Category: Siyasət

  • İlham Əliyev bir qrup şəxsi təltif etdi – SİYAHI

    Azərbaycan avtomobil yollarının 100 illiyi münasibətilə və Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə Əvəz İlyas oğlu Qocayevə “Əməkdar mühəndis” fəxri adı verilib.

    Müvafiq sərəncamı noyabrın 15-də prezident İlham Əliyev imzalayıb.

    Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan avtomobil yollarının 100 illiyi münasibətilə və Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə Şükür İsmayıl oğlu Astanova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

    Prezident İlham Əliyev daha bir sərəncamla Azərbaycan Respublikasında avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsi təltif edib:

    3-cü dərəcəli “Əmək” ordeni ilə

    Qasımov Əflatun Allahyar oğlu

    Quliyev Hüsnü Ələkbər oğlu

    Məmmədov Aqibət İdris oğlu

    “Tərəqqi” medalı ilə

    Əliyev Amil Məhəmməd oğlu

    Əmirov Çingiz Aydın oğlu

    Gülgəzov Fərhad Aşır oğlu

    Həmzəyev Müseyib Mürsəl oğlu

    Həsənov Zaur Mail oğlu

    İbrahimov Valeh Firudin oğlu

    Qarayev Coşqun Əlövsət oğlu

    Mirzəbəyov Əhməd Əzizxan oğlu

    Musayev Fazil Kamal oğlu

    Səfərov Afiq Surxay oğlu.

  • Abel Məhərrəmov vəzifəsindən azad edildi

    Abel Məmmədəli oğlu Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.

    Median.Az-ın xəbərinə görə, bu barədə müvafiq sərəncamı noyabrın 15-də prezident İlham Əliyev imzalayıb.

  • İlham Əliyev Bakı şəhərinə yeni icra başçısı təyin etdi

    Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən Eldar Əziz oğlu Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

  • Nazir: Pensiya yaşını azaltmağa ehtiyac yoxdur

    İndi bütün ölkələrdə pensiya yaşı artırılır. Yəni, pensiya yaşını azaldan yoxdur. Artıq Avropa ölkələrində pensiya yaşı 67-69-a qaldırılıb.

    Median.Az Modern.az-a istinadən xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

    Nazir bildirib ki, normalda pensiya müddəti 12 il olmalıdır:

    “Bu gün Azərbaycanda qadınların həyat dövrü 78 yaşdır. 78 yaş olduğuna görə, 65 yaşda pensiyaya çıxdıqda 13 il pensiya ala bilirlər. Ona görə də bu normaldır. Bunu azaltmağa və ya artırmağa ehtiyac yoxdur.

    Pensiya məbləğinin artımı isə onunla bağlıdır ki, bu gün işləyənlər daha çox pul versinlər ki, onların pensiyası arta bilsin. Bu gün yığdığımız pul nəyə kifayət edirsə, hamısı pensiyaya yönləndirilir. Əgər işləyənlər 26 faiz yox, 50 faiz versə, pensiyalar iki dəfə artacaq”.

    Xatırladaq ki, ötən gün Milli Məclisdəki büdcə müzakirələri zamanı pensiya yaşı ciddi müzakirə mövzusu olmuşdu. Deputat Vahid Əhmədov hökumətə çağırış edərək, pensiya yaşını 65-dən aşağı salmağa çağırmışdı.

  • Prezident Təzəpir məscidinin ətrafında abadlıq işləri ilə tanış olub – FOTO

    Azərbaycan prezidenti İlham Əliyev noyabrın 15-də Bakının Yasamal rayonu ərazisində yerləşən Təzəpir məscidinin ətrafındakı ərazidə yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq-quruculuq işləri çərçivəsində həyata keçirilən tədbirlərin icra vəziyyəti ilə tanış olub.

    Bu barədə dövlət başçısının rəsmi saytı məlumat yayıb.



































  • İlham Əliyev Belarusun Azərbaycandakı səfirini qəbul edib

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 14-də Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçi qəbul edib.

    Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

  • İlham Əliyev Kreyq Ridini qəbul edib – YENİLƏNİB

    Azərbaycan prezidenti İlham Əliyev noyabrın 12-də Ümumdünya Antidopinq Agentliyinin prezidenti Kreyq Ridinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Dövlət başçısı Ümumdünya Antidopinq Agentliyinin Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclaslarının Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirib və bu tədbirlərdə dünyanın müxtəlif ölkələrindən xeyli sayda qonağın iştirak etməsinin önəmini qeyd edib.

