Category: Siyasət

  • Prezidentdən Arif Məlikov üçün ucaldılacaq heykəllə bağlı xüsusi tapşırıq

    Xalq artisti Arif Məlikovun xatirəsinə ucaldılacaq heykəllə bağlı komissiya yaradılacaq.

    Bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

    O bildirib ki, bununla bağlı Prezident İlham Əliyevin xüsusi tapşırığı var:

    “Komissiya heykəlin harada qoyulması, hansı üslubda olmasını müəyyənləşdirəcək. Heykəlin qoyulması bir günün işi deyil, buna zaman lazımdır.

    Həm heykəltəraşlar, həm memarlarla aparılan müzakirələrdən sonra komissiya tərəfindən iş yekunlaşdırılacaq və rəhbərliyə təqdim olunacaq”.

  • Mehriban Əliyevadan Ramazan ayı ilə bağlı xoş arzular

    Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqına Ramazan ayı münasibətilə xoş arzularını çatdırıb.

    O, fikirlərini sosial şəbəkədə paylaşıb:

    “İnsanların qəlbini nurlandıran, onları birliyə, sülh və əmin-amanlığa, əxlaqi saflığa, xeyirxah əməllərə dəvət edən mübarək Ramazan günlərində xoş niyyətlərinizlə həmrəy olduğumu bildirir, bütün dua və diləklərinizin Tanrı tərəfindən eşidilib qəbul olunmasını arzu edirəm”.

    View this post on Instagram

    İnsanların qəlbini nurlandıran, onları birliyə, sülh və əmin-amanlığa, əxlaqi saflığa, xeyirxah əməllərə dəvət edən mübarək Ramazan günlərində xoş niyyətlərinizlə həmrəy olduğumu bildirir, bütün dua və diləklərinizin Tanrı tərəfindən eşidilib qəbul olunmasını arzu edirəm. В дни благословенного месяца Рамазан, просветляющего сердца людей, призывающего их к единству, миру и спокойствию, нравственной чистоте и добрым деяниям, выражаю солидарность с вашими светлыми намерениями и желаю, чтобы Всевышний услышал и исполнил все ваши молитвы и пожелания.

    A post shared by Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan) on

  • İlham Əliyev kamerunlu həmkarını təbrik etdi

    Prezident İlham Əliyev Kamerun Respublikasının Prezidenti Zati-aliləri cənab Pol Biyaya təbrik məktubu ünvanlayıb.

    Məktubda deyilir:

    “Hörmətli cənab Prezident,

    Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

    Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kamerun xalqına əmin-amanlıq və tərəqqi arzulayıram”.

  • Prezident icra başçısını təltif etdi

    Prezident İlham Əliyev Taleh Qaraşovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə Taleh Azay oğlu Qaraşov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

    Taleh Qaraşov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısıdır. O, 2012-ci ilin 14 aprelindən bu vəzifəni icra edir.

    Mayın 20-də onun 60 yaşı tamam olacaq.

  • Məmmədyarov Fransada Qarabağı müzakirə etdi – YENİLƏNİB + FOTO

    Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Fransanın xarici işlər naziri Jan-Iv Lö Drian ilə görüşüb.

    XİN-dən verilən məlumata görə, görüş zamanı nazirlər Azərbaycan və Fransa arasında siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirə ediblər və iki ölkə arasında əməkdaşlığın inkişafı üçün geniş potensialın mövcud olduğunu qeyd ediblər.

    Tərəflər münasibətlərin daha da dərinləşdirilməsinin və bu xüsusda yüksək səviyyəli qarşılıqlı səfər mübadiləsinin intensivləşdirilməsinin zəruriliyini vurğulayıblar.

    E.Məmmədyarov fransalı həmkarı ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesinin hazırkı durumu ilə bağlı fikir mübadiləsi aparıb. Fransalı nazir həmsədr ölkə qismində münaqişənin sülh yolu ilə həlli üçün vasitəçilik səylərini əsirgəməyəcəyini bildirib.

    Həmçinin nazirlər Avropa İttifaqının Şərq Tərəfdaşlığının 10 illiyi üzrə Brüssel sammitinin nəticələri və Aİ-Azərbaycan arasında yeni strateji əhəmiyyətli tərəfdaşlıq sazişi ilə bağlı fikir mübadiləsi aparıblar.

    Daha sonra tərəflər qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərlə bağlı müzakirələr aparıblar.


    17:17

    Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov Parisdə fransalı həmkarı Jan-İv Le Drian ilə görüşüb.

    Bununla bağlı məlumat fransalı nazirin sosial şəbəkə hesabında yayımlanıb.

    Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli, iki ölkə arasında iqtisadiyyat, təhsil və regional təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.//oxu.az

  • Bakıda Arif Məlikova heykəl qoyulacaq – SƏRƏNCAM

    Prezident İlham Əliyev Arif Cahangir oğlu Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncamın mətni AZƏRTAC-da dərc olunub.

    Sənədə əsasən, Bakı şəhər İcra Hakimiyyəti Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Cahangir oğlu Məlikovun qəbirüstü abidəsinin qoyulmasını təmin etməli, Bakı şəhərindəki küçələrdən birinə Arif Məlikovun adı verilməlidir.

    Bundan başqa, Mədəniyyət Nazirliyi Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə Bakı şəhərində Arif Məlikovun heykəlinin ucaldılmasını təmin etməli, Bakı şəhərində yerləşən musiqi məktəblərindən birinə Arif Məlikovun adı verilməlidir.

