Category: Siyasət

  • Xəzərin hüquqi statusu müəyyənləşsə də, məsələ tam həllini tapmayıb – RƏY

    Azərbaycanda 1992-ci illərdə qaz, elektrik yox idi. Heydər Əliyev Azərbaycan enerjisi təhlükəsizliyini, o cümlədən, qida təhlükəsizliyini tam təmin etdi.

    Bunu bu gün Milli Məclisdə (MM) Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) üzvləri ilə görüşdə “Azərbaycanda enerji təhlükəsizliyi” mövzusunda çıxış edən vitse-spiker, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov bildirib.

    Vitse-spiker deyib ki, Xəzər dənizinin hüquqi statusu müəyyənləşsə də, hələ də məsələ tam həllini tapmayıb:

    “1993-1994-cü illərdə xarici şirkətlərin Azərbaycana dəvət edilməsi, sazişlərin imzalanması çox çətin idi. Saziş imzalamaq asan, ancaq bu sazişlərdə xalqın, dövlətin maraqlarını qorumaq çətindir. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı.

    İmzalanma mərasimində şirkətlərlə bərabər, həmin xarici dövlətlərin nazirləri də iştirak edirdilər, onlar da imza atdılar. Sonradan “Əsrin müqaviləsi” parlamentə qanun kimi qəbul edilmək üçün təqdim edildi. Bir çox iqtisadçılar buna qarşı çıxırdılar. Bu saziş parlamentdə qanun kimi qəbul ediləndən sonra artıq bu saziş beynəlxalq sənəd və qanun kimi təsdiqləndi. Bunun əhəmiyyəti nə idi?

    O dövrdə Xəzərdə mübahisələr davam edirdi. Sənədin beynəlxalq saziş və qanun kimi qəbulu bu baxımdan mühüm əhəmiyyət kəsb edirdi. Bu, ilk baxışda xırda addım kimi görünsə də, gələcəyə hesablanmış böyük bir addım idi. Digər tərəfdən, “Əsrin müqaviləsi” Azərbaycanda qanun və normativ aktlardan üstündür. Bu, beynəlxalq investorların əmin bir şəkildə Azərbaycana sərmayə yatırması üçün vacib idi”.

    //oxu.az

  • Azərbaycan ABŞ vətəndaşını bağışladı

    ABŞ vətəndaşı Robert Qiş Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

    Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bildirən Robert Qiş müraciətində səfərin nəticələri barədə məlumatsız olduğunu qeyd edib.

    O, habelə işğal olunmuş ərazilərimizə gələcəkdə bu cür qanunsuz səfərlərdən çəkinəcəyini bildirib.

    Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının “arzuolunmaz şəxslər” siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

  • Mehriban Əliyeva iftar mərasimində iştirak edib – FOTOLAR

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki Pir Həsən ziyarətgahında təşkil olunan iftar mərasimində iştirak ediblər.

    Median.Az Azertac-a istinadən xəbər verir ki, birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu yaxınlarda həmin ziyarətgahda olarkən iftar süfrəsinə dəvət edilmişdilər.

    İftar mərasiminə toplaşanlar Azərbaycandakı sosial-iqtisadi inkişafa, əmin-amanlığa görə təşəkkürlərini bildirdilər. Onlar Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın ölkəmizim inkişafı istiqamətində gördükləri işləri yüksək qiymətləndirdilər, belə mərasimlərin tezliklə Qarabağda da keçiriləcəyinə əminliklərini ifadə etdilər.

    Birinci vitse-prezident Mehriban Əliyeva Xəzər rayonunun sakinləri ilə görüşməkdən şad olduğunu bildirdi, müqəddəs Ramazan ayında onların dualarının qəbul olunmasını və Allah-Təalanın ölkəmizi hər zaman qorumasını arzuladı.

    İftar mərasimində “Qurani-Kərim”dən ayələr və iftar duası oxundu.

    Müqəddəs kitabımız olan “Qurani-Kərim”in nazil olduğu Ramazan ayı insanların qəlbini nurlandıran, onları sülhə, həmrəyliyə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müsəlmanlar bu ayda xeyirxah əməllərin, mərhəmət duyğularının fərəhini, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. Mübarək Ramazan günlərində gözəl ənənəyə çevrilən iftar süfrələrinin təşkil edilməsi də cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsidir. Ramazanın önəmli mərasimlərdən biri olan iftar süfrələrinin mənası, sadəcə, ehtiyacı olanlara yemək vermək deyil, paylaşmaq, yaxınlaşmaq, birlikdə Allaha dua etməkdir. Azərbaycan dövləti çox möhkəm milli dəyərlər üzərində qurulub. İslam dəyərləri isə milli dəyərlərimizin ayrılmaz tərkib hissəsidir.




  • Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib

    Mayın 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.

    Median.Az report-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.

    İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başladı.

    Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək müqəddəs “Qurani-Kərim”in nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə və qonaqlara dərin minnətdarlığını bildirdi.

    Mərasimdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Melih Yevdayev, Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete çıxış etdilər.

    Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

    Sonra iftar süfrəsi açıldı.

  • Prezident və xanımının sakinlərlə görüşündən – FOTO

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 22-də Bakının Yasamal rayonu ərazisində yerləşən Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın açılışında iştirak ediblər.

    Onlar daha sonra Füzuli abidəsinin önündə sakinlərlə görüşüb söhbət ediblər.

    Dövlət başçısı və xanımı vətəndaşların problemləri ilə tanış olublar.

    Median.Az
    prezident və xanımının sakinlərlə görüşündən fotoları təqdim edir:



























  • Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdədir

    Tacikistan Prezidenti Emoməli Rəhmon Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu. Milli bayramınız – Respublika Günü münasibətilə Sizi və dost Azərbaycanın bütün xalqını təbrik etməkdən böyük məmnunluq duyuram.

    Azərbaycan Respublikası ilə dövlətlərarası münasibətlər Tacikistan Respublikasının xarici siyasi fəaliyyətində mühüm yer tutur.

    Biz ölkələrimiz arasında son illərdə dinamik inkişaf edən və dərinləşən çoxşaxəli qarşılıqlı əlaqələrin indiki səviyyəsini yüksək qiymətləndiririk.

    Əmin olduğumu bildirirəm ki, tərəflərin ali səviyyədə son danışıqları və görüşləri çərçivəsində əldə edilmiş razılaşmaların ardıcıl olaraq birlikdə reallaşdırılması əməkdaşlığın bütün sahələrində münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çatdıracaq.

    Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edib Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni zəfərlər, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və firavanlıq arzularımı bildirmək istəyirəm”.

    XXX

    Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovda:

    “Hörmətli İlham Heydər oğlu. Milli bayramınız – Respublika Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını Qırğızıstan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

    Qırğızıstan qardaş Azərbaycan ilə dostluq münasibətlərini yüksək qiymətləndirir, qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə böyük əhəmiyyət verir.

    Əminəm ki, Qırğızıstan-Azərbaycan münasibətləri bundan sonra da möhkəmlənəcək, ölkələrimizin və xalqlarımızın rifahının yaxşılaşmasına şərait yaradacaq.

    Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və firavanlıq, qardaş Azərbaycan xalqına sülh və tərəqqi arzu edirəm”.

    XXX

    Əlcəzair Prezidenti vəzifəsini icra edən Əbdülqadir bin Saleh Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

    Təbrikdə deyilir: “Zati-aliləri. Qardaş ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə Əlcəzair dövləti, hökuməti və xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Mən Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə bundan sonra da sülh, sabitlik, tərəqqi və firavanlıq şəraitində yaşamağı arzu edirəm.

    Cari ildə bu əlamətdar günün qeyd olunması həm də ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə təsadüf edir. Bu münasibətlər ölkələrimiz arasında əməkdaşlığa və qarşılıqlı etimada əsaslanan ikitərəfli əlaqələrin, eləcə də hər iki ölkə üçün maraq doğuran məsələlərlə bağlı həm beynəlxalq, həm də regional forumlarda səmərəli əməkdaşlığın inkişafına təkan vermiş və xalqlarımız arasındakı tarixi münasibətlər daha da möhkəmlənmişdir.

    Mən bu xoş fürsətdən istifadə edərək Əlcəzair və Azərbaycan dövlətləri arasında mövcud olan qardaşlıq və əməkdaşlıq münasibətlərini möhkəmləndirmək, eləcə də bu münasibətləri qardaş xalqlarımızın ortaq maraqları naminə ən yüksək səviyyələrə qaldırmaq istiqamətində birgə səylərimizi davam etdirməyi qətiyyətlə dəstəklədiyimi bildirirəm.

    Sizə bir daha ən səmimi təbriklərimi çatdırıram.

    Zati-aliləri, icazə verin Sizə ən yüksək ehtiramımı bildirim”.

  • Azərbaycanda məmur işdən çıxarıldı

    Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsindən azad edilib.

    Median.Az ONA-ya istinadən xəbər verir ki, Goranboy Rayonu İcra Hakimiyyətində daha bir yüksək rütbəli məmur vəzifəsindən kənarlaşdırılıb.

    Elçin Xanlar oğlu Cahangirov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsindən azad edilib.

    Qeyd edək ki, o, bu vəzifəyə 2015-ci ildə təyin olunmuşdu. Boş qalmış vakant yerə hələlik təyinat yoxdur.

  • “Kimin belə prezidenti var?”: İlham Əliyev sakinlərlə görüşdü (FOTO,VİDEO)

    Prezident İlham Əliyev bu gün şəhər sakinləri ilə görüşüb.

    Görüş zamanı onlarla söhbət edən prezident sakinlərin onunla “selfie” etməsinə də razılıq verib.

