Category: Siyasət

  • Gürcüstanın baş naziri Bakıda

    Gürcüstanın Baş naziri Mamuka Baxtadze avqustun 30-da Azərbaycan Respublikasına səfərə gəlib.

    Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Gürcüstanın baş naziri Mamuka Baxtadzeni hava limanında Azərbaycan Respublikası baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

  • Mehriban Əliyevaya yeni köməkçilər təyin edildi

    Azərbaycanın Birinci vitse-prezidentinə yeni köməkçilər təyin edilib.

    Birinci vitse-prezident Mehriban Əliyevanın yeni köməkçiləri Emin Hüseynov və Xalid Əhədovdur.

    Bununla da Birinci vitse-prezidentin köməkçilərinin sayı 6-ya çatıb.

  • Azərbaycanda iki rayona yeni icra başçısı təyin edildi

    Vaqif Bəhram oğlu Həsənov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

    Bu barədə müvafiq sərəncamı Azərbaycan prezidenti İlham Əliyev imzalayıb.

    Dövlət başçısının digər sərəncamı ilə İbrahim Ənvər oğlu Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

  • Gəncəyə yeni icra başçısı təyin olundu

    Niyazi Müzəffər oğlu Bayramov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

    Bu barədə müvafiq sərəncamı Azərbaycan prezidenti İlham Əliyev imzalayıb.

    Qeyd edək ki, bundan əvvəl N.Bayramov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

  • Səfirliklərə və konsulluqlara yeni səlahiyyət verildi

    Prezident İlham Əliyev Azərbaycan Respublikası prezidentinin 2006-cı il 25 may tarixli, 408 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

    Dəyişikliyə əsasən, Azərbaycanın xaricdəki səfirlikləri xarici ölkədə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına, xarici ölkədə fəaliyyət göstərən hüquqi şəxslərə elektron imza sertifikatının verilməsini təmin edəcək.

    Dövlət başçısı həmçinin “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”sində də müvafiq dəyişiklik edilməsi barədə fərman imzalayıb.

    Yeni qaydalarla, Azərbaycan konsulluqları da xarici ölkədə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, eləcə də, xarici ölkələrdə daimi yaşayan Azərbaycan vətəndaşlarına, xarici ölkədə fəaliyyət göstərən hüquqi şəxslərə elektron imza sertifikatının verilməsini təmin edəcək.

  • Prezident Şamaxıya üç milyon manat ayırdı

    Prezident İlham Əliyev avqustun 27-də “Şamaxı şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında” sərəncam imzalayıb.

    Şamaxı şəhərində istismar müddəti başa çatmış 3 ikimərtəbəli binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Şamaxı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

    Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

  • Gürcüstanın baş naziri Bakıya niyə gəlir? – AÇIQLAMA

    Gürcüstanın yeni baş naziri Mamuka Baxtadzenin Azərbaycana birgünlük rəsmi səfəri olacaq.

    Bu haqda oxu.az-a Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

    Qeyd edilib ki, baş nazir yeni olduğu üçün bu səfər daha çox tanışlıq xarakteri daşıyacaq.

    “Eyni zamanda, səfər çərçivəsində bir sıra məsələlərin müzakirəsi, ikitərəfli və çoxtərəfli əlaqələrin daha da gücləndirilməsi ilə bağlı danışıqların aparılması nəzərdə tutlur.

    Hazırda səfərin proqramı dəqiqləşdirilir”, – deyə səfirlikdən bildirilib.

  • Gürcüstanın baş naziri Azərbaycana gəlir

    Gürcüstanın baş naziri Mamuka Baxtadzenin avqustun 30-da Azərbaycana səfəri nəzərdə tutulub.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, iki gün davam edəcək səfər çərçivəsində Gürcüstan hökumətinin başçısı Bakıda bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.

    Bu görüşlərdə ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, dünyada və regionda gedən proseslər, irimiqyaslı enerji və struktur layihələrinin inkişaf perspektivləri müzakirə olunacaq.

  • İlham Əliyev idman-əyləncə park kompleksinin açılışında

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 24-də Bakının Xətai rayonunda Yusif Səfərov, Ələddin Quliyev və Sergey Senyuşkin küçələrinin əhatə etdiyi ərazidə salınan idman-əyləncə park kompleksinin açılışında iştirak ediblər.

    Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

  • Sərhəd qoşunlarının üç polkovniki general oldu – SİYAHI

    Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb.

    Sərəncama əsasən, Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilir:

    “general-leytenant” hərbi rütbəsi

    general-mayor Əsgər Sabir oğlu Xəlilova

    general-mayor Əfqan Vəli oğlu Nağıyevə

    “general-mayor” hərbi rütbəsi

    polkovnik Azər Oqtay oğlu İbrahimova

    polkovnik Ayaz Əvəz oğlu Hüseynova

    polkovnik Rəsul Afiq oğlu Tağıyevə.