Category: Siyasət

  • Prezident İlham Əliyev Brüsseldə Belçikalıların Kralı Filip ilə görüşüb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Belçika Krallığına işgüzar səfərə gəlib.

    AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belçikalıların Kralı Əlahəzrət Filip ilə görüşü olub.

    Görüşdə Azərbaycan-Belçika ikitərəfli münasibətləri, regiondakı vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edildi.

    Prezident İlham Əliyev Belçikalıların Kralı Əlahəzrət Filipə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verərək Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal olunduğunu, münaqişənin həllinin yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında və ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu diqqətə çatdırdı.

    Söhbət zamanı ölkələrimiz arasında iqtisadi əməkdaşlıq məsələlərinə toxunuldu, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olundu və Prezident İlham Əliyevin Belçikaya səfərinin ikitərəfli münasibətlərin genişləndirilməsinə töhfə verəcəyi bildirildi.

  • Prezident Fuad Ələsgərovu təltif etdi

    Fuad Murtuz oğlu Ələsgərov “Şöhrət” ordeni ilə təltif edilib.

    Bu barədə müvafiq sərəncamı mayın 13-də Prezident İlham Əliyev imzalayıb.

    F.Ələsgərov dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

    Qeyd edək ki, mayın 14-də F.Ələsgərovun 60 yaşı tamam olur.

    Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri, 1-ci dərəcəli dövlət müşaviridir.

    Fuad Ələsgərov 1959-cu il mayın 14-də Bakı şəhərində anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət Universitetininin hüquq fakültəsini bitirib.

    1981-1984-cü illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat və VVAQ İdarəsində məsləhətçi, 1984-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə orqanları idarəsində məsləhətçi, 1984-1987-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nəzarət və icranın yoxlanılması idarəsində baş məsləhətçi, 1987-1990-cı illərdə Bakı şəhəri Suraxanı Rayon Xalq Məhkəməsində Xalq hakimi, 1990-1994-cü illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü, 1994-1998-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Dövlət-hüquq şöbəsinin müdiri vəzifələrində çalışıb.

    Azərbaycan Respublikası Prezidentinin 25 aprel 1998-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

    Prezidentin 2004-cü il 21 aprel tarixli Sərəncamı ilə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü təyin olunub. Prezidentin 2005-ci il 14 fevral tarixli Sərəncamı ilə Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilib.

    Prezident yanında Əfv Məsələləri Komissiyası və Prezident yanında Vətəndaşlıq Məsələləri Komissiyasının üzvüdür.

    Prezidentin 31 may 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri təyin edilib.

    Azərbaycan Respublikasında qanunvericiliyin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2010-cü il 22 iyun tarixli Sərəncamı ilə “Əməkdar Hüquqşünas” fəxri adı verilib.

    1996-2005-ci illərdə Milli Məclisin sədri olmuş Murtuz Ələsgərovun oğludur.

  • Kaliforniyanın daha bir şəhərində “Azərbaycan Milli Günü” elan edildi

    ABŞ-ın Kaliforniya ştatının Örvayn şəhəri 2019-cu il mayın 28-ni “Azərbaycan Milli Günü” elan edib.

    Bu barədə oxu.az-a Los-Ancelesdəki Baş Konsulluqdan məlumat verilib.

    Məlumata görə, bununla bağlı şəhər meri Kristina Shea (Christina Shea) müvafiq bəyannamə imzalayıb.

    Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamədə azərbaycanlı-amerikalıların şəhərin sosial və iqtisadi həyatına əvəzolunmaz töhfələr verməkdə davam etdiyi bildirilir.

    Bəyannamədə azərbaycanlı-amerikalıların güclü ailə bağları, ictimai dəstək və zəngin mədəni irsi vasitəsilə ABŞ-da daha da güclənərək inkişaf etdiyi qeyd olunur.

    Sənəddə bütün dünyada yaşayan azərbaycanlıların 28 may tarixini Azərbaycanın Milli Günü kimi bayram etdiyi vurğulanaraq, Şəhər Şurasının Örvaynda yaşayan azərbaycanlı-amerikalı icmasının dəyərli töhfələrini təqdir etdiyi deyilir.

