Category: Siyasət

  • Əflatun Amaşov Fuad Abbasovun saxlanılmasını pislədi

    Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalist Fuad Abbasovun mayın 16-da Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmasına münasibət bildirib.

    Median.Az-ın ONA-ya istinadən xəbərinə görə, MŞ sədri bildirib ki, Fuad Abbasov tanınmış jurnalistdir və mövqeyində hər zaman ardıcıllığı ilə fərqlənir, Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırılmasında yaxından iştirak edir: “Fuad Abbasov jurnalist kimi Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini qətiyyətlə dəstəkləyir. Belə bir adamın bu cür vəziyyətlə üzləşməsi bizi ciddi şəkildə narahat etməkdədir.

    Biz onun vəkili Elman Paşayevlə əlaqə saxlayırıq. Onun bildirdiyinə görə, jurnalistə qarşı fiziki təzyiq də göstərilib. Görünür, jurnalistlə bağlı müəyyən maraqlı qüvvələr var. Bu hal da narahatlıq və təəssüf doğurur. Ümumən durumu Rusiyanın jurnalist təşkilatları ilə də müzakirə edirik. Baxmayaraq ki, F. Abbasovun deportasiyası barədə qərar verilib, inanırıq ki, yekunda məsələ ədalətli həllini tapacaq”.

    Qeyd edək ki, tanınmış jurnalist Fuad Abbasov mayın 16-da Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onun mayın 28-də Azərbaycana deportasiya olunması gözlənilir. F. Abbasov miqrasiya qanunvericiliyini pozmaqda təqsirli bilinir.

  • Mehriban Əliyeva Kürdəxanıda – FOTO

    Mayın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində olublar.

    AZƏRTAC xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əvvəlcə Kürdəxanı qəsəbəsində Hüseynbala Ağaverdiyev adına 113 saylı tam orta məktəbinə gəliblər.

    Məlumat verilib ki, Kürdəxanı qəsəbəsində 6 min nəfər əhali yaşayır. Burada bir məktəb var. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu təhsil ocağının siniflərinə baxdılar, müəllim və şagirdlərlə görüşdülər.

    113 saylı tam orta məktəb 2 korpusdan ibarətdir. Birinci korpus 1971-ci ildə inşa olunub. Sonuncu dəfə burada cari təmir işləri 2006-cı ildə aparılıb. Tədrisin Azərbaycan dilində aparıldığı məktəbdə ümumilikdə 2320 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 100 müəllim məşğul olur. Burada tədris 2 növbəlidir. Mehriban Əliyevaya məlumat verildi ki, məktəbin 2-ci korpusu isə 2008-ci ildə inşa olunub. Birinci vitse-prezident məktəbdə müvafiq təmir-bərpa işlərinin aparılmasına dair göstəriş verib.

    Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Kürdəxanı qəsəbəsinin sakini Telman Əliyevin ailəsində qonaq olublar.

    Qeyd edək ki, Telman Əliyev ailəsi ilə birlikdə Mərdəkan qəsəbəsində yerləşən ziyarətgahda olarkən Azərbaycanın Birinci vitse-prezidenti ilə görüşüblər və Mehriban Əliyevanı evlərinə çay süfrəsinə dəvət ediblər.

    Telman Əliyevin ailəsi ilə görüşdə Mehriban Əliyeva bildirdi ki, qəsəbənin sosial-iqtisadi inkişafı, iş yerlərinin yaradılması istiqamətində işlər bundan sonra da davam etdiriləcək. Ailə üzvləri Kürdəxanı qəsəbəsinin inkişafına göstərdiyi diqqətə görə Azərbaycanın Birinci vitse-prezidentinə minnətdarlıq ediblər.

    Sonda Telman Əliyevin ailəsinin adından Mehriban Əliyevaya hədiyyə təqdim olunub və xatirə şəkli çəkdirilib.











  • İlham Əliyev Bakıda marketdə – FOTO

    Prezident İlham Əliyev bu gün Sabunçu rayonunda olub.

    Sabunçu dəmiryolu vağzalı kompleksinin açılışında iştirak üçün rayona yollanan ölkə başçısı əvvəlcə qəsəbə sakinləri ilə görüşüb, onlarla söhbət edib.

