Category: Siyasət

  • Çavuşoğlu Azərbaycana gəlir

    Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.

    Median.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Xarici İşlər Nazirliyindən bildiriblər.

    Qeyd edək ki, QDİƏT Xarici İşlər Nazirləri Şurasının iclası dekabrın 14-də baş tutacaq.

    Nazirlikdən bildiriblər ki, iclas zamanı Azərbaycanın QDİƏT-ə sədrliyinin yekunları müzakirə olunacaq:

    “Bundan başqa, iqtisadi əməkdaşlıq sahəsində gündəlikdə dayanan nəqliyyat, energetika, kənd təsərrüfatı, elm, texnologiya və səhiyyə kimi məsələlər nəzərdən keçiriləcək”.

  • İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib

    Azərbaycan prezidenti İlham Əliyev Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

    Prezident İlham Əliyev Heydər Əliyevin məzarı önünə əklil qoyub.

    Sonra dövlət himni səslənib.

    Prezident akademik Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyub.

    Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

    Ziyarətdə dövlət və hökumət üzvləri, Milli Məclisin deputatları, komitə, şirkət və idarə rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Qeyd edək ki, bu gün Heydər Əliyevin vəfatından 15 il keçir.

  • CNN: BTQ Bakı ilə Ankaranı birləşdirəcək

    ABŞ-ın aparıcı xəbər telekanalı olan CNN səyahət haqqında təsəvvürləri dəyişə biləcək yeni dəmiryolu marşrutlarının siyahısına Bakı-Tbilisi-Qars dəmiryolu xəttini daxil edib.

    Median.Az xəbər verir ki, CNN telekanalının saytında dərc olunan məlumatda deyilir:

    “Qatarla səyahət etməyi sevənlər üçün bu il yaxşı il oldu, müxtəlif iri şəhərləri birləşdirən və sərnişinlərə səyahət vaxtını əhəmiyyətli dərəcədə ixtisar edən yeni marşrutlar açılıb. Sərnişinləri təyyarə reyslərinə alternativə üstünlük verib-verməməsindən və ya sadəcə, sürətli səyahətə üstünlük verməsindən asılı olmayaraq, bu marşrutlarda səyahət üçün yeni imkanlar təklif olunur.

    “513 mil (826 kilometr) uzanan və Azərbaycan və Gürcüstan paytaxtlarını Türkiyənin qədim şəhəri ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolu xətti 2017-ci ildə açılıb. 2019-cu ildə isə BTQ-də yeni marşrut təqdim olunacaq. Sərnişinlər Bakıdan Ankara və İstanbula qatarla səyahət edə biləcək, qatarın hər iki ölkə ilə sərhəddə olan Gürcüstanda dayanmasına lüzum qalmayacaq. Bu Azərbaycan və Türkiyə arasında ilk birbaşa dəmiryolu marşrutu olacaq”, – deyə CNN-in materialında qeyd olunur.

    Magistralda istismar olunacaq vaqonları istehsal edən “Ştadler” (Stadler Rail Management) adlı İsveçrə şirkətinin məlumatına əsasən, qatarlar bu marşrutla 160 km/saat-a qədər sürətlə hərəkət edəcək.

    Hazırda bu istiqamətdə səyahət edən sərnişinlər iki paytaxt arasındakı yolu qət edənə qədər bir neçə dəfə dayanmaqla qatarda 40 saat vaxt keçirməli olur.

    BTQ dəmiryolu xətti ilə yanaşı, telekanalın saytında Quançjou-Şençjen-Honkonq, Təl-Əviv-Qüds, Tanjir-Kasablanka, London-Amsterdam (Avrostar) kimi yeni marşrutlar barədə də məlumat verilib.

  • Türkiyə Paşinyana şərt qoydu

    Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməlidir.

    Median.Az-ın xəbərinə görə, bunu Trend-ə Türkiyə Prezident Administrasiyasından deyiblər.

    Ermənistanın baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın ölkəsinin Türkiyə ilə diplomatik münasibətləri Dağlıq Qarabağla bağlı ilkin şərtlər olmadan bərpa etməyə hazır olduğu barədə açıqlamasını şərh edən Administrasiyadan bildiriblər ki, Türkiyə regionda sabitlik və sülh tərəfdarıdır:

    “Azərbaycanın işğal olunmuş əraziləri azad olunmayanadək regionda sabitlik ola bilməz”.

    Bundan başqa, o da vurğulanıb ki, Ermənistan 1915-ci il hadisələri ilə bağlı iddialardan əl çəkməlidir, çünki həmin dövrdə ermənilərin heç bir “soyqırımı” olmayıb.

  • Azərbaycanda rektor beş il müddətinə təyin ediləcək

    Prezident İlham Əliyev “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanda dəyişiklik barədə fərman imzalayıb.

    Fərmana qeyd edilib ki, dövlət ali təhsil müəssisəsində rektor beş il müddətinə təyin edilir.

    Məsələ ilə bağlı təkliflər üç ay müddətində hazırlayıb prezidentə təqdim ediləcək.

  • İlham Əliyev İranın Sərhəd Qoşunları komandanını qəbul edib

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dekabrın 11-də İran İslam Respublikasının Sərhəd Qoşunları komandanı Qasım Rzayinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    Median.Az-ın xəbərinə görə, bu barədə dövlət başçısının rəsmi saytı məlumat yayıb.

  • İlham Əliyev fəxri adlar verdi – SİYAHI

    Prezident İlham Əliyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

    “Xalq artisti”

    Əliyeva Lətifə Cahandar qızı

    Novruzova Nübar Qulu qızı

    “Əməkdar artist”

    Abdullayeva Mehriban Abdulla qızı

    Əsədov İlham Əsəd oğlu

    Hüseynov Elnur Bəhrəmxan oğlu

    Şərifova Güşvər Fətulla qızı

    “Əməkdar mədəniyyət işçisi”

    Rəhimli Rafiq Səfər oğlu.

  • İlham Əliyev bir sıra görüşlər keçirib – YENİLƏNİB + FOTO

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dekabrın 10-da Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    Bu barədə dövlət başçısının rəsmi saytı məlumat yayıb.


    * * * *

    Prezident İlham Əliyev dekabrın 10-da Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Bu barədə dövlət başçısının rəsmi saytı məlumat yayıb.



  • İlham Əliyev və Putin “Şelkunçik” baletini izlədilər – FOTO

    Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə birlikdə “Şelkunçik” baletinə tamaşa ediblər.

    Median.Az “Moskva-Baku” portalına istinadən xəbər verir ki, MDB dövlət başçılarının sammiti yekunlaşdıqdan sonra liderlər “Mariya” teatrında “Şelkunçik” baletini izləməyə dəvət ediliblər.

    Prezidentlər baletdən öncə zalda əyləşərək, qızğın söhbət ediblər.

    Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev Sankt-Peterburqda səfərdədir.




  • İlham Əliyev Rusiyada

    Dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyaya işgüzar səfərə gedib.

    Dövlətimizin başçısını Sankt-Peterburq şəhərindəki Pulkovo-1 hava limanında şəhərin vitse-qubernatoru Nikolay Bondarenko, xarici əlaqələr komitəsinin nazir statuslu sədri Yevgeni Qriqoryev və digər rəsmi şəxslər qarşılayıblar.