Month: Sentyabr 2018

  • Bakıya 400 kiloqram at əti gətirmək istədilər

    Sentyabrın 26-da Qaradağ rayonu ərazisində yerləşən postda Biləsuvar rayonu, Xirmandalı kənd sakini Əli İxtiyar oğlu Quliyevin idarə etdiyi “Mercedes Benz” markalı, 10-DA-091 dövlət qeydiyyat nişanlı avtomobilə Qida Təhlükəsizliyi Agentliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən birgə baxış keçirilib.

    AQTA-dan verilən məlumata görə, baxış zamanı avtomobilin arxa yük saxlanc yerində təxmini çəkisi 400 kq-a yaxın yük kisələrində antisanitar şəraitdə, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, orqanoleptik cəhətdən normativlərə cavab verməyən, rəngi qaralmış, kəskin qoxusu olan, üzərində yapışqan selik əmələ gəlmiş sümüksüz ət aşkar olunaraq aidiyyəti tədbirlərin həyata keçirilməsi üçün götürülüb.

    Aşkar edilmiş ətdən baytarlıq qanunvericiliyinə uyğun olaraq müvafiq nümunələr götürülərək müayinə məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin müvafiq laboratoriyasına təqdim edilib. Tədqiq (sınaq) nümunələrinin nəticələrinə əsasən müsadirə edilən ətin at əti olması məlum olub.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Nusretin restoranında beş nəfər yandı – FOTO/VİDEO

    Məşhur ət restoranı “Nusret”də üç turist və iki işçi olmaqla, beş nəfər yanıb.

    Balayı üçün İstanbula gələn ingiltərəli cütlük və Məhəmməd Xamis Səlim adlı şəxs yanıq xəsarəti alıb.


    Ətlə şou göstərilən zaman masanın üstündəki alovlar ətrafa yayılıb. İşçilərdən biri odun qarşısını almaq üçün əlindəki mayeni masaya töküb və alov daha da genişlənib. Bu zaman qadın turistin geyimi alovlanıb. Bədənində ağır yaralar əmələ gələn qadın xəstəxanaya aparılıb. Hadisə zamanı restoranın iki işçisi də yanıq zədələri alıb.


    Turistlər polisə verdiyi ifadədə restoranın sahibi və işçilərindən şikayətçi olub.//oxu.az

  • Rəqsanənin ana olması xəbəri yalan çıxdı – AÇIQLAMA

    Ötən gecə yerli mediada yeddi aylıq hamilə olan müğənni Rəqsanə İsmayılovanın ana olması ilə bağlı xəbərlər yayılıb.

    Müğənninin meneceri Nigar bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir.

    O söyləyib ki, müğənni hazırda Rusiyada xəstəxanada həkim nəzarəti altındadır.

    Xatırladaq ki, Rəqsanə İsmayılova ana bətnində suyun qurtarması və erkən doğma riskinin olması diaqnozu ilə bir neçə gün öncə xəstəxanaya yerləşdirilib.

  • Zakir Həsənov ordu rəhbərliyini topladı

    Müdafiə naziri, general-polkovnik Zakir Həsənov sentyabrın 29-da Mərkəzi Komanda Məntəqəsində Azərbaycan Ordusunun rəhbərliyi, eləcə də, videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirlərinin və digər məsul zabitlərin cəlb olunması ilə geniş tərkibdə xidməti müşavirə keçirib.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları şəxsi heyətə çatdıran nazir qoşunların təmas xəttində yaranmış son vəziyyətin təhlilini apararaq əsas diqqəti döyüş növbətçiliyinin daha keyfiyyətli təşkili, şəxsi heyətin təhlükəsizliyini maksimal təmin etmək məqsədilə xüsusi texniki vasitələrdən geniş istifadə edilməsi, eləcə də, qış mövsümünə hazırlığın sona çatdırılması, dağlıq ərazilərin xüsusiyyətləri nəzərə alınmaqla, şəxsi heyətin döyüş və maddi-texniki təminatının həyata keçirilməsi ilə əlaqədar göstərişlər verib.

    Müşavirə zamanı general-polkovnik Z.Həsənov gənc əsgərlərlə işin təşkili, fərdi və tərbiyə işinin səmərəliliyinin artırılması, trenajorlarda və təlim mərkəzlərində keçirilən nəzəri məşğələlərin intensivləşdirilməsi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının fəaliyyətlərinin təhlili və müxtəlif peşələr üzrə yarışların keçirilməsi ilə bağlı vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

  • Nardaran sakinlərindən silah-sursat götürülüb – VİDEO

    Daxili işlər orqanlarının əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan və gizlədilən odlu silah-sursatların aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbirləri həyata keçirilib.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sabunçu rayon Polis idarəsi 42-ci polis bölməsinə Nardaran qəsəbə sakini Hatəm Cəlilovda qanunsuz olaraq silah olması barədə məlumat daxil olub.

