Category: Siyasət

  • Ölkə başçısı Gəncə nazirləri ətrafına yığıb Gəncə hadisələrindən danışdı – Video

    Azərbaycan prezidenti İlham Əliyevin yanında respublikanın hüquq–mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas keçirilib.

    Ölkə başçısı Gəncədə baş verən hadisələrlə bağlı çıxış edib və deyib ki, terrorçu quruplaşma Azərbaycanda sabitliyi pozmağa cəhd edib.

  • İlham Əliyevdən TƏCİLİ İCLAS – Hüquq–mühafizə orqanları rəhbərləri toplandı

    Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında respublikanın hüquq–mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas keçirilib.

    Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

  • Nazirlikdə təcili iclas – 11 vəzifəli şəxs işdən qovuldu

    Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi, mövcud olan neqativ halların qarşısının alınması, qərar qəbul etmə prosesində şəffaflığın artırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafq əmri ilə bu ilin 30 aprel tarixində yaradılmış İşçi Qrupun növbəti iclası olub.

    Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış edib. O, vurğulayıb ki, sosial təminat sisteminin gücləndirilməsi Prezident cənab İlham Əliyevin sosial siyasətinin əsas xəttini təşkil edir və bu istiqamətdə mühüm addımlar atılır. Eyni zamanda, dövlət başçımızın nazirlik qarşısında müəyyən etdiyi əsas vəzifələrdən biri bu sahədə şəffaflığın, ünvanlılığın tam təmin edilməsidir. Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da cənab Prezident sosial təminat sahəsində buraxılmış səhvlərin, pozuntuların tam aradan qaldırılmasını, sosial ədalətin tam bərqərar olmasını və şəffaflığın tam təmin edilməsini tapşırıb.

    S.Babayev qeyd edib ki, qanunsuz şəkildə sosial yardım alan ailələrin müəyyən olunaraq onların yardımla təminatının dayandırılması, eyni zamanda, sosial yardıma ehtiyacı olan, lakin bu yardımı ala bilməyən ailələrin sosial yardıma əlçatanlığının təmin edilməsi üçün hazırda nazirlik tərəfindən konkret işlər aparılır. Ünvanlı dövlət sosial yardımı üzrə yaradılmış İşçi Qrupu tərəfindən mövcud vəziyyət araşdırılaraq qısa müddətli dövr üzrə bir sıra vacib addımlar atılıb. Belə ki, ailələrin sosial yardım almaq hüququna baxılması üçün müraciət edərkən bəzi hallarda “sövdələşmə”lər, sosial yardım üçün elektron qaydada müraciətin edilməsində köməkliyə görə qeyri-qanuni ödəmə tələb edən işbazların olması kimi hallar ünvanlı dövlət sosial yardım mexanizminə neqativ təsir edib. Bu hallar, habelə sosial yardım almaq hüququna baxılması üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin şöbələrin əməkdaşları tərəfindən müayinəsində ünvanlılıq, ədalətlilik prinsiplərinin və şəffaflığın pozulması, subyektiv yanaşmaların özünü göstərməsi sosial yardım sistemi ilə bağlı vətəndaşlar arasında haqlı narazılığa səbəb olub. Son iki ayda aparılan araşdırmalar zamanı fəaliyyətlərində ciddi nöqsanlara yol verdiyi müəyyən olunan DSMF-nin 11 rayon şöbəsinin rəhbəri işdən azad edilib.

    Nazir bildirib ki, aztəminatlı ailələrin müəyyən edilməsi prosesinin daha şəffaf, keyfiyyətli şəkildə həyata keçirilməsi üçün ilkin addım kimi maddi-məişət şəraitinin müayinəsi DSMF-nin yerli şöbələrinin rəhbər şəxslərinə, şəxsi məsuliyyət prinsipi üzrə və müayinə nəticələrinin e-imza ilə təsdiq edilməsi şərti ilə həyata keçirilməsi tapşırılıb.

    Hazırda 54 min ailənin (213 min nəfər ailə üzvü) ünvanlı sosial yardımla təmin edildiyini qeyd edən S.Babayev diqqətə çatdırıb ki, hər ailəyə orta hesabla ayda 178 manat sosial yardım ödənilir.

    İşçi Qrupu tərəfindən sosial yardım alan ailələrin kateqoriyalarının və ailələrə yardımın təyin edilməsindən imtina olunmasının səbəbləri də araşdırılıb. Sosial yardım alan 54 min ailədən 32880 ailənin daha həssas kateqoriyalara (I və ya II qrup əlil üzvü və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olan ailələr, ailə başçısını itirmiş ailələr, 3-4 uşağı olan ailələr, qaçqın və ya məcburi köçkün olan ailələri və s.) aid olduğu müəyyən edilib. Digər 21 min ailədə isə əmək qabiliyyətli insanların olduğu müəyyən edilərək onların özünüməşğulluq proqramına cəlb olunması istiqamətində işlər aparılır.