    Prezident İlham Əliyev tədbir iştirakçılarının Azərbaycana gəlişinin ölkəmizi daha da yaxından tanıması və uğurlu əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.

    Ölkəmizə səfərinin onun üçün çox xoş olduğunu bildirən Ümumdünya Antidopinq Agentliyinin prezidenti Kreyq Ridi Azərbaycan tərəfinin bu tədbirlərin təşkilinə böyük dəstək göstərdiyinə görə təşəkkürünü ifadə edib. O, tədbirlərdə müxtəlif ölkələrin nümayəndələrinin və ictimai xadimlərin iştirakının əhəmiyyətini vurğulayıb.

    Kreyq Ridi azərbaycanlı həmkarları ilə dopinq əleyhinə mübarizə sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi apardıqlarını deyərək, Azərbaycanda Milli Antidopinq Agentliyinin yaradılmasını dopinq əleyhinə mübarizə işində irəliyə doğru çox mühüm addım kimi dəyərləndirib. O qeyd edib ki, Azərbaycanın mühüm idman dövləti və güclü antidopinq təşkilatına malik olduğu nəzərə alınaraq bütün bu işlər mühüm əhəmiyyət kəsb edir.

    Dövlət başçısı Azərbaycan Milli Antidopinq Agentliyinin yaradılması işində Kreyq Ridinın rəhbərlik etdiyi Ümumdünya Antidopinq Agentliyinin dəstəyinə görə minnətdarlığını bildirib.

    Prezident İlham Əliyev Azərbaycanda iki il bundan öncə belə bir qurumun yaradılmasının idmanın, Olimpiya hərəkatının inkişafında mühüm addım olduğunu vurğulayıb və eyni zamanda, bunu idman sahəsində beynəlxalq əməkdaşlığa töhfə kimi dəyərləndirib. Dövlət başçısı ölkəmizdə Milli Antidopinq Agentliyinin beynəlxalq standartlara uyğun şəkildə fəaliyyət göstərdiyini və tam akkreditə olunduğunu deyib.

    Azərbaycanda idmanın inkişafına böyük önəm verildiyini deyən Prezident İlham Əliyev bildirib ki, ölkəmizdə keçirilən mühüm beynəlxalq idman yarışları – Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər tədbirlər və eləcə də keçirilməsi nəzərdə tutulan 15-ci Avropa Olimpiya Gənclər Festivalı Azərbaycanın bu sahədə əməkdaşlıq siyasətini və imkanlarını nümayiş etdirir.

    Dövlət başçısı ölkəmizin idman sahəsində böyük nailiyyətlər əldə etməsini, o cümlədən idmançılarımızın Rio Olimpiadasında 18 medal qazanaraq medalların sayına görə 14-cü yeri tutduğunu vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanın antidopinq məsələləri ilə bağlı Ümumdünya Antidopinq Agentliyi ilə bundan sonra da sıx əməkdaşlıq edəcəyinə əminlıyini ifadə edib.

    * * * * *

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 12-də Ümumdünya Antidopinq Agentliyinin prezidenti Kreyq Ridinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Bu barədə dövlət başçısının rəsmi saytı məlumat yayıb.

  • Körpü tikintisinə 4 milyon manat ayrıldı

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bərdə şəhərində Tərtər çayı üzərində körpünün tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

    Sənəddə deyilir:

    “Bərdə şəhəri ərazisində Tərtər çayı üzərində qəzalı vəziyyətə düşmüş körpünün tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 373 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölüşdürülməmiş hissəsinin obyektlər və istiqamətlər üzrə bölgüsü”nün 21-ci bəndində göstərilmiş məbləğin 4,0 (dörd) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın”.

    Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməsi tapşırılıb.

  • İlham Əliyev amerikalı komandanı qəbul edib

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 9-da ABŞ Nəqliyyat Komandanlığının komandanı, general Stefen Lyonsun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Median.Az-ın məlumatına görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

  • İlham Əliyevdən – YENİ TƏYİNATLAR

    Prezident İlham Əliyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Dövlət başçısı aşağıdakı şəxslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvləri təyin edib:

    Abdullayev Kamal Mehdi oğlu
    Əbdüləziz bin Osman əl-Tüveycri
    Əliyeva Leyla İlham qızı
    Əlizadə Akif Ağamehdi oğlu
    Əlizadə Firəngiz Əliağa qızı
    Koiçiro Matsuuro
    Nəcəfov Etibar Əli oğlu
    Salahov Tahir Teymur oğlu
    Şarovski Aleksandr Yakovleviç
    Zabelin Mixail Yuryeviç