Category: Siyasət

  • Deputatlar ilin son iclasına toplaşıblar

    Bu gün 2018-ci ildə Milli Məclisin (MM) sonuncu plenar iclası keçirilir.

    Sonuncu plenar iclasının gündəliyinə 52 məsələ daxil edilib.

    İclasda bir sıra məcəllələrə və qanunlara dəyişikliklər layihəsi müzakirə olunacaq və qəbul ediləcək.

    İclasda dünya azərbaycanlılarına müraciət qəbul olunacaq.

    MM-in payız (qış) sessiyası dövlət himninin səslənməsi ilə öz işini başa vuracaq.
    ..oxuşaz

  • İlham Əliyev idman-sağlamlıq klubunun açılışında – FOTO

    Dekabrın 27-də Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun açılışı olub.

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev açılışda iştirak edib.

    Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlət başçısına raport verib.

    Prezident İlham Əliyev idman-sağlamlıq klubunun rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

    Fövqəladə hallar naziri Kəmaləddin Heydərov idman-sağlamlıq klubunda yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verib.






















  • Harvard Universitetinin proqram direktoru Azərbaycandan üzr istədi

    Amerika Birləşmiş Ştatlarının vətəndaşı, Harvard Universitetinin Kennedi məktəbinin Avrasiya Təhlükəsizliyi Proqramının direktoru, Sergey Konoplyov Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilir ki, Sergey Konoplyov məktubunda Azərbaycanın razılığı olmadan 2012-ci ildə işğal olunmuş Azərbaycan ərazilərinə səfərinin doğuracağı nəticələr barədə məlumatlı olmadığını yazır.

    “O, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyi və qanunlarına hörmət etdiyini və bu səfərin Azərbaycan Respublikasına və xalqına qarşı hörmətsizlik anlamı daşımadığını vurğulayır.

    Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, Sergey Konoplyov Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini ifadə edir.

    O, işğal olunmuş ərazilərə qanunsuz səfəri ilə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini və gələcəkdə Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməyəcəyini vurğulayır.

    Həmçinin Sergey Konoplyov gələcəkdə ölkəmizə səfər etməsi üçün icazə verilməsini xahiş edir”, – deyə XİN-nin məlumatında qeyd olunur.

  • Prezident və xanımı Yeni Yasamalda istirahət parkında – FOTO

    Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Yasamal rayonunun Yeni Yasamal yaşayış massivi, Məhəmməd Xiyabani küçəsində yerləşən istirahət parkında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

    Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov parkda aparılan yenidənqurma və abadlıq işləri barədə məlumat verib.

    Bildirilib ki, bu istirahət parkı müasir səviyyədə yenidən qurulub. Ümumilikdə, 1,7 hektar ərazidə abadlıq işləri aparılıb, 9 min kvadratmetr sahədə yaşıllıq salınıb.

    Parkda suvarma və işıqlandırma sistemləri quraşdırılıb, gəzinti meydançaları salınıb, oturacaqlar qoyulub, dekorativ hasar çəkilib.

    Bu istirahət məkanında çay evi, kafe, gənclər evi, internet klub, qocalar evi inşa olunub.

    Burada, həmçinin idman və uşaq əyləncə qurğuları və fəvvarə də quraşdırılıb.



  • Prezident yol polislərinə verilən maşınlara baxdı – FOTOLAR

    Xəbər verdiyimiz kimi, bu gün Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris binasının açılışı olub.

    Prezident İlham Əliyev açılış mərasimində iştirak edib. Ölkə başçısı daha sonra xidməti istifadə üçün alınan yeni avtomobillərə baxıb.

    Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti bölüyünə təqdim olunacaq nəqliyyat vasitələri son model “Mercedes” AMG C43 markalı avtomobillərdir. İndiyədək Dövlət Yol Polisinin Yol Patrul Xidməti avtomobilləri əsasən BMW markalı maşın olub.




  • Azərbaycanın Birinci vitse-prezidentinin Katibliyi bəyanat yayıb

    Son zamanlar sosial şəbəkələrdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın adından saxta hesabların yaradılması, fotoşəkillərini paylaşaraq ona aid olmayan fikir, sitat və ölkə vətəndaşlarına müraciətlərin yayımlanması geniş yer alıb.

    Bu barədə Azərbaycanın Birinci vitse-prezidentinin Katibliyi yaydığı bəyanatda deyilir.

