Category: Siyasət

  • Prezidentdən bir sıra qeyri-filiz faydalı qazıntı yataqları ilə bağlı FƏRMAN

    Prezident İlham Əliyev “Yerin təkindən istifadə sahəsində fəaliyyətin təkmilləşdirilməsi (neft-qaz sahəsi üzrə fəaliyyət istisna olmaqla) və bununla əlaqədar ölkə Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında fərmanında dəyişiklik edib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

    Fərmana əsasən, qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı sahəsində səmərəliliyin artırılması və bazar tələbatının ödənilməsi məqsədilə Bakının Qaradağ rayonundakı “Qaradağ I və II”, Qaradağ rayonu və Abşeron rayonundakı “Güzdək muldası” əhəngdaşı yataqları, Zaqatala rayonu ərazisində yerləşən “Katexçay I və II” , Balakən rayonu ərazisində yerləşən “Balakənçay I və II”, Oğuz rayonu ərazisində yerləşən “Ağçay I” qum-çınqıl yataqları və İmişli rayonu ərazisində yerləşən “İmişli” qum-çınqıl yataqları daxilində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müəyyən etdiyi yer təki sahələri “AzerGold” QSC-nin istifadəsinə verilib.

  • Ceyhun Bayramov BMT-nin sessiyasına sədrlik etdi, prezidentin müraciətini səsləndirdi

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) Banqkokda “Heç kəs kənarda qalmasın: Asiya və Sakit Okean regionunda bütün yaş qrupları üçün cəmiyyətin inkişafı” mövzusunda keçirilən 82-ci sessiyasında qatılıb və iclasa sədrlik edib.

    Bu barədə Xarici İşlər Nazirliyi “X” platformasında məlumat yayıb.

    Bildirilib ki, sessiyanın açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yazılı müraciəti nazir Ceyhun Bayramov tərəfindən səsləndirilib.

    Məlumatda qeyd olunub:

    “Sessiya zamanı Azərbaycan ortaq çağırışların həlli və inkişafın faydalarının cəmiyyətin bütün təbəqələrinə çatdırılması üçün regional əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

    Nazir Ceyhun Bayramov Azərbaycanın təqdim etdiyi əsas siyasət mesajlarını diqqətə çatdıraraq inklüziv inkişaf, rəqəmsal transformasiya, yaşıl enerji keçidi, regional bağlantı, sülh quruculuğu və Cənub-Cənub əməkdaşlığına xüsusi diqqət yönəldib.

    “Hamını əhatə edən inkişaf” gündəliyi çərçivəsində Azərbaycanın insan mərkəzli, dayanıqlı və qarşılıqlı əlaqəli regional gələcək vizyonu təqdim olunub.

    Sessiya çərçivəsində “Azərbaycan 2030: sosial-iqtisadi inkişaf üzrə milli prioritetlər” sənədinin inklüziv iqtisadi artım, təhsil və səhiyyəyə bərabər çıxış, rəqəmsal dövlət xidmətlərinin genişləndirilməsi, nəsillərarası bərabər imkanlar kimi əsas istiqamətləri də xatırladılıb.

    Bundan əlavə, Avrasiya üzrə əlaqəliliyin gücləndirilməsində Orta Dəhlizin strateji əhəmiyyəti vurğulanıb.

    Sessiyanın əsas nəticələrindən biri Asiya və Sakit Okean regionunda bütün yaş qrupları üçün sosial inkişafın təşviqinə dair Bakı-Banqkok Bəyannaməsinin qəbul olunması olub. Bu sənəd inklüzivlik və dayanıqlı inkişaf istiqamətində ortaq öhdəliyi əks etdirir və ESCAP-ın inklüziv inkişaf gündəliyi ilə birbaşa uzlaşır.

    Sessiyada üzv dövlətlərin yüksək səviyyəli nümayəndələri, beynəlxalq təşkilatlar və BMT tərəfdaşları iştirak edərək regionda inklüziv artım, sosial bərabərlik və dayanıqlı inkişaf məsələləri üzrə dialoqu inkişaf etdiriblər.

    Azərbaycan çoxtərəfli diplomatiyada fəal rol oynamaqda davam edir və ümumi inkişaf məqsədlərinin dəstəklənməsi üçün Asiya-Sakit Okean regionu ilə əməkdaşlığını daha da dərinləşdirmək niyyətindədir.

    Həmrəylik, innovasiya və ortaq məsuliyyət prinsiplərinə əsaslanan Azərbaycan insanı mərkəzə qoyan inkişaf modelini təşviq edir, regional əlaqəliliyi gücləndirməyi, rəqəmsal və yaşıl keçidləri sürətləndirməyi, eləcə də sülh və əməkdaşlığı möhkəmləndirməyi hədəfləyir”.

  • İlham Əliyev: “Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir”

    “Azərbaycan inkluziv və dayanıqlı inkişafı davam etdirir. Son iki onillik ərzində, iqtisadiyyatımız təxminən dörd dəfə artmış, yoxsulluq və işsizlik isə təqribən 5 faiz səviyyəsinə düşmüşdür. Sosial müdafiə və infrastruktur sahəsində böyük sərmayələr, hazırda, sayı 10 milyonu keçmiş əhalimizin rifahını yaxşılaşdırmışdır”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının səksən ikinci sessiyasının iştirakçılarına müraciətində yer alıb.

    Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan, BMT-nin 2030-cu il Gündəliyini milli inkişaf strategiyalarına daxil edərək, yoxsulluğun azaldılması, təhsil və səhiyyə sahələrində nailiyyətlər qazanaraq, heç kəsi diqqətdən kənarda qoymamaq prinsipinə qəti şəkildə sadiq çıxdığımızı əks etdirən könüllü milli hesabatlarını dövri olaraq təqdim edərək, Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında böyük tərəqqi əldə etmişdir.

    “Bundan əlavə, Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir. Cari geosiyasi mühitdə, Orta Dəhlizin əhəmiyyəti artır. Zəngəzur Dəhlizi Asiyanı Avropa ilə birləşdirərək, Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın prioritetləri ilə tam uyğun şəkildə daha geniş nəqliyyat, enerji və rəqəmsal şəbəkələrə töhfə verərək, regional bağlantıları daha da artıracaq.

    Azərbaycan sabit və şaxələndirilmiş enerji təchizatına töhfə verərək, müxtəlif bölgələrdə enerji təhlükəsizliyinin təminatçısı kimi öz etibarlı rolunu oynamaqda davam edir.

    Münaqişənin başa çatması Azərbaycanın beynəlxalq səylərinin genişləndirilməsi üçün də yeni imkanları yaratmışdır. Azərbaycanın Türk Dövlətləri Təşkilatında və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə sədrliyi, onun D8 – İqtisadi Əməkdaşlıq üzrə Təşkilata, Mərkəzi Asiyada dövlət başçılarının məşvərətçi görüşlərinə qəbul olunması və COP29 tədbirinə uğurla ev sahibliyi, beynəlxalq ictimaiyyətin Azərbaycanın xarici siyasətinə artan etimadının təzahürüdür”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

  • Ceyhun Bayramov Tailandın baş naziri ilə görüşüb

    Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Asiya və Sakit okean üzrə Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, tərəflər Azərbaycanın UNESCAP-a sədrliyi dövründə prioritetlərini, Azərbaycan ilə Tailand arasında ikitərəfli münasibətlərin perspektivlərini, həmçinin regional məsələləri müzakirə ediblər.

    “Asiya və Sakit okean üzrə BMT İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Anutin Çarnvirakul ilə görüşməkdən məmnun oldum.

    Tərəfdaşlığımızı daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirəm”, – deyə C. Bayramov “X” hesabında qeyd edib.

  • Prezident: “Yüksələn geosiyasi gərginlik onilliklər ərzində əldə olunmuş inkişaf nailiyyətlərinin kövrəkliyini üzə çıxarır”

    “BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası, dayanıqlı inkişafın irəliləməsi, eləcə də regional bağlantıların, ticarətin və iqtisadi əməkdaşlığın asanlaşdırılmasında olduqca mühüm rol oynayan, BMT-nin ən geniş və təsirli regional platformalarından biri olaraq qalır. Biz, xüsusən də, multilateralizmin gücləndirilməsinə ehtiyac duyulduğu vaxtda, bu mühüm işə töhfə verməkdən məmnunuq”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının səksən ikinci sessiyasının iştirakçılarına müraciətində yer alıb.

