Category: Siyasət

  • İlham Əliyev iyunda Düşənbəyə gedəcək

    İyunun birinci yarısında Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) iştirakçı dövlət başçılarının beşinci sammiti keçiriləcək.

    Median.Az Tacikistan KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Düşənbə İcra Hakimiyyətindəki mənbə məlumat verib.

    İclasda Azərbaycan, Tacikistan, Əfqanıstan, Bəhreyn, Vyetnam, Misir, Hindistan, İraq, İran, İsrail, Qazaxıstan, Kamboca, Çin, Qırğızıstan, Monqolustan, Pakistan, Fələstin, Rusiya, Türkiyə, Tailand və Özbəkistan liderləri iştirak edəcəklər.

    Sammitə hazırlıq məsələləri şəxsən Düşənbə meri Rüstəm Emoməlinin nəzarətindədir.

    İlk dəfə pan-Asiya təhlükəsizlik strukturunun yaradılması ilə məşğul olan bir konfransın çağırılması ideyası 5 oktyabr 1992-ci ildə BMT Baş Assambleyasının 47-ci sessiyasında Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən təklif olunub. Asiyada sülhün və təhlükəsizliyin təmin edilməsi üçün effektiv və məqbul bir strukturun yaradılması niyyəti bu təşəbbüsün əsas hərəkətverici qüvvəsi idi.

  • Gürcüstanda Avaqyana büstün qoyulması məsələsi XİN-in nəzarətindədir

    Rəsmi Bakı Gürcüstanın Buqaşen qəsəbəsində Axalkalaki bələdiyyəsi tərəfindən Azərbaycan ərazilərinin işğalında iştirak etmiş Mixail Avaqyana büstün qoyulması ilə bağlı Gürcüstan tərəfinə etirazını bildirib.

    Median.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

    O qeyd edib ki, bu ilin 20 yanvar tarixində Gürcüstanın Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğalında və bu ərazilərdəki azərbaycanlıların qətlində birbaşa iştirak edən Mixail Avaqyana büstün qoyulması ilə əlaqədar olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin təlimatı əsasında ölkəmizin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri tərəfindən dərhal Gürcüstan XİN-də görüş keçirilərək ölkəmizin qeyd olunan məsələ ilə bağlı etirazı qarşı tərəfin diqqətinə çatdırılıb:

    “Eyni zamanda, Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə dəvət edilərək, ölkələrimiz arasında mövcud olan ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin ruhuna cavab verməyən bu halın aradan qaldırılmasına dair təxirəsalınmaz tədbirlərin görülməsi tələb edilib. Məsələ Xarici İşlər Nazirliyinin nəzarətindədir”.

  • Mehriban Əliyeva yeni doğulan üçəmlərlə bağlı tapşırıq verdi

    Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakıda yeni doğulan üçəmlərin ailəsinə maddi yardım verilməsi barədə göstəriş verib.

    Median.Az-ın Trend-ə istinadən məlumatına görə, birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fonduna üçəmlərin doğulduğu Vəliyevlər ailəsinə maddi yardım göstərilməsi barədə göstəriş verib.

    Üç illik övlad həsrətindən sonra üçəmlərə sahib olan ailənin başçıları müvafiq yardım və hədiyyələrə görə Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

  • Yeni layihələr parlamentin gündəmində

    Bu gün Milli Məclisin (MM) qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı parlamentin daha iki komitəsinin iclası keçirilir.

    Bunlar Əmək və sosial siyasət, o cümlədən, Elm və təhsil komitələridir.

    Hər iki komitənin iclasında öncə komitələrin 2018-ci ilin payız sessiyasındakı fəaliyyətləri ilə bağlı hesabatlarının və 2019-cu ilin yaz sessiyası ilə bağlı qanunvericilik işləri planının müzakirəsi nəzərdə tutulur.

    Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında əsas müzakirə mövzusu olacaq sənəd “Turizm haqqında” yeni qanun layihəsidir.

    Komitə bu sənədi yaz sessiyasında müzakirələrə çıxarmağı nəzərdə tutur.

    Elm və təhsil komitəsinin əsas müzakirə predmeti isə son payız sessiyasında birinci oxunuşdan keçmiş “Ümumi təhsil haqqında” qanun layihəsinin ikinci və üçüncü oxunuşlarda qəbuludur.

    Komitə “Təhsil kreditləri haqqında” qanun layihəsini hazırlayıb yaz sessiyasının müzakirələrinə çıxarmağı nəzərdə tutur.//oxu.az

  • İlham Əliyev Pirşağıda açılışda

    Prezident İlham Əliyev yanvarın 24-də Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışında iştirak edib.

    Dövlətimizin başçısı institutun binasının rəmzi açılışını bildirən lenti kəsib.

    Kənd təsərrüfatı naziri İnam Kərimov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verib.

    Sonra prezident İlham Əliyev aqrar inkişaf könüllüləri ilə görüşüb.

    Sonda xatirə şəkli çəkdirilib.

  • İlham Əliyevin İsveçrəyə səfəri başa çatıb

    Prezident İlham Əliyevin İsveçrə Konfederasiyasına səfəri yanvarın 23-də başa çatıb.

