Category: Siyasət

  • Prezident fərman verdi: Türkmənistanla əlaqələr genişləndirilir

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında sənaye sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

    Saziş 2018-ci il noyabrın 22-də Aşqabad şəhərində imzalanıb.

    Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərmək tapşırılır.

    ***

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019−2021-ci illər üçün ticarət-iqtisadi Əməkdaşlıq Proqramının təsdiq edilməsi haqqında fərman imzalayıb.

    Əməkdaşlıq Proqramı 2018-ci il noyabrın 22-də Aşqabad şəhərində imzalanıb.

    Fərmanda Əməkdaşlıq Proqramı qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görəcək.

    Xarici İşlər Nazirliyinə tapşırılır ki, Əməkdaşlıq Proqramının qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərsin.

    ***

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında uzunmüddətli ticarət-iqtisadi əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

    Saziş 2018-ci il noyabrın 22-də Aşqabad şəhərində imzalanıb.

    Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

    Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərmək tapşırılır.

    ***

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iki ölkənin limanları vasitəsilə dəniz nəqliyyatı ilə beynəlxalq daşımaların inkişafı haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

    Saziş 2018-ci il noyabrın 22-də Aşqabad şəhərində imzalanıb.

    Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılır.

    Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərəcək.

    ***

    Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkmənistan Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

    Saziş 2018-ci il noyabrın 22-də Aşqabad şəhərində imzalanıb.

    Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Milli Elmlər AkademiyasıNA onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılır.

    Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərəcək.

    ***

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019−2022-ci illər üçün nəqliyyat sahəsində Əməkdaşlıq Proqramının təsdiq edilməsi haqqında fərman imzalayıb.

    Əməkdaşlıq Proqramı 2018-ci il noyabrın 22-də Aşqabad şəhərində imzalanıb.

    Əməkdaşlıq Proqramı qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

    Xarici İşlər Nazirliyinə tapşırılır ki, Əməkdaşlıq Proqramının qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərsin.

  • Prezident gömrük işçilərini təltif etdi – SİYAHI

    Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşları təltif ediliblər:

    3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Hüseynov İsmayıl Xəlil oğlu

    Xəlilov Təmkin Həsən oğlu

    Qaralov Səməd Əsəd oğlu

    “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

    Abbasov Mehman Abbas oğlu

    Ağayev Ziya Ağadayı oğlu

    Əhmədov Vüqar Səməd oğlu

    Əliyev Ələkbər Abdulla oğlu

    Əsgərov Niyazi Məhərrəm oğlu

    Hüseynov Ruslan Sabir oğlu

    İsmayılov Aftandil Nizami oğlu

    Qəribov Mahin Heydar oğlu

    Mehdi Akif İbad oğlu

    Məmmədov Qalib Müslüm oğlu

    Məmmədov Rəşad Qurban oğlu

    Nəsirov Valid Mais oğlu

    Nəsirova Minayə Ramiz qızı

    Niyazova İradə Səməd qızı.

  • Prezident Zərdabın icra başçısı ilə bağlı sərəncam imzaladı

    Azərbaycan Prezidenti İlham Əliyev sərəncam verib.

    Median.Az xəbər verir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə Lütvəli Babəli oğlu Babayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

    Məlumat üçün deyək ki, Lütvəli Babayev Zərdab Rayon İcra Hakimiyyətinin başçısıdır.

  • Prezident icra başçısını təltif etdi

    Lütvəli Babəli oğlu Babayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

    Bu barədə müvafiq sərəncamı yanvarın 29-da prezident İlham Əliyev imzalayıb.

    L.Babayev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə mükafatlandırılıb.

    Qeyd edək ki, L.Babayev 2007-ci ildən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.

  • İlham Əliyev dörd ilin yekunlarına həsr olunan konfransda

    Yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans keçirilir.

    Prezident İlham Əliyev konfransda iştirak edir.

  • Prezident Qarabağın işğalından danışdı: “Əgər Heydər Əliyev olsaydı torpaqlarımız işğal olunmazdı”

    Əgər o vaxt Heydər Əliyev Azərbaycanın rəhbəri olsaydı, torpaqlarımız heç vaxt işğal altına düşməzdi.

