Category: Siyasət

  • Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin görüşü oldu – YENİLƏNİB

    Milli Məclisin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin sədri Alen Simonyanın görüşü keçirilib.

    Görüş İstanbul şəhərində keçirilən Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində baş tutub.

    Görüş 1 saatdan çox davam edib.

    * * * * *

    Milli Məclisin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin sədri Alen Simonyanın görüşü başlayıb.

    Görüş İstanbul şəhərində keçirilən Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində baş tutur.

    Qeyd edək ki, bundan öncə Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüblər.

  • Aleksey Overçuk: “Yeni Rusiya-Azərbaycan universiteti yaradıla bilər”

    “Rusiyada Azərbaycan dilinin öyrənilməsinə ehtiyac var”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında bildirib.

    “Biz bilirik ki, Azərbaycanda rus dilinə nə qədər qayğı ilə yanaşılır – o, məktəblərdə tədris olunur. Həmçinin universitetlərimiz arasında əlaqələrin gücləndirilməsinə marağı da görürük. Dünən Sankt-Peterburq Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində yeni Rusiya-Azərbaycan universitetinin yaradılması məsələsi müzakirə olunub”, – A.Overçuk qeyd edib.

    Onun sözlərinə görə, rus dilinin yayılması sahəsində qarşılıqlı fəaliyyət mövzuları da müzakirə edilib.

    “Lakin öz tərəfimizdən başa düşürük ki, Rusiyada da Azərbaycan dilinin öyrənilməsinə ehtiyac var və biz buna kömək edəcəyik”, – deyə baş nazirin müavini vurğulayıb.

  • Azərbaycan və Moldova prezidentlərinin Antalyada görüşü olub – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Antalyada Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşüb.

    Median.Az bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.


  • İlham Əliyevin Antalyada Tufan Erhürmanla görüşü olub – FOTO

    Aprelin 17-də Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmanla görüşü olub.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.



  • İlham Əliyevin Antalyada Əhməd əş-Şaraa ilə görüşü olub – FOTO

    Aprelin 17-də Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şaraa ilə görüşü olub.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

  • İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

    Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, məktubda deyilir:

    “Əziz Qardaşım.

    Kahramanmaraşda yerləşən məktəbə silahlı hücum nəticəsində əksəriyyəti uşaq olmaqla çox sayda insanın həlak olması və yaralanması xəbərini dərin sarsıntı və kədər hissi ilə qarşıladıq.

    Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, uşaqlara qarşı yönəlmiş bu qəddarlıq əməlini qətiyyətlə pisləyirik.

    Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, səbir diləyir, yaralananların tezliklə sağalmasını arzulayıram.

    Allah rəhmət eləsin!”

  • İlham Əliyevdən Hikmət Babaoğlu ilə bağlı SƏRƏNCAM

    Hikmət Baba oğlu Məmmədov (Babaoğlu) “Şöhrət” ordeni ilə təltif edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Sərəncama əsasən, H.B.Məmmədov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə təltif olunub.

  • İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək üçün aprelin 16-da Türkiyəyə işgüzar səfərə gedib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşılayıblar.










  • Azərbaycanın Almaniyadakı səfirliyi Kölndə səyyar konsulluq xidmətləri həyata keçirəcək

    Azərbaycanın Almaniyadakı səfirliyi Kölndə səyyar konsulluq xidmətləri həyata keçirəcək.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfirliyinin “X” hesabında məlumat yayılıb.

    “25-26 aprel 2026-cı il tarixində Azərbaycanın Almaniyadakı Səfirliyi tərəfindən Köln şəhərində səyyar konsulluq xidmətinin göstərilməsi planlaşdırılır”, – məlumatda bildirilib.

  • Azərbaycan XİN Türkiyəyə başsağlığı verib – FOTO

    “Qardaş Türkiyədə bu gün və dünən orta məktəblərdə baş vermiş silahlı hücum hadisələri bizi dərindən kədərləndirdi”.

    Bu barədə Xarici İşlər Nazirliyi “X” sosial şəbəkə hesabında paylaşım edib.

    “Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu zorakılıqdan zərər çəkən hər kəslə, qardaş Türkiyə xalqı və hökuməti ilə həmrəy olduğumuzu bildiririk. Yaralananlara tezliklə şəfa diləyir, bu ağır günlərdə qardaş Türkiyə xalqına səbir və güc arzulayırıq”, – paylaşımda qeyd olunub.