    Median.Az-ın xəbərinə görə, bu barədə AZƏRTAC məlumat yayıb.

    Dövlətimizin başçısı İsveçrəyə səfəri zamanı bir sıra rəsmi görüşlər keçirib, həmçinin Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda sessiyada iştirak edib.

  • Teymur Usubov Əfəndiyevə YÜKSƏK VƏZİFƏ VERDİ

    Goranboy rayon Polis şöbəsində kadr dəyişiklikləri olub.

    Median.az-ın Report-a istinadən məlumatına görə, Teymur Əfəndiyev Goranboy rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ramin Əhmədağa oğlu Qədirova yeni müavin təyin olunub. O, bu təyinatədək Qəbələ rayon Polis şöbəsinin İstintaq bölməsinin rəisi işləyib.

    Bundan əlavə, polis mayoru Elnur Heydərli Goranboy rayon Polis şöbəsinin İstintaq bölməsinin rəisi təyin edilib. O, bu təyinatadək Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində çalışıb. Goranboy rayon Polis şöbəsi İstintaq bölməsinin əvvəlki rəisi, polis mayoru Elçin Əzizov isə Samux rayon Polis şöbəsinin İstintaq qrupunun baş müstəntiqi vəzifəsinə təyin olunub.

  • Leyla Əliyeva valideynlərini belə təbrik etdi – Foto

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dövlət başıçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanı evlilik ildönümləri münasibətilə təbrik edib.

    Leyla Əliyeva evliliklərinin 36 illiyini qeyd edən valideynlərinə sosial şəbəkə vasitəsilə təbrikini ünvanlayıb.

    “36 il birlikdə! Allah bütün valideynlərə möhkəm cansağlığı və uzun ömür versin!” deyə, L.Əliyeva qeyd edib.

    Xatırladaq ki, İlham Əliyev və Mehriban Əliyeva 1985-ci ildə ailə qurub. Onların üç övladı var.

  • Prezidentin ailəsində özəl gün – FOTO

    Bu gün prezident İlham Əliyevlə xanımı, vitse-prezident Mehriban Əliyevanın evliliklərinin 36-cı il dönümü tamam olur.

    Bu barədə onların qızı Leyla Əliyeva öz “Instagram” səhifəsində məlumat verib.

    “36 il birlikdə! Allah bütün valideynlərə möhkəm cansağlığı və uzun ömür versin!”, – deyə Leyla Əliyeva öz səhifəsində valideynlərini təbrik edib.

  • İlham Əliyev Davosda danışıqlarda – YENİLƏNİB + FOTO

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yanvarın 22-də Davosda “CISCO” şirkətinin vitse-prezidenti və satış rəhbəri xanım Gerri Elliott ilə görüşüb.

    Median.Az-ın xəbərinə görə, bu barədə AZƏRTAC məlumat yayıb.


    * * * * *

    Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin BP qrupunun baş icraçı direktoru Robert Dadli ilə görüşü olub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə BP şirkəti arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu, “Azəri-Çıraq-Günəşli”, “Şəfəq”, “Asiman”, “Abşeron” və digər yataqlar üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.


    * * * * *

    Yanvarın 22-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Davosda “Visa” şirkətinin prezidenti Rayan MakInerni ilə görüşüb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Rayan Maklnerni bu il Davosa səfərlərinin əsas məqsədinin prezident İlham Əliyev ilə görüşmək olduğunu vurğulayıb.

    O, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda rəqəmsal ödənişlərin inkişafında mühüm irəliləyişlərin baş verdiyini və bu sahədə müxtəlif layihələrin reallaşdırılmasında “Visa” şirkətinin ölkənin müvafiq qurumları ilə sıx əməkdaşlıq etdiyini bildirib.

    Rayan Maklnerni nağdsız ödənişlərin inkişafı üçün Azərbaycanda tətbiq edilən vergi güzəştlərinin və digər təşəbbüslərin çox faydalı olacağını qeyd edib, bunun başqa ölkələr üçün də nümunə olduğunu deyib.

    Hazırda Azərbaycanda elektron ödənişlərin aparılmasında “Visa” brendli kartlardan geniş istifadə edildiyini deyən Rayan Maklnerni şirkətin ölkədə fəaliyyətinin genişləndirilməsində maraqlı olduğunu, bir çox sahələrdə, o cümlədən ictimai nəqliyyatda da nağdsız ödənişlərin geniş tətbiqinə dəstək göstərməyə hazır olduqlarını vurğulayıb.

    Prezident İlham Əliyev elektron ödənişlərin inkişafının ölkə üçün əhəmiyyətli məsələlərdən biri olduğunu və bu məqsədlə geniş islahatların aparıldığını, bu islahatların artıq nəticələr verdiyini, o cümlədən bunun beynəlxalq reytinqlərdə, məsələn, “Doing Business 2019” hesabatında əks olunduğunu, Azərbaycanın bu hesabatda 32 pillə irəliləyərək 57-ci yerdən 25-ci yerə yüksəldiyini bildirib.

    Dövlətimizin başçısı əməkdaşlıq səylərinin daha da gücləndirilməsinin önəmini ifadə edib.