Category: Siyasət

  • Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)

    Gənc istedadlara xüsusi təqaüdlər verilib.

    Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

    Sərəncamla adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlərin verilməsi məqsədilə Prezidentin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 61 847 manat vəsait ayrılıb.

  • İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, başsağlığı verib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, İran İslam Respublikasının ölkəmizdəki səfiri Müctəba Dəmirçilu dövlətimizin başçısını qarşılayıb.

    Azərbaycan Prezidenti matəm kitabına ürək sözlərini yazıb.

    Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.

    Prezident İlham Əliyev İrana səfərləri zamanı Ayətullah Seyid Əli Xamenei ilə görüşlərini həmişə ən xoş təəssüratlarla xatırlayacağanı deybi.

    Müctəba Dəmirçilu səfirliyə gələrək başsağlığı verdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.




  • Aviabiletlər bahalaşdı – Video

    Bəzi istiqamətlər üzrə aviabiletlər 20 faizə qədər bahalaşıb.

    Median.Az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, regionda baş verən hadisələr fonunda xüsusilə Asiya ölkələrinə uçuşlarda qiymət artımı müşahidə edilir.

    Turizm məsələləri üzrə ekspert Rəhman Quliyev bildirir ki, Doha və Dubaya birbaşa uçuşların dayanması sərnişinləri alternativ marşrutlara yönləndirib. Bu isə tələbatı artırdığı üçün qiymətlərə də təsir göstərir.

    Onun sözlərinə görə, adi vaxtda 1000 manata Asiya ölkələrinə bilet almaq mümkün idisə, indi bu, 1200-1500 manat arasında dəyişir.

    Ekspert onu da əlavə etdi ki, İranda baş verən hadisələr təkcə qiymətlərə deyil, ümumi turizm axınına da təsir göstərir.
    Bəzi turistlər səyahət planlarını təxirə salır və ya istiqaməti dəyişirlər.

    Mütəxəssislər hesab edirlər ki, bölgədə sabitlik bərpa olunarsa, aviabiletlərin qiymətində də tədricən normallaşma müşahidə edilə bilər.

  • Mehriban Əliyeva Od çərşənbəsi münasibətilə paylaşım edib – FOTO

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Od çərşənbəsi münasibətilə özünün “Instagram” hesabında paylaşım edib.

    Paylaşımda deyilir:

    “Uca Allah mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin! Od çərşənbəniz mübarək!”

  • “Şiddətli müharibə fonunda Azərbaycanın humanitar dəhliz missiyası həyati əhəmiyyət daşıyır”-Fərid Şahbazlı

    “Yaxın Şərqdə yeni müharibə bütün şiddəti ilə davam edir. İran və ABŞ arasında hərbi qarşıdurma artıq lokal zərbələr mərhələsini aşaraq regionun təhlükəsizlik balansını sarsıdan genişmiqyaslı toqquşmaya çevrilib. Enerji infrastrukturu, beynəlxalq nəqliyyat marşrutları və mülki əhalinin təhlükəsizliyi birbaşa risk altındadır. Müharibənin miqyası genişləndikcə onun təsir dalğası Cənubi Qafqaza qədər uzanır və bölgəni yeni geosiyasi təzyiq mühitinə daxil edir. Belə bir şəraitdə sabitlik və praqmatik siyasət region dövlətləri üçün əsas prioritetə çevrilir”.

    Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.

    O bildirib ki, Azərbaycanın balanslı mövqeyi strateji uzaqgörənlik və siyasi praqmatizm nümunəsidir: “Rəsmi Bakı qarşıdurmanın tərəfinə çevrilmir, blok siyasətindən uzaq dayanır və gərginliyi artıracaq ritorikadan kənardır. Məqsəd Cənubi Qafqazı hərbi qarşıdurmadan uzaq saxlamaq və milli təhlükəsizliyi qorumaqdır. Balanslı siyasət həm diplomatik seçim, həm də uzunmüddətli sabitlik üçün zəruri platformadır”.

    Birlik sədri qeyd edib ki, müharibənin şiddətlənməsi fonunda İran ərazisində olan həm Azərbaycan vətəndaşları, həm də xarici vətəndaşlar real həyat təhlükəsi ilə üz-üzə qalıblar: “Hava nəqliyyatının məhdudlaşdığı, logistikanın iflic olduğu bir şəraitdə Azərbaycan humanitar dəhliz açaraq onların təhlükəsiz təxliyəsinə şərait yaradır. Bu addım şiddətli müharibə fonunda formal jest deyil, konkret xilas əməliyyatıdır və insan həyatının prioritet sayıldığını nümayiş etdirir. Müharibə dövründə humanitar məsuliyyəti üzərinə götürmək dövlətin siyasi gücünün və yetkinliyinin göstəricisidir”.

