Category: Siyasət

  • Biz Azərbaycanla sülhün əldə olunmasına çox yaxınıq – Paşinyan

    Ermənistanın baş naziri Nikol Paşinyan İrəvan və Bakı arasındakı sülh danışıqlarını geri dönüşü olmayan proses hesab edir.

    Median.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyan bu barədə ABŞ vitse-prezidenti Cey Di Vens ilə danışıqlar zamanı bildirib.

    “Bizim təəssüratlarımız belədir. Bir neçə gün əvvəl Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüm zamanı da bunu bölüşmək fürsətim oldu ki, biz sülhün əldə olunmasına çox yaxınıq”, – deyə Paşinyan vurğulayıb.

  • İlham Əliyev: “Hər zaman demişəm ki, Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq”

    “Beynəlxalq əlaqələrimizin coğrafiyası da genişlənir. Bir çox ölkələrlə imzalanmış strateji tərəfdaşlıq sənədləri, sazişlər və bəyannamələr var”.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikirləri Prezidenti İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşdə səsləndirib.

    Dövlətimizin başçısı qeyd edib: “Ölkələrdən bəziləri bir-biri ilə yaxşı münasibətdə deyil. Lakin mən hər zaman demişəm ki, Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq”.

  • Prezident: “Hazırda Azərbaycan heç zaman görünmədiyi qədər daha mühüm tərəfdaşa çevrilir”

    “Azərbaycan bir çox ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır. Onlardan 10-u Avropa İttifaqının üzvü, 11-i isə eyni zamanda NATO-nun üzvüdür. Həmin ölkələr üçün hazırda Azərbaycan heç zaman görünmədiyi qədər daha mühüm tərəfdaşa çevrilir”.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Prezidenti İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşdə deyib.

    Dövlətimizin başçısı bildirib: “Biz bütün öhdəliklərimizi yerinə yetiririk və siyasi gündəliyi heç zaman biznes ilə qarışdırmırıq və bu, bizim üçün qlobal enerji bazarında beynəlxalq fəaliyyətimizi genişləndirmək üçün yaxşı fürsətdir”.

  • Pensiyaçılara MÜJDƏ: Gözlənilən sərəncam imzalandı

    Prezident İlham Əliyev əmək pensiyalarının indeksləşdirilməsi haqqında Sərəncam imzalayıb.

    Median.Az bu barədə President.az-a istinadən xəbər verir.

    Sərəncamla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2026-cı il yanvarın 1-nə 2025-ci il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi:

    – ortaaylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2026-cı il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə – həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların;

    – istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılır.

    Sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılıb.

    Sərəncam 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

  • Sahibkarlara ŞAD XƏBƏR – Prezident yeni qanunu TƏSDİQLƏDİ

    “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

    Dəyişikliklə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması ilə bağlı müddət uzadılıb.

    Belə ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə 2015-ci il noyabrın 1-dən etibarən yoxlamalar 2026-cı il yanvarın 1-dək dayandırılıb. Yeni qanun həmin müddətin daha bir il – 2027-ci il yanvarın 1-dək uzadılmasını nəzərdə tutur.

  • Leyla Əliyeva Gəncə səfərindən paylaşım edib – Video

    IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Gəncə şəhərinə səfər ediblər.

    L.Əliyeva rəsmi “Instagram” hesabında səfərlə bağlı video paylaşıb.

    Həmin paylaşımı təqdim edirik:

  • Leyla Əliyeva Göygölün füsunkar mənzərəsindən fotolar paylaşdı

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Göygölə səfərindən paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi

    Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

    Qeyd edək ki, bu gün Azərbaycan Prezidentinin təqdimatı əsasında Naxçıvan MR Ali Məclisi qərar qəbul edib, Cabbar Musayev MR-in yeni baş naziri təyin olunub.

  • Emoməli Rəhmon İlham Əliyevi təbrik etdi

    Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

    “Hörmətli İlham Heydər oğlu.

    Sizi nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

    Bu təşəbbüs konstruktiv siyasətin və dözümlülüyün təşviqi yolu ilə davamlı sülhə və sabitliyə nail olmaq üçün ardıcıl səylərinizin, güclü iradənizin tanınmasının daha bir təsdiqidir.

    Biz Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Sülh Sazişinin imzalanmasını iki dövlət arasında dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi, həmçinin Qafqaz regionunda və onun hüdudlarından kənarda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi prosesində mühüm amil hesab edirik.

    Tacikistan sülhsevər ölkə olaraq bu önəmli, konstruktiv və tarixi nailiyyəti bir daha alqışlayır və bütün mübahisələrin, münaqişələrin yalnız siyasi-diplomatik üsullarla həllinə sadiqliyini vurğulayır.

    Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək sizə möhkəm cansağlığı və uğurlar, dost Azərbaycan xalqına isə yeni nailiyyətlər, davamlı sülh və bundan sonra da tərəqqi arzulayıram”.

  • Alyona Əliyeva Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyindən paylaşım edib – FOTO

    Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edib.

    Alyona Əliyeva bununla bağlı “Instagram” hesabında paylaşım edib.

    Həmin paylaşımı təqdim edirik: