Category: Siyasət

  • İlham Əliyev: Nazarbayev bizim ağsaqqalımızdır – VİDEO

    Mənim Nursulatan Abişeviçə böyük hörmətim var. O, bizim ağsaqqalımızdır.

    İlham Əliyev bu barədə Qazaxıstan liderinə həsr edilmiş sənədli film üçün müsahibəsində deyib.

    “Mən onun atamla görüşlərini və söhbətlərini xatırlayıram. Onları yaxın dost münasibətləri bağlayırdı. Əlbəttə ki, bu ənənələr əvvəlcədən qoyulmuşdu və mən sevinirəm ki, bu gün də bu ənənələr davam etdirilir”, – dövlət başçısı bildirib.

    Azərbaycan prezidenti qeyd edib ki, Nursultan Abişeviçlə söhbət etmək çox xoşdur:

    “Bizim Bakıdakı son görüşümüzdə, rəsmi tədbirlər çərçivəsində və qeyri-rəsmi nahar arxasında bir ailənin üzvləri kimi oturmuşduq”.

  • ABŞ ştatı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi – FOTO + VİDEO

    ABŞ-ın Arizona Ştatının Senatı Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edən bəyannamə qəbul edib.

    Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan oxu.az-a verilən xəbərə görə, sənəd Senatın plenar iclasında Senat sədrinin müavini senator Con Kavana (John Kavanagh) tərəfindən oxunduqdan sonra yekdilliklə qəbul olunub.

    Bəyannaməni Senat sədri və müavini Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim edib.

    Senat sədri Stiv Yarbrounun (Steve Yarbrough) imzaladığı bəyannamədə 100 il öncə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də, dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır.

    Sənəddə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu, eləcə də, ABŞ və BMT-nin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü birmənalı şəkildə tanıdığı və dəstəklədiyi bildirilir.

    Bəyannamədə ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.

    Bəyannamədə 11 sentyabr terror hücumlarından sonra Azərbaycanın ABŞ-a hərtərəfli dəstək verdiyi, Əfqanıstana sülhməramlı qüvvələr göndərdiyi, hər iki ölkənin kütləvi qırğın silahlarının yayılmasına, terrorizm, narkotik vasitələrin qaçaqmalçılığı və insan alverinə qarşı mübarizədə uğurla əməkdaşlıq etdiyi bildirilir.

    Bundan başqa, Azərbaycanın ABŞ, Avropa və İsrailin enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilir. Sənəddə ABŞ-ın Azərbaycan kimi müttəfiq dövlətlər ilə münasibətləri bundan sonra da gücləndirməsinin zəruriliyi vurğulanır.

    Sənəddə qeyd olunur ki, Los-Ancelesdəki Baş Konsulluq vasitəsilə Azərbaycan Arizona ilə son illərdə güclü əlaqələr qurub.

    Bəyannamənin sonunda Arizona Ştat Senatı tərəfindən Azərbaycanın müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə bir daha qəti dəstək ifadə edilir və ABŞ-Azərbaycan strateji tərəfdaşlığının daha da gücləndirilməsinin önəmi qeyd olunur.


  • Daha bir taksi şirkəti ləğv edildi

    “Ucuz Taksi” MMC fəaliyyətini dayandırdığını elan edib.

    “Vergilər” qəzeti xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Ə.Ağayev küçəsi ev 39, mənzil 13 ünvanına bildirə bilərlər.

  • İlham Əliyevdən yeni təyinat

    Daxili Qoşunlarının Qərargah rəisinə yeni müavin təyin edilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

    Sərəncama əsasən, İnqilab Heydər oğlu Muradov Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Qərargah rəisinin 1-ci müavini təyin edilib.

  • Azərbaycanlı milyarder: Əliyevin tapşırıqlarına hazırıq

    Türkiyədə yaşayan azərbaycanlı milyarder, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov ölkəmizdə keçirilən prezident seçkilərində inamlı qələbə qazanan İlham Əliyevi təbrik edib.

    M.Mənsimov İlham Əliyevin bu təmiz və şəffaf qələbəsinin Azərbaycan xalqının öz liderinə etimadının nəticəsi olduğunu vurğulayıb.
    “Həm Azərbaycanda, həm də xaricdə yaşayan insanlarımız Sizin

    – Prezidentimizin ətrafında sıx birləşməyimizin vacibliyinin fərqindəyik.

    Biz ölkəmizdə sabitliyin və sürətli inkişafın təmin olunmasına görə Sizə borcluyuq. Bütün xalqımız kimi, “Palmali” kollektivi də əmindir ki, Sizin həyata keçirdiyiniz düzgün siyasi xətt ancaq bir ali məqsədə

    – Azərbaycanımızın daha gözəl, daha da qüdrətli olmasına xidmət edir”,

    – təbrik məktubunda qeyd edilib. M.Mənsimov sonda qeyd edib ki, bir azərbaycanlı kimi öz prezidentinin yanındadır: “Biz hər an Sizin yanınızdayıq, bütün tapşırıq və tövsiyələrinizi yerinə yetirməyə hazırıq”

  • Hacı Cavad məscidinin yeni binasının açılışında Azərbaycan Prezidentinə Quran hədiyyə edilib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə aprelin 12-də Bakının Yasamal rayonunda Hacı Cavad məscidinin yeni binasının açılışında Quran hədiyyə edilib.