    Siyasi şərhçi vurğulayıb ki Azərbaycan nə blok qarşıdurmalarına qoşulur, nə də gərginliyi artıran siyasi xətt tutur: “Rəsmi Bakı həm Qərb ölkələri, həm Türkiyə, həm Rusiya, həm də İslam dünyası ilə paralel əməkdaşlıq modeli qurub. Bu praqmatik yanaşma ölkəni geosiyasi qütbləşmədən qoruyur və müxtəlif güc mərkəzləri ilə dialoq imkanlarını saxlayır.

    Hazırkı geosiyasi şəraitdə – Yaxın Şərqdə gərginliyin artması, Rusiya–Qərb münasibətlərində davam edən qarşıdurma və enerji-logistika xəritəsinin yenidən formalaşması fonunda – Azərbaycanın balanslı xarici siyasəti regional sabitlik üçün mühüm faktordur. Bu model uzunmüddətli sülh və əməkdaşlıq üçün daha dayanıqlı alternativ təqdim edir”.//Editor.az

  • Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib

    Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 4-cü iclası çərçivəsində “Yaşıl enerji layihələri” sessiyası keçirilib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Leyla Əliyeva tədbirdə çıxış edərək Xəzər dənizinin probleminə toxunub, bunun ildən-ilə daha çox narahatlıq doğuran məsələ olduğunu bildirib.

    “Deməliyəm ki, bu problem təkcə bizi və Xəzər dənizi ilə qonşu olan digər ölkələri narahat etmir. Xəzər dənizi əslində daha geniş qlobal ekosistemin güzgüsüdür. Ona görə də əgər Xəzər dənizi problem yaşayırsa, bu, o deməkdir ki, dünya ekosistemi də problem içindədir. Əlbəttə ki, bu, böyük narahatlıq doğurur. Ancaq mən yalnız müsbət düşüncənin tərəfdarıyam, ona görə də əminəm ki, biz bir yerdəyik, Xəzər dənizinin səviyyəsinin yenidən qalxması üçün əlimizdən gələni edə biləcəyik və onun Aral dənizi və Urmiya gölü kimi yox olmasına imkan verməyəcəyik”, – deyə o əlavə edib.

    Leyla Əliyeva son 100 ildə Xəzərdə dəniz canlılarının 1 milyondan 200 minə qədər azaldığını qeyd edib.

    O, həmçinin ölkəmizin bərpaolunan enerji layihələrinə fəal şəkildə investisiya yatırdığını və məqsədimizin regional yaşıl enerji mərkəzinə çevrilmək olduğunu bildirib.

    Avropa Komissiyasının Energetika Baş idarəsinin direktoru Kristina Lobilyo Borrero bərpaolunan təmiz texnologiyaların tətbiqinin qazıntı yanacaqlardan asılılığı azaldaraq enerji təhlükəsizliyini artırdığını, vətəndaşları və sənayeni qiymət dəyişkənliyindən qoruduğunu bildirərək bu dəyişikliklərin həm də yeni sənaye imkanları və uzunmüddətli sabitliyin göstəricisi olduğunu qeyd edib.

    Energetika Nazirliyi yanında Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Azərbaycanın bərpaolunan enerji potensialından söz açaraq bioenerji, geotermal resurslar və “yaşıl hidrogen”in inkişafı istiqamətində işlər görüldüyünü qeyd edib. Agentliyin direktoru, eyni zamanda, Qarabağın, Şərqi Zəngəzurun və Naxçıvanın “yaşıl enerji” zonasına çevrilməsi üçün beynəlxalq əməkdaşlıq çərçivəsində əsas fəaliyyət sənədləri hazırlandığını diqqətə çatdırıb.

    Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Green”in baş direktoru Elmir Musayev şirkətin fəaliyyəti haqqında danışaraq əsas məqsədlərinin beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək neft-qaz obyektlərini dekarbonlaşdırmaq və Azərbaycanda ekspert biliklərini konsolidasiya etmək olduğunu bildirib.

    “Masdar Azərbaycan” MMC-nin direktoru Murad Sadıqov, “ACWA Power” şirkətinin Biznesin inkişafı üzrə direktoru Polina Lyubomirova, bp-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə baş maliyyə meneceri Ayla Əzizova, “Xlinks” layihəsinin icraçı direktoru Ceyms Hamfrey, Beynəlxalq Maliyyə Korporasiyasının Qərbi Balkan və Cənubi Qafqaz ölkələri üzrə direktoru Vibke Şlomer və digərləri çıxış edərək bərpaolunan enerji sahəsindəki perspektivlərdən söz açıblar.

  • Prezident yeni hakimlər təyin etdi – SİYAHI

    Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

    Median.Az bununla bağlı President.az-a istinadən xəbər verir.