    Bəyannamənin sonunda Örvayn Şəhər Şurası tərəfindən 28 may tarixi sözügedən şəhərdə “Azərbaycan Milli Günü” elan edilir.

  • İlham Əliyev Milli Qəhrəmanın müalicəsini nəzarətə götürüb

    Ukraynanın paytaxtı Kiyev şəhərində insult keçirən Milli Qəhrəmanımız Zabit Quliyevin müalicəsi Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa tapşırığı əsasında ciddi nəzarətə götürülüb.

    Bu barədə oxu.az-a açıqlamasında Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev məlumat verib.

    Səfir bildirib ki, hadisə baş verəndən sonra Z.Quliyevin ilkin müalicə aldığı xəstəxanada olub, həkimlərlə danışıqlar aparılıb. “Sonradan Milli Qəhrəmanımızın peşəkar həkim müayinəsində müalicə alması üçün o, mayın 11-nə keçən gecə A.P.Romodanova adına Neyro-Cərrahiyə İnstitutuna yerləşdirilib. Yenidən müayinəsi aparılıb. Həkimlər Zabil Quliyevin vəziyyətini orta ağır qiymətləndirirlər”, – deyə səfir əlavə edib.

    A.Xudiyevin sözlərinə görə, Milli Qəhrəmanımızın müalicəsi üçün lazım olan bütün tədbirlər davam etdiriləcək.

    Qeyd edək ki, tədbirlərdə iştirak etmək üçün Kiyevə gələn Z.Quliyevin səhhəti mayın 9-da qəflətən pisləşib. O, dərhal xəstəxanaya yerləşdirilib.

  • Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib – YENİLƏNƏCƏK

    Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.

    Dövlət başçısı mərasimdə nitq söyləyib.

  • Xoşbəxt Yusifzadəyə Heydər Əliyev Mükafatı verilib – SƏRƏNCAM

    Prezident İlham Əliyev Xoşbəxt Yusifzadəyə Heydər Əliyev Mükafatının verilməsi haqqında sərəncam imzalayıb.

    AZƏRTAC-ın məlumatına görə, sərəncamla Azərbaycanda neft sənayesinin inkişafında xüsusi xidmətlərinə görə Xoşbəxt Bağı oğlu Yusifzadəyə Heydər Əliyev Mükafatı verilib.

  • Bir sıra incəsənət xadimlərinə Prezident mükafatları veriləcək

    Prezident İlham Əliyev incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.

    Müvafiq sənədi AZƏRTAC dərc edib.

    Sərəncamla səhnə fəaliyyəti ilə bağlı aşağıdakı aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları veriləcək:

    Abbasov Tariyel Abbasqulu oğlu

    Abdullayev Mətləb Fətəli oğlu

    Abdullayeva Xurşid Lütfəli qızı

    Abdurahmanov Yusif Fikrət oğlu

    Adıgözəlov Yalçın Vasif oğlu

    Axundov Bəxtiyar Ağayar oğlu

    Allahverdiyev Vasif Kərim oğlu

    Allahverdiyeva Naibə Siyavuş qızı

    Babayev Zeynalabdin Abdulla oğlu

    Babayeva Stella Rza qızı

    Bağırov Tamerlan Kamal oğlu

    Baliyeva Natalya Gennadyevna

    Bayramov Təyyar Allahverdi oğlu

    Bəxtiyarov Rəşad Bəhram oğlu

    Bulax Svetlana Mixaylovna

    Butenko İqor Leonidoviç

    Cəfərov Mircavad Mirqəfər oğlu

    Cəfərov Novruz Adil oğlu

    Cəfərov Samir Qədir oğlu

    Eldarova Nəsibə Novruz qızı

    Eyyubov Musa Eyyub oğlu

    Əbdülsəmədova Zemfira Feyzulla qızı

    Əhmədli Bəhruz Vaqif oğlu

    Əhmədov İlkin Qənbər oğlu

    Ələkbərzadə Mehriban Zaur qızı

    Əliyev Ələkbər Həsən oğlu

    Əliyev Sərvər Bəhlul oğlu

    Əliyev Vahid Əsgər oğlu

    Əliyev Vaqif Səfər oğlu

    Əliyeva Böyükxanım Həsənbala qızı

    Əliyeva Dilarə Asif qızı

    Əliyeva Gülüstan Həsən qızı

    Əliyeva Nərgiz Arzu qızı

    Əliyeva Şəfəq Rəsul qızı

    Əmirbəyova Rita Cəmil qızı

    Əmirov Cəmil Fikrət oğlu

    Əsədova Məleykə Əlifağa qızı

    Əsədova Səbinə Çingizovna

    Əsədullayev Toğrul Mirnazim oğlu

    Əsgərov Əli Rəhim oğlu

    Əsgərov Əsgər Əkbər oğlu

    Əsgərov Qoçaq Məhərrəm oğlu

    Əzizov Əzizağa Ağayar oğlu

    Ferşdant Makar Sergeyeviç

    Göyçayev Teymur Ənvər oğlu

    Gözəlova İradə Vaqif qızı

    Hacıyeva Fidan Hacıağa qızı

    Hacıyeva Sevil İnşalla qızı

    Heybətov Anar Mithət oğlu

    Heydərova Çinarə Yaşar qızı

    Həmidov Əjdər Qüdrət oğlu

    Həsənquliyev Kazım Feyruz oğlu

    Həsənova İradə Aslan qızı

    Həşimova Növrəstə Xanəli qızı

    Hüseynov Tofiq Əbdülrəhim oğlu

    Hüseynova Gülnarə Hüseyn qızı

    Hüseynova Kamilla Fikrət qızı

    Hüseynova Laləzar Ramil qızı

    Xanızadə Bəxtiyar Oqtay oğlu

    Xanlarova Mehriban Aslan qızı

    Xasıyev Nadir Şənbə oğlu

    Xəlilzadə Rüfət Eldar oğlu

    İbrahimova Səbinə Vaqif qızı

    İbrahimova Şəhla İbrahim qızı

    İmanov Vaxtanq Yaşar oğlu

    İmanova Gülbacı Əliəkbər qızı

    İsgəndərova Sənubər Sabir qızı

    İsmayılov Qurban İbrahim oğlu

    Kazımov Nicat Mirəziz oğlu

    Kərimov Fəxrəddin Nuri oğlu

    Kərimov Loğman Seyfulla oğlu

    Kərimova Cəmilə Rüstəm qızı

    Kərimova Qərinə Rəhim qızı

    Qarayev Elnar Cəfər oğlu

    Qasımov Məmmədsəfa Məmmədəli oğlu

    Qasımov Yusif Əli oğlu

    Qəmbərli Ayaz Vahab oğlu

    Qəmbərov Salman Hüseyn oğlu

    Qəribova Nargilə Dursun qızı

    Qrafkin Boris Fyodoroviç

    Quliyev Cəmil Elşad oğlu

    Quliyev Elxan Əlibala oğlu

    Quliyev Əyyub Ramiz oğlu

    Quliyev Hafiz Məhərrəm oğlu

    Quliyev Qabil Əzizulla oğlu

    Quliyev Rövşən Vaqif oğlu

    Quliyeva İntizar Təhməzqulu qızı

    Quliyeva Şəlalə Şahvələd qızı

    Qurbanov Cahangir Qafar oğlu

    Qurbanov Oruc İzzət oğlu

    Qurbanova Gülzar Qurban qızı

    Qurbanova Pərvanə Yaqub qızı

    Mahmudov Zülfüqar Xudaverdi oğlu

    Mehmandarov Mustafa Adil oğlu

    Məhərrəmov Firudin Əliməmməd oğlu

    Məmmədxan Ucal İsa oğlu

    Məmmədov Anar Ramiz oğlu

    Məmmədov Əbülfəz Səid oğlu

    Məmmədov Maqsud Fazil oğlu

    Məmmədov Natiq Hidayət oğlu

    Məmmədov Sabir Novruz oğlu

    Məmmədov Səyyad Çapay oğlu

    Məsimov Qurban Abdulla oğlu

    Məstanov Vaqif Teyyuboviç

    Mikayılov Anar Şamil oğlu

    Mirişli Nazim Ramiz oğlu

    Mirqasımova Ayan Oqtay qızı

    Mirzəhəsənov Hüseyn-Səfa Qvaməddin oğlu

    Mirzəyev Gülağası Ağahüseyn oğlu

    Mirzəyev Rafiq İsmayıl oğlu

    Musayeva Səmayə Məmməd qızı

    Musayeva Şükufə İmran qızı

    Mustafayev Arzu Əhməd oğlu

    Mustafayeva Laləzar Bəşir qızı

    Nəbizadə Zabit Gülxan oğlu

    Nəsirova Hicran Fətəli qızı

    Nəzərov İlham İslam oğlu

    Novruzova Nübar Qulu qızı

    Nuriyev Nurlan Nurməmməd oğlu

    Nurzadə Əli Qayıb oğlu

    Osmanov Bəhram Məcid oğlu

    Piriyev İvtixar Fəhrat oğlu

    Poladov Əkrəm Nicat oğlu

    Rüstəmov Elşən Mərdan oğlu

    Sabayev Andrey Yuryeviç

    Sadıqov Anar Babalı oğlu

    Salahov Əbülfət Yusif oğlu

    Salmanov Nicat Fərhad oğlu

    Seyidov Uran Seyidmusa oğlu

    Səlimli Mirbala Seyidəsgər oğlu

    Səlimov Ruslan Xanbala oğlu

    Səmədov Şükür Hacıbala oğlu

    Spitsina Yelena Eduardovna

    Süleymanova Ulduz İbrahim qızı

    Şarovskaya Natalya Yuryevna

    Şərifəliyeva Səidə Vahid qızı

    Şərifov Munis Məhəmməd İsmayıl oğlu

    Şıxəliyev Ramin Tofiq oğlu

    Şirəliyev Elşən Şıxəli oğlu

    Şirməmmədov Xamis Xanmirzə oğlu

    Tağızadə İrana Tofiq qızı

    Vahabzadə Səbinə Qulam qızı

    Vəliyev Nofəl Abdulməcid oğlu

    Vəliyeva Nigar Natiq qızı

    Yaqubov Şıxı Miriş oğlu

    Yaqubova Ella İsmayıl qızı

    Zeynalov Azər Zeynalabdin oğlu

    Zeynalov Elnur Əli oğlu

    Zəki Mehriban Mürvət qızı

    Zülfüqarov Cahangir Oqtay oğlu.

  • Bu şəxslərə Prezidentin fərdi təqaüdü veriləcək – SİYAHI

    Prezident İlham Əliyev Azərbaycan mədəniyyət və incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.

    Müvafiq sənədi AZƏRTAC dərc edib.

    Sərəncama əsasən, Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında xidmətlərinə görə Abdullayev Ağasəlim Sahib oğlu, Ağamalızadə Müzəffər Məmməd İbrahim oğlu, İslamzadə Akif Qədir oğlu, Quliyeva Səidə Əbülfəz qızı, Mütəllimova Firəngiz Bəhər qızı, Nərimanova Zemfira Əli qızı və Rəhimli İlham Əziz oğluna Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

  • “Keşikçidağ” məsələsi rəsmi səviyyədə müzakirə olunacaq

    Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Keşikçidağ” tarixi-mədəniyyət abidəsi ilə bağlı təxribat xarakterli bəyanatlar verilir. Sərhəd dövlət məsələsidir və bu məsələ dövlətlərarası danışıqlar çərçivəsində həll edilməlidir.

    Bunu Xarici işlər nazirin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında bildirib.