    Median.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Prezident Sarayında şəhid ailələri ilə görüşündə çıxışı zamanı deyib.

    Dövlətimizin başçısı qeyd edib ki, 1990-cı illərin əvvəllərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımız işğal altına, bir milyondan çox soydaşımız qaçqın, məcburi köçkün vəziyyətinə düşüb: “Biz minlərlə şəhid verdik, on minlərlə insan yaralandı, əlil oldu. O vaxt Azərbaycanda hakimiyyətsizlik dövrü idi. Bizim məğlubiyyətimizin əsas səbəbi ondan ibarət idi ki, o vaxt Azərbaycanda güclü lider yox idi. Müxtəlif qruplaşmalar hakimiyyət uğrunda mübarizə aparırdılar, bir-birinə qarşı təxribat törədirdilər və Ermənistan bundan istifadə edib torpaqlarımızın bir hissəsini zəbt etmişdir. Tam qətiyyətlə deyə bilərəm, – mən bunu dəfələrlə demişəm, – əgər o vaxt Heydər Əliyev Azərbaycanın rəhbəri olsaydı, torpaqlarımız heç vaxt işğal altına düşməzdi”.

    İlham Əliyev əlavə edib ki, 1990-cı illərin əvvəllərində AXC-Müsavat cütlüyünün xəyanətkar fəaliyyəti nəticəsində xalqımız böyük faciə ilə üz-üzə qalmışdır: “Siz bilirsiniz, bu gün biz çalışırıq ki, bu məsələni həll edək. Ordu quruculuğuna çox böyük diqqət göstərilir. Bizim ordumuz döyüş meydanlarında da öz gücünü göstərmişdir. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir. Biz bir neçə strateji mövqeyi işğalçılardan azad etmişik və o bölgələrdə, o yüksəkliklərdə Azərbaycan bayrağını qaldırmışıq. Bu gün Lələtəpədə, Ağdərə dağlarında, Naxçıvan dağlarında – hansılar ki, işğal altında idi, bu gün Azərbaycanın dövlət bayrağı dalğalanır.

    Eyni zamanda, bildiyiniz kimi, bu məsələni danışıqlar yolu ilə həll etməyə çalışırıq. Hesab edirəm ki, ölkəmizin artan potensialı, hərbi-iqtisadi gücü, dünyadakı mövqeyi bu gün bizim xeyrimizə işləyir və bu gün danışıqlar prosesində ölkəmizin mövqeləri kifayət qədər güclüdür”.

  • ““Polis qorxdu” kimi fikirlər gerçəklikdən çox uzaqdır” – Ramil Usubov

    Yanvarın 28-də Daxili İşlər Nazirliyində 2018-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

    Median.az xəbər verir ki, iclasda hesabat məruzəsi ilə çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov son günlər əsasən radikal müxalifəti təmsil edən destruktiv qüvvələrin paytaxtda guya icazəli mitinq keçirmək adı altında polis əməkdaşları ilə bilərəkdən qarşıdurma yaratmaqla, vətəndaşların istirahət hüquqlarını, sabitliyi, əmin-amanlığı, ictimai qaydanı kobud şəkildə pozmaqla, insanlarda qorxu və çaşqınlıq yaratmaqla müşayiət olunan hüquqazidd əməllərinə münasibət bildirib.

    O, son günlər özlərini yenidən gündəmə gətirmək istəyən müxalifət düşərgəsinin bəzi mənsublarının səsləndirdikləri, “polis qorxdu”, “hökumət geri çəkildi” kimi öz ətraflarını cürətləndirmək arzusundan doğan fikirlərin gerçəklikdən çox uzaq, heç vaxt reallaşmayacaq bir arzu olduğunu xatırladıb.

    DİN rəhbəri qətiyyətlə bəyan edib ki, daxili işlər orqanları siyasi baxışlarından, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq bütün vətəndaşlarımızın əmin-amanlığını, ölkəmizdəki sabitliyi istənilən təhdidlərdən, fürsətçi kəslərin və macəra axtaranların təxribatçı, avantürist hərəkətlərindən qoruyub, bundan sonra da qətiyyətlə qorumaqda davam edəcək, heç kəsin qanunazidd əməllərə əl atmaq cəhdlərinə imkan verilməyəcək.

  • Konstitusiya Məhkəməsi Ali Məhkəmənin daha bir qərarını ləğv etdi

    Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.

    Median.az AZƏRTAC-a istinadən xəbər verir ki, iclasda Z.İsmixanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2017-ci il 22 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

    Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, ərizəçinin nümayəndəsinin, mütəxəssislərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

    Qərara alınıb ki, Zərri İsmixanovanın Rəhman Ələkbərova qarşı bağ evinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək çıxarışın ləğv olunması və əvvəlki qeydiyyatın bərpası tələbi barədə mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2017-ci il 22 fevral tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı, 418.1-418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

    Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

  • Prezident əlillərə və şəhid ailələrinə 35 milyon manat ayırdı – SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Median.az xəbər verir ki, sərəncama əsasən, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.18.3-cü yarımbəndində göstərilən vəsaitin 35,0 (otuz beş) milyon manatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılıb.

    Maliyyə Nazirliyinə sənəddə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

  • İlham Əliyev: Azərbaycanın neft-qaz layihələri çox gəlirlidir – VİDEO

    Xəbər verdiyimiz kimi, yanvarın 21-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Davosda “Rossiya 1” televiziya kanalına müsahibə verib. Həmin müsahibə yanvarın 28-də “Rossiya 24” kanalında yayımlanıb.

    Median.Az AZƏRTAC-a istinadən müsahibəni təqdim edir.

    “Rossiya 24” telekanalının aparıcısı dedi: Bəzi ölkələrin beynəlxalq təşkilatların qərarlarına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə seçici yanaşması mövcud dünya quruluşuna mənfi təsir edir. Qaydaların pozulması ölkələr arasında gərginliyə gətirib çıxarır, qarşılıqlı fəaliyyətin səviyyəsi aşağı düşür və biznesi aparmaq çətinləşir.

    Bu fikirləri həmkarım Nailə Əsgərzadəyə müsahibəsində Davos İqtisadi Forumunun kuluarlarında Azərbaycan prezidenti İlham Əliyev bildirib. Həmin müsahibəni təqdim edirik.

    – İlham Heydər oğlu, suallarımıza cavab verməyə razılaşdığınız üçün çox sağ olun. Bu il neft bazarında hansı vəziyyəti gözləmək olar və qiymətlər necə ola bilər?

    – Mən düşünürəm ki, hər şey OPEC+ formatında birləşən ölkələr arasında razılıqların necə yerinə yetirildiyindən asılı olacaq. Azərbaycan öz tərəfindən zəruri tədbirləri görüb, neft hasilatının azaldılması ilə bağlı öhdəliklər götürüb və biz bu öhdəlikləri icra edirik. Buna görə də düşünürəm ki, əgər bütün ölkələr bu məsələyə məsuliyyətlə yanaşsalar, onda yəqin ki, qiymət bugünkü səviyyədə qalacaq.

    Bu, barelə görə 60-70 dollar deməkdir. Hərçənd bütün il üçün proqnozlaşdırmaq çox çətindir. Amma düşünürəm ki, əksər təhlilçilərin qiymətləndirməsinə görə təxminən bu səviyyə real ola bilər və həmçinin o, həm şirkətlər, həm ixracatçı ölkələr, həm də istehlakçılar üçün daha məqbuldur.

    – Ötən ilin sonunda məlum oldu ki, ABŞ-ın neft-qaz şirkətləri 25 il sonra Azərbaycanı tərk etmək qərarını qəbul ediblər. Bu qərar nə ilə əlaqədardır və onları kim əvəz edə bilər?

    – Belə təcrübə əvvəllər də olub. Azərbaycan, sizin artıq qeyd etdiyiniz kimi, 25 il ərzində Xəzər dənizinin Azərbaycan sektorunda iri neft və qaz yataqlarının kəşfiyyatı və işlənilməsi üzrə beynəlxalq şirkətlərlə uğurla işləyir. Bu illər ərzində bəzi şirkətlər öz paylarını satıblar, bəzi şirkətlər isə paylarını alıblar.

    Yəni bu, təbii prosesdir və deməliyəm ki, Azərbaycanın neft-qaz layihələri çox gəlirlidir. Təkcə son 15 il ərzində bizim iqtisadiyyatımıza 250 milyard dollara qədər sərmayə qoyulub. Bu sərmayələrin yarısı xaricidir və bunların böyük əksəriyyəti neft-qaz sektoruna aiddir. Həmçinin bizim neftimizi bir çox istiqamətlərə nəql etməyə imkan verən ixrac neft və qaz boru kəmərləri inşa edilib. Buna görə də bu gün, əlbəttə, neft-qaz layihələrinin gəliri artır.

    Hər bir şirkətin öz sərmayə siyasəti, strategiyası var, hansısa şirkət payını sataraq layihədən çıxmağa üstünlük verir. Deməliyəm ki, 25 il ərzində bizim əsas enerji tərəfdaşlarımız artıq lap çoxdandır özlərinin qoyduqları vəsaitləri sayəsində böyük qazanc əldə ediblər. Buna görə də düşünürəm ki, Amerika şirkətlərinin öz paylarını satmaq qərarı tamamilə təbiidir və onları kimlərin alacağı kimlərə təklif etmələrindən asılı olacaq.

    Əlbəttə ki, Azərbaycanın bu ehtiyatlara sahib ölkə kimi həmin sövdələşməni təsdiq, yaxud inkar etmək haqqı var. Amma, bir qayda olaraq, əvvəlki bütün sövdələşmələr tərəfimizdən təsdiqlənib.

    – Belə təəssürat yaranır ki, bu gün dünyada əsas qayda ölkələr arasında münasibətlərdə, beynəlxalq ticarətdə heç bir qaydanın olmamasıdır. Bunun təhlükəsi nədədir?

    – Bilirsiniz, beynəlxalq təşkilatların qərarları yerinə yetirilməyəndə, yaxud qərəzli seçimlə yerinə yetiriləndə, BMT Təhlükəsizlik Şurasının qətnamələri də seçim əsasında, bəzi hallarda bir neçə gün ərzində yerinə yetiriləndə, bəzi hallarda isə 20 ildən çox müddətdə kağız üzərində qalanda, əlbəttə ki, bütün bunlar dünya nizamının pozulmasına gətirib çıxarır.

    Qaydaların olmaması, yaxud onların pozulması da əlbəttə ki, fəsadlara gətirib çıxarır, yəni, etimad pozulur, ölkələr arasında qarşılıqlı fəaliyyətin səviyyəsi azalır. Bu da müəyyən münaqişələrə, bir çox ölkələr arasında müəyyən çətinliklərə, gərginliyə gətirib çıxarır. Buna görə də yaxşı, yaxud pis olmasından asılı olmayaraq, artıq hazırlanmış mexanizm mövcuddur. Bu, həm beynəlxalq münasibətlərə, həm iqtisadi, həm də sərmayə ilə bağlı olan məsələlərə aiddir.

    Biz, Azərbaycan o ölkəyik ki, həmişə qanunun aliliyinə, beynəlxalq hüququn normalarına əməl edilməsinə, o cümlədən aparıcı beynəlxalq təşkilatların bütün qərar və qətnamələrinin qeyd-şərtsiz yerinə yetirilməsinə çalışırıq. Odur ki, əlbəttə, bugünkü mənzərəni müşahidə etmək kədərlidir. Bu, dediyim kimi, həm beynəlxalq, həm də iqtisadi problemlərlə bağlı məsələlərə aiddir. Etimad itirilir, gözləntilər pozulur və biznesi aparmaq çətinləşir.

    Bizim ölkəyə gəlincə isə deməliyəm ki, biz həm beynəlxalq məsələlərdə, həm də bütün müqavilələr, investisiya layihələri üzrə öhdəliklərin icrası ilə bağlı imzaladığımız sənədləri həmişə tamamilə dəqiq yerinə yetirmək əzmindəyik.

    – Çox sağ olun.

    – Sağ olun.