    Sərəncama əsasən, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, hakim vəzifəsinə aşağıdakı namizədlər birinci instansiya məhkəmələrinin hakimləri təyin edilirlər:

    Ağır cinayətlər məhkəmələri üzrə:

    Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi

    Rəhimova Aybəniz Məhəmməd qızı

    İnzibati məhkəmələr üzrə:

    Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi

    Bayramova Cahan Gəray qızı

    Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri üzrə:

    Kəngərli Rayon Məhkəməsi

    Rzazadə Türkan Əvəz qızı

    Bakı şəhərinin rayon məhkəmələri üzrə:

    Bakı şəhəri Xətai Rayon Məhkəməsi

    Nəsibov Elçin Aftandil oğlu

    Bakı şəhəri Xəzər Rayon Məhkəməsi

    Salmanova Gülnaz Elçin qızı

    Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi

    Dünyamalılı İradə Şəms qızı

    Qasımov Rüstəm Sabir oğlu

    Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi

    Göyüşova Günay Vidadi qızı

    Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi

    Türkmənli Lamiyə Elman qızı

    Bakı şəhəri Nizami Rayon Məhkəməsi

    Maqsudov İsa Sabir oğlu

    Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi

    Qocayev Orxan Ələddin oğlu

    Bakı şəhəri Səbail Rayon Məhkəməsi

    Vəliyeva Günay Rahim qızı

    Bakı şəhəri Yasamal Rayon Məhkəməsi

    Camalov Əli Elmar oğlu

    Rayon (şəhər) məhkəmələri üzrə:

    Abşeron Rayon Məhkəməsi

    Qəniyev Sabir Ramazan oğlu

    Ağdaş Rayon Məhkəməsi

    Vəliyeva Səkinə Nail qızı

    Astara Rayon Məhkəməsi

    Quliyev Emin Əliağa oğlu

    Bərdə Rayon Məhkəməsi

    Məmişov Yasin Əhməd oğlu

    Cəlilabad Rayon Məhkəməsi

    Əliyev Səməd Eyyub oğlu

    Gəncə Şəhər Məhkəməsi

    Abbasov Hüseyn Eldar oğlu

    Goranboy Rayon Məhkəməsi

    Yusifov Elnur Gündüz oğlu

    Göygöl Rayon Məhkəməsi

    Səfərova Aynur Elman qızı

    Xaçmaz Rayon Məhkəməsi

    Qayıbov Aqşin Mehman oğlu

    İmişli Rayon Məhkəməsi

    Salmanov Elnur Nizami oğlu

    Lənkəran Rayon Məhkəməsi

    Mehdiyeva Aysel İntiqam qızı

    Masallı Rayon Məhkəməsi

    Səmədzadə Firuzə Siyasət qızı

    Sumqayıt Şəhər Məhkəməsi

    Raxtari Kamilə Səftər qızı

    Şabran Rayon Məhkəməsi

    Əhmədova Əfsanə Əlövsət qızı

    Şamaxı Rayon Məhkəməsi

    Əliyev Samir Sahib oğlu

    Şəki Rayon Məhkəməsi

    Məmmədli Hacı Əliheydər oğlu

    Şirvan Şəhər Məhkəməsi

    Abbaslı Əsgər Əbülfət oğlu

    Tərtər Rayon Məhkəməsi

    Təhməzli Nigar Natiq qızı

    Tovuz Rayon Məhkəməsi

    Aydəmirov Elməddin Şabəddin oğlu

    Ucar Rayon Məhkəməsi

    Babayeva Nərgiz Səftər qızı

    Yardımlı Rayon Məhkəməsi

    Məmmədova Aygün Fəhrad qızı.

  • Prezident: “2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik”

    “Cari ildə “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilatın başlanmasını gözləyirik”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı bildirib.

    “İki-üç il ərzində “Abşeron” yatağının tammiqyaslı işlənmə mərhələsinin başlanmasını gözləyirik ki, bu da “Abşeron”dan qaz hasilatını üç dəfə artıracaq. Eyni zamanda, “Ümid” yatağının ikinci mərhələsi üzrə qaz hasilatına başlanması gözlənilir”, – deyən dövlətimizin başçısı əlavə edib ki, 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik. Qeyd olunan bütün hasilat profilləri maksimum istehsal səviyyəsində 10-15 milyard kubmetr həcmində əlavə qaz əldə etməyə imkan verəcək.

  • İlham Əliyev: “Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır”

    “Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu da oynayır”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı söyləyib.

    Dövlətimizin başçısı vurğulayıb: “Biz Qazaxıstan, Türkmənistan üçün neftin mühüm tranzitini təmin edirik və bizim sistemimiz vasitəsilə nəql olunan neftin həcmi ildən-ilə artır. Biz Xəzərin şərq sahillərindən daha çox neft qəbul etmək iqtidarındayıq və bunun üçün infrastruktura malikik”.

  • Prezident: “Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik”

    “Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı söyləyib.

    “Artıq Avropanın daha iki ölkəsinə – Almaniyaya və Avstriyaya qaz tədarükünə başlamışıq. Beləliklə, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız mövcuddur”, – deyə dövlətimizin başçısı vurğulayıb.