Category: Siyasət

  • İlham Əliyev bir qrup şəxsə fəxri adlar verdi

    Prezident İlham Əliyev mədəni irsin qorunması və bərpası sahəsində çalışan bir qrup mütəxəssisə fəxri adlar verib

    Sərəncama əsasən, mədəni irsin qorunması və bərpası sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

    “Əməkdar memar”

    Hüseynova Leyla Qafar qızı

    Məmmədov Ədalət Eyvaz oğlu

    “Əməkdar mühəndis”

    Kərimli Telman Nəcəf oğlu

    Sultanov Zakir İmran oğlu

    “Əməkdar mədəniyyət işçisi”

    Nuriyev Fuad Lütvəliyeviç.

  • Rusiyalı nazir İlham Əliyevlə danışıqlarda – YENİLƏNİB

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 23-də Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkini qəbul edib.

    Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi qeyd olunub.

    Ötən il, eləcə də, bu ilin ilk rübünün nəticələrinə əsasən, ticarət dövriyyəsinin artmasını iqtisadi əlaqələrimizin genişlənməsinin yaxşı göstəricisi kimi dəyərləndirən prezident İlham Əliyev bunun ümumilikdə ikitərəfli münasibətlərimizin inkişafının yaxşı göstəricisi olduğunu vurğulayıb.

    Dövlət başçısı ölkələrimizin birgə səmərəli fəaliyyəti nəticəsində iqtisadi əlaqələrin möhkəmləndiyini, eləcə də, ayrı-ayrı müəssisələr arasında əməkdaşlığın gücləndiyini deyib.

    Prezident İlham Əliyev iqtisadi əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

    Maksim Oreşkin bir daha prezident seçkilərində inamlı qələbəsi münasibətilə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin təbriklərini dövlət başçısına çatdırıb.

    O qeyd edib ki, seçkilərin nəticələri prezident İlham Əliyevin həyata keçirdiyi siyasi və iqtisadi kursa xalq tərəfindən verilən möhkəm dəstəyin təzahürüdür və Azərbaycanda hökm sürən sabitlik böyük önəm daşıyır.

    Rusiyalı qonaq qeyd edib ki, hətta Bakıya son gəlişindən keçən bir neçə ay ərzində iqtisadi əməkdaşlıq istiqamətində irəliyə doğru bir sıra ciddi addımlar atılıb. Maksim Oreşkin azərbaycanlı həmkarları ilə birgə məhsuldar fəaliyyətin həyata keçirildiyini məmnunluqla vurğulayıb.

    Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib.

    Söhbət zamanı Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi, investisiya, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

    * * * * *

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 23-də Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkini qəbul edib.

    Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

  • Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənib – SİYAHI

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.

    Sərəncamda bildirilir:

    1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri aşağıdakı şəxslər təyin edilsinlər:

    1.1. Azərbaycan Respublikası Baş nazirinin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov;

    1.2. Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Cavad oğlu Əhmədov;

    1.3. Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Şamil oğlu Həsənov

    1.4. Azərbaycan Respublikası Baş nazirinin müavini – Hacıbala İbrahim oğlu Abutalıbov;

    1.5. Azərbaycan Respublikasının daxili işlər naziri – Ramil İdris oğlu Usubov;

    1.6. Azərbaycan Respublikasının energetika naziri – Pərviz Oqtay oğlu Şahbazov;

    1.7. Azərbaycan Respublikasının ədliyyə naziri – Fikrət Fərrux oğlu Məmmədov;

    1.8. Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri – Sahil Rafiq oğlu Babayev;

    1.9. Azərbaycan Respublikasının fövqəladə hallar naziri – Kəmaləddin Fəttah oğlu Heydərov;

    1.10. Azərbaycan Respublikasının xarici işlər naziri – Elmar Məhərrəm oğlu Məmmədyarov;

    1.11. Azərbaycan Respublikasının iqtisadiyyat naziri – Şahin Abdulla oğlu Mustafayev;

    1.12. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri – İnam İmdad oğlu Kərimov;

    1.13. Azərbaycan Respublikasının maliyyə naziri – Samir Rauf oğlu Şərifov;

    1.14. Azərbaycan Respublikasının müdafiə naziri – Zakir Əsgər oğlu Həsənov;

    1.15. Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri – Ramin Namiq oğlu Quluzadə;

    1.16. Azərbaycan Respublikasının vergilər naziri – Mikayıl Çingiz oğlu Cabbarov;

    1.17. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – Samir Rafiq oğlu Nuriyev;

    1.18. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Rövşən Şükür oğlu Rzayev;

    1.19. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi – Elçin İsağa oğlu Quliyev;

    1.20. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti – Mədət Qəzənfər oğlu Quliyev;

    1.21. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti – Orxan Sedyar oğlu Sultanov.

    2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

  • Hacıbala Abutalıbov mer vəzifəsindən azad edildi

    Hacıbala İbrahim oğlu Abutalıbov Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsinə təyin edilib.

    Bu barədə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sərəncam imzalayıb.

    Qeyd edək ki, H.Abutalıbov 2001-ci ilin yanvar ayından bu günə qədər Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

  • Yeni baş nazir ilk çıxışını etdi – VİDEO

    Azərbaycanın yeni baş naziri Novruz Məmmədov Milli Məclisdə ilk çıxışını edib.

    O qeyd edib ki, bu günə qədər danışmağı sevirdi, bundan sonra başqa sahəyə keçdiyinə görə işləmək lazım olduğunu vurğulayıb:

    “Hər şeydən əvvəl mənə göstərilən yüksək etimada görə ilk öncə prezidentə minnətdarlığımı bildirirəm. O, mənim üzərimə çox böyük məsuliyyət qoyub.

    Bu, çox mürəkkəb və çətin məsələdir. Ancaq şərəflidir. Onunla bir yerdə işləmək Azərbaycanın indiki halında şərəfli məsələsidir. Dünyada gedən proseslər tarixdə hələ bu səviyyədə gərginlikdə olmayıb.

    Ən mürəkkəb geosiyasi regionda yerləşən ölkəmizin sabitliyi və inkişafı hər birimizin qarşısında yüksək məsuliyyət qoyur. İnkişafı daha da genişləndirmək lazımdır. Üzərimə qoyulan bu məsuliyyəti çalışacam ki, dövlət və hökumət strukturları ilə sıx əməkdaşlıq şəraitində yerinə yetirim”.

  • Azərbaycanın yeni baş naziri təsdiqləndi – YENİLƏNİB

    Deputatlar Novruz Məmmədovun baş nazir postuna namizədliyini təsdiq ediblər.

    Səsvermədə 113 nəfər Novruz Məmmədovun lehinə səs verib.

    * * * * *

    Bu gün Milli Məclisin Azərbaycanın yeni baş nazirinin təsdiqlənməsi ilə bağlı xüsusi iclası başlayıb.

    Iclası açan spiker Oqtay Əsədov qeyd edib ki, deputatlar aprelin 11-də ölkədə baş verən hadisənin hələ də sevincini yaşayırlar:

    “Demokratik və ədalətli seçkilərdə İlham Əliyevin yenidən prezident seçilməsi xalqın ona verdiyi önəmin böyük nəticəsidir. Onu təbrik edək və işində uğurlar arzulayaq”.

    Bu məsələ deputatlar tərəfindən alqışlarla qarşılanıb.

    Spiker qeyd edib ki, prezident öz inauqurasiya mərasimini Milli Məclisdə keçirdi:

    “Bu da onun Milli Məclisiə etimadının nəticəsidir”.

    Daha sonra spiker deyib ki, deputatlar adından prezidentə təbrik məktubu göndərəcəklər.

    Sonra spiker dövlət başçısının Milli Məclisə göndərdiyi məktubun mətnini oxyuub. Mətndə bildirilir ki, Novruz Məmmədovun baş nazir vəzifəsi postuna təqdimatına Milli Məclisdə baxılsın.

    * * * * *

    Milli Məclisin Azərbaycan Respublikası prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədovun Azərbaycanın baş naziri vəzifəsinin müzakirəsinə həsr edilən iclası başlayıb.

    Iclasa Oqtay Əsədov sədrlik edir.

    Konstitusiyanın 109-cu (Azərbaycan Respublikası prezidentinin səlahiyyətləri) maddəsinə əsasən, prezident Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının baş nazirini vəzifəyə təyin edir.

    Xatırladaq ki, Artur Rasi-zadə 1996-cı ildən ölkənin baş naziridir.

  • Prezident yeni islahatlara başladı: nazirlik və dövlət komitəsi ləğv edildi

    İlham Əliyev bu barədə sərəncamlar imzalayıb

    Azərbaycan prezidenti İlham Əliyev istehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Real TV-nin məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.

    Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılıb.

    Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi isə ləğv edilib.

    Ləğv edilmiş Komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Əqli Mülkiyyət Agentliyinə verilib. “Azərbaycan Metrologiya İnstitutu”, “Azərbaycan Standartlaşdırma İnstitutu” və “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxslərin təsisçilərinin səlahiyyətlərini Dövlət Agentliyi həyata keçirəcək.

    Bundan başqa, Prezident İlham Əliyev “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncam imzalayıb.

    Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb.

    Sərəncamda Nazirlər Kabinetinə Mədəniyyət Nazirliyinin və Dövlət Turizm Agentliyinin əsasnamələrinin layihələrini, strukturları və işçilərinin say həddi barədə təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb. Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində Mədəniyyət və Turizm Nazirliyi üçün nəzərdə tutulmuş vəsait çərçivəsində Mədəniyyət Nazirliyinin və Dövlət Turizm Agentliyinin 2018-ci ildə fəaliyyətinin maliyyələşməsi təmin ediləcək.

  • Prezident Əli Həsənovla bağlı sərəncam verdi


    Prezident İlham Əliyev Əli Həsənovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncamla Azərbaycan Respublikasında qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həllində səmərəli fəaliyyətinə görə Əli Şamil oğlu Həsənov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

  • Sabah Azərbaycanın yeni baş naziri təsdiq olunacaq

    Sabah Milli Məclisin iclası keçiriləcək, yeni baş nazir seçiləcək

    Aprelin 21-də Milli Məclisin plenar iclası keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a parlamentin mətbuat xidmətindən məlumat verilib.

    İclasda Azərbaycanın yeni baş nazirinin təsdiqlənəcəyi gözlənilir.

    Xatırladaq ki, aprelin 11-də keçirilmiş prezident seçkilərində keçirilən səsvermənin nəticələrinə əsasən, prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86,02 % səs toplayaraq qalib gəlib. Aprelin 18-də İlham Əliyev Milli Məclisdə keçirilən andiçmə mərasimində and içərək vəzifəsinin icrasına başlayıb. Andiçmə bitəndən sonra Azərbaycan Nazirlər Kabineti istefaya gedib.

    Prezident İlham Əliyevin aprelin 18-də imzaladığı sərəncamla Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilib.

  • İlham Əliyev Kuba Dövlət Şurasının sədrini təbrik edib

    Prezident İlham Əliyev Kuba Dövlət Şurasının sədrini təbrik edib.

    Təbrikdə deyilir:

    “Kuba Respublikası Dövlət Şurasının Sədri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

    Ümidvaram ki, Azərbaycan ilə Kuba arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylər göstərəcəyik.

    Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Kuba xalqının rifahı naminə qarşıdakı məsul işinizdə uğurlar diləyirəm”.