    “Görüşümüz artan qlobal qeyri-müəyyənlik dövründə baş tutur. Yüksələn geosiyasi gərginlik və genişlənən münaqişələr, beynəlxalq sülh və təhlükəsizliyin həssaslığını, o cümlədən onilliklər ərzində əldə olunmuş inkişaf nailiyyətlərinin kövrəkliyini üzə çıxarır. Bu xüsusda, Azərbaycan, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə özünün sarsılmaz sadiqliyini bir daha vurğulayır.

    2021-ci ildə bu mötəbər qurumda ilk dəfə çıxış etdikdən sonra, Cənubi Qafqazda dərin transformasiya baş vermişdir. Azərbaycan özünün suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etmiş, Ermənistanla sülh gündəliyinə başlamışdır. Ötən ilin avqustunda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın ev sahibliyi ilə keçirilmiş Vaşinqton Zirvə görüşündə Azərbaycan ilə Ermənistan arasında normallaşmada tarixi irəliləyiş əldə olunmuşdur.

    Bu gün, biz sülhün bəhrəsinin şahidiyik. Azərbaycan ilə Ermənistan arasında ticarət münasibətləri başlamışdır və hazırda, Azərbaycan Ermənistan üçün tranzit çıxışına şərait yaradır. Vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri etimadın qurulmasına töhfə verir.

    Eyni zamanda, Azərbaycan işğal zamanı tam dağıdılmış və azad edilmiş ərazilərdə unikal və genişmiqyaslı yenidənqurma layihələrini həyata keçirir. Böyük Qayıdış Proqramı uğurla icra olunur. 80000-dən artıq insan, öz həyatını yenidən qurmaq, doğma yurdlarına qovuşmaq, təhsil almaq və işləmək məqsədilə Qarabağ və Şərqi Zəngəzur bölgələrinə qayıtmışlar. Bununla belə, minalar humanitar və inkişaf sahələrində ciddi təhdid olaraq qalır. Asiya və Sakit okean üzrə Komissiyanın əhatə dairəsində olan bir sıra ölkələrdə də mövcud olan mina problemi bu sahədə geniş beynəlxalq əməkdaşlığı zəruri edir. 2020-ci ildə münaqişə başa çatdıqdan sonra, 400-dən artıq azərbaycanlı mülki şəxs mina partlayışları nəticəsində həyatını itirmiş və ya yaralanmışlar”, – deyə müraciətdə qeyd edilib.

  • İlham Əliyev BMT ASİSK-in iştirakçılarına müraciət ünvanlayıb

    Prezident İlham Əliyev BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının səksən ikinci sessiyasının iştirakçılarına müraciət ünvanlayıb.

    Median.Az President.az-a istinadən həmin müraciətin mətnini təqdim edir:

    “Azərbaycanın sədrliyi ilə keçirilən BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (BMT ASİSK) səksən ikinci sessiyasında çıxış etmək üçün mənə göndərdiyi səmimi dəvətə görə Baş katibin müavininə dərin təşəkkürümü bildirmək istəyirəm.

    BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası, dayanıqlı inkişafın irəliləməsi, eləcə də regional bağlantıların, ticarətin və iqtisadi əməkdaşlığın asanlaşdırılmasında olduqca mühüm rol oynayan, BMT-nin ən geniş və təsirli regional platformalarından biri olaraq qalır. Biz, xüsusən də, multilateralizmin gücləndirilməsinə ehtiyac duyulduğu vaxtda, bu mühüm işə töhfə verməkdən məmnunuq.

    Görüşümüz artan qlobal qeyri-müəyyənlik dövründə baş tutur. Yüksələn geosiyasi gərginlik və genişlənən münaqişələr, beynəlxalq sülh və təhlükəsizliyin həssaslığını, o cümlədən onilliklər ərzində əldə olunmuş inkişaf nailiyyətlərinin kövrəkliyini üzə çıxarır. Bu xüsusda, Azərbaycan, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə özünün sarsılmaz sadiqliyini bir daha vurğulayır.

    2021-ci ildə bu mötəbər qurumda ilk dəfə çıxış etdikdən sonra, Cənubi Qafqazda dərin transformasiya baş vermişdir. Azərbaycan özünün suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etmiş, Ermənistanla sülh gündəliyinə başlamışdır. Ötən ilin avqustunda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın ev sahibliyi ilə keçirilmiş Vaşinqton Zirvə görüşündə Azərbaycan ilə Ermənistan arasında normallaşmada tarixi irəliləyiş əldə olunmuşdur.

    Bu gün, biz sülhün bəhrəsinin şahidiyik. Azərbaycan ilə Ermənistan arasında ticarət münasibətləri başlamışdır və hazırda, Azərbaycan Ermənistan üçün tranzit çıxışına şərait yaradır. Vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri etimadın qurulmasına töhfə verir.

    Eyni zamanda, Azərbaycan işğal zamanı tam dağıdılmış və azad edilmiş ərazilərdə unikal və genişmiqyaslı yenidənqurma layihələrini həyata keçirir. Böyük Qayıdış Proqramı uğurla icra olunur. 80000-dən artıq insan, öz həyatını yenidən qurmaq, doğma yurdlarına qovuşmaq, təhsil almaq və işləmək məqsədilə Qarabağ və Şərqi Zəngəzur bölgələrinə qayıtmışlar. Bununla belə, minalar humanitar və inkişaf sahələrində ciddi təhdid olaraq qalır. Asiya və Sakit okean üzrə Komissiyanın əhatə dairəsində olan bir sıra ölkələrdə də mövcud olan mina problemi bu sahədə geniş beynəlxalq əməkdaşlığı zəruri edir. 2020-ci ildə münaqişə başa çatdıqdan sonra, 400-dən artıq azərbaycanlı mülki şəxs mina partlayışları nəticəsində həyatını itirmiş və ya yaralanmışlar.

    Xanımlar və cənablar,

    Azərbaycan inkluziv və dayanıqlı inkişafı davam etdirir. Son iki onillik ərzində, iqtisadiyyatımız təxminən dörd dəfə artmış, yoxsulluq və işsizlik isə, təqribən 5 faiz səviyyəsinə düşmüşdür. Sosial müdafiə və infrastruktur sahəsində böyük sərmayələr, hazırda, sayı 10 milyonu keçmiş əhalimizin rifahını yaxşılaşdırmışdır.

    Azərbaycan, BMT-nin 2030-cu il Gündəliyini milli inkişaf strategiyalarına daxil edərək, yoxsulluğun azaldılması, təhsil və səhiyyə sahələrində nailiyyətlər qazanaraq, heç kəsi diqqətdən kənarda qoymamaq prinsipinə qəti şəkildə sadiq çıxdığımızı əks etdirən könüllü milli hesabatlarını dövri olaraq təqdim edərək, Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında böyük tərəqqi əldə etmişdir.

    Bundan əlavə, Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir. Cari geosiyasi mühitdə, Orta Dəhlizin əhəmiyyəti artır. Zəngəzur Dəhlizi Asiyanı Avropa ilə birləşdirərək, Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın prioritetləri ilə tam uyğun şəkildə daha geniş nəqliyyat, enerji və rəqəmsal şəbəkələrə töhfə verərək, regional bağlantıları daha da artıracaq.

    Azərbaycan sabit və şaxələndirilmiş enerji təchizatına töhfə verərək, müxtəlif bölgələrdə enerji təhlükəsizliyinin təminatçısı kimi öz etibarlı rolunu oynamaqda davam edir.

    Münaqişənin başa çatması Azərbaycanın beynəlxalq səylərinin genişləndirilməsi üçün də yeni imkanları yaratmışdır. Azərbaycanın Türk Dövlətləri Təşkilatında və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə sədrliyi, onun D8 – İqtisadi Əməkdaşlıq üzrə Təşkilata, Mərkəzi Asiyada dövlət başçılarının məşvərətçi görüşlərinə qəbul olunması və COP29 tədbirinə uğurla ev sahibliyi, beynəlxalq ictimaiyyətin Azərbaycanın xarici siyasətinə artan etimadının təzahürüdür.

    Sonda, məmnunluqla qeyd etmək istərdim ki, Azərbaycan gələn ay Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi edəcək. Genişmiqyaslı yenidənqurma və dayanıqlı şəhərsalma işlərində iştirak edən ölkə kimi, biz sessiyada öz təcrübəmizi bölüşməyi və ən yaxşı qlobal təcrübələrlə tanış olmağı arzulayırıq. Mən hamınızı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak etməyə dəvət edirəm.

    Bu iclasın işinə uğurlar arzu edirəm. Sağ olun”.

  • Ceyhun Bayramov: “Yaxın aylarda Ermənistan-Azərbaycan normallaşma prosesinə dair labüd məsələlərin həlli yekunlaşa bilər”

    “Biz hesab edirik ki, yaxın aylarda Ermənistan-Azərbaycan normallaşma prosesinə dair labüd məsələlərin həlli yekunlaşa bilər”.

    Median.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

    Onun sözlərinə görə, son dövrlərdə normallaşma prosesi ilə bağlı mühüm hadisələr baş verib:

    “Xüsusilə Vaşinqton sammiti diqqət çəkir. Ötən ilin avqust ayında Azərbaycan Prezidenti və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Həmin sənəd ABŞ Prezidenti Donald Tramp tərəfindən də şahid qismində təsdiqləndi. Bununla yanaşı, sülh sazişinin paraflanması baş tutdu və ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı müraciət imzalandı. Ümumilikdə, bu addımlar Ermənistan-Azərbaycan normallaşma prosesinin növbəti mərhələsi üçün yol xəritəsini müəyyənləşdirdi.

    Bundan sonra Prezident İlham Əliyev Ağ Evdə keçirilən rəsmi mərasimdə bildirdi ki, Azərbaycan üçün sülh artıq reallığa çevrilib. Sonrakı dövrdə atılan addımlar da bu yanaşmanın təsdiqi oldu. Bu, sadəcə siyasi bəyanat deyil, Azərbaycanın strateji baxışını əks etdirən mövqedir.

    2025-ci ilin payızından etibarən Azərbaycan bir sıra praktiki addımlar atmağa başladı. Ermənistanın müraciətləri əsasında üçüncü ölkələrdən yüklərin Azərbaycan ərazisindən tranzitinə icazə verildi. İlk belə müraciətlər Qazaxıstan və Rusiya tərəfindən daxil oldu və müsbət cavablandırıldı. Bununla yanaşı, enerji və digər iqtisadi sahələrdə də əməkdaşlıq elementləri formalaşmağa başladı.

    Paralel olaraq, vətəndaş cəmiyyəti nümayəndələri arasında görüşlər intensivləşdi. Delimitasiya üzrə hökumətlərarası komissiyanın iclası Azərbaycanın Qazax rayonunda keçirildi. Bundan əlavə, IPU çərçivəsində İstanbulda Azərbaycan və Ermənistan parlament sədrlərinin birbaşa görüşü baş tutdu. Bütün bu proseslər regionda yeni və daha müsbət bir atmosferin formalaşdığını göstərir. Ümumilikdə, normallaşma gündəliyinin müsbət istiqamətdə inkişaf etdiyini demək olar. Bununla belə, hələ də həllini gözləyən məsələlər mövcuddur.

    Biz hesab edirik ki, yaxın aylarda bu məsələlər də yekunlaşa bilər. Biz buna kifayət qədər optimist baxırıq. Hesab edirik ki, Ermənistanda referendum keçirilməsi, yeni konstitusiyanın qəbul edilməsi, sülh sazişi üzrə son imzaların atılması və onun ratifikasiya edilməsi yolunu da aça bilər və bununla da daha müsbət addımların şahidi ola bilərik”, – deyə nazir bildirib.

  • Mehriban Əliyeva Antalyada Fələstinlə bağlı paneldə iştirak edib – FOTO

    Aprelin 18-də Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində “Fələstində sülh naminə birləşərək: Təhsil sisteminin məhv edilməsi ilə mübarizə və gələcəyin qorunması” adlı panel iclas təşkil olunub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva tədbirdə iştirak ediblər.

    Əvvəlcə qonaqlar Afrika Mədəniyyət Evinin stendi ilə tanış olublar. Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə 2016-cı ildə qurulan Afrika Mədəniyyət Evinin fəaliyyətinin məqsədi afrikalı qadınların əl əməyini təbliğ etmək, onların fəaliyyətini iqtisadi dəyərə çevirmək və mədəni həmrəyliyi gücləndirməkdir.

    Türkiyənin birinci xanımı Əminə Ərdoğanın himayəsi altında keçirilən tədbir Fələstinə həsr olunan videoçarxın nümayişi ilə başlayıb.

    Tədbirdə çıxış edənlər müharibənin təsirlərinə məruz qalan uşaqlar üçün təhlükəsiz təhsil mühitinin bərpası, dəstək mexanizmlərinin gücləndirilməsi və təhsildə davamlılığın təmin edilməsinin regionun gələcəyi üçün strateji əhəmiyyət daşıdığını bildiriblər.

    Türkiyənin birinci xanımı Əminə Ərdoğan çıxış edərək, tədbirdə veriləcək mesajların dünyanın müxtəlif bölgələrində baş verən müharibələrin qurbanı olan uşaqlar üçün yeni bir həyatın ümid işığı olacağına əminliyini vurğulayıb. O, uşaqların və gənclərin bir millətin ümidi və sabahı olduğunu deyərək, zorakılığı təşviq edən ən xırda amillə belə qətiyyətlə mübarizə aparmağın mühüm roluna toxunub.

    Sonra xatirə şəkili çəkdirilib.

    Daha sonra tədbir iştirakçıları Fələstində münaqişə nəticəsində təhsil sisteminin məhv edilməsinə həsr olunan sərgiyə baxıblar.
















  • Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı GÖRÜNTÜLƏR (Video)

    Prezidentin Mətbuat Xidməti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • Azərbaycan və Aİ arasında yeni ikitərəfli saziş üzrə növbəti müzakirələr aparılıb

    Aprelin 16-da Brüssel şəhərində Azərbaycan Respublikası ilə Avropa İttifaqının nümayəndə heyətləri arasında yeni ikitərəfli saziş üzrə danışıqların bərpası və Tərəfdaşlıq Prioritetləri sənədi üzrə növbəti müzakirələrin aparılması məqsədilə görüş keçirilib.

    Median.Az bu barədə Xarici İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir.

    Qeyd olunur ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Avropa İttifaqı tərəfinə isə Avropa Xarici Fəaliyyət Xidmətinin icraçı direktorunun müavini Audrone Perkauskiene rəhbərlik edib.

    Konstruktiv ruhda keçən müzakirələr hər iki sənəd üzrə mövqelərin qarşılıqlı əsasda anlaşılması və danışıqların növbəti mərhələlərinin planlaşdırılmasına xidmət edib.

    Görüşün yekununda danışıqların növbəti mərhələsinin iyun ayının əvvəlində Bakıda keçirilməsinə qərar verilib.

    Azərbaycan nümayəndə heyətinin tərkibində Xarici İşlər Nazirliyi ilə yanaşı, İqtisadiyyat, Ədliyyə, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, habelə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, Dövlət Gömrük Komitəsinin, Mərkəzi Bankın və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndələri yer alıblar.

    Səfər çərçivəsində Yalçın Rəfiyev, həmçinin Avropa Komissiyasının iqlim fəaliyyəti üzrə baş direktor müavini Yan Dusik və ətraf mühit üzrə baş direktor müavini Patrik Çild ilə görüşlər keçirib. Təmaslar zamanı iqlim fəaliyyəti və ətraf mühit sahəsində Azərbaycan-Avropa İttifaqı dialoq formatının yaradılması, eləcə də COP prosesi, iqlim və ətraf mühitlə bağlı beynəlxalq təşkilatlar çərçivəsində irəli sürülmüş təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.