    S.Babayev diqqətə çatdırıb ki, ümumilikdə carı ildə sosial yardımın alınması üçün elektron sistemə təxminən 90 minə yaxın müraciət daxil olub ki, ilkin mərhələdə elektron qaydada araşdırmalar aparılmaqla, sistem tərəfindən onlardan 57 min ailəyə sosial yardım təyin edilməsindən imtina qərarı verilib. 32666 müraciətlə bağlı isə həmin müraciətləri edən ailələrin maddi-məişət şəraitinin müayinəsinin aparılması qərara alınıb və aparılmış müayinələrin nəticələri əsasında həmin ailələrdən 11678 ailəyə sosial yardım təyinatından imtina edilib, 18332 ailəyə isə sosial yardım təyin edilib. Maddi-məişət şəraitinin müayinəsindən sonra ailələrə yardım təyin olunmasından imtina edilməsinin əsas səbəbləri sırasına ailə tərkibinin, ailənin kommunal xərclərinin, habelə ailə gəlirləri və ailənin yardımçı təsərrüfatı, ailənin əmlakı, torpaq mülkiyyəti barədə məlumatın düzgün göstərilməməsi və ya gizlədilməsi, ailənin istifadəsində nəqliyyat vasitəsinin olması və s. daxildir.

    Nazir sosial yardımın təyinatı zamanı informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatların dəqiqliyinin və dolğunluğunun təmin edilməsi məqsədilə müvafiq dövlət qurumlarına məktublar hazırlandığını, ailənin maddi-məişət şəraitinin müayinəsini həyata keçirən əməkdaşların fəaliyyətinə nəzarətin gücləndirilməsi üçün indikatorların müəyyən olunması istiqamətində işlərin aparıldığını da qeyd edib. O eləcə də sosial yardımın alınması üçün müraciət edən ailələrin qərar qəbuletmə prosesində digər sosial proqramlara cəlb edilməsi istiqamətində intensiv işlərin aparılmalı olduğunu bildirib.

    İclasda işçi qrupunun gördüyü işlər, hazırlanan yeni təkliflər müzakirə olunub, qısamüddətli və ortamüddətli dövr üçün görüləcək tədbirlər müəyyən olunub, işçi qrupuna müvafiq tapşırıqlar verilib.

  • Bu gün Brüsseldə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq

    Bu gün Belçika paytaxtı Brüsseldə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın görüşü olacaq.

    Median.Az “Report”a istinadən məlumatına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə ediləcək.

    Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov Rusiya, Stefan Viskonti Fransa və Əndrü Sxofer ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.

    Qeyd edək ki, Brüssel görüşü Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sarqsyanın bu il aprelin 23-də hakimiyyətdən getməsindən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ilk görüşüdür.

    İki ölkənin xarici işlər naziri sonuncu dəfə bu ilin yanvarın 18-də Polşanın Krakov şəhərində danışıqlar aparıb.

  • Prezident İlham Əliyev Belçikaya səfərə gedib

    Azərbaycan Prezidenti İlham Əliyev iyulun 10-da Belçika Krallığının paytaxtı Brüssel şəhərinə səfərə gedib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, səfər NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə baş tutub.
    Dövlət başçısı Brüsseldə NATO-nun Zirvə toplantısında iştirak edəcək.

  • Ərdoğan Bakıda istilərdən gileyləndi – VİDEO

    Bu gün Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfər edib.

    Median.Az İHA-ya istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev həmkarını qarşılayıb.

    Ərdoğan avtomobilindən düşərkən İlham Əliyevə havanın isti olduğunu deyib.

    “Hava çox istidi. 40 dərəcəyə çatıb. Daha da artıbmı?”, – deyə Ərdoğan zarafat ilə İlham Əliyevə bildirib.

    Daha sonra hər iki ölkə rəhbəri gülümsəyib.

    Həmin görüntüləri təqdim edirik:

  • İlham Əliyevdən yeni təyinatlar

    Qida Təhlükəsizliyi Agentliyinə iki sədr müavini təyinat alıb.

    Bu barədə Azərbaycan Respublikası prezidenti İlham Əliyev iyulun 9-da sərəncam imzalayıb.

    Sərəncama əsasən, Rəşad Məcnun oğlu Mafusov və Balarəhim Mirzəağa oğlu Quliyev Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.

    Rəşad Məcnun oğlu Mafusov

    Balarəhim Mirzəağa oğlu Quliyev

  • Ərdoğan Azərbaycana gəlib – YENİLƏNİB

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb.

    Median.Az xəbər verir ki, Türkiyə prezidentinin təyyarəsi Bakı vaxtı ilə 12:15-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.

    Ərdoğanı hava limanında baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digər rəsmi şəxslər qarşılayıb.

    * * * * *

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Bakıya gələcək.

    Median.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, Ərdoğanın təyyarəsi səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edəcək.

    Səfər çərçivəsində Türkiyə prezidenti azərbaycanlı həmkarı İlham Əliyevlə təkbətək görüş keçirəcək.

    Ərdoğan Bakıdan birbaşa Şimali Kipr Türk Respublikasına, iyulun 11-də isə Brüsselə yollanacaq. Türkiyə prezidenti iyulun 11-12-də Brüsseldə keçiriləcək NATO sammitində iştirak edəcək.

  • İlham Əliyev iclas keçirdi – TAM VERSİYA

    İyulun 8-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

    Dövlət başçısı nitqində 6 ayın yekunlarını müsbət qiymətləndirərək, ölkədə həyata keçirilən islahatların daha da dərinləşdirilməsinin, iqtisadi dayanıqlılığın tam təmin olunmasının vacibliyini vurğulayıb.

    Prezident çıxışında vergi və gömrük orqanlarından böyük gözləntilərin olduğunu, bu qurumların və sistemin dünya standartlarına cavab verə biləcək səviyyəyə çatdırılmasının vacibliyini dilə gətirib.

    O, həmçinin, korrupsiyanın qarşısının alınmasının, şəffaflığın təmin olunmasının, vergilərdən yayınma hallarının aradan qaldırılmasının, hər kəsin qanun qarşısında bərabər səviyyədə cavabdehlik daşıdığının siqnalını verib.

    Dövlət başçısı məsuliyyətsizliyə, səhlənkarlığa, qanunsuzluğa yol verənlərlə də bağlı güzəştsiz mövqe tutulacağını, onların cəzalandırılacağanı bir daha diqqətə çatdırıb.

    Median.Az həmin iclasın tam videoyazısını təqdim edir.

  • Prezident hansı məmurların işdən çıxarılacağını açıqladı

    Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmalıdır. Aprel ayında formalaşmış yeni hökumət qarşısında bu vəzifə çox kəskin qoyulmuşdur. Bu xoşagəlməz hallara son qoyulmalıdır.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

    “Son illər ərzində böyük işlər görülüb və beynəlxalq təşkilatlar da bunu qeyd edir. Bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatların reytinqlərində Azərbaycan daim irəliyə gedir. Ancaq irəliləyiş olsa da, bu, bizi qane edə bilməz.

    Azərbaycanda bu böyük sosial bəlanın kökü kəsilməlidir. Bunu etmək üçün də imkanlar var. Həm güclü siyasi iradə, həm də indi bizim institusional mexanizmlərimiz var. Ən önəmlisi, kadr islahatı aparılır və aparılacaq. Hansı dövlət məmurları bu meyarlara uyğun gəlməyəcəklərsə onlar işdən çıxarılacaqlar və bunu bütün dövlət məmurları bilsinlər”, – dövlət başçısı deyib.

    Prezident vurğulayıb ki, korrupsiyaya, rüşvətxorluğa qarşı bundan sonra da çox ciddi mübarizə aparılacaq:

    “Biz elə etməliyik ki, korrupsiya hallarının baş verməməsi üçün institusional mexanizmlər işə düşsün.

    Biz bəzi müsbət meyilləri də görürük. Misal üçün, ictimai xidmətlər sahəsində “ASAN xidmət” korrupsiyadan tam azad bir qurumdur. “ASAN xidmət”ə 20 milyondan çox müraciət olunub və vətəndaşların bəyənmə əmsalı 100 faizə yaxındır. Yəni, bunu etmək mümkündür. Sadəcə, siyasi iradə olmalıdır, bu da var və çox ciddi tədbirlər görülməlidir, o cümlədən cəza tədbirləri görülür və görüləcək.

    Ancaq onu da deməliyəm ki, bəzi hallarda inzibati cəza tədbirləri işləmir. Ona görə ən ciddi beynəlxalq təcrübə tətbiq edilməlidir. Dünyanın aparıcı ölkələrində bu sahədə hansı yollarla mübarizə aparılırsa, Azərbaycanda da həmin yollarla mübarizə aparılmalıdır.

    Əlbəttə ki, dövlət xərclərinə nəzarət gücləndirilməlidir. Müvafiq nazirliklərə göstəriş verilib, indi islahatlar aparılır və bütün dövlət qurumlarının rəhbərləri bunu bilsinlər və mənim tapşırıqlarıma əməl etsinlər”.