Category: Siyasət

  • Paşinyandan Tramp marşrutu ilə bağlı açıqlama

    Nikol Paşinyan bildirib ki, İrəvan və Vaşinqton Tramp marşrutu (TRIPP) layihəsini qısa müddətdə həyata keçirmək istəyirlər.

    Median.Az Ermənistan KİV-inə istinadən xəbər verir ki, Nikol Paşinyan parlamentdə keçirilən hökumət saatı zamanı qeyd edib ki, İrəvan Vaşinqtondan layihəyə ən yüksək səviyyədə marağın qorunması barədə təminat alıb.

    “Son vaxtlar icra tempi daha da sürətlənib. Bir neçə gün əvvəl marşrut çərçivəsində elektrik ötürücü xətlərinin tikintisi məsələsi planlaşdırılmış müddətdən əvvəl müzakirə olunub. Layihənin tempinin sürətləndirilməsində Bakı da maraqlıdır”, – deyə baş nazir qeyd edib.

    Xatırladaq ki, bir ay əvvəl Nikol Paşinyan İran ətrafındakı hadisələrin TRIPP layihəsinin reallaşdırılma müddətini təxirə sala biləcəyini bildirmişdi. Bu gün isə o, müəyyən narahatlıqların həqiqətən mövcud olduğunu qeyd edib. Lakin yaxın vaxtlarda layihəyə cəlb olunma səviyyəsinin yalnız artacağı vurğulanıb.

  • Azərbaycan-Aİ münasibətlərinin vəziyyəti nəzərdən keçirildi

    15 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Rumıniyanın xarici işlər naziri Oana-Silvia Toiu arasında telefon danışığı baş tutub.

    XİN-dən verilən xəbərə görə, telefon danışığı zamanı tərəflər Azərbaycan ilə Rumıniya arasında ikitərəfli və çoxtərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər.

    Bu çərçivədə enerji, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın iştirakı ilə həyata keçirilən strateji layihələrin əhəmiyyəti vurğulanıb.

    Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə toxunaraq, əməkdaşlığın möhkəmləndirilməsinin, təhlükəsizliyin və sabitliyin əhəmiyyətini qeyd ediblər.

    Danışıq zamanı geniş kontekstdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin mövcud vəziyyəti və perspektivləri də nəzərdən keçirilib. Tərəflər bu istiqamətdə dialoq və əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.

    Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

  • Məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib edən vəzifəli şəxslərin siyahısı DƏYİŞDİRİLDİ

    “Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

    Fərmana əsasən, “Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilib:

    1. 68-ci hissədə “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi adından – Komitənin sədri, onun müavinləri, Aparatın rəhbəri, şöbə müdiri, onun müavini, Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi, onun müavinləri, şöbə müdiri, onun müavini” sözləri “Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – Xidmətin rəisi, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, Xidmətin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri və onun müavinləri, departament rəhbərləri və onların müavinləri, ərazi idarələrinin rəisləri və onların müavinləri” sözləri ilə əvəz edilib;

    2. 69-cu hissədə “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi adından – Komitənin sədri, onun müavinləri, Aparatın rəhbəri” sözləri “Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – Xidmətin rəisi, onun müavinləri, Aparatın rəhbəri, onun müavini” sözləri ilə, “Komitənin ərazi bölmələrinin” sözləri “Xidmətin ərazi şöbələrinin” sözləri ilə əvəz edilib.

  • Prezident Kitabxanasında “Zərifə Əliyeva” adlı çoxdilli virtual kitab sərgisi hazırlanıb

    Prezident Kitabxanası Azərbaycanın görkəmli oftalmoloq-alimi, akademik və ictimai xadim Zərifə Əliyevanın həyatı və çoxşaxəli fəaliyyətindən bəhs edən “Zərifə Əliyeva” adlı çoxdilli virtual kitab sərgisi hazırlayıb.

    Bu barədə kitabxanadan məlumat verilib.

