Category: Siyasət

  • Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırdı

    Yaponiyanın Azərbaycandakı səfirliyi regiondakı vəziyyətlə əlaqədar fəaliyyətini dayandırıb.

    Bu barədə səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.

    “Regionda baş verən hadisələrlə əlaqədar olaraq səfirlik fəaliyyətini qeyri-müəyyən müddətə qədər dayandırıb. Viza üçün sənədlərin qəbulu və hazır vizaların verilməsi də dayandırılıb. Nəzərə almağınızı xahiş edirik. Narahatlığa görə üzr istəyirik”, – səfirliyin açıqlamasında bildirilib.

  • Gəncədə Cümə məscidində təmir-bərpa işlərinə 1,6 milyon vəsait ayrıldı

    Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinə 1.6 milyon manat ayrılıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

  • Leyla Əliyeva “Woman Bazaar” festivalından paylaşım etdi – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Gender Hub Azerbaijan”, Beşinci “Woman Bazaar” festivalından paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • İranın ölkəmizdəki səfiri Azərbaycana təşəkkür etdi

    “Azərbaycan dövləti və xalqına minnətdaram ki, bu çətin dövrdə özünün rəsmi və qeyri-rəsmi mesajları ilə dəstəyini nümayiş etdirib”.

    Bu sözləri İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu səfirlikdə təşkil edilən mətbuat konfransında deyib.

    “Bu, bizim mədəniyyətimizin bir hissəsidir. Buna görə təşəkkür edirik. Biz hər zaman inanmışıq və Azərbaycan da ən ali şəkildə mövqeyini bəlli edib ki, onun ərazisindən İrana qarşı heç bir hücum təşkil edilməyəcək” – deyə, səfir əlavə edib.
    //oxu.az

  • Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində iştirak edib (FOTO)

    Milli Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Maqsud İbrahimbəyovun “Neft bumu hamıya gülümsəyir” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, yazıçının yaradıcılıq irsinə həsr olunmuş, 2025-ci ilin noyabrından 2026-cı ilin fevralınadək davam edən və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən festival çərçivəsində təqdim olunan tamaşanın nümayişində Leyla Əliyeva da iştirak edib.

    Səhnə əsərinin quruluşçu rejissoru Konstantin Soldatov, quruluşçu rəssamı Çingiz Babayev, xoreoqrafı Nigar İbrahimbəyli, səs dizaynı isə Konstantin Soldatov və Platon Soldatovdır.

    Tamaşada Əməkdar artistlər Şövqi Hüseynov, Elnur Hüseynov, Rasim Cəgər, aktyorlar Bəhram Həsənov, Asya Atakişiyeva, Kərəm Hadızadə, Səbinə Məmmədzadə, Nurlan Süleymanlı, Manaf Dadaşov, Şəbnəm Hüseynova, Rəşad Səfərov, Ceyhun Məmmədov, Natiq Fərzəliyev, Ümman Budaqov, Mirzəağa Mirzəyev, Ramiq Nəsirov, Ədalət Əbdülsəməd, Hüseyn Bayramov və Mehriban Hüseynova çıxış ediblər.

    Sonda Leyla Əliyeva tamaşanın yaradıcı heyəti ilə görüşüb.

    Qeyd edək ki, “Neft bumu hamıya gülümsəyir” festivalı Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin layihəsidir.








  • Prezident İlham Əliyev Bakıda məişət tullantıları daşıyan texnikalarla tanış olub – FOTO


    Martın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzinin həyətində məişət tullantıları daşıyan texnikalarla tanış olub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə Gəncə avtomobil zavodunda istehsal edilən bu texnikalar ölkəmizin müxtəlif şəhər və rayonlarına göndəriləcək.

    Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov və “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev layihə barədə dövlətimizin başçısına məlumat veriblər.

    Bildirilib ki, ümumilikdə layihə çərçivəsində hər birinin tutumu 22 kubmetr olan 70 kommunal texnika istehsal edilib. Kommunal texnikanın iki toplantı meydançasından – Bakı şəhərində Ekspo Mərkəzinin qarşısından və Gəncə şəhərində avtomobil zavodunun həyətindən Azərbaycanın 58 şəhər və rayonuna göndərilməsi nəzərdə tutulur.

    Azərbaycanda paytaxt Bakı ilə yanaşı, bölgələrimizin inkişafı, orada müasir sosial infrastrukturun, o cümlədən parkların, yaşıllıq və meşə zolaqlarının yaradılması və bununla da ümumilikdə ölkəmizin ekoloji durumunun yaxşılaşdırılmasına yönəlmiş layihələr ardıcıl şəkildə davam etdirilir. Bu baxımdan, məişət tullantıları daşıyan texnikaların şəhər və rayonlarımıza göndərilməsi bir neçə vacib amili özündə birləşdirir. Belə ki, bu, ilk növbədə regionlarda kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi və sanitariya-gigiyena vəziyyətinin yaxşılaşdırılmasına töhfə verəcək. Beləliklə, müasir yeni texnikalar məişət tullantılarının vaxtında və səmərəli daşınmasını, yaşayış məntəqələrində təmizlik işlərinin daha keyfiyyətli aparılmasını təmin edəcək. Bununla yanaşı, layihə ətraf mühitin mühafizəsi baxımından da mühüm rol oynayır. Layihənin daha bir mühüm məqamı odur ki, bu texnikalar yerli istehsaldır. Ümumilikdə, indiyədək Gəncə avtomobil zavodunda çox sayda traktor, kombayn, digər kənd təsərrüfatı texnikası, minik və yük avtomobili və sair texnika istehsal olunub.

    Qeyd edək ki, Gəncə avtomobil zavodunun əsası 1986-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qoyulub. 2004-cü ildə Prezident İlham Əliyevin tapşırığı ilə bu istehsal müəssisəsi fəaliyyətə başlayıb. Hazırda zavodda 500-ə yaxın işçi çalışır.








  • Azərbaycan XİN-dən regional hərbi eskalasiyaya dair BƏYANAT

    “Regionda və qlobal səviyyədə təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradan hərbi eskalasiya dərin narahatlıq doğurur”.

    Median.Az xəbər verir ki, bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı regional hərbi eskalasiyaya dair bəyanatda öz əksini tapıb.

    Bəyanatda deyilir:

    “Qəti şəkildə, bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə, gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə və danışıqlar masasına qayıtmağa çağırırıq. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsiplərinə uyğun olaraq bütün dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə hörmət edilməsinin vacibliyini vurğulayırıq”.

  • Vilayət Eyvazovun türkiyəli və iraqlı həmkarları ilə telefon danışığı baş tutub

    Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazov türkiyəli həmkarı Mustafa Çiftçi və İraq Respublikasının daxili işlər naziri, ordu generalı Abdulemir Kamil Şemmari ilə telefon danışığı aparıb.

    Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, aparılan telefon danışığı zamanı nazirliklər arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi həyata keçirilib.

  • XİN: “Azərbaycan vətəndaşlarını İsrailə səfərdən çəkinməyə çağırırıq”

    “İran ətrafında müşahidə olunan mövcud gərginlik fonunda Azərbaycan vətəndaşlarını İsrail Dövlətinə səfərdən çəkinməyə çağırırıq”.

    Median.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin səyahət xəbərdarlığında deyilir.

    Bildirilir ki, hazırda İsraildə olan vətəndaşlarımızdan təhlükəsizlik vəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstəriş və tövsiyələrinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmələri xahiş olunur:

    “Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

    Əlaqə vasitələri:

    Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi telaviv@mission.mfa.gov.az

    +972 54 539 77 88″ , – məlumatda qeyd olunur.

  • Rəsmi Bakıdan İrandakı Azərbaycan vətəndaşlarına XƏBƏRDARLIQ

    “İran İslam Respublikasında təhlükəsizlik vəziyyətinin gərginləşdiyi nəzərə alınaraq, Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə, hazırda İran ərazisində olan Azərbaycan vətəndaşlarına isə yerləşdikləri bölgədən asılı olaraq İranı Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırırıq”.

    Median.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin səyahət xəbərdarlığında deyilir.

    Bildirilir ki, həmçinin vətəndaşlarımızdan təhlükəsizlik tədbirlərinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları, yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmələri və rəsmi məlumat mənbələrini mütəmadi izləmələri xahiş olunur:

    “Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi və Təbriz şəhərindəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

    Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi

    tehran@mission.mfa.gov.az

    +98 905 523 01 07

    +98 901 884 55 31

    Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğu

    tabriz@mission.mfa.gov.az

    +98 901 414 31 57

    +98 935 317 21 01″, – məlumatda qeyd olunur.