Daha bir icra başçısı vəzifəsindən azad edildi – TƏYİNAT

Prezident İlham Əliyev Məhərrəm Böyükağa oğlu Quliyevin Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncamın mətni AZƏRTAC-da dərc edilib.

Dövlət başçısının digər sərəncamı ilə Nizaməddin Məhəmməd oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.