    Həmin anları lentə alan tanınmış teleaparıcı Samirə Mustafayeva görüntüləri paylaşaraq bunları yazıb: “Söz tapa bilmirəm deməyə. Kimin belə prezidenti var?”

  • Növbədənkənar iclasların vaxtı dəqiqləşdi

    Milli Məclisin (MM) iyun ayında keçiriləcək növbədənkənar iclaslarının vaxtı məlum olub.

    Oxu.az-ın MM-dən əldə etdiyi məlumata görə, istisna hal olmasa, iyun ayında iki növbədənkənar iclasın keçirilməsi nəzərdə tutulur.

    İlk növbədənkənar iclasın iyunun 11-də, ikinci və sonuncu növbədənkənar iclasın isə iyunun 28-də keçirilməsi gözlənilir.

    Növbədənkənar iclaslarda “2018-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci və üçüncü (sonuncu) oxunuşlarda, o cümlədən, “Aqrar sığorta haqqında” qanun layihəsinin ən azı ikinci oxunuşda müzakirəsi planlaşdırılır.

    İclaslarda bir sıra qanun və məcəllələrə dəyişiklikləri nəzərdə tutan qanun layihələrinin müzakirəsi qərarlaşdırılır.

    Sonuncu növbədənkənar iclasdan sonra millət vəkilləri yay tətilinə çıxacaq, bir də sentyabrın 15-də, növbəti payız sessiyasının komitə iclaslarının başlayacağı gün işə qayıdacaqlar.

    Payız sessiyası oktyabrın 1-də başlayacaq.

  • “Ermənistan “Arsenal”ın futbolçusundan öz təxribatçı məqsədləri üçün istifadə edir”

    “Azərbaycan tərəfindən bu ilin 29 may tarixində UEFA-nın Avropa Liqasının Bakıda keçiriləcək final oyununda iştirak edəcək bütün oyunçuların, o cümlədən Arsensal futbol klubunun oyunçusu H.Mxitaryanın, eləcə də bütün pərəstişkarların təhlükəsizliyinin tam şəkildə təmin olunacağı barədə məlumat verilib”.

    Median.Az məlumatına görə, Azərbaycan XİN-nin mətbuat katibi Leyla Abdullayeva erməni həmkarının Bakıda keçiriləcək UEFA Avropa Liqası final oyunu və “Arsenal”ın oyunçusu H.Mxitaryanın Bakıya səfər etməməsi ilə bağlı açıqlamasını şərh edərklkən bildirib.

    “Şəxsən XİN-in mətbuat katibi kimi mən bu xüsusda ünvanlanan suallara cavab olaraq, Azərbaycanın idmanla siyasəti eyniləşdirmədiyini dəfələrlə qeyd etmişəm. Azərbaycan ilk dəfə deyil ki, mötəbər idman yarışlarına ev sahibliyi edir və paytaxtımızda indiyədək keçirilən çoxsaylı idman yarışlarında erməni əsilli idmançılar da iştirak ediblər”, – deyə Abdullayeva əlavə edib.

    O qeyd edib ki, Ermənistan XİN-in “Arsenal” futbol klubunun erməni əsilli oyunçusunun Bakıya səfər etməməsi ilə bağlı açıqlaması, bu ölkənin daxili siyasi problemləri səbəbindən idmanı siyasət alətinə çevirmək cəhdlərindən xəbər verir. Ermənistan XİN-in belə bir oyunda iştirak etməsi yalnız təəssüf doğurur.

    “Əfsuslar olsun ki, bu addım Ermənistanın Minsk Qrupunun həmsədrlərinin bəyanatlarında qeyd edildiyi kimi xalqların sülhə hazırlanmasına hazır olmadığını aydın şəkildə nümayiş etdirdi. Təəssüf ki, Ermənistan Arsenalın erməni əsilli oyunçusunu öz təxribatçı məqsədləri üçün istifadə edir. Bu həm də onu nümayiş etdirdi ki, birinci növbədə Ermənistan xalqının sülhə hazırlanmağa ehtiyacı var. Ağlasığmaz və gülüncdür ki, Azərbaycanın işğal etdiyi ərazilərində etnik təmizləmə həyata keçirən, monoetnik ölkə olan Ermənistan Azərbaycanı rasizmdə ittiham edir. Azərbaycanda müxtəlif dinlərin və etnik qrupların sülh və tolerantlıq mühitində birgə yaşayışı bütün dünyaya yaxşı bəllidir.

    UEFA-nın Avropa Liqasının final oyununun Bakıda yüksək səviyyədə təşkili, ölkəmizə səfər edən əcnəbilərin (istər futbol oyunçuları, istərsə də pərəstişkarlar olsun) Azərbaycandakı real vəziyyətlə yerindəcə tanış olmaları Ermənistan XİN-in əsassız iddialarının ən gözəl cavabı olacaq”.