    Median.Az “Report”a istinadən məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirən Yasamal rayon sakini Xanmirzə Bağırov deyib:

    -Cənab Prezident, icazə verin, Sizi yenidən Prezident seçilməyiniz münasibətilə təbrik edək və Azərbaycan Respublikasının bütün vətəndaşlarının, o cümlədən biz dindarların hüquqlarının müdafiəsi istiqamətindəki fəaliyyətinizdə Sizə uğurlar arzulayaq.

    Cənab Prezident, hamımıza məlumdur ki, Hacı Cavad məscidinin yenidən daha da müasir və möhtəşəm memarlıq kompleksi kimi inşa edilməsi bilavasitə Sizin xüsusi Sərəncamınızla mümkün olub. Qısa bir zamanda bu gözəl məscidin dindarların istifadəsinə verilməsi Sizin və Mehriban xanımın diqqətinin nəticəsidir. Ona görə də biz, cənab Prezident, dindarlara yaradılan bu şəraitə görə icma adından, ağsaqqallar adından Sizə və Mehriban xanıma dərin minnətdarlığımızı bildiririk.

    Prezident İlham Əliyev: Çox sağ olun.

    İcmanın nümayəndələri: Çox sağ olun.

    Milli mənəvi və dini dəyərlərimizə göstərdiyi qayğıya görə dövlətn başçısına təşəkkür edən rayon sakini Əbdüləhəd Tağıyev deyib:

    – Arzu edirik, inşallah, o günlər olsun ki, Sizin rəhbərliyiniz altında bu dəfə seçildiyiniz müddətdə bizim hamımızın arzusu olan Qarabağ işğaldan azad edilsin, oradakı məscidlər bərpa olunsun və orada bu cür görüşlər keçirək. Bu, ən böyük arzumuzdur. Sağ olun. Sizi Prezident seçilməyiniz münasibətilə bir daha təbrik edirik.

    Prezident İlham Əliyev: İnşallah. Çox sağ olun.

  • Dünya liderləri İlham Əliyevi təbrik edirlər

    Dövlət rəhbərləri Azərbaycan prezidenti İlham Əliyevə yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik məktubu ünvanlayıblar.

    Tacikistan prezidenti Emoməli Rəhmon, Özbəkistan prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov Azərbaycan prezidenti İlham Əliyevi seçkilərdəki qələbə münasibətilə təbrik ediblər.

    Təbrik məktublarında dövlət rəhbərləri Azərbaycan prezidenti İlham Əliyevi inamlə qələbə münasibətilə təbrik edib və gələcək dövlət idarəçiliyi fəaliyyətində uğurlar arzulayıblar.

  • “Exit-poll”: İlham Əliyev 86,53 faiz səs toplayıb

    “ELS” Müstəqil Araşdırmalar Mərkəzi prezident seçkiləri ilə bağlı “exit-poll”un ilkin nəticələrini açıqlayıb.

    Mərkəzin rəhbəri İradə Yaqubova bildirib ki, prezident seçkilərində 118 dairədə 300 məntəqədə “exit-poll” aparılıb: “80 min anket əsasında biz nəticə çıxardıq. Gün ərzində hər saatdan bir anketlər qutudan anketlər çıxarılır və səslər sayılırdı. Anketdə seçki prosesi və başqa məsələlərlə bağlı suallar var idi. Seçici fəallığı gün ərzində 68,7 faiz olub. “Exit-poll” uğurla başa çatdı.

    “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin apardığı “exit-poll”un nəticələri aşağıdakı kimidir:

    İlham Əliyev – 82,71 faiz

    Qüdrət Həsənquliyev – 4,23 faiz

    Sərdar Cəlaloğlu – 3,56 faiz

    Zahid Oruc – 3,37 faiz

    Hafiz Hacıyev – 2,1 faiz

    Araz Əlizadə – 1,87 faiz

    Fərəc Quliyev – 1,33 faiz

    Razi Nurullayev 0,92 faiz.

    Qeyd edək ki, seçkiləri izləmək üçün 894 beynəlxalq, 58 min 175 yerli müşahidəçi akkreditə olunub.

    ATƏT Parlament Assambleyası, ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Avropa Şurası Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi də daxil olmaqla 60 təşkilat, eləcə də 59 ölkədən beynəlxalq müşahidə missiyaları seçki prosesini izləyib.

    Səsvermə prosesi 119 Seçki Dairəsi üzrə 1000 seçki məntəqəsində quraşdırılan veb-kameralar tərəfindən izlənilib.

    Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə keçirdiyi “exit-poll”un ilkin nəticələrinə görə isə dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev – 86,53%;

    Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev – 3,10%;

    Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc – 2,92%;

    Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 2,81%;

    Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1, 73%;

    Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə – 1,21 %;

    Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1, 03%;

    “Cəbhəçilərin təşəbbüs qrupu” adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev – 0, 67%;

    “Exit-poll” Naxçıvan Muxtar Respublikası istisna olmaqla, digər bütün bölgələri əhatə edib.

    ABŞ-ın “Artur J.Finkelstein and Associates” (AJF) təşkilatı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birlikdə Azərbaycandakı prezident seçkilərində keçirdiyi “exit-poll”un nəticəsinə əsasən isə İlham Əliyevin topladığı səs faziləri isə 85,57 olub. Qüdrət Həsənquliyev 2.96 faiz, Zahid Oruc 2.92 faiz, Sərdar Cəlaloğlu 2.48 faiz, Hafiz Hacıyev 1.76 faiz, Araz Əlizadə 1.42 faiz, Fərəc Quliyev 1.52 faiz, Razi Nurullayev 1.37 səs qazanıb.

    “Exit poll” 40 seçki dairəsində 200 seçki məntəqəsində keçirilib.

    Sorğuda əvvəlcədən təlimatlandırılmış 20 supervayzer, 400 intervyuçu, 30 operator iştirak edib.

  • MSK qanun pozuntuları ilə bağlı yayılan məlumatlara münasibət bildirdi

    Mərkəzi Seçki Komissiyası (MSK) səsvermə günü qanun pozuntuları ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

    MSK-dan oxu.az-a verilən xəbərinə görə, 2018-ci il aprelin 11-də keçirilən Azərbaycan Respublikası Prezidentinin seçkilərində səsvermə prosesi seçki subyektlərinin və seçicilərin azad davranışı şəraitində və ümumən qanunvericiliyin tələblərinə uyğun keçir.

    Ümumilikdə seçkilər dövrü və səsvermə günü hazırki vaxta qədər hər hansı qanun pozuntusunun olmasına dair Mərkəzi Seçki Komissiyasına heç bir rəsmi məlumat daxil olmayıb.

    Lakin sosial şəbəkələrdə seçkilərin demokratikliyinə və şəffaflığına kölgə salmaq istəyən bəzi maraqlı qüvvələr (Meydan TV və onun yaydığı məlumatları tirajlayan 2-3 maraqlı subyekt) tərəfindən həqiqətə uyğun olmayan və heç bir fakta söykənməyən uydurma məlumatlar yayılır.

    Belə saxta məlumatlara misal olaraq demək olar ki, guya 17 saylı Yasamal üçüncü seçki dairəsinin 5, 6 və 7 saylı seçki məntəqələrində seçki qutularının standartlara cavab verməməsi, komissiya üzvlərinin yuxarıdan tapşırıqla işlədiklərini etiraf etmələri, seçki qutusuna topa bülleten atılması kimi ciddi qanun pozuntularının baş verdiyi müşahidəçi Əli Zeynalova istinadən iddia edilir, halbuki həmin şəxs qeyd edilən dairənin ərazisində və məntəqələrdə ümumiyyətlə müşahidə aparmayıb.

    52 saylı məktəb 15 saylı seçki dairəsinin ərazisində olduğu halda, həmin məktəbdə 17 saylı seçki dairəsinin 5, 6 və 7 saylı seçki məntəqələrinin yerləşməsi, 57 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi mövcud olmadığı halda həmin dairədə qanun pozuntularının baş verməsinin iddia edilməsi, anonim müşahidəçilər adından onlara maneələrin yaradılması da bu qəbildəndir.

    MSK hesab edir ki, bu kimi saxta məlumat yayan internet resurslarının və sosial şəbəkə profillərinin əsas məqsədi ölkəmizdə keçirilən azad, demokratik və ədalətli seçkilərə kölgə salmaq, eyni zamanda beynəlxalq və yerli müşahidəçilərə yanlış məlumat vermək və onları yanıltmaq məqsədi daşıyır.

    60 000-dən artıq yerli və beynəlxalq müşahidəçinin heç bir maneə olmadan fəaliyyət göstərdiyi və 1000 veb-kamera vasitəsilə onlay rejimdə birbaşa izləmə imkanı təmin edilən bir şəraitdə yayılan bu cür saxta məlumatların ciddi qəbul edilməsi qeyri-mümkündür.

    Komissiya xüsusi olaraq vurğulayır ki, Azərbaycan seçicilərinin hüquqlarının qorunması üçün zəruri olan bütün tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirmək, mümkün pozuntuların qarşısının almaq və hər hansı bir pozuntu baş verdiyi tədqirdə nəticələrinin aradan qaldırılması istiqamətində lazımi addımlar atacaq.