    Bildirilib ki, sərgidə akademikin zəngin elmi-pedaqoji irsi, tibb elminin inkişafına verdiyi töhfələr, ictimai fəaliyyəti, habelə vətənə və xalqa bağlılıq ruhunda keçən mənalı ömür yolu müxtəlif dillərdə nəşr olunmuş kitablar, elmi əsərlər və bioqrafik materiallar vasitəsilə əhatəli şəkildə təqdim edilib.

    Bu nəşrlər Zərifə Əliyevanın oftalmologiya sahəsində apardığı fundamental tədqiqatları, əldə etdiyi elmi nailiyyətləri, həkim kimi humanist prinsiplərə sədaqətini və çoxillik pedaqoji fəaliyyətini dolğun şəkildə işıqlandırır.

    Həmçinin virtual sərgidə onun həyat və fəaliyyətinə həsr olunmuş xatirə-oçerklər, publisistik yazılar və tədqiqat əsərləri də yer alır. Bu materiallar yalnız bir alim obrazını deyil, eyni zamanda, yüksək mənəvi dəyərlərə malik, dövrünün görkəmli ziyalılarından birinin portretini tamamlayır.

    Sərgi Prezident Kitabxanasının rəsmi veb-saytı vasitəsilə ictimaiyyətə açıqdır və geniş oxucu auditoriyası üçün mühüm elmi-informasiya mənbəyi funksiyasını daşıyır. Bu təşəbbüs Azərbaycan elminə və cəmiyyətinə dəyərli töhfələr vermiş şəxsiyyətlərin irsinin qorunması və tanıdılması istiqamətində Prezident Kitabxanasının ardıcıl və məqsədyönlü fəaliyyətinin davamıdır.

    Sərgi ilə https://www.preslib.az/az/virtual/books/SjZF8Vb link vasitəsilə tanış olmaq mümkündür.

  • Leyla Əliyeva və Alyona Əliyeva “Yaddaşa həkk olunan təsvir” adlı sərginin açılışında – FOTO

    Azərbaycan Milli Xalça Muzeyində .ART qlobal domeninin dəstəyi ilə multidisiplinar rəssam Mədinə Qasımovanın “Yaddaşa həkk olunan təsvir” adlı fərdi sərgisi açılıb.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, tədbirdə Leyla Əliyeva və Alyona Əliyeva iştirak ediblər.

    Sərginin açılış mərasimində çıxış edən Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova qeyd edib ki, sərgidə rəssamın son beş ildə yaratdığı 28 əsər nümayiş olunur. “Muzeyin ənənəvi texnologiya şöbəsində rəssamın eskizləri əsasında toxunan beş yeni xalça ekspozisiyanın mühüm hissəsini təşkil edir. Bu əsərlər müasir obrazın tekstildə ifadə imkanlarını nümayiş etdirərək ənənəvi sənət ilə çağdaş incəsənət arasında məzmunlu dialoq yaradır. Sərgi çərçivəsində “Analar üçün çiçəklər” əsərinin dörd təcəssümü – rəngkarlıq, xalça, vitraj və rəqəmsal interpretasiya muzeyin daimi kolleksiyasına daxil ediləcək”, – deyə Ə.Məlikova əlavə edib.

    Layihə çərçivəsində eyni obrazın müxtəlif formalarda təcəssüm etdiyini vurğulayan direktor deyib: “Obraz rəngkarlıqdan rəqəmsal müstəviyə keçir, daha sonra vitraj, mozaika və ya xalça kimi maddi daşıyıcılarda yeni məna qazanır. Beləliklə, obraz sabit çərçivədə qalmır, transformasiya olunaraq fərqli materiallarda həyatını davam etdirir. Ekspozisiyanın daxili ritmini formalaşdıran təkrarlanan motivlər fəsillərin dəyişməsi, gül kompozisiyaları, qadın və kişi portretləri, Bakının şəhər mənzərələri və abstrakt formalar müxtəlif material və texnikalarda təqdim olunaraq vizual, emosional, immersiv mühit yaradır. Burada xalçatoxuma prosesinin səsyazması əsasında sərgi üçün xüsusi hazırlanmış səs instalyasiyası təqdim olunur”.

    Mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, bu sərgi müəllifin zəngin və güclü yaradıcı enerjisindən xəbər verir. “Mədəniyyət Nazirliyi yaradıcı insanlara xüsusi diqqət göstərir, istedadlı gənclərin yaradıcılığının dəstəklənməsi üçün geniş imkanlar yaradır. Gənc rəssamların beynəlxalq səviyyədə tanınmasına şərait yaradılması prioritet məsələdir. Müəllifin fərqli vizual dili, sənətə cəsarətli yanaşması onu yaradıcılıq baxımından seçilən və yenilikçi edir. Əminik ki, sərgi həm yerli, həm də xarici ziyarətçilər üçün yaddaqalan olacaq və müasir incəsənətin inkişafına öz töhfəsini verəcək”, – deyə S.Yusifova əlavə edib.

    Sərginin kuratoru, Almatı İncəsənət Muzeyinin inkişafı üzrə direktoru, muzeylərdə innovasiya sahəsində ekspert Vladimir Opredelenov söyləyib ki, rəssamın yaradıcılığı ənənələrə söykənərək tarixdən süzülüb gəlir və eyni zamanda müasir texnologiyalarla vəhdət təşkil edir.

    Sərgi mayın 15-dək davam edəcək.






  • Prezident İlham Əliyev Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Esvatini Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sibusisive Mnqomezulunu qəbul edib.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.





  • İlham Əliyev Kolumbiyanın yeni təyin olunmuş səfirini qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Kolumbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nelsi Rakel Munar Xaramiyonu qəbul edib.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.






  • Prezident Somalinin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Somali Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abdinur Dahir Fidounu qəbul edib.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.






  • Hikmət Hacıyev Kayrat Sarıbayla AQEM sammitini müzakirə etdi

    Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbayla görüşüb.

    Bu barədə Baş katib “X”də yazıb.

    Görüş zamanı qarşıdan gələn AQEM sammiti və AQEM Media Forumuna hazırlıqlar müzakirə olunub.

    Kayrat Sarıbay AQEM-də Azərbaycanın güclü liderliyini yüksək qiymətləndirdiyini bildirib.

  • Paşinyan: “Azərbaycanla sülh prosesi Ermənistanın iqtisadi inkişafında yeni mərhələ açır”

    “Biz iqtisadi inkişafın tamamilə yeni dövrünə qədəm qoyuruq və bu, Ermənistanla Azərbaycan arasında yaranan sülh prosesi ilə əlaqədardır. Yaxın vaxtlarda bizi TRIPP layihəsinin reallaşması ilə bağlı vacib hadisələr gözləyir”.

    Oxu.Az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri baş nazir Nikol Paşinyan ölkənin işəgötürənlərinin təmsilçiləri ilə keçirdiyi görüş zamanı deyib.

    “Bu gün proses Azərbaycan ərazisindən Ermənistana dəmir yolu vasitəsilə həyata keçirilir. Lakin onu da qeyd etmək istəyirəm ki, konkret siyasi öhdəlik ondan ibarətdir ki, biz Azərbaycanla dəmir yolu əlaqəsini açana qədər, ilk növbədə TRIPP layihəsi çərçivəsində, bu yolla ixrac təbii ki, Gürcüstan ərazisindən də mümkündür və bu çox vacibdir.

    Demək istəyirəm ki, siyasi razılaşma bu dəmir yolunun heç vaxt bağlanmayacağından ibarətdir, yəni həm idxal, həm də ixrac üçün etibarlı bir marşrutdur. Amma başa düşdüyüm qədəri ilə, biz hələ də dəmir yolundan xüsusi olaraq ixrac üçün istifadə etməmişik. Çünki 30 illik logistika zəncirləri mövcuddur və onları dəyişdirmək üçün, birincisi, etimadın olması məntiqlidir.

    İnsanlar deyilənləri, onun nə qədər davamlı və etibarlı olduğunu başa düşməlidirlər. İkincisi, logistika zəncirləri dəyişməlidir, çünki daşımaların yük maşını və ya qatarla həyata keçirilməsi tam fərqlidir”, – deyə o bildirib.