Category: Siyasət

  • Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı GÖRÜNTÜLƏR (Video)

    Prezidentin Mətbuat Xidməti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • Azərbaycan və Aİ arasında yeni ikitərəfli saziş üzrə növbəti müzakirələr aparılıb

    Aprelin 16-da Brüssel şəhərində Azərbaycan Respublikası ilə Avropa İttifaqının nümayəndə heyətləri arasında yeni ikitərəfli saziş üzrə danışıqların bərpası və Tərəfdaşlıq Prioritetləri sənədi üzrə növbəti müzakirələrin aparılması məqsədilə görüş keçirilib.

    Median.Az bu barədə Xarici İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir.

    Qeyd olunur ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Avropa İttifaqı tərəfinə isə Avropa Xarici Fəaliyyət Xidmətinin icraçı direktorunun müavini Audrone Perkauskiene rəhbərlik edib.

    Konstruktiv ruhda keçən müzakirələr hər iki sənəd üzrə mövqelərin qarşılıqlı əsasda anlaşılması və danışıqların növbəti mərhələlərinin planlaşdırılmasına xidmət edib.

    Görüşün yekununda danışıqların növbəti mərhələsinin iyun ayının əvvəlində Bakıda keçirilməsinə qərar verilib.

    Azərbaycan nümayəndə heyətinin tərkibində Xarici İşlər Nazirliyi ilə yanaşı, İqtisadiyyat, Ədliyyə, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, habelə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, Dövlət Gömrük Komitəsinin, Mərkəzi Bankın və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndələri yer alıblar.

    Səfər çərçivəsində Yalçın Rəfiyev, həmçinin Avropa Komissiyasının iqlim fəaliyyəti üzrə baş direktor müavini Yan Dusik və ətraf mühit üzrə baş direktor müavini Patrik Çild ilə görüşlər keçirib. Təmaslar zamanı iqlim fəaliyyəti və ətraf mühit sahəsində Azərbaycan-Avropa İttifaqı dialoq formatının yaradılması, eləcə də COP prosesi, iqlim və ətraf mühitlə bağlı beynəlxalq təşkilatlar çərçivəsində irəli sürülmüş təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

  • Üç liderin səmimi FOTOLARI

    Aprelin 17-də Türkiyənin Antalya şəhərində 5-ci Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilib.

    Forumda Azərbaycan, Türkiyə və Pakistan liderləri iştirak ediblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Şahbaz Şəriflə səmimi söhbət edib.



  • Antalyada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib – FOTO (YENİLƏNİB)

    Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib.

    Median.Az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

    * * * * *

    Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilir.

    Median.Az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.


  • Jorjoliani: Gürcüstan Azərbaycan və Ermənistan arasında ticarətin inkişafına kömək edəcək

    Gürcüstan Azərbaycan və Ermənistan arasında ticarət əlaqələrinin inkişafında mühüm rol oynayıb və oynayacaq.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Hökuməti Administrasiyasının rəhbəri Levan Jorjoliani Antalya Diplomatiya Forumunda “Cənubi Qafqaz: Strateji mərkəzə çevrilmə yolunda” adlı panel sessiyasında bildirib.

    “Biz qonşularımız – Azərbaycan və Ermənistan üçün çox şadıq, onlar sülh razılaşması əldə edə bildilər. İndi onlar ticarət münasibətlərini inkişaf etdirirlər və Gürcüstan da bunda əsas rol oynayır və oynayacaqdır. Biz bunu dəstəkləyirdik”, – o bildirib.

    Onun sözlərinə görə, Cənubi Qafqaz regionuna inkişaf üçün üçtərəfli format lazımdır:

    “Məsələn, bir neçə ay əvvəl Azərbaycan, Ermənistan və Gürcüstanın xarici işlər nazirlərinin müavinləri Tbilisidə görüşdülər və müxtəlif məsələləri – ikitərəfli və üçtərəfli əməkdaşlığın müxtəlif aspektlərini müzakirə etdilər. Biz qətiyyətlə inanırıq ki, əgər Cənubi Qafqaz ölkələri, hər üç ölkə, tərəqqi, sabitlik və sülhün qorunması ilə bağlı vahid baxışı bölüşərsə, o zaman xalqlarımız rifah içində yaşayacaqlar”.

