətli cənab Prezident.

    Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi, bütün Azərbaycan xalqına firavanlıq arzularımı çatdırmaq istərdim.

    Bu xoş fürsətdən istifadə edərək əminliyimi bildirirəm ki, Rumıniya ilə Azərbaycan arasında möhkəm təməl üzərində qurulmuş strateji tərəfdaşlıq daha da genişlənəcək və dərinləşəcək.

    Cənab Prezident, Sizə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

    14:00

    İsveçrə Konfederasiyasının Prezidenti Ueli Maurer də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir:

    “Zati-aliləri.

    Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və ölkənizin vətəndaşlarına İsveçrə Federal Şurası və İsveçrə xalqı adından ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Bu xoş fürsətdən istifadə edərək, ali dövləti fəaliyyətinizdə Sizə yeni uğurlar, ölkənizə və xalqınıza daha parlaq gələcək arzu edirəm.

    Bu il yanvarın 23-də Davos şəhərindəki görüşümüzü məmnuniyyətlə xatırlayıram. Həmin görüş zamanı ölkələrimiz arasındakı möhkəm dostluq münasibətlərini yenidən nəzərdən keçirmək imkanımız oldu. İsveçrə Konfederasiyası Azərbaycan Respublikası ilə sıx münasibətlərin qorunub saxlanılmasına sadiqliyini və bu istiqamətdə aparılan uğurlu fəaliyyətin hər iki dövlətin mənafeyi naminə davam edəcəyinə ümidvar olduğunu bildirir.

    Zati-aliləri, Sizə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

    12:58

    Mərakeşin Kralı VI Mohammed də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Təbrikdə deyilir:

    “Zati-aliləri.

    Əziz Qardaşım.

    Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə Sizin rəhbərliyinizlə tərəqqi və firavanlıq arzu edirəm.

    Bu xoş fürsətdən istifadə edərək xalqlarımız arasındakı möhkəm qardaşlıq əlaqələrinə, eləcə də ölkələrimiz arasındakı sıx əməkdaşlığa çox böyük dəyər verdiyimi bir daha qeyd etmək istəyirəm”.

    10:40

    Finlandiya Respublikasının Prezidenti Sauli Niinistö Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Median.Az-ın məlumatına görə, təbrik mətnində deyilir:

    “Zati-aliləri.

    Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

    Zati-aliləri, xahiş edirəm, Sizə yüksək ehtiramımı qəbul edin”.

  • Fuad Abbasovun Azərbaycana deportasiyası təxirə salındı

    Rusiyada həbs olunan jurnalist Fuad Abbasov Azərbaycana, əvvəlcədən bildirildiyi kimi, mayın 28-də deportasiya olunmayacaq.

    Median.Az ONA-ya istinadən xəbər verir ki, Fuad Abbasovun vəkili Teyyub Şərifov bildirib ki, jurnalistin Rusiyadan deportasiya edilməsi ilə bağlı qərardan yuxarı instansiya məhkəməsinə şikayət verildiyi üçün onun deportasiyası qeyri-müəyyən vaxta qədər təxirə salınıb:

    “Fuad Abbasovun deportasiya edilməsi ilə bağlı Ximki Şəhər Məhkəməsinin qərarından Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti vermişik. Hələlik ilkin məhkəmə iclasının vaxtı təyin olunmayıb. Ancaq bu şikayətə baxıldıqdan sonra məhkəmə Fuadın Azərbaycana deportasiyasının qanuni olub-olmayacağı barədə qərar verəcək”.

    Qeyd edək ki, jurnalist Fuad Abbasov mayın 16-da Moskva vilayətinin Ximki şəhərində saxlanılıb. Ximki Şəhər Məhkəməsi onun Rusiyada yaşamaq haqqında icazəsi ləğv olunmasına baxmayaraq, vaxtında ölkəni tərk etmədiyi üçün deportasiya olunması haqqında qərar çıxarıb. F.Abbasov hazırda Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılır.

  • Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

    Первый вице-президент Азербайджана Мехрибан Алиева поздравила азербайджанский народ с Днем Республики.

    Как сообщает Median.Az, поздравление Мехрибан Алиевой опубликовано на ее официальной странице в Instagram.

    “Дорогие соотечественники.

    Поздравляю вас с Днем Республики! В этот день 101 год назад была провозглашена Азербайджанская Демократическая Республика – первая демократическая республика в мусульманском мире. Идеи азербайджанской государственности, имеющей многовековую историю, возрождались в новой, прогрессивной форме. Короткая, но яркая судьба АДР оставила глубокий след в нашем национальном самосознании. Ее идеи, ее наследие составили исторический и духовный фундамент нашей современной государственности.

    Независимость, суверенитет, возможность самим определять свою судьбу – главное условие для развития нашей Родины.

    Сегодня мы встречаем День Республики в сильном и независимом Азербайджане.

    Желаю всем счастья, добра и любви, а нашей Родине – благополучия, процветания, мира и развития”, – говорится в поздравлении Первого вице-президента.

  • ABŞ Dövlət katibindən Azərbaycan xalqına təbrik

    Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Mayk Pompeo Azərbaycan xalqını 28 May – Respublika Günü münasibətilə təbrik edib.