    “Bu cür yalan yazıların artmasını nəzərə alaraq, onların yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi bəyan edir ki, xanım Mehriban Əliyeva heç bir sosial şəbəkə istifadəçisi deyil və onun bütün müraciət və bəyanatları auditoriyaya yalnız rəsmi KİV vasitəsilə çatdırılır.

    Media və sosial şəbəkələrdə ölkənin Birinci vitse-prezidenti adından dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair saxta açıqlamaların verilməsi çaşqınlıq doğurur. Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyətinə dair dolğun, rəsmi və doğru informasiyaya sərbəst çıxış mövcud olduğu halda, həqiqətə uyğun olmayan məlumatların istifadəsi və paylaşılması yolverilməzdir.

    Təkidlə hər kəsi məsuliyyətli olmağa və yoxlanılmamış, saxta və təxribat xarakterli məlumatları yaymaqdan çəkinməyə çağırırıq”, – deyə bəyanatda qeyd olunur.

  • İlham Əliyev doğum gününü belə qeyd etdi – FOTO

    Xəbər verdiyimiz kimi, ötən gün, dekabrın 24-də Azərbaycan prezidenti İlham Əliyevin 57 yaşı tamam olub.

    Dövlət başçısının qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva prezidentin doğum günündən çəkilən fotoları öz “Instagram” hesabında paylaşıb.

    “Səmimi təbriklərə görə hamıya dərin təşəkkürümü bildirirəm! Qoy Tanrı bütün ataları, eləcə də, mənim atamı, dünyanın ən yaxşı Prezidenti olan bizim Prezidentimizi qorusun”, – L.Əliyeva fotolara şərhdə yazıb.









  • Prezident İlham Əliyevin doğum günüdür

    Bu gün Azərbaycan prezidenti İlham Əliyevin doğum günüdür.

    İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. Orta təhsilini 1967-1977-ci illərdə Bakı şəhərində alan İ.Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ – MQİMO) daxil olub, ali təhsilini müvəffəqiyyətlə başa vuraraq elmi fəaliyyətini institutun aspiranturasında davam etdirib.

    1985-ci ildə dissertasiya müdafiə edən İ. Əliyev tarix elmləri namizədi alimlik dərəcəsi alıb və 1990-cı ilədək MDBƏİ-də müəllim işləyib. Gələcək dövlət başçısı 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifəsində çalışıb.

    1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilən İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. AŞPA-da siyasi fəaliyyəti çərçivəsində 2003-cü ilin yanvar ayında qurumun sədr müavini və Büro üzvü seçilib. 2003-cü ildə baş nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar İlham Əliyevin deputat səlahiyyətlərinə xitam verilib. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının prezidenti seçilib və oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88 faizindən çoxunun səsini qazanan İlham Əliyev yenidən Azərbaycan Respublikasının prezidenti seçilib.

    2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində isə növbəti dəfə qələbə qazanıb.

    2018-ci ilin 11 aprel tarixində keçirilən növbədənkənar prezident seçkilərində İlham Əliyev növbəti dəfə Azərbaycanın prezidenti seçilib.

    Qeyd edək ki, İlham Əliyev həmçinin 1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib.

    Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.

    Evlidir. Üç övladı var.

    Median.Az kollektivi Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, dövlət başçısına uzun ömür, cansağlığı, fəaliyyətində uğurlar arzulayır!

  • Prezident 2019-cu ilin dövlət büdcəsini təsdiqləyib

    Prezident İlham Əliyev Azərbaycanın 2019-cu il dövlət büdcəsini təsdiqləyib.

    Dövlət başçısı “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanunu imzalayıb.

    2019-cu il dövlət büdcəsinin gəlirləri 23 168 000,0 min manat, xərcləri 25 190 000,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 22 429 234,0 min manat, yerli gəlirləri 738 766,0 min manat, mərkəzləşdirilmiş xərcləri 24 347 188,0 min manat, yerli xərcləri 842 812,0 min manat) məbləğində təsdiq edilib.

    Qeyd edək ki, qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək.

  • Prezident Ramil Usubovu “Şöhrət” ordeni ilə təltif etdi

    Prezident İlham Əliyev daxili işlər naziri, general-polkovnik Ramil Usubovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikasında hüquq-mühafizə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ramil İdris oğlu Usubov “Şöhrət” ordeni ilə təltif edilib.