  • Prezident iki rayonun icra başçısının yerini dəyişdi

    Azərbaycan Prezidenti İlham Əliyev iki rayonun icra başçısının yerini dəyişib.

    Bu barədə Sərəncamları AZƏRTAC dərc edib.

    Müvafiq sərəncamlara əsasən, Siraqəddin Nəcəf oğlu Cabbarov Saatlı Rayon İcra Hakimiyyətinin, Nazim Mehdi oğlu İsmayılov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

    Digər sərəncamlarla isə, S.Cabbarov Sabirabad Rayon İcra Hakimiyyətinin, N.İsmayılov isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

  • XİN-dən Laçının işğalının ildönümü ilə bağlı – BƏYANAT

    27 il bundan öncə, 18 may 1992-ci il tarixində, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.

    Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva açıqlama yayıb.

    Açıqlamada bildirilir ki, Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüz siyasətinin davamı olan Laçın rayonunun işğalı nəticəsində bölgənin əhalisi etnik təmizləməyə məruz qalıb və hal-hazırda 77.518 nəfər Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır:

    “Ermənistanın işğalı rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib.

    Həmçinin dünya, yerli əhəmiyyətli çoxsaylı tarixi abidə vandalizmə məruz qalıb. O cümlədən, 6-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq viran edilib; Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib.

    Beynəlxalq hümunitar hüququ, o cümlədən Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozan Ermənistan işğal etdiyi digər Azərbaycan ərazilərində olduğu kimi Laçın rayonunda da qeyri-qanuni fəaliyyəti davam etdirir; coğrafi adlar dəyişdirilir, rayonun təbii resursları talan edilir, qanunsuz infrastruktur dəyişiklikləri həyata keçirilir, burada məqsədyönlü məskunlaşma siyasəti aparılaraq bölgənin demoqrafik tərkibi dəyişdirilir.

    Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə Azərbaycanın Laçın rayonundan məcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə 2015-ci il 16 iyun tarixli qərar qəbul edərək onların İnsan Hüquqları və Fundamental Azadlıqların qorunmasına dair Konvensiya üzrə mülkiyyət hüququ, şəxsi və ailə həyatına hörmət kimi hüquqlarının pozulduğunu təsbit edib.

    Həmçinin, bu qərarın 19-20-ci paraqraflarda Laçın rayonu, ələlxüsus Laçın şəhərinin hərbi hücuma məruz qalması, 1992-ci il may ayının ortalarında Laçının havadan bombardman edilməsi və bunun nəticəsində çoxlu sayda evlərin dağıdılması, şəhərin talan edilməsi və yandırılması, hərbi münaqişə dövründə Laçın və ətraf kəndlərin tamamilə dağıdılması öz təsdiqini tapıb.

    BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul olunmuş 822, 853, 874 və 884 saylı qətnamələri Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyini və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edərək işğalçı qüvvələrinin zəbt olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edib.

    Lakin Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələri, eləcə də digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin tələblərinə məhəl qoymayaraq, onları ciddi şəkildə pozaraq Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaq edilməsi siyasətini yürüdür.

    Ermənistan anlamalıdır ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verməyəcəkdir. Azərbaycan ərazilərinin işğalına əsaslanan status-quo dayanıqlı deyil və qəbuledilməzdir. Bölgənin, o cümlədən Ermənistanın özünün dayanıqlı, demokratik, sülh, sabitlik və təhlükəsizliyin təmin olunduğu bir şəraitdə inkişafı birinci növbədə, beynəlxalq hüququn aliliyinin təmin olunması, işğal amilinin aradan qaldırılması, məcburi köçkünlərin fundamental hüquqlarının bərpa olunmasından asılıdır.

    Yalnız Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrindəki Ermənistan silahlı qüvvələrinin bu ərazilərdən dərhal, tam və qeyd şərtsiz çıxarılması və Azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtması iki ölkə arasında normal qonşuluq münasibətlərinin qurulmasına və bölgədə davamlı sülh, təhlükəsizlik və rifahın bərpa olunmasına imkan yaradacaqdır.

    Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi, Laçın, habelə ölkənin digər işğal olunmuş rayonlarından olan məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq kimi hüquqlarının təmin edilməsi və ümumilikdə münaqişənin ağır fəsadlarının aradan qaldırılması beynəlxalq ictimaiyyətinin öhdəliyi olmaqla yanaşı, BMT Nizamnaməsində təsbit edildiyi kimi Azərbaycan dövlətinin ayrılmaz hüququdur”.

  • İlham Əliyev müsəlman ölkələrinin səfirlərini qəbul edib – FOTO

    Mayın 17-də Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Dövlətimizin başçısı görüşdə çıxış edib.





  • Prezidentdən sənədsiz evlərlə bağlı mühüm tapşırıq

    Prezident İlham Əliyev sənədsiz evlərin rəsmiləşdirilməsi üçün müvafiq tapşırıq verib.

    Bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Binəqədi rayonu Binəqədi qəsəbəsində sakinlərlə görüşündə məlumat verib.

    Onun sözlərinə görə, tapşırığa uyğun olaraq, xüsusi komissiya yaradılıb:

    “Bəzi sakinlər uzun illər yaşadığı evi rəsmiləşdirə bilmir. Yəqin ki, yaxın günlərdə bu məsələ nəinki Bakıda, bütün respublikada öz həllini tapacaq”.