Category: Siyasət

  • Seçki bülletenlərinin çapına başlanılıb

    Azərbaycanda Prezident seçkiləri ilə bağlı seçki bülletenlərinin çapına başlanılıb.

    Mərkəzi Seçki Komissiyasının 6 mart tarixli qərarına əsasən prezident seçkiləri ilə əlaqədar 5 milyon 347 min 803 bülleten çap olunacaq.

    Seçki Məcəlləsinə uyğun olaraq bülletenlərin çap prosesi seçki gününə 10 gün qalmış, yəni aprelin 1-dək yekunlaşmalıdır. Seçki bülletenlərinin dərci bir həftə ərzində yekunlaşacaq. Seçki bülletenləri seçki dairələrinə səsvermə gününə 5 gün, seçki məntəqələrinə isə 3 gün qalmış çatdırılacaq.

    Qeyd edək ki, bülletenlər Milli Məclisin mətbəəsində çap edilir.

  • Sabahdan seçki bülletenlərinin çapına başlanılacaq

    Sabah – martın 24-dən Azərbaycanda Prezident seçkiləri üçün seçki bülletenlərinin çapına başlanılacaq.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bülletenlər Milli Məclisin mətbəəsində çap ediləcək.

    Ümumilikdə, 5 milyon 347 min 803 seçki bülleteninin hazırlanması nəzərdə tutulub.

    MSK-nın təsdiqlədiyi Azərbaycan Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, bülletenlərin çapı səsvermə gününə ən azı 10 gün qalmış, yəni aprelin 1-dək başa çatdırılmalıdır.

    MSK səsvermə gününə azı 5 gün qalmış, yəni aprelin 6-dək seçki bülletenlərini dairə seçki komissiyalarına verməlidir.

    Səsvermə gününə azı 3 gün qalmış, yəni aprelin 8-dək dairə seçki komissiyaları seçki bülletenlərini məntəqə seçki komissiyalarına paylamalıdırlar.

    Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib. Ölkədə 5 milyon 309 min 434 seçici var. Seçki Məcəlləsinə əsasən, seçki bülletenlərinin sayı seçicilərin sayından 3 faiz artıq olmalıdır.

  • MSK-nın sədr müavini: Prezident seçkilərində bütün seçicilərin iştirakını təmin etmək üçün zəruri tədbirlər görülür

    Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-ə təyin edilmiş prezident seçkilərində bütün seçicilərin iştirakını təmin etmək üçün zəruri tədbirlər həyata keçirir.

    Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov “Səhhəti ilə əlaqədar seçicilərin müvəqqəti olduqları yerlərdə Azərbaycan Respublikasının Prezidenti seçkilərinin təşkili” mövzusunda seminar müşavirədə çıxışı zamanı deyib.

    N.Məmmədov vurğulayıb ki, Səhiyyə Nazirliyi ilə təşkil edilən bugünkü tədbir seçki prosesinin daha mükəmməl və şəffaf şəkildə həyata keçməsi üçün təşkil olunur.

    Sədr müavini vurğulayıb ki, bütün fəaliyyət seçicilərin prosesdən razı qalmasına yönəlib.

    N.Məmmədov bildirib ki, Azərbaycan ötən illər ərzində böyük seçki təcrübəsi qazanıb.

    Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.

  • Ürəyi̇ Azərbaycanla döyünən avropadaki soydaşlarimi kölndəki̇ toplantiya dəvət edi̇rəm!

    Azərbaycan prezidenti İlham Əliyev 2018-ci ili Cumhuriyyət ili elan edib. Cumhuriyyət tarixində çox hadisələrin şahidi olduq. Bu bizim üçün qürurverici tarixdir. Bu ayın sonunda isə erməni xəyanətinin – mart soyqırımının 100 illiyini qeyd edəcəyik. Eyni zamanda milli ordumuzun da quruluşunun 100 illiyidir.

    Haqqında yazdığım vacib tarixləri nəzərə alaraq və bu işlərdə bizim də tövhəmiz olsun deyə Almaniyanın Köln şəhərində martın 31-də böyük tədbir keçirməyə qərar verdik. Bu təşəbbüsdə bizə Almaniyada fəaliyyət göstərən Azərbaycan Türk Kültür və Dayanışma Dərnəyi dəstək verəcək. “Yaşasın Cumhuriyyətimiz, yaşasın Azərbaycan-Türkiyə ittifaqı, İlhamla irəli” şüarları altındakı tədbirimiz martın 31-də saat 15.00-da Kölnün “Senator” otelində keçiriləcək.

    Bizim çağırışımızla Kölndəki tədbirə yüzlərlə soydaşımızın qatılacağını planlaşdırırıq. Avropada yaşamalarına və vətənlərindən uzaq düşmələrinə baxmayaraq, ürəyi Azərbaycan dövləti və milləti üçün döyünən hər bir soydaşımı Kölndəki tədbirimizə dəvət edirəm, qapımız Sizə açıqdır. Bizim düşmənimiz 100 il bundan əvvəlkidir, torpaqlarımıza göz dikənlərlə – işğalçılarla mübarizəni istənilən müstəvidə gücləndirməliyik!

    Kölndəki tədbirlə bir daha göstərək ki, biz gücük, tək deyilik, arxamızda dövlətimiz, millətimiz və prezidentimiz var. Statusumu dövlət başçısı İlham Əliyevin martın 15-də VI Qlobal Bakı Forumunun açılış mərasimində dediyi fikirlə bitirmək istəyirəm: “Bu gün Cümhuriyyətin qurucuları Azərbaycanı görsələr, fəxr edərdilər. Biz də Cümhuriyyətin qurucuları ilə fəxr edirik”. Elə Kölndəki toplantıda millətimizin və dövlətimizin gücü və gələcək hədəflərimiz haqqında danışacağıq!

    Ünvan: Senats Hoteli Unter Goldschmied 9-17 D-50667 Köln

  • İlham Əliyevin siyasi fəaliyyəti ilə bağlı videoçarx hazırlanıb – VİDEO

    Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov rəsmi “Facebook” səhifəsində Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi, hazırkı dövlət başçısı İlham Əliyevin siyasi fəaliyyəti ilə bağlı video paylaşıb.

    Videoçarxda Prezidentin fəaliyyəti, nitqləri, keçirdiyi görüşlər haqqında kadrlar yer alıb.

  • Prezident İlham Əliyev Tunisin dövlət başçısını təbrik edib

    Prezident İlham Əliyev Tunis Prezidenti Beji Kaid əs-Sebsiyə təbrik məktubu göndərib.

    Təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Tunis Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

    Ümidvaram ki, Azərbaycan ilə Tunis arasındakı münasibətlər bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

    Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tunis xalqına əmin-amanlıq və rifah arzulayıram”.

  • Goranboy Rayon Mərkəzi Xəstəxanasının tikintisinə maliyyə vəsaiti ayrılıb

    Prezident İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə təmin olunması sözügedən istiqamətdə gerçəkləşən siyasətin əsas prioritetlərindəndir.

    2004-2017-ci illər ərzində respublika ərazisində 600-dən çox səhiyyə müəssisəsi tikilib, əsaslı təmir olunub və müasir tibbi avadanlıqla təchiz edilib.

    Sərəncamda qeyd olunur ki, Goranboy Rayon Mərkəzi Xəstəxanasının tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 22,35 milyon manatı Səhiyyə Nazirliyinə ayrılsın.

    Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

  • Mövlud Çavuşoğlu yenidən Azərbaycana gəlir

    Türkiyənın xarici işlər naziri Mövlud Çavuşoğlu gələn ay Azərbaycana gələcək.

    Diplomatik mənbələrdən məlum olub ki, o, aprelin 5-6-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının nazirlər konfransına qatılacaq.

    Qeyd edək ki, Türkiyə Qoşulmama Hərəkatının üzvü deyil.

    Xatırladaq ki, M. Çavuşoğlu martın 15-də Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçirilən ilk dördtərəfli görüşündə və VI Qlobal Bakı Forumunda iştirak edib./Apa

  • Prezident Kosa və Keçəllə yumurta döyüşdürdü – VIDEO

    Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ümumxalq şənliyinin iştirakçıları Dənizkənarı Milli Parka gəlib.

    Azərbaycanın müxtəlif bölgələrindən gələn özfəaliyyət dərnəklərinin, rəqs və mahnı qruplarının çıxışları maraqla qarşılandı.

    Dövlətimizin başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşıladılar.

    Prezidenti və xanımını Kosa və Keçəl bayram münasibətilə təbrik etdilər, dövlətimizin başçısı ilə yumurta döyüşdürdülər.

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bayram konsertinə baxdılar.

    Dövlətimizin başçısı, xanımı və ümumxalq şənliyinin digər iştirakçıları Novruz bayramı münasibətilə təşkil olunan “Şərq bazarı” ilə tanış oldular.

  • Azərbaycandakı rusiyalılar kimə səs verib?

    Azərbaycanda Rusiyada prezident seçkiləri ilə bağlı keçirilmiş səsvermənin nəticələri açıqlanıb.

    Median.Az səfirliyin saytına istinadən xəbər verir ki, martın 18-də keçirilən seçkilərlə bağlı səfirlikdə 1517 Rusiya vətəndaşı iştirak edib.

    Səsvermənin nəticəsinə görə, S.N Baburin 5 səs, P.N. Qrudinin 119 səs, V.V. Jirinovski 35 səs, V.V. Putin 1252 səs, K.A.Sobçak 57 səs, M.A. Suraykin 7 səs, B.Y Titov 11, Q.Ayavlinski isə 17 səs toplayıb. Ümumilikdə, Putin səslərin 83 faizini toplamış olub.

    Səsvermə ilə bağlı səfirliyə heç bir şikayətin daxil olmadığı qeyd edilir.