    Onun sözlərinə görə, Gürcüstanla dövlət sərhədinin delimitasiyası ilə 1996-cı ildən məşğul olunur:

    “Bu dövr ərzində daim danışıqlar aparılıb. Gürcüstanla sərhədin üçdə iki hissəsi delimitasiya edilib, üçdə bir hissəsində isə hələlik delimitasiya prosesi başa çatmayıb. Bu, böyük iş tələb edir. Danışıqlar davam etdirilir. Bu məsələlər ictimai müzakirə məsələləri deyil. Məsələ dövlətlərarası xarakter daşıyan ciddi məsələlərdir. Belə məsələlər kiminsə tarixi, yaxud dini fikir söyləməsindən asılı deyil. Məsələ ancaq hüquqi müstəvidə çözülə bilər”.

    “Azərbaycan və Gürcüstan 100 ildən artıqdır ki, bu sərhədlər çərçivəsində yaşayırlar. Sovet vaxtında da, SSRİ dağılandan da sonra da bu sərhədlər çərçivəsində yaşamışıq. Təbii ki, bu sərhədlərin mövcudluğu barədə müvafiq hüquqi sənədlər var. Ona görə də mən bir daha bildirirəm ki, belə məsələlər hüquqi müstəvidə, danışıqlar yolu ilə həll ediləcək.

    Bundan əlavə, tarixən Gürcüstan və Azərbaycan xalqları arasında qarşılıqlı dostluq, qonşuluq münasibətləri mövcuddur”, – deyə nazir müavini qeyd edib.

    X.Xələfov qeyd edib ki, Azərbaycan və Gürcüstan dövlətlərini strateji partnyorluq münasibətləri birləşdirir:

    “Hər iki dövlətin iştirakı ilə beynəlxalq əhəmiyyətli, strateji əhəmiyyət kəsb edən işlər görülüb. Biz bu gün də bu layihələrin üzərində işləyirik. Səslənən müxtəlif bəyanatlar hər iki dövlətin maraqlarına uyğun deyil. Hər iki xalqın marağına ziddir. Belə söhbətlər məsələnin həllinə xidmət edə bilməz.

    Azərbaycan və Gürcüstan arasında olan dövlətlərarası münasibətlərin potensialı imkan verir ki, biz bu məsələni hüquqi müstəvidə həll edək. Azərbaycan və Gürcüstanın Xarici işlər nazir müavinləri səviyyəsində gələn həftə görüş keçiriləcək. Aparılan məsləhətləşmələr nəticəsində komissiyanın növbəti iclasının vaxtı müəyyən olunacaq”.

    //oxu.az

  • Heydər Əliyevə həsr olunmuş film təqdim olundu

    Bu gün Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev – Azərbaycan gənclərinin ilham mənbəyi” adlı tədbir keçirilib.

    Tədbirdə Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, Gənclər və idman nazirinin müavini Intiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkili Şahin Ismayılov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və “Space” Müstəqil Teleradio Şirkətinin prezidenti, kinorejissor Vaqif Mustafayev və 300-dən artıq gənc və gənclər təşkilatlarının nümayəndələri iştirak edib.

    Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra yüzlərlə gəncin iştirakı ilə keçirilmiş Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş fləşmobun qısa videoçarxı nümayiş olunub.

    Tədbiri giriş sözü ilə açan Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev bildirib ki, Ulu öndər Heydər Əliyev millətin taleyi üçün böyük əhəmiyyət kəsb edən bütün fəaliyyət sahələrini, xüsusilə gənclər siyasətini həmişə diqqətdə saxlayıb. Onun ölkəyə rəhbərliyinin hər iki dövründə bütün sahələr dövlət səviyyəsində layiqli dəyərini alıb.

    Tədbirdə çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Azərbaycanın inkişafı və bütün dünyada tanınmasında Heydər Əliyevin misilsiz xidmətlərindən, eləcə də, onun gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb.

    Çıxış edən xalq artisti Vaqif Mustafayev Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Sonda V.Mustafayevin ümummilli liderə həsr olunmuş “Əsl məhəbbət haqqında” sənədli filmi nümayiş olunub.