    Median.Az xəbər verir ki, təbrikdə deyilir:

    “Respublika Günü münasibətilə Amerika Birləşmiş Ştatlarının Hökuməti adından Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram.

    Amerika Birləşmiş Ştatları Azərbaycanı özünə etibarlı dost və tərəfdaş hesab edir. Qarşılıqlı ticarətin artırılması, demokratik və iqtisadi inkişafın daha da gücləndirilməsi, eləcə də xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi naminə əməkdaşlığımızın qarşıdakı ildə genişlənəcəyinə ümidvarıq. Biz Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi mühüm töhfələri və Cənub Qaz Dəhlizi kimi enerji şaxələndirilməsi layihələrindəki liderliyini alqışlayırıq.

    ATƏT-in Minsk qrupunun həmsədri kimi, tərəflərə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və dayanıqlı həlli yollarının tapılmasına kömək göstərməyə sadiq qaldığımızı bildiririk. Biz son zamanlar münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində tərəflərin yüksək səviyyəli iştirakını, həmçinin məhsuldar müzakirələr üçün əlverişli mühitin yaradılması və xalqların sülhə hazırlanması sahəsində göstərilən səyləri təqdir edirik”.

  • Prezident: “Müharibə hələ bitməyib

    “Bu gün biz beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevrilmək üçün çox fəal iş aparırıq. Bu istiqamətdə də böyük addımlar atılır, böyük sərmayə qoyulur. Dəmir yolu infrastrukturu, avtomobil yollarının tikintisi, 6 beynəlxalq aeroportun fəaliyyətə başlaması, dəniz nəqliyyatının müasirləşdirilməsi – bütün bunlar son illər ərzində görülmüş işlərdir”.

    Bunu Prezident İlham ƏliyevAzərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbulda deyib.

    “Görülmüş bütün işləri sadalamaq üçün bir neçə saat vaxt lazım olacaq. Sadəcə olaraq, demək istəyirəm ki, bu gün Azərbaycan müstəqillik yolunda inamla irəliləyir və ölkə qarşısında duran problemlər həll edilir. Ancaq biz gələcəyə baxmalıyıq, əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Ölkə qarşısında duran problemlər bizim üçün əsas məsələ olmalıdır və bütün müvafiq tapşırıqlar bu istiqamətdə verilir.

    Bundan sonra dayanıqlı inkişafı təmin etmək üçün biz fəal işləməliyik və qəbul olunmuş qərarlar icra edilməlidir. Hesab edirəm ki, bu, qarşıda duran ən vacib məsələlərdən biridir. Çünki bəzi hallarda qərarlar qəbul edilir, sərəncamlar imzalanır, ancaq onların reallaşması yubanır. Ona görə, bundan sonrakı dövrdə mütləq bu sahəyə daha ciddi diqqət göstərilməlidir ki, qəbul edilmiş qərarlar, qanunlar, imzalanmış sərəncamlar həyata keçirilsin.

    Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Belə olan halda hərbi potensialımızın gücləndirilməsi əsas prioritet məsələlərdən biri olmalıdır. Bu istiqamətdə çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, son illərdə hərbi hissələrimizin 80 faizi tamamilə yenidən qurulub. Növbəti illərdə qalan, hələ də təmirə ehtiyacı olan hissələr də təmir ediləcəkdir. Azərbaycan bu gün çox güclü hərbi potensiala malikdir. Ancaq bundan sonra da bu istiqamətdə praktiki addımlar atılacaq”, – dövlət başçısı vurğulayıb.

  • Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    Məktubda deyilir:

    “Hörmətli İlham Heydər oğlu.

    Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

    Sizin ölkəniz sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, beynəlxalq gündəlikdəki aktual məsələlərin həllində mühüm rol oynayır.

    Rusiyada Azərbaycan ilə strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirirlər. Əminəm ki, biz bütün sahələrdə səmərəli ikitərəfli əlaqələri, regional sabitliyin və təhlükəsizliyin təmin edilməsində konstruktiv qarşılıqlı fəaliyyəti birgə səylərimizlə bundan sonra da uğurla inkişaf etdirəcəyik. Heç şübhəsiz ki, bu, dost xalqlarımızın əsas mənafelərinə uyğundur.

    Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və uğurlar, Azərbaycanın bütün vətəndaşlarına isə firavanlıq və rifah diləyirəm”.

  • Roma Papası Azərbaycan xalqını təbrik etdi

    Roma Papası Fransisk Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
    Məktubda deyilir:

    “Zati-aliləri.

    Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və həmvətənlərinizə səmimi təbriklərimi çatdırmaq mənim üçün yaranmış xoş fürsətdir. Ulu Tanrıdan diləyim odur ki, həmrəylik və ədalət naminə apardığımız ümumi işlərimizdə qoy bizə dəstək olsun, ölkənizin vətəndaşları ailə səadətinə və sosial rifaha qovuşsun, gəncləriniz gələcəyə ümidlə yaşasınlar.
    Zati-alinizə, hökumətinizin üzvlərinə, o cümlədən bütün Azərbaycan xalqına Ulu Tanrının xeyir-duasını diləyirəm”.