    Həyata keçirilən əməliyyat tədbiri nəticəsində həmin şəxs saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evin bağ sahəsinə baxış keçirilən zaman torpağa basdırılmış bir ədəd lüləsi və qundağı kəsilmiş “İJ-12” markalı tüfəng və iki ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində həmin silahın ona məxsus olduğunu etiraf edib.

    Bölmə əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat-axtarış tədbiri nəticəsində Nardaran qəsəbə sakini Fəxrəddin Əlxasov saxlanılıb. Onun həyətinə baxış zamanı isə torpağa basdırılmış “TOZ-8” modelli lüləsi və qundağı kəsilmiş yivli tüfəng aşkar olunaraq götürülüb.

    Faktlarla bağlı 42-ci polis bölməsində toplanan material araşdırılması üçün Sabunçu rayon Polis idarəsinin İstintaq şöbəsinə, aşkar edilən silah-sursat isə ekspertizaya göndərilib.

  • Azərbaycanlıdan üç min ədəd “Adidas” paketi müsadirə edildi

    Dağıstan gömrük xidmətinin əməkdaşları Məhərrəmkənd rayonundakı “Taqirkent-Qazmalar” keçid məntəqəsində 2950 ədəd polietilen “Adidas” paketi müsadirə edilib.

    Median.Az Dağıstan KİV-ə istinadla xəbər verir ki, qeydiyyata alınmamış mal Azərbaycan vətəndaşından götürülüb.

    Müsadirə edilmiş mal müsadirə edilib və ekspertizaya göndərilib. Faktla bağlı cinayət işi başlanılıb.

    Aparılan araşdırma zamanı müsadirə edilmiş malların saxta olub-olmadığı müəyyən ediləcək.

  • “Toppuş bacı”: Pulları Zaur kimə istəyir, versin – VİDEO

    “Bizimləsən” proqramında xeyriyyə marafonu ilə pul yığıb, ipotekada olan evinin ödənişini bağlamağa çalışan Əməkdar artist Tünzalə Əliyeva ünvanına yazılan təhqirlərdən söz açıb.

    Aktrisa veriliş zamanı onun üçün yığılan puldan imtina etmək istədiyini söyləyib.

    “Fikirləşdim ki, görəsən, mən tamaşaçılara bu qədərmi özümü yaxşı tanıda bilmədim? Görəsən, harada səhv elədim ki, mənə bunları yazdılar? Evdə də çox dedik. Bəlkə, çəkilim bu yoldan. Ailəmiz, sambalımız. Ailəlikcə utandıq. Düşündüm, geri çəkilsəm, daha yaxşıdır. O məbləği də Zaur kimə istəyir, versin. Amma sonra yol boyu buraya gələ-gələ fikirləşdim ki, 10 nəfər saxta profil açıb mənim haqqımda neqativ sözlər yazırsa, onlar mənim tamaşaçım ola bilməzlər”, – deyə Tünzalə söyləyib.

    Qeyd edək ki, insanlar Tünzaləni xəstəliyindən istifadə edib pul yığmaqda qınamışdılar.//oxu.az

  • Sabunçuda “ZİL” nənə ilə nəvəni vurub öldürüb

    Median.Az xəbər verir ki, sentyabrın 28-i saat 19 radələrində Sabunçu qəsəbəsində Bakı şəhər sakini Tərlan İmanov idarə etdiyi “Zil-130” markalı yük avtomaşını ilə paytaxt sakinləri Güllü Salmanovanı, azyaşlı nəvələri Aygün və İlkin Məmmədovları vurub.

    Zərəçəkmişlər 3 saylı şəhər klinik xəstəxanasına çatdırılsalar da, G.Salmanova və A.Məmmədova orada keçiniblər.

    Sabunçu RPİ İstintaq şöbəsində faktla bağlı cinayət işi başlanılıb.

  • “AzeriLight”ın qiyməti 85 dollara yaxınlaşıb

    Azərbaycan neftinin bir barelinin qiyməti 1,35 dollar və yaxud 1,64% artıb.

    “Azeri LT CIF” markalı neftin qiyməti 84,78 dollar/barelə bərabər olub.

    Qeyd edək ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

  • Şahmat millimizin erməniləri məğlub etdiyi an – VİDEO

    Xəbər verdiyimiz kimi, şahmat üzrə kişilərdən ibarət millimiz dünən Gürcüstanın Batumi şəhərində keçirilən Olimpiadada Ermənistan yığmasını məğlub edib.

    Sonuncu Avropa çempionatında və 2010-cu il Olimpiadasında da erməniləri məğlub edən Azərbaycan yğıması bu qələbə ilə mötəbər turnirin qalibi olmaq şansını yüksəldib.

    Millimizin qalib gəldiyi anın videosunu təqdim edirik:
    /oxu.az