  • Ermənistandan Azərbaycana bəzi məhsulların ixracı gözlənilir – Kostanyan

    Hazırda yaşadığımız proseslərlə mübarizə apararkən həyatımızda sülhün təmin olunması üçün hər gün investisiya etməliyik. Eyni zamanda, iqtisadi əlaqələrin qurulması da mühüm əhəmiyyət daşıyır. Artıq qeyd olunduğu kimi, biz Azərbaycanla ticarətə başlamışıq.

    Median.Az apa-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz: Strateji mərkəzə çevrilmə yolunda” adlı panel sessiyasında bildirib.

    Nazir müavini bildirib ki, yaxın gələcəkdə Ermənistandan Azərbaycana da bəzi məhsulların ixracının həyata keçirilməsi gözlənilir.

    Onun sözlərinə görə, enerji təhlükəsizliyi mümkün əməkdaşlığın ən vacib komponentlərindən biridir və bu, təkcə ikitərəfli deyil, həm də regional baxımdan əhəmiyyət daşıyır.

    Kostanyan əlavə edib ki, Ermənistan ABŞ-dakı tərəfdaşları ilə birlikdə üç layihə həyata keçirəcək: “Bu layihələr multimodal bağlantı ilə əlaqəlidir və dəmir yolları, avtomobil yolları, eləcə də enerji şəbəkələri və boru kəmərlərini əhatə edir.

    O vurğulayıb ki, bu istiqamətdə əsas məqsəd Ermənistanın enerji təchizatını şaxələndirmək, eyni zamanda Mərkəzi Asiya və Azərbaycandan Avropaya yönələn enerji resursları üçün tranzit mərkəzinə çevrilməkdir.

    Nazir müavini qeyd edib ki, Ermənistan üçün maraqlı layihələrdən biri də sualtı kabel layihəsidir və hazırda ölkə podratçılar arasında yaşıl enerji istehsalında ən böyük paya malikdir.

    Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan da bərpa olunan enerji potensialını artırmaq istiqamətində çalışır, günəş enerjisinə ciddi investisiyalar yatırır və yeni nüvə elektrik stansiyasının tikintisini planlaşdırır.

    Kostanyan bildirib ki, bu kontekstdə Avropa İttifaqı ilə əməkdaşlıq Ermənistan üçün son dərəcə vacibdir: “Bu, yalnız iqtisadi əməkdaşlıq deyil, həm də Avropa yönümlü istəklərə malik Ermənistan xalqının seçimidir”.

    O əlavə edib ki, hazırda Ermənistan Avropa İttifaqı ilə genişmiqyaslı sektorlararası inteqrasiyanın başlanması istiqamətində müxtəlif sahələr üzrə iş aparır.

    Nazir müavini sonda qeyd edib ki, bu baxımdan Gürcüstanın Avropa gələcəyi də Ermənistan üçün böyük əhəmiyyət daşıyır.

  • Ərdoğan: “Ermənistanla normallaşma prosesi Azərbaycanla birlikdə aparılır”

    “Qonşu Ermənistanla əlaqələrin müsbət məcraya yönəldilməsi məqsədilə müvafiq fəaliyyətlər həyata keçirilir”.

    Bu sözləri Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunun açılışında çıxışı zamanı səsləndirib.

    O qeyd edib ki, regiondakı və sərhədyanı ölkələrlə əlaqələr yüksək səviyyədə qurulmalıdır.

    “Ermənistanla münasibətlərin normallaşması prosesini Azərbaycanla razılaşdırılmış formada, mərhələli şəkildə inkişaf etdiririk. Bu kontekstdə, Xəzər dənizi vasitəsilə Asiya və Avropa arasında ticarət üçün ən etibarlı yol olan Orta Dəhliz təşəbbüsünü qətiyyətlə dəstəkləməyə davam edirik”, – deyə Türkiyə prezidenti vurğulayıb.

  • Antalyada Diplomatiya Forumunun açılış mərasimi keçirilib, Prezident İlham Əliyev tədbirdə iştirak edib (Yenilənib)

    Aprelin 17-də Türkiyənin Antalya şəhərində 5-ci Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

    Tədbirdə Türkiyənin xarici işlər naziri Hakan Fidan açılış nitqi ilə çıxış etdi.

    Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi.

    Qeyd edək ki, geosiyasi gərginliklər, dəyişən güc balansları, ticarət maneələri və çoxtərəfliliyə artan təzyiq fonunda cari qlobal mənzərənin proqnozlaşdırılması getdikcə daha çətin xarakter alır. Beşinci Forumun mövzusu “Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək” riskləri və imkanları müəyyənləşdirməyi, strategiyalar hazırlamağı və əldə olunan razılaşmaları əməli addımlara çevirməyi tələb edir.

    Builki forumda 150-dən çox ölkədən 22 dövlət və hökumət başçısı, 14 dövlət və hökumət başçısının müavini, 39-u xarici işlər naziri olmaqla 50-dən artıq nazir, həmçinin 75-i beynəlxalq təşkilatların nümayəndəsi olmaqla ümumilikdə 500-dən çox yüksəksəviyyəli şəxs iştirak edir.

    Forum çərçivəsində liderlərin panelləri də daxil olmaqla, 40-dan çox tədbir və sessiyanın keçirilməsi nəzərdə tutulur.

    * * * * *

    Türkiyənin Antalya şəhərində 5-ci Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilir.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak edirlər.

  • Alen Simonyan: “Azərbaycanla ticarəti daha da genişləndirməliyik” – Video

    “Görüş yaxşı keçdi. Təəccüblənə bilərsiniz, amma fikir ayrılığı yoxdur. Qarşılıqlı anlaşma, dostluq münasibəti, birgə əməkdaşlıq, gələcək tərəfdaşlıq planları var. Danışıqlar zamanı heç bir maneə ilə qarşılaşmadıq və ümid edirəm ki, bundan sonra da olmayacaq”.

    Bu fikirləri “Real” TV-yə müsahibəsində Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycanın spikeri Sahibə Qafarova ilə görüşdən sonra bildirib.

    “Azərbaycanın Ermənistana məhsul ixracı və Azərbaycan üzərindən Ermənistana tranzit məsələsi İrəvanda necə qiymətləndirilir?” sualına onun cavabı belə olub:

    “Bu, çox müsbət qiymətləndirilir. Mən bunu uzun müddət deyirəm. Biz ticarəti daha da genişləndirməliyik. Bilirəm ki, bizim iş adamlarımız, hökumətlərimiz və aidiyyəti qurumlar bu istiqamətdə çalışır. İşi davam etdirməliyik”.

    A.Simonyan “Hər iki ölkəyə qarşılıqlı olaraq vətəndaş cəmiyyəti nümayəndələrinin səfərlərini necə qiymətləndirirsiz?” sualına cavabında isə belə deyib:

    “Çox əla. Görmürsünüzmü, bu görüşlər necə keçirilir və ondan sonra hansı rəylər verilir? Baxın, biz çoxdan və çox yaxşı bir-birimizi tanıyırıq. Şükürlər olsun ki, xalqlarımız arasında olan o qaranlıq səhifə artıq keçmişdə qalıb. İndi isə siyasətçilər və proseslərə rəhbərlik edən insanlar olaraq biz bunu daha da inkişaf etdirməli və bu yaxşı fürsəti qaçırmamalıyıq”.

  • Antalyada Diplomatiya Forumunun açılış mərasimi keçirilir, İlham Əliyev tədbirdə iştirak edir – CANLI

    Türkiyənin Antalya şəhərində 5-ci Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilir.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak edirlər.