Qasım Süleymani ilə birlikdə ölənlərin kimliyi bilindi

Yanvarın 3-də Bağdad hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun “Qüds” xüsusi qüvvələrinin rəhbəri, general Qasım Süleymani ilə birlikdə İran ordusunun daha 4 zabiti ölüb.

Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Qüds” xüsusi hərbi birləşməsi məlumat yayıb.

Bildirilib ki, ölən hərbçilər briqada generalı Hüseyn Cəfərinian, polkovnik Şahrud Müzəffərinian, mayor Hadi Tarimi, kapitan Vahid Zamaniandır. İran rəhbərliyi ən qısa zamanda ölən hərbçilərin intiqamının alınacağını bəyan edib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *