Category: Siyasət

  • Prezident İlham Əliyev: “Tramp marşrutu regionda sülhü gücləndirəcək”

    “Tramp marşrutu nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, eyni zamanda, çox etibarlı, təhlükəsiz qaydada böyük daşımalar dəhlizinə çevriləcək. O, Azərbaycan ərazisi, Ermənistan vasitəsilə Asiyanı Avropa ilə birləşdirəcək və digər qonşular da burada iştirak edəcəklər”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ABŞ-nin vitse-Prezidenti Ceyms Devid Vens ilə mətbuata birgə bəyanatında bildirib.

    Dövlətimizin başçısı deyib ki, bu da, ümumiyyətlə, regionda sülhü gücləndirəcək.

  • Azərbaycan Prezidenti: “Tramp-Vens administrasiyasının bizim regiondakı göstərdiyi səylərin ən vacib nəticələrindən biri TRIPP layihəsidir”

    “Biz nəinki tranzitlə bağlı Azərbaycan vasitəsilə yüklərin daşınmasına məhdudiyyətləri aradan qaldırmışıq, o cümlədən özümüz Ermənistana neft məhsullarının ixracına başladıq. Bu da əslində ticarətin və əməkdaşlığın başlanğıcı deməkdir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ABŞ-nin vitse-Prezidenti Ceyms Devid Vens ilə mətbuata birgə bəyanatında səsləndirib.

    “Ən vacib nəticələrdən biri və Tramp-Vens administrasiyasının bizim regiondakı göstərdiyi səylərdən biri TRIPP layihəsidir, Tramp marşrutu layihəsidir”.

  • Azərbaycan Prezidenti və ABŞ-ın Vitse-prezidenti mətbuata bəyanatlarla çıxış edirlər – CANLI

    Azərbaycan Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens mətbuata bəyanatlarla çıxış edirlər.

    Median.Az bu barədə xəbər verir.

  • İlham Əliyevin ABŞ-nin vitse-prezidenti ilə geniş tərkibdə görüşü başlayıb

    Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vens ilə geniş tərkibdə görüşü başlayıb.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

  • İlham Əliyevin ABŞ-nin vitse-prezidenti ilə məhdud tərkibdə görüşü başlayıb – FOTO

    Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vens ilə məhdud tərkibdə görüşü başlayıb.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

  • Prezident Rəşad İsmayılovu nazir təyin etdi

    Rəşad Sahil oğlu İsmayılov Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

  • İlham Əliyev İordaniya ilə sazişi təsdiqlədi

    Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş təsdiq edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

    Qeyd edək ki, sənəd 2025-ci il noyabrın 27-də Bakı şəhərində imzalanıb.

  • Prezidentin yüksək vəzifə verdiyi Azər Mursaqulov kimdir? – DOSYE

    Prezident İlham Əliyevin Sərəncamı ilə Azər İsmayıl oğlu Mursaqulov Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin edilib.

    Median.Az Dövlət Statistika Komitəsinin yeni sədrinin dosyesini təqdim edir:

    A.Mursaqulov 1981-ci ildə ildə anadan olub. O, 2003-cü ildə Türkiyənin Boğaziçi Univesitetinin məzunudur, həmin ildə ABŞ-nin Corciya Universitetində iqtisadiyyat üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi alıb.

    2010-2012-ci illərdə Vaşinqtonda, Beynəlxalq Valyuta Fondunun baş qərargahında Fondun icraçı direktorunun müşaviri işləyib. 2012-2019-cu illərdə Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2019-cu ildən bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru vəzifəsində çalışıb.

    Qeyd edək ki, Dövlət Statistika Komitəsinin əvvəlki sədri Tahir Budaqov olub. O, dövlət başçısının Sərəncamı ilə Nəsimi rayonunun icra başçısı təyin edilib.
    //oxu.az

  • İlham Əliyev Azər Mursaqulova yüksək vəzifə verdi

    Azər İsmayıl oğlu Mursaqulov Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin edilib.

    Median.Az President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

  • ABŞ Ticarət Palatası: “Azərbaycan iqtisadiyyatı Amerika şirkətləri üçün son dərəcə cəlbedicidir”

    “Azərbaycan iqtisadiyyatı ABŞ şirkətləri üçün olduqca cəlbedicidir”.

    Median.Az “Report”a istinadla xəbər verir ki, bu barədə ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi jurnalistlərlə görüşü zamanı bildirib.

    O qeyd edib ki, nümayəndə heyətinin tərkibində Azərbaycana böyük şirkətlər qrupu gəlib:

    “Burada energetikadan tutmuş telekommunikasiyaya qədər müxtəlif sahələri təmsil edən şirkətlər var. Azərbaycan Prezidenti İlham Əliyevlə görüşümüz zamanı o, turizm sektorunu da qeyd etdi”.