    Bundan başqa, prezident ərazidə yerləşən ərzaq mağazalarından birinə də baş çəkib.






  • Bu dövlət rüsumları artırıldı – Yeni qiymətlər

    Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vərəqələrinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumları dəyişir.

    Mayın 21-də Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.

    Qüvvədə olan qanuna görə,yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vərəqəsinin verilməsi və müddətinin uzadılması ilə əlaqədar:

    3 ayadək müddət üçün – 30 manat
    6 ayadək – 60 manat,
    1 ilədək – 120 manat,
    1 il 6 ayadək – 180 manat,
    2 ilədək – 240 manat,
    2 il 6 ayadək – 300 manat,
    3 ilədək müddət üçün – 360 manat dövlət rüsumu alınır.

    Təklif edilən dəyişikliyə əsasən, yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanə arzisində müvəqqəti yaşamaq üçün icazə vərəqəsinin 15 iş günü ərzində verilməsi və müddətinin uzadılması ilə əlaqədar üç ayadək müddət üçün 40 manat, altı ayadək müddət üçün 80 manat, bir ilədək müddət üçün 160 manat, 1 il 6 ayadək müddət üçün 240 manat, iki ilədək müddət üçün 320 manat, 2 il 6 ayadək müddət üçün 400 manat, üç ilədək müddət üçün 480 manat dövlət rüsumu alınacaq.

    İcazə vərəqəsi 20 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda isə üç ayadək müddət üçün 30 manat, altı ayadək müddət üçün 60 manat, bir ilədək müddət üçün 120 manat, 1 il 6 ayadək müddət üçün 180 manat, iki ilədək müddət üçün 240 manat, 2 il 6 ayadək müddət üçün 300 manat, üç ilədək müddət üçün 360 manat dövlət rüsumu alınacaq.

    Qüvvədə olan qanuna görə, yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vərəqəsinin verilməsi və müddətinin uzadılması ilə əlaqədar üç ayadək müddət üçün 15 manat, altı ayadək müddət üçün 30 manat, bir ilədək müddət üçün 60 manat, 1 il 6 ayadək müddət üçün 90 manat, iki ilədək müddət üçün 120 manat, 2 il 6 ayadək müddət üçün 150 manat, üç ilədək müddət üçün 180 manat dövlət rüsumu alınır.

    Təklif edilən dəyişikliyə əsasən, yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanə ərazisində müvəqqəti yaşamaq üçün icazə vərəqəsinin 15 iş günü ərzində verilməsi və müddətinin uzadılması ilə əlaqədar üç ayadək müddət üçün 25 manat, altı ayadək müddət üçün 50 manat, bir ilədək müddət üçün 100 manat, 1 il 6 ayadək müddət üçün 150 manat, iki ilədək müddət üçün 200 manat, 2 il 6 ayadək müddət üçün 250 manat, üç ilədək müddət üçün 300 manat dövlət rüsumu alınacaq.

    İcazə vərəqəsi 20 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda isə üç ayadək müddət üçün 15 manat, altı ayadək müddət üçün 30 manat, bir ilədək müddət üçün 60 manat, 1 il 6 ayadək müddət üçün 90 manat, iki ilədək müddət üçün 120 manat, 2 il 6 ayadək müddət üçün 150 manat, üç ilədək müddət üçün 180 manat dövlət rüsumu alınacaq.

    //oxu.az

  • İlham Əliyev qatarla Bakıxanov və Keşlə vağzallarına getdi – FOTO

    Mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib, yeni inşa edilən Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olub.

    AZƏRTAC xəbər verir ki, dövlət başçısı əvvəlcə qəsəbə sakinləri ilə görüşüb söhbət edib.

    Sakinlər göstərdiyi yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

    Sonra xatirə şəkli çəkdirilib.

    Daha sonra Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalının rəmzi açılışını bildirən lenti kəsib.

    “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov dövlət başçısına Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə görülən işlər barədə məlumat verib.

    Sonra Prezident İlham Əliyev sərnişin qatarı ilə Bakıxanov və Keşlə vağzallarına gedib, burada yaradılan şəraitlə tanış olub.






















  • Bakıya təbrik yağışı yağır

    Qarşıdan gələn Milli bayramınız – Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə xarici dövlət və hökumət başçılarından təbrik məktubları gəlməkdə davam edir. Median.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, b gün Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet, İsveçin Kralı XVI Karl Qustav, Hindistan Respublikasının Prezidenti Ram Nat Kovind, İraq Respublikasının Baş naziri Adil Abd Əl-Mehdi, Avstraliya İttifaqının General-Qubernatoru Piter Kosqrov, Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Koreya Respublikasının Prezidenti Mun Ce-indən Bakıya təbrik məktubları daxil olub.

    Məktublarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Respublika Günü münasibətilə təbrik edilir, ona Azərbaycan xalqının firavanlığı və xoşbəxtliyi uğrunda uğurlar arzulanır.

  • Leyla Abdullayeva: “Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar üç istiqamətdə aparılır”

    Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar üç istiqamətdə aparılır.

    Median.Az bildirir ki, bunu Trend-ə “PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah” videolayihəsi çərçivəsində Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

    L.Abdullayeva bildirib ki, birinci istiqamət siyasi və təhlükəsizlik istiqamətidir. İkinci istiqamət iqtisadi və ticari məsələləri əhatə edir. Üçüncü istiqamət isə sektoral əməkdaşlıq adlanır, yəni müxtəlif sahələrdə Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud olan əməkdaşlıq münasibətlərindən bəhs edir:

    “Sazişin mətninin böyük hissəsi, demək olar ki, 90 faizindən çoxu razılaşdırılıb, yerdə qalan məsələlər üzərində danışıqlar davam etdirilir. Sazişin nə vaxt imzalanması böyük əhəmiyyət kəsb etmir. Bizim üçün ən vacibi keyfiyyət məsələsidir və maraqlarımıza cavab verən bir sazişin əldə olunmasıdır. Azərbaycan tərəfi öz mövqeyini ifadə etdi ki, əgər bu geniş sənəd olacaqsa, “Şərq Tərəfdaşlığı” Proqramında iştirakçı ölkələrin marağında olan və prinsipal xarakter daşıyan məsələlər burada öz əksini tapmalıdır. Necə ki bundan əvvəl “Şərq Tərəfdaşlığı” sammitlərinin nəticəsində qəbul olunmuş yekun bəyanatlarda bu məsələlərə yer ayrılır. O cümlədən ən vacib məqam ərazi bütövlüyü ilə bağlıdır. Bu sənəddə “Şərq Tərəfdaşlığı”nın bundan öncə keçirilmiş zirvə toplantılarının yekununda qəbul edilmiş sənədlərə istinad edildi. Həmin sənədlərdə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət ifadə olunub”.

    L.Abdullayeva əlavə edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə illər boyu aparılan danışıqlarda əsas məqamlar bəllidir: “Bu gün əsas problem işğalçı ölkənin, yəni Ermənistanın bu məsələdə konkret siyasi iradə göstərməməsidir. Siyasi iradə olarsa, münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərində qeyd olunduğu kimi Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılarsa və didərgin salınmış azərbaycanlılar bu ərazilərə geri qayıdarsa, bundan sonra konkret irəliləyiş əldə olunacaq və bölgədə sülh və təhlükəsizlik təmin olunacaq”.

  • Kürdəmirlilərə ŞAD XƏBƏR

    Azərbaycan Prezidenti İlham Əliyev Kürdəmir rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Median.Az xəbər verir ki, sərəncama əsasən, Kürdəmir rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.25.1-ci yarımbəndində göstərilmiş məbləğin 20 145 000 (iyirmi milyon yüz qırx beş min) manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılır.

    Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

  • Prezident “ASAN xidmət”in tikintisinə 20 milyon manat ayırdı

    Prezident İlham Əliyev Kürdəmir rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Müvafiq sənədi AZƏRTAC dərc edib.

    Sərəncama əsasən, Kürdəmir rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 20 145 000 (iyirmi milyon yüz qırx beş min) manat ayrılıb.

    Maliyyə Nazirliyinə sənəddə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

  • İlham Əliyev Zurab Seretelini təltif edib

    Prezident İlham Əliyev Zurab Konstantinoviç Seretelinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Sereteliyə orden Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə verilib.